Salam Aleykum.Zaman geciksə də,nəticə geciksə də səbr edən zəfər çalar hədisi var.Bu nələrə aid ola bilər.Kiminsə övladı yoxdursa səbr edir,kiminsə tutaq ki qəlbində istədiyi biri var dua edib,səbr edir qovuşur.Ya pis xasiyyətli insanlara dözür sonu yaxşı olur.Bütün bunlara aid etmək olar?Dua ilə necə qisməti dəyişmək olur ki?1 qıza elçi gəlir...gələn elçiyə getmək istəmir dua edir öz istədiyi insanla ailə qurmağa,istədiyi insanla qovuşursa dua ilə qismətin dəyişmiş oldu?1 də belə deyim var əgər gələn elçilərə yox deyirsənsə,getmirsənsə demək sənin qismətin deyil.Öz qismətinə gözü yumulu,dili ağzı bağlanır adamın hə deyir bu düzdü?
Ответ / Cavab
Aleykumusalam.
Bunu hər bir hala aid etmək olar.
Qismət məsələsi isə ixtiyaridir. Bir nəfər əlində alma tutub Həzrət Musadan soruşur ki, Ey Musa bu alma mənim qismətimdi ya yox. Həzrət Musa deyir- Yesən qismətindir, yeməsən yox.
Salam Aleykum.Belə hədislər var.And ola Allaha israrla əl açanların duasını verər.Allah qəbul etməyəcəyi duanın əlini səmaya qaldırmaz.Əqiq üzüklə dua qəbul olur.1-ni sevirsinizsə onu Allahdan istəyin qəlbləri isindirən Allahdı.Və bu qədər hədislərə dualara rəğmən Allah duanı qəbul etmir.Yaxud necə olur 2 gənc illərlə bir birin sevir,görüşür danışır duasız falan onları qovuşdurur??Demək onları Allah bir birinə xeyirli bilib??Ama halal yolla dua ilə istədiyin birini Allah xeyirsiz bilib qovuşdurmur?1inin nə istədiyi insan alınır,nə də gələn insanların heç birinə getmir...Qəlbində istədiyi var deyə...Həmin insan daha evliliyi düşünmür...Subay dünyadan köçən cəhənnəmlik olur.Çünki bilir istəmədən ailə qursa özünü də qarşını da gün vermiyəcək.
Ответ / Cavab
Aleykumusalam.
Dualar barədə belə düşünməyək ki, bunlar fokus kimi deyirsən və olur. Belə deyil. Bəzi dualarımız ziyanımıza olduğundan ALlah rəhm edib vermir. bəzi duaların icrası muəyyən vaxt tələb edir, bəzi dualar düzgün edilmədən ya günah edib tovbə etmədən edildikdən dərgahda cavabsız qalır. Bunları hamısı muəyyən şərtlərdir ki, hər birinin olması mümkündür.
Rayonda xoruzu uzu qibleye tutub bismillah deyerek seriat qanunlarina uygun kesdik basini temiz ayirdig sonra gordukki ulqumunun yarisi basin uzerinde yarisi bedende qalib bezileri dedi onu yemek haramdi bezileri dedi bismillah deyilibse halaldi indi bilmek isteyirem halaldi yoxsa haram
Salam. Zehmet deyilse, sualima aydinliq getirerdiz. Menim hansisa namazim qezaya qalanda Men onu vacib namaz necedirse ele qiliram, evvelinde sadece niyyet ediremki, meselen: niyyet edirem Allah rizasi ucun, Zohar namazinin qezasini qiliram qurbeten ilellah. Ve zohrduse 4 ruket qiliram, 2 yox. Duzdur bele qilmaq?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, namaz özü necədirsə, qəzası da eyni özü kimi olacaq.
Salam. Zehmet olmasa deyerdiz, Red Bull ichmek olar, yoxsa qadaghandir?
Ответ / Cavab
Aleykumusalam.
Əgər tərkibində haram və ya nəcis sayılan bir qatqı yoxdursa, içilməsi icazəli sayılar. Məsləhət olaraq onu deyə bilərik ki, belə şeylərdən qaçıb təbii şeylərə tərəf meyl edin.
