Страница 34 из 5746 << < 30 31 32 33 34 35 36 37 38 > >>
Salam |

Bayaq lakla bağlı sual vermişdim. Qüslü dediyiniz kimi tamamlamaq ne qeder vaxt erzinde lazımdır? Yoxsa vaxtın önemi yoxdu?

Ответ / Cavab

Aleykumussalam

Vaxtin burada önəmi yoxdur.

Allah sizə yar olsun

Задан: 18 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Sual |

Salam Hacı. 25 yaşım var, valideynlərimlə birgə yaşayıram. Menim uzun müddətdir qelbimde herem müdafiəçisi olmaq isteyim var. Lakin indi getsem valideynlerimden en azindan biri narazi qalacaq. Sualim budur ki valideynlerim menden evvel haqqa qovuşsa, men o halda gede bilerem mi?

Ответ / Cavab

Aleykumussalam

İndik vəziyyət bunu vacib etmir. Bu səbəbdən valideynlərinizin naraziliqina səbəb olacaq bir is görməyin.

Allah sizə yar olsun

Задан: 18 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Sevil |

Salam her vaxtiniz xeyir olsun.Bilmek isterdim butun pullu baliqlar halal sayilir?

Ответ / Cavab

Aleykumussalam

Bəli ölçüsündən asılı olmayaraq bütün pulcuqlu balıqlar halaldır.

Allah sizə yar olsun

Задан: 18 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Bəndə |

Qadınla kişinin bir birine ebedi haram olması ne demektir?

Ответ / Cavab

Aleykumusalam.

Yəni əbədi olaraq bir birlərinə haram oldular və bunlar heç bir halda evlənə bilməzlər.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Emin |

Salam Haci evvelceden Allah sizden razi olsun.aga men sac ekdirmishem bashim yaradi ve qanayir su ile temas olmaz hardasa 7 8 gun .be qusl ala bilirem ne de ki destemaz men bele olan halda ne etmeliyem ?sagaldiqdan sonra namazlarimi qeza niyyeti ile qilmaliyam,yoxsa bele oldugu halda bir yolu var?qeyd edim ki secde ede bilmirem .teqlidim Sistani aga

Ответ / Cavab

Aleykumusalam.

Təyəmmüm edib namazlarınızı qılın.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Мммм |

Салам Алейкум! 1) Почему где-то пишется Rabbiye’l, а где-то - Rabbiyel; где-то - ‘Azim, а где-то - Azim? Как правильно? 2) Должны ли быть чистыми ногти на пальцах рук для действительности омовения? Другими словами, если под ногтями какая-то грязь, то влияет ли это на действительность омовения, когда ты его совершаешь? Как я понимаю, ногтей на пальцах ног это точно не касается, так как ноги просто протираешь, правильно? А вот что насчёт рук?

Ответ / Cavab

Aleykumusalam.

1.Oni xotyat opaznavaç bukvu ayn kotorıy otliçayetsya ot alif.

2.Yesli etot qryaz meşayet prikosnaveniyi vodi na te mesta kotoriye nado mış pri omiveniyi, to nado do omlveniya ix poçistiç

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Salam |

Salam. Dırnaqlarımda lak var idi. Qüslden evvel bir neçe defe asetonla sildim. Baxdım dırnağımda lak yox idi. Amma qüslden sonra evde elime krem çekerken iki dırnağımda xırda iyne ucu qeder nöqte gördüm. Dırnaqla qaşıdım getdi. Lak da qehveyi idi leke de. Amma qüslden evvel görmemişdim. Qüslü yeniden almalıyam?

Ответ / Cavab

Aleykumusalam.

Sağ əlinizdədisə həmin yeri yuyub sonra tam sol hissəni yuyun. Sol əlinizdə idisə, təkcə həmin yeri qüslü tamamlamaq məqsədi ilə yuyun qusl bitsin.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
.... |

Salam zehmet olmasa bu ayələrin latincasin yazardiz cox sagolun cox sagolun tövbə 129 (فَإِن تَوَلَّوْاْ فَقُلْ حَسْبِيَ اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ) 2. Nəhl 99 (إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ)

Ответ / Cavab

Aleykumusalam.

Xahiş edirik öyrənməsinə ehtiyacınız olan sualları verin  cavablandıraq.

