Salam. Kiraye qaldigim rayonda dediniz oruclariniz duz olacaq,bunu buldum. Bes sheherden rayona gedeceyim gun orucum duz olacaqmi?Yeni ishime gore rayona gedende bir gun qabaqdan gedib orada yerleshirem,yeni ishim hemin gun yox seherisi gun olur.Bele halda sheherde oruc tutub rayonda ifter etsem orucum duzmu olur?Bunu bilmek isteyirem. Sag olun.
Ответ / Cavab
Aleykumusalam.
Bu iki məkan arasında oruclarınızın düz olması üçün ya übh çıxıb zıhr azanına kimi ora yetişməlisiz, yaxud da zöhr azanından sonra hərəkət edin
Həmin qadın Salam aleykum. Bir qadin aile qurarken islami qebul etmemish ikinci ovladi dunyaya getirennen sonra Allahin lutfi ile islami qebul edir. Yoldashi buna gore narazi olur. Qadin oruc tutur, yoldashi yene narazi olur. Qadin hicablanmaq isteyende ise yoldashi shert qoyur, ya dunyavi paltar qeyinecek ya boshayacaq onu. Qeyd edim ki yoldashi kafir deyil, Allahi taniyir, qurban deyib kesir, sedeqe verir, bir defe oruc da tutub. Ailesine yaxshi baxir, ushaqlarini sevir ve yoldashini da sevir. Amma bu meselede fikri qetidir. Qadinin valideyinlerini de xeberdar edib ve onlar, cox teessuf, erin terefindedirler. Chox cetin secimdir. Bu qadin Allahdan qorxur ve Onun hokmlerine tabe olmaq isteyir. Eyni zamanda ailesini qorumaq isteyir, erini zulmetde qoyub getmek istemir. Qadin ne etmelidir? Allah razi olsun sizden.
Ответ / Cavab
Aleykumusalam.
Həmin qadın nəvazişlə ərini çalışıb razı salsın. Buna qədər bacaqdıqca ortülü geyinib və bacaqdıqca naməhrəm qarşısına çıxmasın.
salam aleykum eger üçüncü ruketde sekk etsenki tesehhudu ıkinci ruketde demişəm ya yox və bu sekkine fikir vermiyib namazin davam etdirsen namaz duzdurmu Allah razi olsun
Salam. 1)Namaz qılarkən burun yerə dəyməlidi ya müstəhəbdi? 2) Qibləni necə təyin etmək olar? Qiblənin harada olduğunu bilmədiyim üçün Namaza başlaya bilmirəm. 3) İstixarə nədir?
Ответ / Cavab
Aleykumusalam.
1.Müstəhəbbdir.
2.Ən asan yolu gün çıxan və gün batanladır. Bunları muəyyən etdikdən sonra sol çiyninizi günçıxana, sağ çiyninizi gün batana tutub dayanın. Azca gün batana tərəf döndükdə üzü qibləyə olacaqsız.
3.İstixarə xeyir diləmə mənasındadır ki, insan iki xeyir arasında qərarsız qaldıqda ya bir xeyirli işi edib etməməkdə qərarsız olduqda bu yoldan istifadə edə bilir.
Salam-Aleykum, birisi heyat yoldasina zinet esyasi alarsa ona xums duser? Duserse olarmi ki, hemin xumsu tanidigi imkansiz bir aileye xums vermek niyetile versin?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, əgər həddi aşmayıbsa, öz şəninə uyğundursa, ona xums düşməz.
Salam.1)tecvidde qeyd edilib ki eger bir sozun ustunde veqf olunsa, lakin qiraet dayandirilmasa, bu, "sukunla vesl" sayilir ve duzgun deyildir.Xahis edirem bunu izah ederdiz 2)hemze elifin esaqsinda qoyuldugda bu qet hemzesi sayilir?3)tenvin fetheden sonra elif gelmese, veqif zamani tenvin fethe meddili elife kececek?4)qelqele sifetli herfler yalniz qutbicet sozundeki heriflere aid olur? Yoxsa bunun sakin herflere?
Ответ / Cavab
Aleykumusalam.
1.Bunun mənası budur ki, ya vəsl olunmalıdır, ya vəqf. Yəni ya dayanma qaydasına uyğun olaraq dayanmalı, ya birləşdirmə qaydasına uyğun olaraq dayanmadan oxunmalıdır.Vəqf qaydasına əməl edib oxumaqa davam etmək ya vəsl qaydasına əməl edib dayanmaq düz deyil.
2.Qət həmzəsi şəkillə yox, qayda ilə muəyyən olunur.
3.Tənvin fəthə vəqf zamanı bir əlif qədərində uzanır.
4.Qutbicəd kəlməsində həmin hərflər cəmlənib. Başqa hərflərə aid deyil
Salam Quran xetm ederken hergun bir sure oxuyacam elave dua edende de men Quran surelerinden de deyib duami edirem olar bele etmek? Ya Quran xetm ederken dua edende tekcw duami etmeliyem?
