Salam Əleykum. Səcdədə deyilən subhanə rabiyəl əla kimi deyilir yoxsa əalə yeni axırda ə hərfifi yoxsa a? Rahmən kimideyilir yoxsa Rəhman yəni dediyim hərflərin a yoxsa ə deyəndə məna dəyişir?
Ответ / Cavab
Aleykumusalam.
Birinci Ə səsindən sonra apastrof var, tə"til kəlməsindəki kimi.
Haci salam men nece vaxdi almanyada sunni vaxti ile namaz qilirdim bilmemisem sonra olarin vaxdindan 10 deyqe kecdikden sonra qilirdim...mene sie teqvimi lazimdi almanya ucun mene komey edinde xais edirem ..sizde sie teqvimi olmalidi bildiyime göre.
Ответ / Cavab
Aleykumusalam.
Telefonunuza play marketdən raspisaniye namazov proqramini yazın. Yazdıqdan sonra qurama yerlərində məzhəbinizi seçin, sonra metodika yerində- Leva research institute Qom iran. seçin. sonra yerləşdiyiniz şəhərin də adini qeyd edin və axtarış verin. Şəhərinizi tapıb qeyd edən kimi cədvəlözü sizin olduqunuz şəhərə uyqun duzələcək. Şəhərinizi tapmasa yaxınlığınızda olan məhşur şəhərin adını yazın.
Salam Haci Oruc tutmuwam. Subh Namazindan 15deq sonra bilmeden meyve yedim.Yadima duwen kimi Allahdan uzur isteyib agzimi yaxaladim. İnwAllah batil olmaz yegin? Minnetdaram
Ответ / Cavab
Aleykumussalam
Oruc olmaqi unudub bir şey yemək orucu pozmur,amma gərək yada düşən kimi aqizda olan tikə çölə atila və udulmaya. Belə olduqda duz sayilar.
bir sualim daha var zehmet olmasa diyerdiz yeni il biz muselmanlara haramdi usaqlara sevinc olsun deye yolka qurub ev bezemekde haramdi eyer usaq balacadir ve cox sevinir sizce ne etmeliyem
Ответ / Cavab
Aleykumussalam
Bu bayramın bizlərlə heç bir əlaqəsi yoxdur. Nə milli nə də dini bayram deyil. Bəlkə əksinə bizlərə təlqin edilmiş yad mədəniyyətdir. Bu bayramı qeyd etmək haram deyil yolka bəzəmək də həmin məsələdir. Yaxşı olar ki müsəlmanlar belə bayaqi bayramları ləğv edib oz milli və dini bayramlarini daha təmtəraqli etsinlər.
salam men seherler azanin sesini ewidirem lakin namazimi qila bilmirem qiz 1 yaw yarimligdi qucagimda yatir men durankimi durur qiwqir agliyir mene deyirleri korpelisen gunah deyil sene ALLAH kecer senincin bu dogrudurmu tsekur edirem
Ответ / Cavab
Aleykumussalam
Usaqi yerində yatmaqa öyrədin. Belə olduqda problem olmaz.
Anasi bilir oglunun elediklerini . Baldizim xeber verib. Amma yenede desem bilirem ogluna teref cixacaq . Deyesen cixis yolum Allaha tapsirmaqdi(((( Anasi meni doyduyunu de bilir amma bir soz demedi. O hemise oz ogluna teref cixir
Ответ / Cavab
Aleykumusalam.
Ananın oğluna tərəf çıxması təbiidir, amma nahaq yerə oqıunun zülm etməsinə də göz yummamalıdır. Bunun qarşısını almaq üçün səy etməliir. Siz bundan belə işi o yerə gətirib çıxartmayın ki, o sizə əl qaldırsın. Bu adət halına düşsə sonra ailəniz son dərəcə pis vəziyyətə əlib çıxacaq.
Salamaleykum.Namaz qildiqim yer uzu qapiyadi,qapi baqli olur herden uwaq qapidan cixib girir.Bu halda namaz duz sayilir?Bugun xuften namaz qilarken uwaq qapin acib cixdi acilarken azca bawimsaqa teref oldu aniden.Namaz doqrudur?Caliwiram cox vaxt namaz yenileyim.ehtiyac varmi qezaya?Tewekkurler Allah razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
Çalışın namazda açiq qapi qarşisinda olmayin, bu namazi batil etməsə də bəyənilmir, namazın savabın azaıdar.
Salamun Aleykum.Yutubda videoda oyrenmek ucun yazilar paylasilir.Her zaman yutuba daxil olub o videonu izlemek imkani bezen olmur ve yaxud da bezen yazaraq oyrenmek daha asan gelir .Bu sekilde videoda paylasilan bilgileri deftere kocursek hec bir gunah islemerik dogrudur?Onceden tesekkur edirem
Ответ / Cavab
Aleykumussalam
Haminin azad istifadəsinə qoyulmuş şeylərdən istifadə etmək qadağan deyil.
Salam Haci. Coox elacsizam ne edim bilmirem. Yoldasim 2 gun meni doydu. Ve sonrad hede qorxu gelir mene. Hec bir gunahim yoxdu exlaqaizligim olmayib.sadece dava dalas soyuq tehqirr oldugundan geri oz sozunu ozune qaytardigim ucun bele oldu. Indi yene tehqir edir qorxuram yene doyer. Sizce men ne etmeliyem? Valideynlerime demek istemirem amma yoldasim duzelmir (( ne edimmm
Ответ / Cavab
Aleykumussalam.
Yoldaşınızın valideynlərinə, əsas da anasina şikayət edin. Ərinizə cavab qaytarmayin.