129. Fə in təvəllou, fəqul həsbiyəllahu la ilahə illa huv. ələyhi təvəkkəltu  və huvə rabbul ərşil əzim.

99. İnnəhu ləysə ləhu sultanun ələlləzinə amənu  və əla rabbihim yətəvəkkəlun.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Sual |

Salam hacət namazı nədir? Nəsə diləmək istəmək üçündür ? və necə qılınır birdə şükür namazı zəhmət olmasa deyərdiz namaz qılmayan adam şüküt namazı və hacət namazı qıla bilər? Bu naçazlardan sonra dua təsbeh edilər ? Uzun oldu bağışlayın namaz qılmağı bilirəm sadəcə neçə rükət olduğunu desəz başa düşərəm çoxsağolun

Ответ / Cavab

Aleykumusalam.

Hacət namazı istək, tələb üçündür. İnsanın bir istəyi olduqda bu namazı qılar. Şükr namazı da verdiyi nemətlər müqabilində  təşəkkür etmək üçün qılınır. Hər iksini adi sübh namazı kimi iki rükət şəklində qıla bilərsiz. Fərq niyyətlərində olacaq.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Aysel |

salam aleykum uzurlu sayin suala gore men sehhetimle bagli gundelik olarag tibbi wamlardan qoyuram..o da tebiki menim alt paltarimi azca da olsa batirir..gundelik qoydugumcun her defe deyise bilmirem..o mundar sayilmir ki namazi ele de qiliram.cox sagolun onceden

Ответ / Cavab

Aleykumusalam.

Şam özü murdar deyil və daxildən nəcasətə bulaşıb çıxmırsa, yəni ancaq özü xaric olursa, pak olaraq qalacaq.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 17 Ноябрь, 2019
Kamala |

Salam, Heyatimda ilk defedir ki, qarshima ele bir insan chixib ki,butun kriteriyalarima uygundur ve tam aile qurmaq istediyim keyfiyyetlerdedir.Lakin mene qarshi hech bir addim atmir,tamamile mesafeli yanashir ve sadece ishde business munasibetlerimiz var.36 yashi var ve indiye geder subaydir.Boyuk korporativ shirketde kifayet qeder yuksek movqe tutdugundan,dushunurem ki,ishde shexsi munasibet qurmaq kimi ishlerin karyerasina menfi tesir gostereceyini dushunur.Men bu halda ne etmeliyem?Qismet olmadigina qerar verib,fikrimi ondan uzaqlashdirmaliyam,yoxsa dua etmeye davam etmeliyem?Qeyd edim ki,ureyinde mene qarshi mehebbet yaranmasi,xeyirli aile qurmagimiz uchun artiq bir neche aydir ki,her gun onun adina 7 defe Ayetel Kursi ve her cume axshami Nadi Eli duasini oxuyuram.Qorxum odur ki,menimle aile qurmaz ve men de chox umidlemnish ve neticede uzulmush olaram.Bu movzuda mene meslehetiniz neden ibaret olar?

Ответ / Cavab

Aleykumusalam.

Xeyirlisi Allahdan deyib, dua edə biləsiz. Qismətinizə nəsib olar rəhmət, olmazsa, hikmət bilin. Üzüləsi bir şey axtarmayın.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
... |

Salam mən beyaq birnə xəberdarliq ucun dedimki Allah göydən baxir ama sora fikirləsdim ki Allah hər yerdedi mənim bu sözumdə qebahət var və yaxud ginah cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bu qələt sözdür, ALlah görür demək lazmdır. Allaha məkan vermək olmaz.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
Sual |

Salam Haci. Unitaza oturmazdan evvel oturulan hissesine aftafadan ardicil 2 kruq su tökülsə pak sayilacaq? Sistani aga

Ответ / Cavab

Aleykumusalam.

Arası kəslim yoluyla tökülərsə, ikincidən sonra nəcis olan yer pak sayılar.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
Veli |

Salam aleykum.Tövbe etmek üçün tovbe namazı qılmaq vacibdir?Olar ki onun yerine tövbe duasi edek? Xahiş edirem bize etraflı başa salında.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr vacib deyil.

Bir xəlvətə çəkilib Yaradanınızla danışın, günahlarınızı eiraf edib peşmançılığınızı bildirin, yalvarıb bağışlanma diləyin. Bundan belə əmrlərinə tabe olacağınıza və qadağalarına yaxın getəyəcəyinizə söz verin.

