Salam haci oruc tuturam bilmək istirem burunda olan maye və bəlgəm orucu pozurmu hərə bir sey diyir casib qalmisam xais bu məsələni arasdirin.Allah razi olsun!
Ответ / Cavab
Aleykumusalam.
Əgər ağız boşluğuna daxil olmadan bir başa udularsa, oruca təsir etməz, əgər xılt edib ağız boşluğuna gətirilərsə, mutləq bayıra atılmalıdır.
Salam. İslamda uz qirxmaga munasibet necedir? bezi yerlerde duzgun olmadigini oxumusam uz qirxmaq haramdir yoxsa beyenilmir? ve bir isde isleyersek islediyimiz is ucun uzumuzu qirxmaq mecburiyyetinde qalsaq nece icazelidir ya yox? haram ve ya beyenilmirse bunun sebebi nedir? Evvelceden tesekkurler!
Ответ / Cavab
Aleykumusalam.
Dinimizdə kişilərin üzlərinin tükünü dibindən qırxması vacib ehtiyata görə haramdır.
Salam Aleykum. 1. Namaz qilarken 5 vaxt deyil 3 vaxt qilmaq olar? Olarsa nece qila bilerik? Olmazsa niye olmaz? 2. Herbi xidmetde oldugum muddetde namaz qilirdim amma bir muddet sonra bezi sebeblere gore terkinamaz oldum yeniden ibadet etmek namaz qilmaq isteyirem qilmadigim namazlarin qezasini qilmaliyam? Vacibdirmi bu? Ve eyni zamanda namaza umumiyyetle baslamamisdan evvel sef etmiremse kisiler 14 yasindan etibaren namaz qilmalidir men ise 19 yasimda baslamisam yeni 14 yasindan 19 yasima qeder qilmali oldugum amma qilmadigim namazlarin qezalarini qilmaliyam? 3. Musiqiye qulaq asmaq ve ya her hansi bir şən meclislerde oynamaq eylenmek olarmi dost tanisla ve ya qohum eqraba ile? 4. Bir kisinin bir qadindan xosu gelerse evlenmek niyyeti ile onunla xasiyyetini oyrenmek ve bir birlerini tanimaq ucun unsiyyet qura biler? sosial sebeke telefon ve gorusub? 5. (Sallallahu aleyhi və alihi və səlləm) - ve - (Sallallahu aleyhi və səlləm) ne demekdir? Evvelceden tesekkurler!
Ответ / Cavab
Aleykumusalam.
Günorta və axşam namazları bir birinin ardınca qılmaq olar və bu bütünislam məzhəblərində icazəlidir.
Bəli, qılmadığınız bütün namazların hamısının qəzaları vacibdir.
Haram musiqilərə qulaq asmaq olmaz, oynamaq olmaz, şənlənmək isə haram şeylərin muşaiyəti ilə olmamalıdır.
İctimai yerdə həddi aşmamaq şərtiylə dəqiq evlənmək fikri varsa, oturub gələcək həyatı necə gördüjlərini muzakirə edə bilərlər.
Birincisi düzgündür, mənası Ona(Peyğəmbərə) və ailəsinə Allahın salamı və salavatı olsun.
Salam haci. Men bile bile gunah edirem ve bunu anlayiram. Bilirem ki, subheli kolbasalari yemek lazim deyil. Haci, amma men yemishem bu gun. Men ne edim? Bes tovbe edib birde bu gunaha qayitmasam nece? Yeni men deqiq bilmirem halaldi ya yox, servelad kolbasasi idi. Eshitmishem kim haram yemek yeyir onun ibadetleri 40 gun erzinde qebul olunmayacaq. In sha Allah birazdan Ramazan ayidir. Oruclarim qebul olunmayacaq? Cox sagolun. Bagishlayin yoruram sizi.
Ответ / Cavab
Aleykumusalam.
Siz bilərəkdən haram etməyin. Ramazan orucu insana elə ən əsas nəfsinə yox deməyi öyrədir. Halal olmasını yəqin bilmədiyiniz şeyi yeməyin və içməyin. Siz ziyanlı olub olmamasını dəqiq bilmədiyinizi etmirsiz. Cisminizi qoruyursuz, bəs ruhunuz da sizindir və cismdən artıq dəyərlidir. Onu da ziyanlardan qoruyun. Tovbə edin və bağışlanma diləyin. Allah bağışlayan və mehribandır.
Salam.salavat deyende elleri uzumuze cekmek mutleqdir yoxsa etmesek de olar? 2..men bawqa rayona gedecem ve 3-4gun qalacam bu muddetde oruc tuta bilerem? Birde namazlarim qezaya duwecek yoxsa qesr seklinde nece qilinir izah ederdiz zehmet olmasa? 3..şabaniyyə münacatını bizim dilde oxumaq olar? Ve bu ayda 1defe oxunur?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, əlləri üzə cəkmək vacib deyil.
Səfərdə olanda oruc tutulmaz və orada namazlarınız qəsr olacaq, yəni 4 rükətliləri subh namazı kimi iki rükət şəklində qılacaqsız.
