Страница 467 из 5746 << < 463 464 465 466 467 468 469 470 471 > >>
rufa |

Xahiş edirəm mənə bir yol göstərin. Mən oğlan övladım olarsa nə vaxtsa Mehti qoyaram demişdim. əhd etməmişəm. indi isə həmin adı qoymaqdan çox qorxuram. bilmək istərdim ki həmən adı qoyduqda onu necə qorumalıyıq? üzərimizə düşən öhtəlik nədir?

Ответ / Cavab

Aleykumusalam.

Bu ad gözəl adlardan biridir. Bunu övlada qoymaqdan qorxmayın.  Qorumaqa qaldıqda isə bütün övladlarımızı, adlarının nə olmasından asılı olmayaraq şeytani sifət , xususiyyətlərdən qorumalıyıq.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 10 Март, 2018
Rasul |

As salamu aleykum va rahmatullahi va barakathu. Məhəmməd əl-Buxari hansı məzhəbin nümayəbdəsi olub?

Ответ / Cavab

Aleykumusalam.

Əhli sünnənin hədis alimidir.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 10 Март, 2018
Salam |

1) İstiğfar etmək nə deməkdi? 2) Zikir etmək Allahı düşünməkdi? 3) Kiməsə təqlit etmək vacibdi?

Ответ / Cavab

Aleykumusalam.

1.Tovbə edib bağışlanma diləmək.

2.Allahı yad etmək.

3.Bəli, vacibdir.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 10 Март, 2018
....... |

Salam aleykum. 1. İnsana Əliqulu, Hüseynqulu kimi və s. Adların qoyulması qadağandır mı (şirk sayılır)? 2. Mömin olmayan, ibadət etməyən müsəlman birinə Allahdan xəstəlik gəlsə bu cəzadır yoxsa günahlara kəffarə? 3. El adəti və rəsmi nigah ilə evlənən lakin dini kəbin oxutdurmayan ər arvadın birlikdə olması zinadır ? 4. Şəhid öləndə onu yumadan və kəfənləmədən basdırmaq vacibdir yoxsa sünnətdir ?

Ответ / Cavab

Aleykumusalam.

1.Qadağan deyil, şirk də deyil.

2.Hər ikisi ola bilər. Bunun hansı olmasını biz ayır edə bilmərik. Bu sonra bilinir.

3.Əgər kəbindən qəflətdə olublarsa xeyr, amma tez bilən kimi əqd oxutsunlar, Lakin kəbini saymayıb evləniblərsə, bu zinadır.

4.Bu döyüç bölgəsində şəhid olub və orada basdırılana aiddir.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 10 Март, 2018
Nihad |

Salam. 1. Mən bugünə kimi Zöhr və Əsr namazlarını, Şam və Xüftən namazlarını birləşdirib qılmışam. Daimi olaraq belə namaz qılmaqda bir problem var mı? Yoxsa bunu ancaq məcbur olduqda vaxt qazanmaq üçün qılmaq lazımdı? 2.Sol əllə yemək yemək olmaz deyə bilirəm.Mən solaxayamsa, mütləq özümü sağ əllə yeməyə öyrəşdirməliyəmmi?

Ответ / Cavab

Aleykumusalam.

Heç bir problemi yoxdur.

Mutləq deyil, bacaqmırsızsa ya narahatçılıq varsa ele həmin şəkildə də yeyin.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 10 Март, 2018
.... |

Salam Turk saytindan bele yazi oxudum 6 ci gunun gecesi 4 reket hacet namazi qilinib Tovbe suresinin 129 cu ayesi 2001 defe oxunur basqa saytda da 1900 defe oxunur yazilib gelen 6 ci gune kimi dua qebul olur Allahin izni ile. Men bunu etmek isteyirem her hansi bir gunah sehvlik yoxdu? Istediyim biri var onun da istemesi aile qurmagimiz ucun etmek isteyirem.

Ответ / Cavab

Aleykumusalam.

