Страница 38 из 5746 << < 34 35 36 37 38 39 40 41 42 > >>
Elya |

Salam Subh ezanina az vaxt qalana yaxin boynuna qusl duwerse yeni saat 5 de ezan vurulur 7 de gun cixir .Fikirlewirsenki qusl alandan sonra qilaram namazi hele gunun cixmaqina var Bu ne decede duz addimdi?Bu tebii olan bir weyi namaza gore boyun qacirmaq ne derecede duzdu Meni bu sual hemiwe maraqlandirib axi biz muasir dovurde yawayiriq Gecenin bir alemi qusl alib sacimizida fenle quruduruq ki ezana kimi pak olaq Bes kecmiwde axi ne krantdan isti su gelirdi ne de fen var idi bu qadinlar nece edurdi bu wertlere emel Belke bu her hansisa bilerekden biz qadinlara qarwi qoyulan cetinlikdi ,esrler boyu davam edir Yoxdu ele bil kitab mi desem her neyse bize aid olan suallara orda etrafli cavab axtaraq ?Yene de siz cavablandiqiniz ucun saq olun

Ответ / Cavab

Aleykumussalam

Bu qadinlara qarşı bir is deyil. Qədimdə bir çox kisilərin də saçları uzun idi.

İkincisi qurulamaq vacib deyil. O halda, Yəni yaş saçla da namazi qila bilərsiniz.

Əgər namaza az qalibsa onu qilin sonra təbii islər görülsün. Zohrə qədər də qusl almaqa vaxt çoxdur.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2019 , Опубликовано: 6 Ноябрь, 2019
Anar |

Salam aleykum. Sosial şəbəkədə (instagram, whatsapp və s.) paylaşılan video və şəkilləri götürərkən paylaşan şəxsdən icazə alınmalıdır? Əvvəlcədən təşəkkürlər!

Ответ / Cavab

Aleykumussalam

Ümumi səkillərdisə buna ehtiyac yoxdur.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2019 , Опубликовано: 6 Ноябрь, 2019
Sevil |

Salam.her vaxtiniz xeyir olsun.Biz Rusiyada yaşayiriq magazalarda Başqiristan istehsali olan toyuqlar almaq olar?

Ответ / Cavab

Aleykumussalam

Halallıqla kəsilməsinə yəqin yoxdursa yeməyin .

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2019 , Опубликовано: 6 Ноябрь, 2019
nigar |

salam haci. biz qurban demishdik ama yashadigimiz yerde tanimirig. qurbani kesende 7 aile paylanmalidimi? 4 aile taniyirig ancag. bashga kime vere bilerik?

Ответ / Cavab

Aleykumussalam

7 qapıya paylamaq kimi bir əmr yoxdur. İstədiyiniz qədər yerə verə bilərsiniz. 4 fəqir ev bilirsizsə 4 parça edib hərəsin bir eve verin.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2019 , Опубликовано: 6 Ноябрь, 2019
Elnur |

Salam, bu gün İmam Həsən Al Askarinin şəhadət günüdür.

Ответ / Cavab

Aleykumussalam

Bəli bu gün o Həzrətin ürəkyandırıcı şəhadət günüdür.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2019 , Опубликовано: 6 Ноябрь, 2019
Ramin |

Salam sizə sual verdim cavablamadınız başa düşmürəm əhli sünnə olan insanın sualın cavablamaq olmaz ? İndi biz insanıq sizdə islam dininə aid sayt açmısız islam dini məgər şiəlik deməkdir? Siz bu işin əhlisiz özüm internetdə yaxşı tapmadığım üçün sizdən yaxşı bir sayt deməyinizi xaiş etdim demədiz hamı şiə olmalı deyilki niyə ayrı seçkilik edirsiz

Ответ / Cavab

Aleykumussalam

Biz ayrı seçkilik etmirik. Siz əhli sünnə də bizim bir hissəmizsiz. Sizi ozumuzə yad bilmirik. Bu qədər aqressiv olmayın. Sualınız bizə yetişməyə bilər. Xahiş edirik təkrar yazın suali.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2019 , Опубликовано: 5 Ноябрь, 2019
Sual |

