Salam hacı. Mən işimlə əlaqədar olaraq namazlarımı birləşdirib qılıram. Zöhrün vaxtının bitməsinə 15 dəqiqə qalmış Zöhrü, ardıyca dərhal Əsri qılıram. Axşam isə İşa namazının vaxtı girdikdən sonra əvvəlcə Şamı, ardıyca İşanı qılıram. Belə etmək olarmı?
Ответ / Cavab
Aleykumusalam.
Siz zohr vaxtında da hər ikisini ardıcıl qıla bilərsiz. Həmçinin şam namazının vaxtında da şam və işanı ardıcıl qıla bilərsiz.
Salam Aleykum,ticarətdə malı maya dəyərindən necə faiz baha satmaq olar?
Ответ / Cavab
Aleykumusalam.
İndiki dövrdə bazar özü qiymətləri tənzimləyir və muəyyən qədərdən artıq satmaq mümkünsüzdür. Şəriət isə bazara qiymət diktəsi edənlərə muyyən qadağalar qoyur ki, onların qoyduqları qiymət məsələni dəyişir. Baara bahalıq gətirir.
salam,yadimnan cixib necedene qesr namazimin qezasi var bilmirem nece gundu ne qeder qilsam qebul olar qilmadiqlarima sayilar?yani men evveler bilmirdim qonaq gedende qesr namazi qilirlar qeza nmazlarinnan qilanda qesr namazi evezide qeza qila bilerem?saqolun
Ответ / Cavab
Aleykumusalam.
Təqribən nə qədər qıldığınızı muəyyən edin, boynunuzda olandan onu çıxın və qalanını qalıq qəza bilin. Qəsr olunmalıları da təqribi olaraq ölçün , məsələn nə qədər səfərlərdə olmusuz, onu təqribi muəyyən edin və o qədərini də qəsr qılın.
Salameleykim 1)Bir adam asqiranda ona yerhamukellah deyirsen bes o cavabinda ne demelidir2)qece destemaz alib yatmaq xeyirdir men sifetime gece kremi cekirem onda nece edim destemazdan sonra ceksem axi destemazli sayilmayacam buna bir aydinliq getirerdiz
Ответ / Cavab
Aleykumusalam.
1.“Yəhdikumullah və yuslihu bələkum” “Allah sizə hidayət və zehin açıqlığı versin”
2.Dəstəmazdan sonra çəkin, bu dəstəmaza problem yaratmaz.
Salam men cenabet quslu aldim cixdim cixannan hardasa 1 saat 1 saat yarim sonra gozumun qiraginda qurumus qabig gordum. Yeniden qusl almaliyam? Ustelik qusl almamisdan evvel makyaj temizliyennen silmisdm bilmirem o qalib quruyub ama qala da bilmez cinki o nemlendirici kimidir cimendede uzumu yumusdum belke de qalib quruyub derim bilmirem
Ответ / Cavab
Aleykumusalam.
Yəqin ki, dərinizin bir hissəsi olub. Belədirsə qüslü təzələməyə ehtiyac yoxdur.
Salam Aleykum. Murdar olmush su axar suya sicrayib ve bu zaman menim uzerime su sicrasa (yeni ki, bu iki suyun qatishmasi zamani ortaya cixan su) paklamaga ehtiyac var ? (Mekarim Shirazi agaya teqlid edirem)
Salam, aleykum. Zumer suresi aye 3-un aciqlamasini vere blersiz?? orda qeyd olunur Allahin yerine cagirdiqlarniz melek cin ve muqeddes insanlari bawci goturmeyin, biz yalniz bizi ALlaha daha cox yaxinlawdirsin deye ibadet etdik deyerler.. Bu ziyaretlere gedib orda dua edilmeye iwaredir?? zehmet olmasa mumkun qeder aciqlayardiz.. ONceden tewekkur edirem
Ответ / Cavab
Aleykumusalam.
