Страница 193 из 5746 << < 189 190 191 192 193 194 195 196 197 > >>
Leyla |

Salam aleykum, sam namazinin vaxti subj azanina qederdi? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

ŞAm və xiftən namazları gərək gecə yarıya kimi qılınsın. Əgər bu zamana kimi qılınmazsa, o zaman sübh azanına kimi əda və ya qəza demədən qılınsın.

Allah sizə yar olsun

Задан: 21 Март, 2019 , Опубликовано: 20 Март, 2019
Leyla |

Salam, elim ayaqqabi kleyine oxsar bir kleye bulasmisdi, temizledim. Sonra destemaz aldim, namaz qildim, qurtaranda gordum ki, dirnagimda noqreden biraz yeke kley qalib. Temizleyende tez temizlendi, yeni cox yapismamisdi. Sizce su destemazim, namazim duzdu? Cox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Əgər suyun dəriyə toxunmasına mane olubsa dəstəmaz və anmaz təzələnməlidir.

Allah sizə yar olsun

Задан: 21 Март, 2019 , Опубликовано: 20 Март, 2019
Salam |

1.Papaq atmaqa gələndə qapını açmasaq olar?2. Bayramda şamı adətə görə yandırmaq israf deyil?3. Əleyha salam və səlamullahi əleyha nə deməkdir?

Ответ / Cavab

Aleykumusalam.

1.Qapını açmağa məcbur deyilsiz.

2.Xeyr, bu israf deyil.

3.Salam olsun o qadına, Allahın salamı olsun o qadına

Allah sizə yar olsun

Задан: 21 Март, 2019 , Опубликовано: 20 Март, 2019
Bende |

Salam. Spirtli duxudan istifade etmek olarmı? (Xamineyi ağa)

Ответ / Cavab

Aleykumusalam.

Bəli, istifadə edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 21 Март, 2019 , Опубликовано: 20 Март, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, " Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır." (7:179) bu ayenin izahi nedir? ayede qeyd edilen "insanlar'' kimlerdir?

Ответ / Cavab

Aleykumusalam.

Ayənin geniş izahı var. Amma burada çalışıb müxtəsər olaraq deyək.

Bəzi insanlar var ki, nəfslərinin qulu olublar və insani keyfiyyətləri itiriblər. Mənəviyyat yox olub . Onların bədən üzvləri ancaq şeytana açıqdır, haqqa qapanıb. Düşünnmək adında bir şeyləri yoxdur. Heyvan şəklində həyat sürür, ancaq sırf maddi təminata qaçırlar və bu yolla müqəddəs  heçnələri olmur. Sanki heyvan şəklindədirlər, amma heyvan belə öz qərizələrinə tabe olduqundan bunlar ondan da pis sayılırlar.

Allah sizə yar olsun

Задан: 21 Март, 2019 , Опубликовано: 20 Март, 2019
@@@@ |

Salamaleykum.size qible ile baqli yazmiwdim.(Siz deyen proqram tel axtariw bolmesn gelmedi)1)Moskva wehericun de eyni qayda kecerlidi gun cixan teref sol ciyinle olculmesi?Xatirladimki bir ay boyunca qildiqim namaz gunewe uzi qilmiwam azcasaqa donseydim qible tam doqru olarmiw. 2)Bilmeden bu halda qilinibsa(proqram o istiqameti gosterib) yenilenmelidi qilinan namazlar?Twkurler.Allah sizden razi olsun!

Ответ / Cavab

Aleykumusalam.

Bu Bakı üçündür, Moskva üçün fərqlidir.

Əgər qiblədən 20 dərəcədən artıq səhf olmayıbsa, namazlar düzdür.

Allah sizə yar olsun

Задан: 20 Март, 2019 , Опубликовано: 20 Март, 2019
Mına |

ssalam.1.Ceferı Teyyar namazı qıllarkan qnut tutulur.2Men namaza cox gec bawladım 46 yawında.Qezaları fızıkı cehetden hec cur qıla bılmırem.Ne edım?