Turk saytlarında nə yazılmasına bir söz deyə bilmərik.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Fərid |

Salam əleykum 1.evə çəki ilə şokalad alınıb onun üzərində Viski yazılıb bilmirəm bunun tərkibində də nə var adına görə də şübhəyə düşdüm sizcə bunu yemək olar ? 2.Məsciddə qari quran oxuyandan sonra axırda camaatla bir yerdə bir duadı səhv etmirəmsə oxunur bunu yazardınız Belə söz işlənir əla rəsulillah və əla ətilləh 3.haram içki verilməsə və insan özünü qorumağı bacarsa yaxının dini olmayan toyunda iştirak etmək olar ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

1.Tərkibinə baxın orada qeyd edilibsə, onu yeməyin.

2.Allahummə salli və sallim. və zid və barik əla Rəsulillah və alihil əthar.

3.Haram musiqi  və haram içki, haram yeməlilər varsa olmaz.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Reşad |

Assalam Aleyküm.menim bir neçe sualım var.Namazda Qunut vacibdirmi?Namaz bitdikden sonra yadımdan çıxır bir de görüsen 3 -yoxsa 4 rüket qıldım(günorta namazı)bele halda namaz qebuldururmu?Allahu Ekber dedikde her defe elleri qaldırmaq mı lazımdır.Sünnüler ilk başda ancaq qaldırır

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, vacib deyil müstəhəbbdir.

Namaz bitəndən sonra gələn bu şəkklərə fikir verməyin.

Birincidə mutləq qaldırılsın.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Nuray |

Salam turklerde esitmisem havas elmi. Bu ne demekdi? Havas elmi alimleri var dualarin qebulu ucun muxtwlif dualar deyir havas dualari bu ne demekdir havas elmi?

Ответ / Cavab

Aleykumusalam.

Bilmirik, onlar nəyə havas deyir.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Salam Aleykum |

Namazda tesehudu ve salami deyerken bedeni biraz eymek savabdi yoxsa yox

Ответ / Cavab

Aleykumusalam.

Bunda savab yoxdur.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 9 Март, 2018
.... |

Salam.1)Qabdan mundari pak etmekcun su tokduyde nechedefe tokmek lazimdir?2)Bu gun yeni movludda qeza orucu tutmaqla insan savab qazanir?3)herhansi ibadi ish gorub savabin kimese hediyye etikden sonra qurbeten IlAllah demek olar?4)Insan evlenib ata yurdubdan basqa yere kocdukde, sonra ise oz ata yurduna qayitiqda orda 10gunden az qalsa namazi qesr qilmalidi?

Ответ / Cavab

Aleykumusalam.

Nəcasət aradan gedəndən sonra bir dəfə su tökməklə pak olacaq. (əlbətdə itin və donunuzun aqzının suyu kimi  bəzi nəcasətlərə bulaşmış qabların paklanmasında fərq var.)

2.Bəli, savabı da olar.

3.Bəli, gərək elə bütün işlərimiz qurbətən İləllah olsun.

4.Bəli oranı tərk edib başqa yeri daimi yaşayış yeri seçərsə, ora artıq ona vətən sayılmaz və ora gtdikdə səfərdə sayılar.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Ehli-Beyt aşiqi |

Salam Aleykum Hacı 20-si bayram etmek olar? imamın şehatine düşür? teşekkurler Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Şəhadət ayın 21 dir.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Salam aleykum |

Mart və aprel aylarında şəhadət və movlud gunu var?

Ответ / Cavab

Aleykumusalam.

19 mart İmam Muhəmməd Baqirin mövludu. 21 mart  İmam Hadinin şəhadəti, 23 mart İmam Hadinin  mövludu. 28 mart  İmam Cavadın mövludu,  31 mart İmam Əlinin mıvludu, 2 aprel İmam Sadiqin və seyyidə Zeynəbin şəhdəti, 12 aprel İmam Kazimin  şəhadəti, 14 apel məbəs bayramı, 18 aprel Xanım Zeynəbin  mövludu 20 aprel İmam Huseynin mıvludu, 21 aprel Həzrət Abbasın mövludu, 22 aprel İma  Zeynulabidinin mövludu, 24 aprel Həzrət Qasimin mıvludu, 28 aprel Həzrət Əli əkbərin mövludu.

Allah sizə yar olsun

Задан: 10 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Perviz |

salam eleykum deye bilersiz neye gore heyvanlardan yalniz pisiklerin mescide girilmesine icaze verilir?