Salamunaleykum.Mes 2 vacib 1de musteheb yeni cume quslu alanda hamsina birdefe qusul almaq olar ve olarsa vacib demeliyik yoxsa qusullari alram qurbeten illellah demeliyik.Evvelceden tesekkur
Ответ / Cavab
Aleykumussalam
Vacib olan quslu niyyet edecek. Qalanlari da nezerde tutacaq.
Salam. Haci Sahib deyir ki bendenin namazi Allah isteyen kimi olmaya, ancaq bende namazdan sonra wukur secdesi ede, Allah o bendeden razi qalar. Dogrudur mu Haci?
Salam Aleykum.1)İnsan ona kiminsə nəsə etdiyin hardan necə öyrənə bilər?(bəxt bağlamaq,cadu bu kimi hallar) 2)İnsanda səbəbini bilmədiyi ümumi halsızlıqlar olur 5gün yaxşı olur 10gün pis,ürək döyüntü,sıxıntı,psixoloji sarsıntı,yemək yeyə bilməmə.Həkimə də gedilib daxili hər şey yoxlanılıb.Hər şey yaxşıdı.Həmin insanın da elçiləri çox olur,öz halına bələd olduğu üçün ailə qurmamağı düşünür,nə özünü nə kimisə bədbəxt etməməyə görə.Səhv günah addımdı bu?Bu insanın istədiyi 1i var,onunla da münasibət alınmır,qız düşünür yəqin öləcək,ya halsızlığına görə gələcəkdə alınmıyacaq deyə Allah istəmir indidən alındırmır münasibəti
Ответ / Cavab
Aleykumussalam
1. Bunu bilmek mumkunsuzdur. Hech bunun daliyca dushmek bele lazim deyil. Allaha heqiqi etiqadla siqindiqda hech bir serrin tesiri olmaz.
2. Sehf dusuncedir. Hemin xanim problemi daxili xestelikde yox,psixoloji xestelikde axtarsin ve onu oradan saqaltsin. Dunya isleri insanin etdiyi emellere baqli olur.Allah bize dunya islerimizde diqqetli olub oz qararlarimizla meisetimizi qurmaqi tapsirib
3) Qolumuza əlimizlə su çəkməmişdən əvvəl qolumuza su toküb islatmalıyığ? 4) Başımıza və ayağımıza Nəm əlimizlə məhs çəkməliyik? 5) Müstəhəb qusul necə alınır?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, əvvəl qola su tökülməlidir ki, isladılsın.
Bəli, əlimizdə qalan nəmlə məsh edəcəyik.
Sadəcə deyirik ki, müstəhəbb qüsl edirəm, qurbətən İləllah, qayda ise eynidir.
Dəstamaz belə alınır? Destamaz alıram vacib qürbətən ilallah. Ələ su doldurulur və sağ əllə üz yuyulur... Sol ələ su doldurulur və sol əllə sağ əl yuyulur.(dirsəkdən barmağların ucuna kimi)... Sağ ələ su doldurulur və sağ əllə sol əl yuyulur(dirsəkdən barmağların ucuna kimi)... Əli suya vurmadan sağ əllə başa məs çəkilir. Əli suya vurmadan sağ əllə sağ ayağa məs çəkilir. (baş barmağdan topuğa qədər... Əli suya vurmadan sol əllə sol ayağa məs çəkilir. (baş barmağdan topuğa qədər) Birdə bəzi suallarım var. Məsələn: 1) Dəstamaza başlıyanda ilk öncə 2 əlidə yumağ lazımdı? 2) Sağ əllə üzə su çəkəndə alnımızdan çənəmizə doğru çəkməliyik? Üzümüzdə tam islanmalıdı? ?
Ответ / Cavab
Aleykumusalam.
1.əstəmazdan əvvəl əl və üzün yuyulması vacib deyil, əllərdə çirk. toz varsa əvvəlcə əllərini yuyyacaq.
2.Əlin hərəkəti yuxarıdan aşağıya olan istiqamətdə olmalıdır.
Assalamu aleykum. 1. İslam ölkələrində və ya şəriət qanununda , qadının üzünə kislota tökən ərini necə cəzalandırırlar hökmü nədir? 2. Bir insan yaşamadığı evini oğrulardan qorumaq üçün evinin hasardan içəri hissəsinə elektrik cərəyanı verərsə və evə girən oğru bu cərəyanə qapılaraq ölərsə ev sahibinə günah yazılır mı? Təşəkkürlər.
Ответ / Cavab
Aleykumusalam.
1.Bunun tam deqiq olaraq nəylə cəzalandırıldığını kitabları araşdırmadan demək çox çətindir, onu deyə bilərik ki, qisas hökmündə sıradan çıxan bədən üzvünün eyni qisası olur.
2.Kiminsə mülkünə icazəsiz daxil olub ölən şəxsin qanı batır.
Salam zehmet olmasa yazardiz xetm etmemisden evvel nese dua veya niyyet etmek lazimdir vacubdir? Birde bitirdikden sonra mutleq nese dua oxumaq lazimdir? Ya oxumasaq da olar?
Ответ / Cavab
Aleykumussalam
Mustehebb dualar var. Vacib deyil. Oxumasaz da olar.