Страница 248 из 5746 << < 244 245 246 247 248 249 250 251 252 > >>
Salam |

Camaat namazında təşəhüdü deyib deməməyə şəkk olsa və sonra buna görə səhv səcdəsi edilsə düz olar namaz?

Ответ / Cavab

Aleykumusalam.

Camaaat namazında şəkklər camaatla ləqv olar, yəni insanlar ayaqa durub namazı davam edirlərsə., deməli deyilib.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2018 , Опубликовано: 12 Декабрь, 2018
Sual |

Haci Salam. Yadinizdadirsa size sual vermiwdim muxtelif wirketlerin hazirladiqlari dizaynlar var, fiziki mehsullardir divarda yapiwdirmaq ucun (pecat kimi). Sual vermiwdim ki bu dizaynlari birebir eynisini komputerde duzeldib elektron versiyasini satsam haram olmaz? Yeni tamam ayri muwteri bazasina satiram onlara reqib bele sayilmiram. Menden alan muwteriler elektron formada olan o dizayni cap edib divara yapiwdirmayacaq. Cerciveledib divardan asacaq. Siz dediz ki problem yoxdu sata bilerem. Indi sualim budur ki bawqalarinin dizaynini birebir kopyalamaq qazancima haramliq getirmez ki qeyd etdiyim wertler altinda? Rahat bawlaya bilerem bu iwe? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Sual verilmisdi, cavab da verilib, yenidən təkrarlamaq nəyə lazımdır? Haram olsaydı yəqin ki,  yazardıq.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2018 , Опубликовано: 12 Декабрь, 2018
caresizlik |

salam. uzr isdeyirem sual ucun onceden. menim oglumun xesdeliyi eledir ki onun kiwiliyi olmayacag, cox agir derdir ama ne edek, sizce oglanin uzden irag olmagi yaxwidir yoxsa bele xesde? men fikirlewirem ele olsaydi boyuyemde ne ederdim ama bu derdin caresi yoxdu,bu veziyetde men bu uwagi nece qorumaliyam? ne etmeliyem pislillerden uzag tutmag ucun?Allah ele bir derd verib ki bu dunyada cehennemi yawadir mene gozumun qabaginda uwag bele

Ответ / Cavab

Aleykumusalam.

Hər bir çətinliyin yanında bir asanlıq var. İnşaALlah onun da dərdinə dərman o zaman kimi tapılar.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2018 , Опубликовано: 12 Декабрь, 2018
Nuray |

Salam ingilis dilinde 3 shexsde o var. qadin kisi ve cansizlaf ucun. Ancag Allah haqqinda nese danisanda. O bilir herseyi deyende tutagki kisi cinsinde deyirler qadin cinsi veya cansizlaf ucun olan o evezliyin isletmirler. Biz de bele deyirik. Burda gunah yoxdur? Ingilis dilinde Allah haqqinda nese deyende tutagki kisi cinsindeki o evezliyi isledilir. Sehv gunah yoxdur burda?

Ответ / Cavab

Aleykumusalam.

Adətən qramatikada kişi cinsi əsas götürülür və məsələn hətta bir çox adam olduqda aralarında qadın olsa belə kişi cinsinin cəmi işlədilir.  Bu cəhətdən elə bu şəkildə yəni kişi cinsi şəkilçisi işlədilməlidir.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Salam |

İnsanın ərbəin günündə çəkdiyi əziyyətləri danışması günahdır?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, günah deyil, günah Allahın qadaqalarını pozub haram etməyə deyilir.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Salam |

Bəs rukuya tam getməyib anidən qalxıb təkbir deyərək rukuya getmək işqalı olsada batil etmir ki?

Ответ / Cavab

Aleykumusalam.

Bu səhfən olarsa batil etməz.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Nuray |

Salam men makyaji makyaj temizleme sudleri var onunla temizleyirem. Temizledikden sonra da uzumu yuyuramki destamaz alanda qalar derime suyun kecmeyine mane olar birden. Bugun de yudum uzumu dedtamaz aldim. Namazi qilib qutardigdqn sonra elimi qasima vurdumki temizleme sudunun nemlendiriciliyi qalib qasimda ele bil nece deriye nemlendirici krem vuranda azca yaglilig hiss olunar qasim hem nemidi hemde ele nemlendirici yaglilig hiss olunurdu. Destamazima manedir?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən qədərində az qalma suyun dəriyə toxunmasına yəqin ki. mane olmaz. Bu səbəbə dəstəmaz düzdür.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Leila |

Əssalamu Aleykum. İslama görə tatoo-nun haram olmadığını, lakin bəyənilmədiyini oxumuşdum. Bu düzdürmü?

Ответ / Cavab

Aleykumusalam.

Bu haram baxma və haram toxunma olmadığı halda və haram şəkil ya yazılar olmazsa  qaağan eyil, amma lazımsız bir işdir ki, bundan uzaq durulması daha düzgündür.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
leyla |

Salam. Quranda sige( muvveqeti evlilik) varmi? Hansi ayededi? Dini baximdan, ne qeder duzgundu?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu dində icazəli bir məsələdir və quranda öz əksini tapıb. Nisa surəsi 24 cü ayə.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Fikrət |

Salam.men namaza baslamaq isteyirem.deyin bilim destamaz her defe alinmalidi birde deyin seferde olan vaxti nece olmalidi yeni isimin dalinca gedirem meselen yol gedirem namazin vaxtidi 2 saatdan sonra qayidacam yol qardi buzdu nece etmek lazimdir

Ответ / Cavab

Aleykumusalam.

