Salam. Uzerinde erebce Allahin 99 adi yazilan uzuk taxmaq olar mi kiwiye?
Ответ / Cavab
Aleykumussalam
O qədər ad üzük qaşına yerləshməz. Hər halda Allahın adı yazılmış üzük gəzdirmək ollar,amma həmin adlar yazisina dəstəmazsiz toxunmaq olmaz və ayaqyolu kimi yerlərə onunla daxil olunmamalıdır. Gərək cixarilib ən azından cibə qoyula.
As'Salamu Aleykum, haci Mir Movsum Aga haqqinda tez tez muxtelif fikirler ewidirem kimse deyir ki sumukleri olmayib kimse deyir ki ele weye inanmiram, heqiqeten Mir Movsum Aganin bir ozelliyi olub yoxsa sadece siravi bir insan olub?
Ответ / Cavab
Aleykumussalam
Bu səxs sümük xəstəliyi ilə doqulub və seyyidir, həmçinin adi Seyyid də olmayıb. Bu şəxsin xüsusi bir kəramətləri də olub.
Salam men niyyet etmisdim ki,Nardarandaki usaq piri -yusif aga ziyeretgahindaki usaq besiyinden goturduyum bas yayligini ora baglayim ve nezirimi orda yer var ora atim. men hamile qalmisam.Allaha sukur. dunen getdim hemin pire buraxmirdiler.birteher kecdik.usaq piri bagli idi qapisinin arasindan nezirimi atdim ,bas yaligimi ise qapinin yanindaki usaq krovatina bagladim. men icerideki besiye niyyet etmisdim yayligi baglayim nezirimi de icerideki yere atim. amma bele alindi. oradaki molla dedi eybi yox. menim boyunumda ne is borcum qalir? Xamenei aga
Salam cenabet quslu alib namazimi qildiqdan sonra guzgude baxanda sag gozumun altinda balaca zer gordum. Yeniden qusl almaliyam?
Ответ / Cavab
Aleykumussalam
Əgər suyun altına toxunmasina mane olmayibsa qüsl düzdür. Əgər mane olubsa həmin yeri yuyub,sonra bədənin saq və sol hissələrini ardıcıl yumaqla qüslü tamamlayın.
salam mindar su qola qica sicrasa o damci ne boyda olmalidiki bedeni mundarlasin yoxsa ferqi yoxdu damcinin boyukluyu kicikliyinin ele duwduyu yeri yumalisan?saqolun
Ответ / Cavab
Aleykumussalam
Bunun heç bir fərqi yoxdur. İynə ucu qədər olsada yuyulub paklanmalidir.
Salam.Men nezir etmishem qurban kesim. onda gelirim kifayet qeder idi. Indi xesteyem ve gelirim cox cuzidir.hemcininde borcum var. Buna baxmayaraq men pul yigib qurbani kese bileremmi,borclu oldugum halda icazelidirmi bu? Borcum coxdur sonra hisse hisse vermek isteyirem. Evvelceden teshekkurler.
Ответ / Cavab
Aleykumussalam
Gərək bunu imkanınız olan zaman yubatmayaydiz. İmka yarandiqda kəsin. Borclu halda etməyin qadaqasi yoxdur.
SALAM ALEYKUM 1) namaz qəldıqdan sonra saçımın bir azın çıxdıgın görürəm belə halda namazım batildir? 2)Yenidən qılmalıyam? 3)Bizə ailəvi dostumuz olan bir ər və arvat gəlr. 19 yaşı varı qızın ama çox açqdı mənim yoldaşmn yanlnda oynayr gij gij hərəkət edr öz ərinə cavab qaytarır mən bunun belə oldgn qaynatama dedimki bilsin qiybət etmiş oluram? 4) və bu məsələyə görə yoldaşmla dava edrəmki O bura gəlməsin Brdən bizi ayırar falan mən nə etməlyəm bu halda? 5)Uzanıb zikr etmək günahdırmı?
Ответ / Cavab
Aleykumussalam
Əgər namazdan əvvəl örtülü idisə və namaz vaxtı çıxmasından xəbərsiz olmusuzsa namaz düzgündür.
Qarşısını almaq üçün etmisizsə qeybət sayılmaz. Ərinizlə dalasmayin,ailənizi ondansa sizin belə rəftariniz təhlükəyə atır. Naməhrəmlər gərək bir birlərinin yaninda hədd saxlasınlar.
Salam sualıma görə üzr istəyirəm mən hamiləyəm durduq yerdə məndən qan gəldi ginokoloji problemə görə indi qurtarıb o qan mualicəynən mən ona hansı qüsl verib namaza baslaya bilərəm.cox sağ olun
Ответ / Cavab
Aleykumussalam
Əgər bu qan heyz,yəni aylıq adət qani olmayibsa və daxili yara qani da deyilsə, istihazə sayilar. İstihaze iki şəkildə olar,az ya çox. Az istihazə olubsa qüsl yoxdur, çox istihazə olubsa istihazə qüslü etmək lazımdır.
Bir daha Əssəlamu əleykum! Risalənin azərbaycanca tərcüməsi varmı?, varsa elektron versiyasını necə əldə etmək olar. Həmçinin Nəhcül Bəlağənin az-ca tərcüməsi varmı varsa onun elektron versiyasını necə tapmaq olar və sonda peyğəmbər salavatullahımıza aid ən dolğun, ən dürüst kitab hansıdır və onu həmçinin necə mobil telefonla oxumaq olar.
Ответ / Cavab
Aleykumussalam
Bəli bu kitablar var və elə saytımızın kitabxanasında da bunlar var. Peyğəmbərimiz barədə qeyd kitablar çoxdur. Ən dolqunlari isə azəri dilində deyil.
Salam. Axşamınız xeyir. Həmişə sual verirəm. Təşəkkür edirəm cavab verirsiz. Bu dəfə xahiş edəcəm. Saytınızda 12 imam haqqında geniş məlumat verən yazılar verərdiz. əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.
Ответ / Cavab
Aleykumussalam
Saytdakı məqalələr bölümünə girin. Orada belə yazılar çoxdur.