Salam Aleykum.1 kitab var orda məhəbbət duaları,hətta namazı da var.adı 1001 şəfadı.o dualar,namaz vasitəsilə qarşı tərəfin qəlbində sənə qarşı məhəbbət yarana bilər?(sənə elə də istəyi olmayan birində müəyyən səbəblərdən yaxın gələ bilmir,istəmir) (qarşı cinsdən gedir söhbət) 1 dəfə çoxlu ordakı namazdan,dua zikrlərdən istifadə olunurdu xeyri oldu yəni.İstəyimiz baş tutana qədər zikr dua namazı qıla bilərik???
Ответ / Cavab
Aleykumusalam.
Bunların təsirli olması mümkündür, amma mütləq deyil.
SALAM 1.MENIM XUMS GUNUM YAXINLASIR ANAM VEREN PULUDA OZ MAASIMIN USTUNE QOYUB VERMELIYEM?EGER 1-2 TEZ VE YA GEC VERSEM GUNAH SAYILIRMI?2.QARGISLA BAGLIDIR.EGER NENE OZ NEVESINE QARGIS EDERSE KI,QIZ USAGINA EVDE QALSIN O GELECEKDE KECER OQARGIS. XAMENEI AGA
Ответ / Cavab
Aleykumusalam.
Xums günündə əlinizdə olan artıq nə varsa onun beşdə biri xumsa veriləcək.
Ancaq məzlumun zalıma olan nifrin və qarğışının təsiri olar. Əgər nəvə nənəyə zülm edibsə təsirinin olması mümkündür.
Bir də salam.Sualım belə olacaq: Əgər qadın kişini boşamaq ücün məhkəməyə verirsə və kişi boşanmaq istəmirsə və nəticədə boşanma baş baş verirsə bu təlaq sayılır?Qadının buna haqqı var? Varsa da artıq boşandıqdan sonra kəbin də pozulmuş olur?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, bu talaq deyil və ərin razılığı olmadan talaq oxunmasa onlar ər arvad sayılacaqlar.
Salam.1.Mən qüsuldan əvvəl dişlərimi fırçalamışdım. Və sonra yası namazını qıldım.Səhər sübh naazına qalxanda diş arasında qida qalığı vardı.Bilmək istədiyim bu qüsula əngəldirmi?Yenidən qüsula gərək var?(sübh namazını da qıldım).2.Zöhr namazını qılanda 3-cü rəkatda sonra tərəddüd etdim 3mü 4mü deyə.5-6saniye oturdum.Buna görə səvih səcdəsi lazımdır? TƏŞƏKKÜR EDİRƏM ƏVVƏLCƏDƏN.
Ответ / Cavab
Aleykumusalam.
Xeyr bu qüslə əngəl deyil.
Əgər 3 və ya 4 cü rükət arasında şəjj edildikdə gərək qərarı 4 olmağaı qoyub namazı itirək və sonra qalxıb bir rükət də ehtiyat namazı qılacağıq.
salam bilmek isderdim ayaqqabinin ve ya kalqotqanin usdunden ayaga mest cekmek olarmi?serait ve ya xesdelik mumkun deyilse
Ответ / Cavab
Aleykumusalam.
Adi halda bu qadağandır, gərək məsh ancaq dəriyə çəkilsin. İztirari hal olarsa, yəni məsələn cana ciddi təhlükə qorxusu olarsa, (çox şaxtalı yerlərdə) o zaman icazəli olar.