Ответ / Cavab

Aleykumussalam

Qunut müstəhəbdir.

Qıla bilərsiniz, inşa Allah. Cəhd edib yavaş yavaş baslayin.

Allah sizə yar olsun

Задан: 20 Март, 2019 , Опубликовано: 20 Март, 2019
Arzu |

Salam.Bır hadıseye aydınlıq vermeyınızı rıca edırem.Qızımı bırı ıstedı.Dini cehetden savadlı bırıne stıxare xeberı yolladım.Amma xeber gelene kımı oyrendik kı,oglan teqdım etdıklerı kıimı deyil ve qızım yox dedı.Sonra savadına ımanına ınandıgım hemın adamdan xeber geldı kı,gozel aye gelıb nezerde tutdugunuz adama.Ustunden az kecdı kı,bawqa bır namızed cıxdı.Stıxarede gozel aye bu sonradan cıxan oglana aıd ola bıler yoxsa menım hemın hacıya(Allah kecsın gunahımdan) artıq wubhe etmeyım lazım?Tewekkur edırem

Ответ / Cavab

Aleykumussalam

Evlənmə məsələlərində istixarə edilməməlidir. Bu o zaman düzgün olar ki iki nəfər namizəd var, bunlardan daha xerirlisi hansidirsa onu bilməyə. Evlənmədə əsas məsələ əks tərəfin iman,əql,əxlaq cəhətindən olan keyfiyyətli biri olması və salim ailədən olmasi nəzərə alınmasıdır.

Allah sizə yar olsun

Задан: 20 Март, 2019 , Опубликовано: 20 Март, 2019
Ssshhh |

Salam men istediyim oglanla kebin kesmek isteyirem ozum ishdeyirem pul qazaniram amma ailemle yashayiram.kebinde meqsed yaxinniq deyil.biz kese bilerik muveggeti kebin?yash 22

Ответ / Cavab

Aleykumussalam

Atanızın buna icazəsi olmalıdır.

Allah sizə yar olsun

Задан: 20 Март, 2019 , Опубликовано: 20 Март, 2019
Elya |

Salam ayin 20 yeni sabah bayram gunudur hemde imam Elinin doqum gunudu qeza orucu tutmaq olar?

Ответ / Cavab

Aleykumussalam

Bəli əlbəttə tuta bilərsiniz.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
Sual |

Salam Haci. Bilmek istərdim ki teyyare ile Kerbelaya ziyarete geden qrupla getsem orda Imam Huseynden sonra Imam Elini de ziyarete gedecek qrup?

Ответ / Cavab

Aleykumussalam

Orada bütün Kərbəla şəhidlərinin, İmam Əli,  imam Museyi Kazim, imam Cavad, İmam Həsən Əsgəri, imam Muhammed Hadi ziyarət ediləcək.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
xanim |

Salam Aleykum Hacı.Sizdən məsləhət almaq istəyirəm.27 yaşında xanımam.Elçi göndəriblər,ama düzgün tanımıram kimdi,oğlanın adı,yaşı,boyu,işi.Uzaq da olsa qohum sayılırıq.Sadəcə elçi gələn deyir mən dərs demişəm oğlana yaxşı biridi,bi də evi var,bizə yaxın.Cavab gözləyir neçə müddətdi,əgər istəsəm tel nömün versin danışaq.Yol göstərin,teldə danışmaq olar,ya görüşmək,necə tanıyım.Ya şəkilin istəyim,bilim kimlə danışıram.Beynim qarışıqdı nə edim mən.Buraqədər hədsiz istəyənim olub.Hamısına yox demişəm,ürəyimdə biri olub deyə.Artıq o insan yoxdu.Mən də qərar verməyə çalışıram,bilmirəm ürəyimdəkini unutmaq üçün ya nə üçün addım atıram (( Oğlanda hansı meyarlara üstünlük verim tanımağa.Ya səbr edim başqası çıxar elçi?

Ответ / Cavab

Aleykumusalam.

