Страница 196 из 5746 << < 192 193 194 195 196 197 198 199 200 > >>
Allahu Akbar |

As'Salamu Aleykum, haci, destemaz alanda bawa mesh cekende elim alnima deyir ve alnim nem olur tebii ki, bawa cekilen meshde el alindaki nemi goturse artiq destemaz batildir?

Ответ / Cavab

Aleykumussalam

Əgər başdakı nəm əlin nəmindən çox olarsa məsh düz olmaz.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Agaali |

salamun aleykum.namazın salamında assalamu aləykum yoxsa assalamu aleykum deyilməlidir.(ə) yoxsa (e). əziyyət verdiyimcün üzr istəyirəm.

Ответ / Cavab

Aleykumussalam

Ə səsindən sonra yə hərfi gəldikdə ə incələsir və E səsinə yaxın səs meydana gəlir. Siz hər iki şəkildə desəz namaza ziyan dəyməz

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
...... |

Salam. Eger ishde ayaq yolunda kabinkada aftafa ve dush yoxdursa, ancaq tualetin birinci otaginda el yumaq ucun kran var, ordan yarim litirlik butulkaya su tokub paklanmaq olar? Bilirem ki, bu az su sayilir amma her defe birinci otaga cixmaq cetindir. Nece etmek olar ki, tam pak olaq? Ne qeder su lazimdi? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Böyük bayira çıxarkən az su ilə paklanmaq bu yolladir ki, nəcis tam yuyulub aradan gedən kimi ora pak olur

Kiçik bayira gedəndə isə az suyla paklanmaq belədir ki əvvəl su töküb nəcasət aradan aparilir, suyun qarşısı alınır, ikinci dəfə su töküb yumaqla pak olacaq.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Aya |

Salam)kebini nece pozmay olar.yoldaşimnan ayrilmişamsa?ve eyer garşi teref isdemirse.

Ответ / Cavab

Aleykumussalam

Qadın kəbini özbaşına pozdura bilməz. Ərindən buna razılıq almalıdır. Ər qadını boşamaq istəmirsə qadın ərinin yanında olmalıdır. Əgər ər qadinin haqqlarını odəmirsə ya ayrılıb sadəcə qadina əziyyət vermək istəyirsə, o zaman qadın şəriət hakiminə şikayət edəcək,onlar qadinin haqqı varsa onu yerbəyer edəcəklər.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Tural |

Salam haci latereya oynamaq nuye harandu

Ответ / Cavab

Aleykumussalam

Bu da qumardir. Sadəcə geniş kütlə arasında oynanılır.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Elya |

Salam Bildiyime fore zohrle esr namazlarin birlewdirib ardicilliqla qilmaq olar Amma yenede ureyimde wubhe yaranir bu ne derecede duzdu bax zohr 12:30 da,esr ise 15:45 de indi saat 13:00kimi zohr dualarla bur yerde qildim sonrada esre kecirem Axi esrin vaxtina cox var? Belke gecqilim zohru yeni 2 namaz arasinda munasib vaxt teyin edim Amma ezan vurulandan sonra namazi gec qilmaq da duz sayilmir

Ответ / Cavab

Aleykumussalam

Burada narahat edən bir şey yoxdur. Bu məsələ bütün islam fiqh məktəblərində azacıq fərqlə eyni hokmdədir. Zöhr qilinib bitdikdən sonra əsrin vaxtı başlayır. Rahat qila bilərsiniz.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
XXXXXXXX |

Salam hamiya. Allah her kesin duasini, orucunu, niyyetini, namazlarini qebul etsin. Haci sualim beledir. Eger qadin kiwiye deyir ki ofisanti qiz iwdiyen kafeye getme. Bu duzgundurmu, yoxsa??:

Ответ / Cavab

Aleykumussalam

Əgər harama dusəcəksə getməsin

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Leyla |

Salam.Uzr isteyirem sualima gore. Men hamile idim ama ushaq inkisafdan qalib qanaxmam var . Bele halda namaz qilmaq olar mi?