Salam.Ozum hicaba yeni kecmiwem.Lakin ailem dindar deyil,bezen dediklerimi sehv bawa duwurler amma Allah wahiddirki onlarin pisliyine hecne demirem haqq yolunu birlikde getmeyimizi isteyir bele olan halda imanimi guclu saxlamag ucun ne ede bilerem?Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumussalam
Onlari sevgi və ulfətlə dəvət edin. Ustlərinə bərk getməyin. Asta asta dini öyrənin ve onlara da ötürün.
Salam.Xaiw edirem mene komeklik gostererdiniz,men teglid etmek isteyirem lakin hansi muctehide edeceyimde gerarsizam,kimi neye esasen secmeliyem yeni bir yol gostererdiniz tewekkur edirem
Ответ / Cavab
Aleykumussalam
Zəmanəmizin əzəmətli muctəhidləri məhsurdurlar. Onlardan hər birinə təqlid etsəz duz sayilacaq. Aralarında kimin daha istedadlı olmasina yəqinlik əldə etsəz ona təqlid etmək lazımdır.
Salam Aleykum. Bir yuxu haqqında sizdən yorum istəyəcəm. Mənası nədir? "Birinci kuklalar hərəkət etməyə başladı. Sonra mən düşdüm həyətə.Dava var idi, onlar dalaşandan sonra mən o birini öldürdüm. Sonra yenə başladım nələrsə eşitməyə. Sonra bir dənə arvad saxladı məni. Sonra nə isə bişirdi, dediki ye amma belini yemə. Sonra məktəbdə bir iki şey gördüm."
Ответ / Cavab
Aleykumussalam
Sadəcə zehni yorğunluğun səbəbindən olan bir yuxudur.
Salam. Sabahınız xeyir. Mənim yaşadığım yerdə sübh namazı 08:01də bitir. Namaza gecikmişdim. Salamı verdim Və tez telefondakı saata baxdım ki saat 08:01ə çevrildi. Çevrilməni gördüm. . Və düşündüm ki demək bir neçə saniyə tez bitirmişəm 08:01ə qədər.yenə də narajatam İndi mənim namazım sayılırmı?qəzaya düşüb? Və ya əgər 08:01də bitirmiş olsam da namaz sayılırmı? Qəza düşürmü?əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.
salam aleikum haci. haci bizde boneler var hicabin altindan baglamag uchun.. indi onlar lazim deyil.. onlari kesib parcha kimi istifade etsem gunah olmaz?
Ответ / Cavab
Aleykumussalam
Bəli əlbəttə ki olar. Lazımsız paltardir və ehtiyac yoxdursa istədiyiniz kimi işlədə bilərsiniz.
salam bir qıza elçi gedildi qız razı olmadı ama atası verdi ama dini kebin kesildi sonradan qız oğlanı sevdi beyendi indi kebin düzdü ya tezeden oxunmalıdır? xamnei agaya teqlid
Ответ / Cavab
Aleykumussalam
Əgər qız kəbinin kəsilməsinə razı olubsa kəbin düzdür.
Salam size yazmisdim o gun Quran xetm edirdim arzum ucun sonra ele hadise oldu asanlasmag evezine cetinlesdi men de yarimcig qoydum xetmi. Sora esitdm seytannan ola biler sizden sorusdum dediz mumkundur. Sabahdan oxumag isteyirem xetmi qaldigim yerden davam edim ya basdan baslayib oxuyum?
Ответ / Cavab
Aleykumusalam.
Sehf etmiriksə sizə cavabda davam edin deyə yazmışdıq.
Salam.menim 8ay bundan əvvəl bir 20gunluk korpem öldü.indi Allahın izniyle yene övlad gozleyirem.isteyim budurki bu uşağa onun adını qoyam ama bu uşağında onun taleyini yaşamağı dan qorxuram sizcə bu uşağa onun adını qoysaq düzgün olarmı adların insan həyatına bir təsiri varmı.evvelceden çox sağ olun
Ответ / Cavab
Aleykumusalam.
Həmin adı bu uşağa qoymaqda bir problem yoxdur. Həmin adı daşımaqlıq da həmin talehi yaşamaq demək deyil.
Salam Aleykum.7 il olacaq qohumumla bir birimizin ürəyində varıq.Daha sonralar oğlan ailə qurmağımı istədi,evlənməyə evi yox idi,həm arada 1 yaş fərqi var mən (xanım) oğlandan böyüyəm.Əvvəldən də vurğulamışdı 1 yaş böyük olmağa görə irəli gələ bilmir düzünü Allah bilir,mən belə düşünürəm.Artıq 27 yaşdayıq 7 ildi ümidlə,səbrlə duamla yolumuzun birləşməyin gözləyirəm.Artıq ev də var,valideynləri evləndirmək istəyir,oğlandan 1 addım yoxdu.Son dəfə çox sərt sözlər demişəm ona,səhv hərəkətlərinə görə.Sadəcə böyüyüm kimi məsləhət etmək istəyirəm,başqa necə hansı dualar edə bilərəm?İçimdə az da olsa ümid var,oğlan da,mən də bir birimizi,ailəmizi tanıyırıq,şükür Allaha yaxşıdılar.Xanım olaraq əlimdən dua etmək gəlir.Siz də dua edin.Allah xeyirlim etsin
Ответ / Cavab
Aleykumusalam.
Allahdan xeyirlisi nədirsə onu istəyin, hər seyin xeyirlisin ALlah daha yaxşı bilir. Biz də sizi dua edirik.