Salam.əgər ana sağlığında desə ki mən öz adımı böyük oğulun qızı olsa verirəm, amma ana rəhmətə gedəndən sonra kiçik oğul öz qızına qoysa o vəsiyyəti pozmuş olurmu?amma dəqiq bilmirəm ana vəsiyyət kimi dedi,yoxsa söz gəlişi dedi? Xamenei ağa təqlid edirəm.
Ответ / Cavab
Aleykumussalam
Əgər vəsiyyət olması yəqin deyilsə deməli pozulması bir şey də yoxdur.
salam Haci.astral seyahet dogrudurmu?kime baxirsan deyir seyahet elemisem men...bele hal heqiqeten mumkundur? 1.menim qaynanam var ona qarsi mehribanam ne deyir edirem,hormetin getirirem (istemesemde)...amma o haqsiz yere mene qarsi hirsli olur bezen yaxinlarim eve gelende hirsli olur,cox sey esitmisem menim ailem haqqinda dediklerini.amma yenede sehv hereket etmirem ona qarsi...amma ureyimde barismir onunla,eyni evde qaliriq.hereketlerine danisigina yerisine de eseblesirem, amma artiq demerem hecne...men duuzmu edirem neyi sehv edirem.deyerdiniz zehmet olmasa...ALLAH komeyiniz olsun
Ответ / Cavab
Aleykumussalam
Bunun heç bir isbatı yoxdur. Yuxu deyilən bir şey var. Onun müxtəlif hallarına fərqli adlar qoyub fantaziyalar yaradırlar.
O sizin həyat yoldaşınızın anasıdır. Onu dünyaya gətirən və böyüməsi üçün olmazın məşəqqətlərə dözən bir anadır. Ona bu gozlə baxsaz ayrı bir şey görəcəksiniz . Bir gün siz özünüz bu statusda olacaqsınız. O zamanda sizinlə necə davranilacaqini istəyirsinizsə elə də olun.
Salam. Cəfəri Təyyar namazinda Həmd sureden son 15 defe tesbihati ərbəəni 10defe dedim 11ci nin yerine təkbir dedim yadima dusduki 5 i qalib donra 5 in de dedim namazin duzdurmu cox sagolun
Salam,eyer 5 neferi sevindirecek qeder keffarem varsa,bew nefer bir ailede varsa ele keffareni o bir aileye vere bileremmi,birdeki keffarenin ederi qeder yox coxda olsa olar?saqolu
Ответ / Cavab
Aleykumussalam
Kəffarə sevindirmək yox, doyuzdurmaq ilə ölçülür.
Qeyd etdiyiniz ailə hami fəqirdirsə bəli onların hər bilinə bir pay verə bilərsiniz.
Salam..men bu gun qan aldirmiwam..23 aprel saat 10da..bilmek isterdim ugurlu gun hesab olunur hicamet ucun..cunki bezi qadagan olunmuw gunler var.meselen cume gunu.birde qan aldirdiqdan sonra namaz qilmaq olar? Onceden tewekur
Ответ / Cavab
Aleykumussalam
Biz belə şeyləri bilmərik. Uqurlu uqursuz məsələləri axtarmayın.
Salam.men niyyet etmisem ki filan isim alinsin 3 gun oruc tutacam.hemin işim alinsa.o oruclari qeza niyyeti ile tutum? cunki kecmisden qalma Ramazan ayinin qezalarida var
Salam. Oğlum 5 aylıqdır. Doğulandan indiyə kimi atası mənimlə mübahisə edir ki, uşağın yaxasına mütləq sancaq sal. Çünki ona göz - nəzər dəyə bilər, həm də şər qüvvələrdən qorumaq üçün mütləq taxılmalıdı. Deyəndə ki, sancaq taxmağın nə xeyri var deyir biz ta qədimdən belə görmüşük, uşaq vaxtından bizə taxıblar ki pis şeylərdən qorusun. Mən də çarəsiz qalmışam bilmirəm nə edim taxım yoxsa yox. Ona görə sizdən məsləhət almaq istəyirdim ki islam dinində sancaq taxmağa necə baxılır?
Ответ / Cavab
Aleykumussalam
Bunun heç bir dini əsası yoxdur. Uşağa da heç bir faydası yoxdur.
Salam suala görə üzr istəyirəm Namaz qılanda salamları verənə yaxın məxrəcdə dəyişiklik hiss elədim amma yel xaric olması dəqiq deyildi bilmədim nə edim salamı verdim Namazı bitirdim amma təzələmədim Namaz düzdür?
Salam. Damavoy nedir islamda bunun yeri nedir onu gorub daniwdigini bir evde yawadigini iddia eden birisi ne etmelidir men bunu 3 heriflilerle elaqelendirirem ne derecede dogrusur bilmirem. Xaiw edirem geniw aciqlama verin zehmet olmasa. Tewekkur edirem
Ответ / Cavab
Aleykumussalam
Belə bir şey yoxdur. Bu psixoloji pozuntu nəticəsində baş verir.
Salam hacı. Mənim keçən Ramazandan 10 gün qəza orucum qalıb. Təəssüf ki, indiyə kimi tutmadım, indi də üzr istəyirəm heyz halındayam. Bu hal bitdikdən sonra tutsam belə, 6-7 günü tuta biləcək, yenə də gün qalacaq. İndi bunun hökmü nədir? Bu Ramazanda oruc tutsam sayılmayacaq?
Ответ / Cavab
Aleykumusalam.
Qaıan günlərin qəzasından əlavə kəffarəsi olacaq və bu kəffarə bir fəqiri doyuzdurmaqdır.
Ramazanda isə vacib orucunuzu tutacaqsız, bunun heç bir şeyə qatışacağı yoxdur.