salam mene talib uzun zamandi biri var men o wexsle aile qurmag isdiyirem ( bu zinanin qarwisini alar ve dinde cox beyenilen emeldi) anam oglanin anasiyla bacisini sevmir cox atiwalar olur evvelki problemleri daniwib atiwirlar atam deyr qiz kimi isdedi gedecek amma anam narazidi qardawlarimda isdemir oglan yaxwi oglandi ne ede bilerem gelecek qaynanamla anamin arasini yaxwi etmek isdiyirem anamin narazi oldugu halda evlene bileremi? veya qaynanamla anam atiwirlar bele bir ortamda aile qurmag dince bir sakincasi yoxduki? bilmirem ne edim daniwirami mehriban olsunlar AILEDE ESAS HEYAT YOLDAWDI? evlilikle bagli hedis varmi? minetdaram ALLAH RAZI OLSUN
Ответ / Cavab
Aleykumussalam
Bunu danisaraq həll edin. Ananizla danışıb bu problemi aradan qaldirin. Söz söhbətlə qurulan ailənin təməli zəif olar. Din insanlari danisaraq aralarinda olan narazılıqları yox etməyə caqirir
Salam.Bura yazsam ədəbsizlik olar deyə mən öz sualımı hacıxanıma (qadın xeylağına ) vermək istərdim.Bu mümkündürmü ?Xanımlara aid bağlı sual -cavab bölməsi varmı?
Ответ / Cavab
Aleykumusalam.
Sualınızı bura yazın, poçtunuzu qeyd edin və cavabın ancaq poçta gəlməsin qeyd edin.
Bir daha salam. Sualımda bir şeyi qeyd etməmişəm ki, bu gəldiyim yer də mənim evim kimidi. Bir ildən artıqdır burada qalıram və ayda 2 ya 3 dəfə öz ata evimə gedirəm. Yenə də qəsr namazı qılmalıyam?
Ответ / Cavab
Aleykumusalam.
Evinizdir ya eviniz kimidir. Bunlar ayrı ayrı məsələlərdir.
Salam haci. Suali daha aydin vermek isteyirem. Anamin yadinda deyil ne vaxt fikrini deyishib feqire neziri vermek. Ona gore qerara gelib ki, hem mescide versin hem feqire. In sha Allah mescide aparib vereceyik. Bes feqir nece? Hemin yazdigim adamlara vermek olar?
Ответ / Cavab
Aleykumussalam
Bəli hər iki yerə versin, fəqir də indiki vaxtda çoxdur.
Salam hacı. Bu gün saat 1-ə işləmiş evdən başqa bir yerə getmək üçün çıxdım. Getdiyim yerə çatanda zöhr namazının vaxtı bitmişdi. Avtobusda olarkən namaz qıla bilmirəm, indi həmin namazı qəza kimi 4 rükətli qılmalıyam, ya 2? Qeyd edim ki, məsafə gəldiyim məsafə 55 km-dən çoxdur.
Ответ / Cavab
Aleykumussalam
Əgər səfərə gedən vaxt azan olmamisdisa o zaman namaz qəzaya qəsrdə getdiyindən iki rükət şəklində qilinacaq.
Salamaleykum.Qonşunun internet şebekesinin parolu yoxdu.Özünden icaze almadan şebekeye qoşulmaq olar? (Bina evidir ve kime aid olduğu bilinmir.) ALLAH sizden razı olsun.
As'Salamu Aleykum, Haci gece namazi 11 ruketdir bunun 8 ruketi 4 defe subh namazi kimi qilinir yani subh namazi kimi axirda salamlari verenden sonra qalxib birde niyyet edib qiliram namazi 8 ruket olana kimi? Birde ki tutaq ki o 4 namazin 2 cisinden sonra destemazim pozulsa yeniden bawlamaliyam yoxsa destemazi yenileyib qaldigim yerden?
Ответ / Cavab
Aleykumussalam
Bəli elə edilir. 4 dənə iki rükətli namaz qılınır.
salam alwykum zekmet olmasa talaq suresinin 2-ci ayesini yazardizde Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam
(Təlaq verilmiş qadınlar) iddə müddətinin axırına yaxınlaşdıqda, ya onları (evliliyə qayıtmaqla) yaxşılıqla (evlilik vəzifələrinə əməl etməklə) saxlayın, yaxud (iddə qurtardıqdan sonra) xoşluqla ( mehriyyəni və vacib hüquqları ödəməklə) onlardan ayrılın. (Təlaq icra olunan zaman) özünüzdən (möminlərdən) olan iki adil kişini şahid tutun və (siz ey şahidlər,) şəhadəti Allaha görə verin (saxtakarlıq etməyin). Bununla (bu əmrlərlə) Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.