Salam.Sizdən soruşmaq olar namaz vaxtlarını hardan məlumat alırsız? Hər yerdə fərqlidir. Birdə biz bu saytdan namaz vaxtına baxıb qılırıqsa vaxt yanlışdırsa namaz batildir?Batil ulur?
Ответ / Cavab
Aleykumusalam.
Bizim öz istinad əldə etmə qaydalarımız var. Verdiyimiz cədvələ arxayınıq. Bizə etibarınız varsa bu cədvəllə qılın və arxayın olun.
Tövbə namazı necə qılınır?Xahiş edirəm ətraflı yazında
Ответ / Cavab
Aleykumusalam.
Tovbə namazı 4 rükətdi, yəni iki dənə iki rükətli namaz.Hər rükətdə bir dəfə “Həmd” surəsi, üç dəfə “İxlas” (Qul huvəllah…), bir dəfə “Fələq” (Qul əuzu bi Rəbbilfələq…) və bir dəfə də “Nas” (Qul əuzu bi Rəbbin-nas…) surəsini oxuyun.
Namazdan sonra 70 dəfə istiğfar edib (Əstəğfirullahə rəbbi və ətubu iləyh – deyib) bir dəfə “La həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim” dedikdən sonra bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar! İğfir li zunubi və zunubə cəmiil-mumininə vəl-muminat. Fə innəhu la yəğfiruz-zunubə illa Ənt.”
Ya kafiyən min kulli şəyy. Və la yəkfi minkə şəyun fissəməvati vəl ərz. İkfini ma əhəmməni min əmrid dunya vəl axirəh. Və səlli əla Muhəmmədin və alih.
Salam,tanışımın bu axır zamanlar işi həddindən artıq pis gedir,deyir ki,ətrafımdaki insanlar,biraz qaragüruhçu,yalan danışan və tez-tez caduçunun yanına gedirlər,yəni bunu öz qulaqlarımla eşitmişəm,və axır bir iki ildir ki,ailəmiz dağılmaq astanasındadır,yüz faiz əminəm ki öz çirkin əməllərinə baş vururlar,cadı-piti xoşladıqları işdir,qarşılarına keçib söz də deyə bilmirəm,elə bil məni tuturlar,nə məsləhət görərdiniz,en effektiv yol nədi?Xahiş edirəm müfəssəz başa salasınız,əvvəlcədən təşəkkürlər!
Ответ / Cavab
Aleykumusalam.
Həmin şəxs fikrini bu şeylərdən uzaq etsin. İnsan belə şeylərə özünü inandırdıqca getdikcə ruhən zəif düşəcək və nəhayətdə elə özünü psixoloji olaraq daxildən yeyib çürüdəcək. Belə olmaz. Kim nə edir etsin. Onlara və digərlərinə fikir verməsin. Ancaq irəli baxsın və çalışsın. Dünyada insanın başına müxtəlif hallar gələ bilər, sıxıntılar olar, çətinliklər olar. Bunların dünyada səbəbini tapmalı və qalxıb onlarla vuruşmalıdır. Belə olduqda nəyəsə nail olacaq. Pessimist olmasın yetər.
As'Salamu Aleykum, haci ekstrasesnslere falcilara inamim yoxdu Elhemdulillah, amma bezen falcilarin kecmiw ve ya gelecek haqqinda dedikleri duz cixir yani tesaduf olan bir weyler olmur bunu nece bawa duwmek olar?
Ответ / Cavab
Aleykumussalam
Bu dünyada əsasən əksəriyyətinin başına gələn hadisələr eyni olur. Onlar sadəcə insanlar arasında ümumi psixoloji şeyləri öyrənib insanlari aldadırlar.