Ответ / Cavab

Aleykumussalam

Harada yazilib ki, heyvani mescide salmaq icazelidir. Mescid ibadet yeridir.

Allah size yar olsun

Задан: 9 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Anonim |

assalam aleykum zehmet deyilse deyerdiz 1) bir qardash diger qardasha pul verirse ozde merc oyunundan qazandigi pulu diger qardash o pulu yol pulu kimi yada basqa cur istifade ede biler? basqa pulu olmasa bele, yani ancaq yol pulu yada sedeqe 2)bes o pula yemek almaq nece? sistani aga cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Eger haramdan ele gelmish puldursa onu goturmesin

Allah size yar olsun

Задан: 9 Март, 2018 , Опубликовано: 9 Март, 2018
....... |

Salam haci. Sualima gore uzr isteyirem. Indi gordum ki menden cox videleniye gelir, jele kimidi. Belke adi videleniyadi bilmirem. Aileli deyilem. Bu istihaze ola biler? Meselen boynumda heyz quslu varsa niyyetde tekce heyz quslu desem ve yaxud cenabetde varsa cenabet ve heyz desem, eger o istihaze idi o da boynumda goturulecek? Yeni bu qusller istihazeni aparir? Teshekkur edirem

Ответ / Cavab

Aleykumussalam

Qan deyilse qusl vacib deyil.

Beli boynunuzdan goturuler.

Allah size yar olsun

Задан: 9 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Salam |

Beli tam kocub, yeni evlenib Bakida yasamagi dusunur.Ora daha qonaq kimi gedir.Onda namazi qesr olur he?Birdeki qrip adam oruc tuta biler? ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Beledirse, on gunden az qalacaqi teqdirde namazlari qesrdir.

Qrip oruca mane olmaz.

Allah size yar olsun

Задан: 9 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Abbasova |

Salam aleykum. Duzdur ki hicabsiz ve aciq qeyinen qadinlarin hemn bedenin aciq olan yerleri Qiyametde ateshe tutulacaq? Bes ailesi terefinden zulm olunan ismetli hicablanmaq istediyi lakin heyat yoldashlari qadaga qoymush qadinlar nece? Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən qadınlar bacardıqca örtülü geyinəcək, naməhrəm qarşısına çıxmayacaq və həqiqətən də ona zulmlə belə bir qadağa qoyulubsa, həmin qadağa qoyanlar o əzabı dadacaqlar.

Allah sizə yar olsun

Задан: 9 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Gunahkar |

Salam Aleykum , men bilmek isterdimki , kenin olmadan evlenmeden toy olmadan hamile qalirsan yeni yetme qiz uwagi , bu zinadir? Ve 7 ayliqinda el icinde toy edilmesi ne qeder duzgundur? Din baximinnan ? 2) Bunlar ebedi bir birine haramdilar?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, kəbin olmadan edilən yaxınlıq zina , haram və çirkin bir əməldir.

Bunlar bir birlərinə əbədi haram olmazlar, çünki qız evli olmayıb. Kəbin kəsdirib evlənmələri də mümkündür.

Allah sizə yar olsun

Задан: 9 Март, 2018 , Опубликовано: 9 Март, 2018
aile haqqinda |

salam,men 3ildir aileleiyem, yoldawim her cumlesinde qelbimi qirir dili cox acidir,evvel tehqqir edirdi indi ise her sozumu soz eleyir ,mende yorulmuwam artiq.ona hansi hedisi misal ceke bilerem? olar deyesiz ya hardan tapa bilerem? belke onda bir az duzeler.kusede bilirem kusende soz sohbet boyuyur evde. cox sag olun. cox qorxuram ki ovladiminda yaninda ele edecek sonra uwagda mene hormet elemez ,onuda deyim dine cox baglidir bilir olmaz ama yene edir,mene yol gosderin.33 yawi var menimde 26

Ответ / Cavab

Aleykumussalam

Ondan isteyink ki, imam Ali ile xanim Zahranin evlilikleri barede tarixi oyrenib size danishsin.

Allah size yar olsun

Задан: 9 Март, 2018 , Опубликовано: 9 Март, 2018
Страница 467 из 5746 << < 463 464 465 466 467 468 469 470 471 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com