Salam Haci. Krosovka ile bagli sual veren adamam. Bayaq yoxladim krosovkanin ustune su tokdum iceriden elimi salib yoxladim, su kecirmirdi. Bu halda ayaqqabinin icini pak saymaq olar? Ustune necis deyibse bele (ici ve colu yuyulmusdu və yaş idi hemin vaxt)

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilən halda ayaqqabı pakdır.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2019 , Опубликовано: 5 Ноябрь, 2019
Anonim |

Salam aleykum . Biz nisanli oldugumuz dovrde Kebin kesdirdik toysa indi olacaq biz yeniden Kebin kesdirmeliyik ya yox bir yerde oxudumki uzun muddet uzaq olunarsa Kebin batil our bu duzdurmu ?

Ответ / Cavab

Aleykumussalam

Əgər kəbin hər ikinizin raziliqi və qiz atasinin icazəsi ilə olubsa kəbin düzdür. Təzələməyə ehtiyac yoxdur

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2019 , Опубликовано: 5 Ноябрь, 2019
Sual |

Salam Haci. Krasovkalari yuyub tenizlemisdim. Dunen onlar yaş halda olanda taylarindan birinin alti o birine cox qisa zaman erzinde belke hec saniye cekmeden deydi. Hemin toxunulan ayaqqabinin icerisi pak sayilir mi? Evin döşəməsi necisdir ona görə soruşuram. Sistani aga.

Ответ / Cavab

Aleykumussalam

Əgər ozunə nəcasət götürüb digərinə oturməyibsə, pakdır.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2019 , Опубликовано: 5 Ноябрь, 2019
Revan |

Salam molla kebini kesdirmekcun ne lazimdi? Zehmet olmasa etrafli cvb vererdiz

Ответ / Cavab

Aleykumussalam

Kəbinin oxunmasi üçün vacib olan əsas sərtlər qiz və oqlanin bu evliliyə razı olmaları, qizin atasının icazəsidir. Bunlar olduqda əqd oxunacaq.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2019 , Опубликовано: 5 Ноябрь, 2019
Emin |

Haci salam,men oz istediyim xanimla niwanliyam 4 il sevgili olmuwuq ozumde ibadet ehliyem ve bizim kebnimiz yoxdu indiyene dek etdiylerimiz bize gunah sayilir ya nece bunu bilmek isteyirem,

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu zamana kimi şəriətin icazə vermədiyi hallar olubsa haram etmisiz.

Tovbə edin və qızın atasinin razılğı ilə kəbin kəsdirin.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2019 , Опубликовано: 4 Ноябрь, 2019
Hamid |

Salam .Size sual vermisdim kişi qadinin xeberi olmadan zaksdan bosuyub ve qadin neynesin dediniz ki qadin erine sorusub telaqı oxutdursun ancağ onlar Shi kesinlikle danişa bilmirler mumkun deyil ,ancağ burda bir sey var ki kisi onsuzda bunu bosuyub zaksla yəni bosayıbsa demey razi sayilur ,bir daha hikrinizi deyə bilərsinizmi .

Ответ / Cavab

Aleykumusalam.

Hər halda bir nəfər ona zəng edib qadınına talaq ver desin.

Allah sizə yar olsun

Задан: 4 Ноябрь, 2019 , Опубликовано: 4 Ноябрь, 2019
Vusal |

Salam aleykum. Mən bir sual vermək istəyirəm sizə, bu tarixi bir sual olacaq...yəni bir nəfər əhli-sünnə qardaşla olan mübahisəli sualdır....deməli əksər dərin şiələr bilirlər ki, dünya və axirət nədir və dünyaya və axirətə bağlanmaq necədir....biz bilirik ki peyğəmbər və imamların əksərən bu dünyaya az bağlanmağı və əsas axirət haqqında düşünməyi məsləhət görüblər...Həmin o qardaş isə mənə belə bir məsələ dediki, sizdən fərqli olaraq İbrahim peyğəmbər Uca Allahdan həm o dünyanı həmdə axirəti istəyib...sizcə tarixdə belə bir şey olub?