Heç kim pirlərə, ziyarətgahlara gedib orada yatanlara ibadət etmir. Orada etdiyi ibadət ALlahadır. BUnu qatışdırmayaq. Bu məsə qatışdırılanda fikir pozuntusu yaranır. Ziyarətgahlarda edilən ibadət və dualar hamısı Allahadır. Deməli bu ayənin mətni ziyarətgahlara getməyə aid deyil. Allahdan kənar kimisə özünə RƏBB seçmədədir. Adicə bir məsələ var. Ziyarətdən gələn şəxsə nə deyirlər? ALLAH QABUL ELƏSİN.
Allahən salamı üzərinizə olsun!Sizdən bir məsləhət almaq istəyirə.Mən bir müctehidə təqlid eləməy isdəyirəm ama bilmirəm nəyə əsasən o müctehidi seçim.Bu barədə xahiş eliyirəm məlumat veresiz.Allah razı olsun!
Ответ / Cavab
Aleykumusalam.
Müctəhid seçimində əsas baxılası məsələ həmin şəxsin, zəmanəsinin digər müctəhidləriylə muqaisədə, dini hökmləri ələ gətirməkdə daha istedadlı olması götürüləcək.
Salam. Her vaxtiniz xeyir olsun.xahiw edirem izah ederdiz hansi heyvanlarin derisinden olan şubani geyinmek olar?bildiyime gøre şuba geyinmek haram buyrulub biz severde yawayiriq 45 derece olan bir erezide yawayiriq şuba almaq isteyirem amma tereddüd edirem.burda var norka tülkü dovşan derisinden bilmirem hansini almaq olar?
Ответ / Cavab
Aleykumusalam.
Əti halal olan heyvanların başı şəriət qaydasına əsasən kəsilərsə, onları geymənin heç bir problemi olmaz. Belə olmaza, yəni şəriət qaydası ilə kəsilmədən hazırlanasa, o zaman onları geymədə paklıq məsələlərinə fikir verəcəksiz. Yəni islanıb yaş olarsa nıcis sayılacaq, yuyulmaqla da paklanmaz. yəni quru halda geyinə bilərsiz, onlarəyninizdə olduqda ya onun tüklıri üzərinizdə olduqda namaz qıla bilməzsiz, gərək üstünüzdən təmizlənsin.
Əssələmu aleykum.Şirkətdə il sonu tədbiri ilə əlaqədar bizi da dəvət ediblər.Həmin tədbir musiqilidi,həm də qadınlar da iştirak edir.Şirkət rəhbəri bizə bildiribki,tədbirdə iştirak etmək mütləqdir.Belə bir vəziyyətdə necə davranaq?.
Hansısa önəmli yerdə olsaq və azan oxunsa yanımdakı desəki gedək azandı namaza mən də desəm neynək bir azdan gedərik onsuz bir az yolumuz var. Belə deməyim düz deyil?
Ответ / Cavab
Aleykumussalam
Namazin vaxtı kecməzsə və ehtirami aradan getməzsə eybi olmaz.
Axsaminiz xeyir, atasi ve anasi terefinden atilmis usaq var, amma basqalari baxir o usaga , o usaq Yetim usaq hesab olunur? Ona edilern yaxsiliqlar savab kimi yazilir?
Ответ / Cavab
Aleykumussalam
Bu usaq atılmış usaq sayilar. Yetim valideynini itirmiş şəxsə deyilir.
Salam telefon vasitesiyle qadinla kişi oz arasinda qeyri daimi kebin baqlaya bilermi ve kebinin sozlerin azerbaycan dilinde deye bilerlermi deye bilerlerse nece deyiler. Cox saqolun
Ответ / Cavab
Aleykumussalam
Bu o zaman düz olar ki bunların hər ikisi kəbin qaydalarini bilirlər. Əgər bilmirlərsə bunu bilən şəxsə etdirməlidirlər.
salam.toyda spirtli araq verilmir ama kimse isdeyende ona araq verilir o meglisde isdirak elemek olarmi?sual 2 eger meglisde araq varsa ama menim stolumda yoxdu orda isdirak elemek olarmi
Ответ / Cavab
Aleykumussalam
Xeyr həmin məclis halal deyil. Hər iki halda orda iştirak olmaz.