Hər dəfə namaza qalxdıqda dəstəmaz alınmalıdır.

Səfərə getdikdə namazlar qəsr olur, yəni 4 rükətlilər iki rükət kimi qilinacaq. Yolda qılmayıb 2 saatdan sonra qayıtsaz və namazın vaxtı çıxmayıbsa adi şəkildə evdə qılınacaq.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Məmməd |

Salam. Şokoladın tərkibində az miqdarda spirt olsa yemək olar?

Ответ / Cavab

Aleykumusalam.

Belə  şokaladlar yeyilməməidir. Seyyid Sistani ağa kimi bəzi muctəhidlər buyururlar ki, əgər istihalə olunarsa halal olacaq.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Ras |

Assalam Aleyküm!deyirler 40 yaş qeyd elemek olmaz bu dinde ne qeder düzdür?

Ответ / Cavab

Aleykumusalam.

Bu sözün heç bir əsası yoxdur.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Ras |

Assalam Aleyküm!deyirler 40 yaş qeyd elemek olmaz bu dinde ne qeder düzdür?

Ответ / Cavab

Aleykumusalam.

Bu sözün heç bir əsası yoxdur.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Hskzozb |

Salam.uzr isteyirem men 5ayliq hamileyem. Axir vaxtlar qarnimin asagisinda sixilmalar olur. Hami deyirki namaz qilanda eyilirsen o da tesir edir. Bele namaz qilanda problem hiss elemirem . Ama sonradan agrilar olur. Day deqiq bilmirem onnan olur ya neden. Ona gore oturub qilsam olar? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Əgər səcdədə əzilirsizsə, o zaman səcdə yerini bir qədər yuxarı qaldırın.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Sevil |

Salam her vaxtiniz xeyir olsun.men evveller krab yeyirdim sonra burda verilen suallardan bildim ki krab haramdi.indi artiq yemirem.amma sebebini bilmirem menden soruwanda ki niye krab haramdi cavab vere bilmirem.xahiw edirem mene izah edin.

Ответ / Cavab

Aleykumusalam.

Haram heyvanlardan olduqundan. Heyvanların bir bir adları deyilməz, halal olanlar qeyd edilir və fəsləsi deyilir. Həmçinin haram olanların da sinfi qeyd edilir. Həmin sinfə adi olanlar haram sayılar. Su heyvanlarından  bizlərə balıqlar və onların da arasında pulcuqlu olanlar halal edilib.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Salam |

Qəbr daşına qadınların şəkilinin vurulmasının bir qəbahəti var?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, yaxşı olar ki, bu işdən uzaq durulsun.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Elya |

Salam belkede gulunc cixacaq bir birine zidd olan weydi amma men yenede soruwum Saclar buqudide olduqu halda namaz qilmaq olar

Ответ / Cavab

Aleykumusalam.

Əgər hicabın altında gizlənirsə və saçlar görünmürsə. olar.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 11 Декабрь, 2018
Leyla |

Salam, agizda yemek olanda, damaq qanasa, yemeyi tupurub, agizi yaxalasanda, dislerin arasinda yemek qalir. Birden disleri fircalasanda, onlarin uzerinde biraz yemek qaliqlarina oxsar bir sey qalir. Onda agzi nece necepaklamaq lazimdi? Birde elleri pak etmek ucun yuyandan sonra, dirnagin altinda biraz kir olsa,elleri yeniden yumaq lazimdi? Cox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Ağızı yaxalayanda su həmin onları da paklayacaq.

Kir nəcis sayılmır.  əgər nəcis ora daxil olsa gərək yuyulub paklansın.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 10 Декабрь, 2018
Salam |

1)Quranın üstünə Quran qoymaq olar?2)Namaz vaxtı rukuya getmək üçün biraz əyilib birdən qalxıb təkbir deyib yenidən rukuya getdikdə bunun işqalı varmı?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bunun heç bir eybi yoxdur.

Bəli, belə artıq hərəkətlərin işkalı var.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2018 , Опубликовано: 10 Декабрь, 2018
.... |

salam.namazda mohuru parcaya bukmek olar?bele bir seye rast gelmisem yaxin adam namaza hazirlasanda namaz xalcasini yere serir ve namaz xalcasinin ustune parcaya bukduyu mohuru qoyur namaza baslayanda ise mohurun ustunu acir namaz qilir namazi bitirdikden sonra mohuru bukur ve yene namaza baslayanda mohuru acir(namazi birlesdirib qilanda edir bunlari)ve menden sorusdu ki bu etdiyim dogrudur ya yox cunki olur ki mohurun ustunu acmagi unudur ve namazda artiq hereket edemmir onuncun de namazi tezden qilmali olur.bele bir seyin oldugundan xeberim yoxdu, eger varsa zehmet olmasa mene deyin mende bilim.allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Buna ehtiyac yoxdur. Namazı tam bitirəndən sonra yenə istədiyi kimi büküb kənara qoya bilər. Namazlar araında bunu etməsin.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2018 , Опубликовано: 10 Декабрь, 2018
Страница 248 из 5746 << < 244 245 246 247 248 249 250 251 252 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com