Ответ / Cavab

Aleykumussalam

Sizlə mubahisə edən səxs ya bu baredə savadsızdır, yaxud da söz guləsdirmək üçün danışır. Dinimiz bizə dünyanı bos buraxmaqi deməyib. Dunyaya baqlanmamaqi buyurur. Bunlar fərqli şeylərdir. Birinin kiçicik dünyası var, axirəti ona qurban verər. Kiminsə böyük dunya mülkü var, onu uf demədən axirətinə qurban edər.

Axirət özü dunyada qazanilir. Axirət üçün ediləcək bütün xeyirli əməllər dunyada edilir. Dünyanın olmasi yox, dunyaya baqlanmaq pisdir.

Allah sizə yar olsun

Задан: 4 Ноябрь, 2019 , Опубликовано: 4 Ноябрь, 2019
Həsən |

Salam qardaş .Şalvarın ayağı bilmədiyim amma evdəki su ya nəyləsə islanmışdı mən də üstün su ilə saldım.Şalvarın ayaqları hələ də yaşdır.O sulu halda dəstəmaz alıb namaz qılmaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu halda dəstəmaz alıb namaz qılmanıza bir maniə yoxdur.

Allah sizə yar olsun

Задан: 3 Ноябрь, 2019 , Опубликовано: 3 Ноябрь, 2019
Salam |

Oğlan və qız bir-birlərin hansı şəraitdə və nəqədər müddətə ciddi fikirlə tanıya bilərlər?

Ответ / Cavab

Aleykumusalam.

Əgər evlənmələrinə bu zəruridirsə, bir iki dəfə bunlar ictimai yerdə görüşüb ciddi şəkildə gələcək məsələəri muzakirə edə bilərlər.

Allah sizə yar olsun

Задан: 3 Ноябрь, 2019 , Опубликовано: 3 Ноябрь, 2019
Hamid |

Salam .Qadının xəbəri belə olmadan kişi zaksdan xanımı boşayır ve bundan bir neçə vaxt keçdikdən sonra xanim bilirki zaksla boşanıb ,indi xanım özü kebin kağızını təlaqını mollaya oxutmalıdı yoxsa kebində artığ düşmüş sayılır .Xahis edirem etrafli izah ederdiniz ,Teşekur

Ответ / Cavab

Aleykumusalam.

Erindən icazə alıb  talaqı oxutdura bilər.

Allah sizə yar olsun

Задан: 3 Ноябрь, 2019 , Опубликовано: 3 Ноябрь, 2019
Sevil |

Salam her vaxtiniz xeyir olsun .bilmek usterdim qibleni nece teyin etmek olar?gun çixan terefden dayanib sag çiyinle bir az donmek lazimdi?

Ответ / Cavab

Aleykumusalam.

Günçixan və günbatanla muəyyən etmək istəyirsinizsə. o zaman sol çiyninizi gün çıxana və saq çiyninizi gün batana tutun. Belə üzü cənuba olacaqsız, azca sağa tərəf dönsəz, üzü qibləyə olacaqsız.

Allah sizə yar olsun

Задан: 3 Ноябрь, 2019 , Опубликовано: 3 Ноябрь, 2019
Bende |

Peygember (sas) namazin tewehudunde oz adni cekib ?

Ответ / Cavab

Aleykumusalam.

Peyğəmbərimiz özünə şəhadət verib.

Allah sizə yar olsun

Задан: 3 Ноябрь, 2019 , Опубликовано: 3 Ноябрь, 2019
Müctəhidlik Mövzusunda |

Salam Aleykum, Hacı! Bilmək İstəyirdim, Kitab Yazmaq Müctəhidliyin Şərtlərindəndirmi? Təşəkkürlər...

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, belə bir şərt yoxdur.

Allah sizə yar olsun

Задан: 3 Ноябрь, 2019 , Опубликовано: 3 Ноябрь, 2019
Vüsalə |

Salam. Müalicə üçün qoyulan ginekoloji şam orucu pozurmu? Sağ olun.

Ответ / Cavab

Aleykumussalam

Xeyr bu orucu pozmaz.

Allah sizə yar olsun

Задан: 3 Ноябрь, 2019 , Опубликовано: 3 Ноябрь, 2019
Страница 38 из 5746 << < 34 35 36 37 38 39 40 41 42 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com