Ответ / Cavab

Aleykumussalam

Usaq dushubsə nifas halindasiz. Bu hal on günəcən davam edir. Bundan paklanandan sonra nifas quslu edib namaz qılmaq olar.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Ayan2 |

Salam, sabahınız xeyir. Cüməniz mübarək. Sualım belədir. Oğlum dedi ki, hardansa siniflərinə siçan girib. Sinifdə olan alma, kreks yeyib tərsliyindən qırıntıları və almanın hissələrini oğlumun partasının altına mitab qoyulan yerə qoyub. Uşaq da balaca olduğuçün ağlı kəsməyib ki, kitabı oraya qoymasın. Həmin yeri nəm salfetlə silib və kitabı oraya qoyur. Sonra evə gələndə həmən kitabı stolun üstünə qoydu.Xeylaq keçəndən sonra əhvalatı danışdı. Mən də dəhşət vasvası insanam.Hirsləndim ki əvvəldən deyərdin İndi bilmək istəyirəm ki, kitablar və sumkasının içi murdardırmı? Süfrəni yudum. Kitabı necə yuyum olmur. Yenə də gətirib stola qoyacaq. Nə edim?Nə olar bir şey deyin rahat olum.Xahiş edirem. əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.

Ответ / Cavab

Aleykumusalam.

Siçanın orada gəzməsi oranı murdar etmir. Əgər nəcis orada olubsa , nəcisi murdardır. Kitab filan nəcis deyil.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Masuma |

Salam, oruc tutmaq uchun qusullu olmaq vacibdirmi.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, qüsllü halda oruc olmaq olmaz, gərək sübh azanından əvvəl qüsl varsa icra edilsin.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Salam |

Novruz bayramında papaq atmaq pis əməldir?

Ответ / Cavab

Aleykumusalam.

İnsanların narahatçılığına səbəb olarsa, edilməməlidir.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Bəşirov Qərib |

Yasin surəsinin internetdən dinlənilməsinin fəzilətləri barədə yazardınız.Bəziləri bunun heç bir əhəmiyyəti olmadıgını,yalnız nəfəsli oxunmasının səvab olmasını iddia edirlər.

Ответ / Cavab

Aleykumusalam.

Fəzilətinin olması elə Qurna qulaq asmaq fəzilətidir, fərqi yoxdur, canlı insan oxuya, ya radiodan, ya televiziya ya internet ya sair oxuyuculardan dinlənilə.

Quranla hər cür ünsiyyət savabdır.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Agaali |

salamun aleykum.risalede namazin salamı bu cur yazılıb.assalamu aleykum va rahmatullahi va barakatuhu.mən həmməşə barakatuh demişəm.işgalı yoxdu.mənə sonuncu salamı duz tələffuz etməyə koməy edin.

Ответ / Cavab

Aleykumusalam.

Siz düz demisiz, dayandıqda və cümlə sonunda sait düşəcək.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Salam |

1)Her dilenene verilen pul sedeqe sayilir?2) namazda bilek ve topuq aciq olsa qadinin namazi duzdur?

Ответ / Cavab

Aleykumusalam.

Əgər həqiqətən fəqir olarsa, bəli, sədəqədir.

Xeyr, bunlar bağlı olmalıdır, biləkdən aşağı əl, topuqdan aşağı ayaq açıq ola bilər.  Ayağın da açıq olması naməhrəm onu namazda görməyəcəyi halda düzdür.