Təmiz  və ədəbli ailədəndirsə və özü də ağıllı və ədəbli insandırsa, haramlardan uzaqdırsa, ona musbət cavab verə bilərsiz.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
Vusal |

Salam Aleykum! 1. Mən sabah saat 9-da Şamaxı şəhərinə səfərə çıxacam və yəqinki saat 11-ə kimi orada olacam...Bilmək istəyirəmki, əgər sabah rəcəb ayının 13-də qəza niyyəti ilə oruc tutsam və axşama qədər yəni məğrib namazına qədər orucu pozmasam ORUCUM qəbuldu yoxsa yox? Yəni zöhr azanına qədər gedəcəyim yerə şatsam və axşamacan orucu pozmasam orucum qəbuldur? sistani ağa-ya görə bilmək istəyirəm necədir?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, qeyd edilən gün oruc ola bilməzsiz.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
Fərid |

Salam əleykum İmam Əlinin movludu sabahdı ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumussalam

Bəli sabah movluddur.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
... |

Salam. Yaxınım işlə bağlı içkiyə görə bir neçə yerə getmirdiki haramdı. Bir iş təklifi oldu. Çayçılıq ancaq elədir ki üz tüklü olmalı deyil. Mənə dedi dedim işlə bağlı olduğun üçün üzrlüsən yəni üzünü qırxa bilərsən. Mən düzmü etmişəm? Sistanı ağa

Ответ / Cavab

Aleykumussalam

Əgər zərurət olarsa üzrlü sayılar

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
... |

Salam.zohr namazin bibimgilde qildim yer balaca oldugunnan kravtin ayaq hissesine namaz xalcasi direnmisdi namazi qilib qurtaranan sonra gozume kravatin ayagi satasdi ve ozumu gordum guzgu deyildi ama masinin rengi insani nece bulanig gosderirse ele gosderirdi namazlarim batildimi? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Narahat olmayın namaz düzdür.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
Salam |

İsra 36da ürəyində sorğuya tutulacaqı buyurulur. İzah edərdiz zəhmət olmasa.

Ответ / Cavab

Aleykumussalam

Tək urək deyil,goz qulaq da qeyd olunur. İnsa bunlara məsuliyyət daşıyır və bulara gorə sorqulanacaq. Həmçinin həmin uzvlər də sorqulanacaq. Yasin surəsində əllərin dilə gətirib ayaqlarin şəhadət verəcəyi də qeyd edilib. Bütün bədən üzvləri hesaba çəkiləcək ki insanın etdikləri, düşündükləri,əqidəsi tam olaraq isbat olsun.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
Elnur |

Salam. Məni bir sual maraqlandırır və heç bir yerdə buna cavab tapa bilməmişəm.Skandinaviyanın şimalında günəş may ayında çıxır və birdə iyul ayında batır.Həmin aylarda orada yaşayan müsəlmanlar Ramazan ayında orucu necə tutmalıdır?

Ответ / Cavab

Aleykumusalam.

Onlar özlərinə ən yaxın olan yer ki, orada günün çıxma və batması az da olsa var, həmin yerin üfüqünə əsasən oruc olacaqlar.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
Nuray |

Tek qulaq fali yox sam yandirib suya tokullwr yasin qeder evleneceyin qdamin bas herfi olur, sonra uzu arxaya durub tapichka atirsan uzu uste dusdusee evleneveksen dusmedise yox bele seyler gunahdir?

Ответ / Cavab

Aleykumusalam.

Belə şeylər boş başaldadıcı inanclardır ki, bunlara etiqad edilərsə, gunah olar.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
Salam |

Quranda ürəyində sorğu susla tutulacıqı yazılıb. Ürək niyə sorğuya tutulur?

Ответ / Cavab

Aleykumusalam.

Xahiş edirik ayənin ünvanın verin, ayəyə əsasən cavab verək.

Allah sizə yar olsun

Задан: 19 Март, 2019 , Опубликовано: 19 Март, 2019
Страница 193 из 5746 << < 189 190 191 192 193 194 195 196 197 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com