Salamun eleykum haci zehmet olmasa sualima cavab vererdiz Saban ayi ne vaxt sona catir ve bu songunlerde hacan oruc tutmaq olar savab qazanmagcin 3 gunluk qeza orucumda var ramazana qeder onuda tutmaliyam medemde problem oldugna gore ara verib tuturam amma vaxta az qalib bilmirem nece edim ALLAH razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Bu gün Çabanın 15 idi, qəməri aylar da ya 29 olur ya 30. Ya ayın 4 ü bitəcək ya da 5 i.
Salamun eleykum haci zehmet olmasa sualima cavab vererdiz Saban ayi ne vaxt sona catir ve bu songunlerde hacan oruc tutmaq olar savab qazanmagcin 3 gunluk qeza orucumda var ramazana qeder onuda tutmaliyam medemde problem oldugna gore ara verib tuturam amma vaxta az qalib bilmirem nece edim ALLAH razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Bu gün Çabanın 15 idi, qəməri aylar da ya 29 olur ya 30. Ya ayın 4 ü bitəcək ya da 5 i.
Salam Aleykum Hacı.Yenə narahat edirəm.Cavabı oxudum və çox pis təsir etdi Bu-Yazmısız-Gənclərimiz ən azından özlərinə hörmət etsinlər və haram münasibətlər yaratmasınlar ki,bunun acı sonluğu ən çox elə,onların özlərinə mənəvi zərbə vurur və valideynlərin heysiyyatı itir.Valideynin heysiyyatı itir nə deməkdi ki? Münasibətdə nə görüş olub,nə əxlaqsız söz,danışıq.Lazım olanda gələcəyə dair fikirlərin yazıb deyiblər.1 yerdə oxuyublar,qohumdular,oğlan ciddi fikrin deyib,yaşı bilib geri çəkilib.Yenə gəlib maddi,ev problemi var yazıb (elə idi) Qız da oğlanı ailəsini tanıdığına görə,ümid edib Allahdan istəyib,1-1nin yanında başı ucadılar.Bütün bunlara görə Allahdan necə bağışlanma dilənməlidi? 1 xanım ailə qurmaq üçün necə tanıyıb bilməlidi bəs insanı? Artıq qəlbi qırılıb, qohum elədisə, başqasından nə gözləyəcək
Ответ / Cavab
Aleykumusalam.
Sualda ümidli edib aldatma qeyd edilmişdi, ümidli etmə də indiki zamanda hansı hallarda olur, onu yəqin bilirsiz. Dolğun yazıldıqda biz də həmin ruhiyyəyə uyğun cavab veririk.
Ailə qurmaq üçün tanışlığa gəldikdə isə qıza elçi düşərlər, bu zaman qız araşdırma aparıb düzgün və yararlı olub olmamasın muəyyən edib ya hə ya yox cavabı verir. Nişanlanıb sonra atanın razılığı ilə əqd bağlanır, ondan sonra hər şey öz axarında gedir. Bu tarixin süzgəclərindən keçmiş və tam sınanmış bir yoldur ki, qədimdən elimizdə bu qaydalara əməl olunub. Əfsuslar olsun ki, musirlik adı altında ailə təməllərimizi pozdular və bunun nəticəsində boşanmaların sayı hədsiz dərəcədə artıb. Bu bizi olduqca narahat edir.
esselamu aleykum ve rehmetullahi ve bereketuh.4sualim var insallah yazarsiz.1)musteheb orucda yalniz evde tutulmalidir?2)ramazan ayinda basqa yerde olsam tutmaq olar olmasa 1 gun qeza dusur yoxsa 60 gun?3)bu sualima gore cox uzr istiyirem qadinlara(heyz,cenabet) kisilere(cenabetden) basqa hansisa qusl verirlermi verilsede hansi hallarda verilir?4)basqa hansi qusllar var?Allah razi olsun!
Ответ / Cavab
Aleykumussalam
Əgər səfərdə olmani nəzərdə tutursunuz,bəli, səfərdə oruc tutmaq düzgün deyil.
Səfərdə olsaz və 10 gündən az orda qalsaz tuta bilməyəcəksiniz,sonra bir gün qəza tutulacaq.
Qadinlarda nifas və istihazə quslu var. Bundan başqa kişilərlə birlikdə meyyitə toxunma quslu var.
Həyat prablemleri qarşısında zəif və aciz qalmışam intihar fikirləri məndən əl çəkmir yaşamaq mənə çətin gəlir bacarmıram guc tapa bilmirəm Cəhənnəmdən çox qorxuram namazlarımı da saxlamışam belim ağrayır əyilib duzələndə əziyyət çəkirəm
Ответ / Cavab
Aleykumusalam.
Bütün bunların elə əsas səbəbi də həyat verici olan uca Yaradandan ayrı olmanızdır. Ondan ayrı düşmüsüz. Onunla yenidən yaxın olun, Ona axalanın, ondan imdan istəyin, O ən yaxşı yardımçıdır. Onunla munasibəti düzəltsəz, Kərbəla musibətləri başınıza gəlsə belə asan görsənəcək.