Allah sizə yar olsun

Задан: 15 Март, 2019 , Опубликовано: 15 Март, 2019
Ya Səbur |

Salam Haci.Mene bir çare deyin ((( Çox qeribe haldayam.7 ile yaxindi üreyimde biri var,aramizda 1 yaş fərqi var.Mən xanim oğlandan böyüyəm...Yaşa görə də əvvəldən fikirləri qarişiqdi.İki il qabaq dedi problemləri var deyə addim ata bilmir...En son etdiyi səhvə görə çox pis sözlər dedim ona.Susur.Əvvəldən də mən dedim kişi kimi söz ver birdə gələcək haqqda söz açma,dedi yaxşı.Ondan bu yana susub.(Deməyəydim kaş) Artiq valideynləri başqa qapilara elçi gedir,hələki alınmır işi.Sizcə mən addim ata bilərəm oğlana qarşı münasibəti düzəltməyə?O elə düşünür artiq istəmirəm onu.Yoxsa özü sevsə addim atar?Dua edin Allah yollarimizi bir etsin,nöcüzə yaratsin.Qohumdu çox çətindi ((( Hansi dualari oxuyum,nə edim???

Ответ / Cavab

Aleykumusalam.

Harama səbəb olmayacaq tərzdə ona öz fikrinizi  deyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 14 Март, 2019 , Опубликовано: 14 Март, 2019
Salam |

Siz bura yazmısınız ki,4 peyğəmbərimiz sağdır.Yəni peyğəmbərlərimiz indi insanların arasındadır?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bunlardan ancaq Həzrət Xızrın İnsanlar arasında olması bildirilir. Qalanları isə hələli ölümü dadmayıblar.

İmam Zaman ağa zuhur edəndə onlar qayıdacaq və muəyyən zamandan sonra önlar da ölümü dadıb dünyadan köçəcəklər.

Allah sizə yar olsun

Задан: 14 Март, 2019 , Опубликовано: 14 Март, 2019
sudabe |

salam.haram ayi ne demekdir?o sozlerin menasin basa duse bilmirem?niye haram ay deyilir?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Bu aylar İslamdan əvvəl  haram aylar hesab olub və İslam da bunu təsdiq edib. Bu aylarda muharibə, şiddət , qan tökmək qadağan olunmuşdu.

Allah sizə yar olsun

Задан: 14 Март, 2019 , Опубликовано: 14 Март, 2019
sudabe |

salam receb ayinda oruc tutmag savabdi deyilir.oruc tutanda ne niyyetle tutag qeza niyeti ile ?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Boynunda oruc qəzası olan mubarək Ramazan aylndan başqa günlərdə  ancaq qəza niyəti ilə oruc tutacaq.

Allah sizə yar olsun

Задан: 14 Март, 2019 , Опубликовано: 14 Март, 2019
sudabe |

salam.bir insamim kecen ramazan ayinan qeza orucu var 22 gun.olar ki o borcu pulnan kimese odesin orucun evezine,qohumlarda inkansiz adami var.sag olun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, gərək onların hamısını bu Ramazana kimi qəza etsin.

Allah sizə yar olsun

Задан: 14 Март, 2019 , Опубликовано: 14 Март, 2019
Rasima |

Salam Aleykum üzür isteyirem size bir sualim olacaq Bezi qadinlar deyirlerki Leylatul Regaib Gecesi Namazi 12 rüketli qilinan namaz müsteheb deyil deyilene gore müctehidlerde bunu tesdiq edib deyilerki kim bu namaza müsteheb namazi dese dine bidet getirmis olar.Bu deyilenler ne derecede duzgundu sizce dogrudu ?Xais edirem izah ederdiz etrafli.Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Bu gecə və onun əməlləri barədə əlimizdə məsumlardan yetişən tutarlı sənəd yoxdur, bu cəhətdən bu gecəni və onun əməllərini kim icra tmək istəyirsə, rəca qəsdiylə, savaba yetişmək qəsdiylə edə bilər. Bir şeyin mustəhəbb ya məkruh ya halal ya haram olmasına hökm etmək üçün dəlil olmalıdır.

Allah sizə yar olsun

Задан: 14 Март, 2019 , Опубликовано: 14 Март, 2019
Страница 196 из 5746 << < 192 193 194 195 196 197 198 199 200 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com