Allah sizə yar olsun

Задан: 16 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
Murad |

Kişilərdə hansı namazlarda namaz sessiz qılınır? Birdə keçmişde namaz qılmayıbsa,onun qezasını qılarken niyyet nece edilmelidir? Ve neçe ilin nsmazı ardıcıllıq ile qılınmalıdır?

Ответ / Cavab

Aleykumusalam.

Subh, çam və xiftən namazlarının ilk iki rükətinin qiraətin səslə deyilməlidir. Bu namazların qalan rükətlərinin qiraətləri və yerdə qalan namazların hamısının qiraətləri əssiz deyilməlidir.

Niyyətdə sadəcə filan namazın qəzasını qılıram deyib qılın. Qıldıqda gündəlik ardıcıllıqla qılın, yəni subhzöhr, sər, şam və xiftən. Bir gün qılınıqda qeyd edin və 365 gün olduqda bir il silinmiş sayılacaq.

Allah sizə yar olsun

Задан: 16 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
Salam |

Namazda tez tez allahu ekber deyirlər.Allahu ekber deyilmese namazın ortasında onda namaz batildir?

Ответ / Cavab

Aleykumusalam.

Namazda vacib olan ilk Təkbirətul ehramdır, qalanları müstəhəbdir, deməyə bilərsiz, deyilməsi savabdır.

Allah sizə yar olsun

Задан: 16 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
Salam |

Namazda tez tez allahu ekber deyirlər.Allahu ekber deyilmese namazın ortasında onda namaz batildir?

Ответ / Cavab

Aleykumusalam.

Namazda vacib olan ilk Təkbirətul ehramdır, qalanları müstəhəbdir, deməyə bilərsiz, deyilməsi savabdır.

Allah sizə yar olsun

Задан: 16 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
Salam |

Salam ,namzin vaxti ole elaqeli yaziram ,sankt peterburqdan havanin qaralmaq vaxtina baxdim 16:28 de hava qaralair evvele metodu deyiwmemiwden namazin vaxti 16:31 di,metoda siiti isna asaritiye deyiwennen sonra 18:01 i gosterir wam namzin indi hansi vaxtnan qilim namazimi 16:31 yoxsa 18:01,saqolun

Ответ / Cavab

Aleykumusalam.

Əgər şiə metodu bunu göstərirsə, ona əsasın qılın.

Allah sizə yar olsun

Задан: 16 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
Salam |

Salam ,bu as.salat infoda siiti isna asariti kimler ucundu,sieler ucun?men bawqa weherlerdede gedirem yawamaqa qonaq kimi yox,bawqa weherlerdede metod yerinde deyiwim eliyib siiti isna asaritiye deyiwmeliyem?saqolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bunun mənası 12 imam şiələri deməkdir.

Allah sizə yar olsun

Задан: 16 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
abbasova sedaqet |

Salam Aleykum! Sizə sual vermək istəyirəm. namazdan sonra və ən vacibi sübh namazından sonra dua etmək vacibdir mi? Yoxsa bəzi insanlar namazadn sonra dua etməyin .. təkliktə edilın duaya əzubillahi mina şeytani racim iblis müdaxilə edir deyillər... bildiğim birşey var ki qul ilə Allah arasına heç kəs girə bilməz. xaiş edirəm mənə bir açıqlama verin.Əvvəlcədən təşəkkür edirəm Sizə.

Ответ / Cavab

Aleykumusalam.

Bu deyilənlərin əsası yoxdur. Əksinə namazlardan sonra duaları artırın. Hədislərdə gəlib ki, namazı qılıb dua etməyən bəndəni ardınca buyurular. Məgər bu bəndənin məndən heç bir istəyi yoxdur? Özünü məndən ehtiyacsız bilirmi? Bəzi hədislərdə buyurular ki, mələklər bir neçə yerdə insana istehza ilə gülərlər, biri də namazı qılıb dua etmədən qalxanları.

Allah sizə yar olsun

Задан: 16 Ноябрь, 2019 , Опубликовано: 16 Ноябрь, 2019
Страница 34 из 5746 << < 30 31 32 33 34 35 36 37 38 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com