Salam AzGranata shirketinin istehsali olan Medrese sherabini icmek olar ya yox her iki halda sebebininaydinlatmanizi xahishbedirem. Arxasinda yazilan yaziya esasen bu sherab olub sonradan vakum vasitesi ile terkibindeki spirt ayrilib
Oruca 18 yaşımda başlamışamsa onda öncəki illər üçün də qəzam var və o qəza olan aylarının təkcə bir ayının kəffarəsin ödəməliyəm. Anladığım qədərilə. Təqlid Sistani ağa Bəs kəffarəni ödəyəndə 30 günün hər bir günü üçün bir çörək versəm kəffarə boynumdan silinər?
Ответ / Cavab
Aleykumussalam
Bəli son ili kəffarə verəcəksiz. Bir gunə bir çörək kifayət edir,əlbətdə balaca yox.
Salam. Qəsr namazlarını adi şəkildə qılmaq olar? Bəzən getdiyim yerlə əlaqədar qəsr olub-olmadığını bilmirəm. Tam qılsam günah olar?
Ответ / Cavab
Aleykumussalam
Getdiyiniz yerin minimum gedish gəlişi ( gedis gəlis məsafə çıxdığınız məkanin sonundan hesablanmaqa bashlayir.) 45 km ( aqa Xamenei bu məsafəni 41 km bilir.) olarsa orada namazlar qəsr olacaq. Əgər olduqunuz məkanin qəsre düşüb düşmədiyini,yəni lazım olan məsafəni keçib kecmədiyinizi bilmirsizsə,qəsr sayilmaz. Əgər ehtiyat etmək istəyirsizsə hər iki halında qılın.
Salam Hacı. Allahın mübarək adlarından uşağa ad vermek olar? Rəhman adı. Allah sizdən razı olsun.
Ответ / Cavab
Aleykumussalam
AllahınRəhman və Allah adlarını usaqa qoymaq olmaz. Bu iki ad Allahin xüsusi adlarıdır. Əgər qoymaq istəsələr gərək qarşısına əbd (qul) kəlməsi qoyulsun. Abdullah ya Əbdürəhman. Qalan adlar qoyula bilər.
Salam Hacı. Dində şübhəli olan birisinə Ərbeyində 30 milyon insanın Kərbəla ziyarətində olduğunu dedim. Ançaq mənbə kimi sübut edə bilmədim. yardımçı olardınız.
Ответ / Cavab
Aleykumussalam
Mənbə olaraq internetdə etibarli xəbər portallarinin verdiyi xəbərlər ona kifayət edər. Həmçinin iraq dovlətinin rəsmi numayəndələrinin bu barədə elanlari her il olur. Rəsmi saytlar,xəbər agentlikləri və dovlət numayəndələrinə də inanmayacaqsa deməli sadəcə inanmaq istəmir. Ona həmin 30 milyon insan bir bir gəlib ərbəində orada olduqlarini desələr də inanmayacaq.
Bəqərə sürəsi. Ayə 30. Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” Sual. Əgər qeybi və gələcəyi haqqında biliklərin hamısı Allaha məxsusdursa kimsə bilmirsə Mələklərin hələ şeytanın Adəmə səcdə etməmişdən öncə və İnsanın yer üzündə fitnə-fəsad törətməsini hardan bilirdilər? Nəzərə alsaq ki Peygəmbərimizdəndə və İmamlarımızdanda müəyyən hədislər var ki müəyyən hadisələri qabağcadan bəyan etmişlər.Məsələn - İmam Hüsüynin kim tərəfdən şəhid olması və s. Buna da fikir bildirərdiniz. Mümkünsə bir az ətraflı izah və ya hansı mənbəsdən oxuya bilərəmsə link verərdiniz.
Ответ / Cavab
Aleykumussalam.
Ayədə diqqət olumali məsələ budur ki, mələklər dedilər, - Biz sən bizə oyrətdiyindən basqa bir sey bilmirik.- Allah bəzi şeyləri bəzilərinə bildirər. Hətta Quranin ozundə belə bəzi gələcək işlər barədə məlumat verilib.
Peyğəmbər ilahi elmin yer üzərində sahibi və hədisə əsasən şəhəridir. İmamla da bu səhərin qapisi. Onlara çox seylər bəyan edilib.