Страница 49 из 5746 << < 45 46 47 48 49 50 51 52 53 > >>
Cicek |

salam.plitka shokaladin terkibinde etil spirti var.maye halinda deyil.onu yemek olarmi? 2.neçe yaşli oğlanin yaninda qadin artiq hicab bağlamalidir?(Sistani aga) 3.imamlarin 40 i çixmamish saç kesdirmek beyilen haldirmi?

Ответ / Cavab

Aleykumusalam.

Spirt varsa onu yeməyin.

Pis və yaxşını başa düşən uşaqdan hicab saxlanılmalıdır.

Bu işin imamın 40 mərasiminə aidatı yoxdur.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2019 , Опубликовано: 5 Октябрь, 2019
Anonimka |

Salam pişiyin və yaxudda itin paltara dəyməsi paltarı nəcis edirmi ağız suyu falan yox bəzən sürtünür paltara bu paltarla namaz qılmaq olarmı ? Ən çoxda pişiklərə yem verirəm deyə dəyirlər adama

Ответ / Cavab

Aleykumusalam.

Quru halda olarsa, nəcis olmaz, amma nəm halda olarsa və it sürtünərsə, paltar nəcis olacaq. Pişiyə  gəldikdə isə onu tükü üzərinizdə olmazsa, problem olmaz.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
))) |

Salam rayona gedəcəm ata babamın evinə 200 km məsafədir 1 gün qalacam orda namazı səfər namazı kimi qılmalıyam ya necə birdə zəhmət olmasa deyərdiz səfər namazı 4 rükətlik namazlar 2 rükət olur və bu iki rükət sübh naçazı kimidir? Birdəki 3 rükət şam namazını qəsrlə qılırıq ya o qalır ?

Ответ / Cavab

Aleykumusalam.

Orada namazlarınız qəsr olacaq, yəni 4 rükətlilər  2 rükət şəklində qılınacaq, sübh və şam namazları olduğu kimi qalır.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
Musa |

salam belə bir hədis oxudum mənasın yazsaz duaçı olaram. İmam Hüseyn (ə) buyurmuşdur: “Səkinə (s.ə.) Allah Təalada məhv və fənadır”.burada məhv fəna nədir?

Ответ / Cavab

Aleykumusalam.

Bu irfani məsələlərdir ki, burada iki cümlə ilə anlatmaq imkanı yoxdur.

Fəna yəni  insan özünü, bəndəçiliyini, arzu və meyllərini və ətrafında olan bütün varlıq aləmini  Allah-taalanın huzurunda heç bilir və yalnız, Allah-taalaya nəzər edir.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
Nigar |

При малом омовении я увидела у себя на руке чуть выше локтя волос, а потом когда проводила ладонью по ноге, увидела под ногой волос, видимо упал с руки или это был другой, но он не прилип к моей ноге. Нарушился ли мой дестемаз? И при малом омовении если проводя рукой по ноге пальцами рук задеть пол, нарушается ли дестемаз?

Ответ / Cavab

Aleykumusalam.

Net vas destemaz ne naruşilsya.

İ pri zadevniye palçem na pol destemaz ne naruşayetsya.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
Fatma |

Salam hacı.Haci bes qadın və kişi munasibeti virtual həmdə pis niyyetsiz yeni uşaqlardan dindən danışmaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Naməhrəmlrin virtual danışmaları da olmaz. Uşaqlardan, dindən kişi kişiylə, qadın da qadınla danışa bilər. Naməhrəm qadınla danışmaqda məqsəd nədir? anlaşılmayan budur.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
zaur |

bir sualim da var size menim kebinli yoldasim var isimle elagedar heftede bir defe gore bilirem onu bir yerde galmirig bu gunahdir?amma yoldasima yaxsi baxiram her gun elage saxlayiram cox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, günah deyil.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
zaur |

Salam Haci bir sey sorusum sizden Tesbihati erbeeni dedikde duzgun gaydasi necedir bezileri gorduyume gore subhanallahi valhemdu lilahi ve la ilahe illellahu vallahu ekber deyir bezileri ise subhanallah velhemdullah ve s. yeni sozlerin axirina i herifi artirilmalidir yoxsa yox cox sag olun Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumusalam.

Bu kəlmələrin hər birinin sonunda dayanma olarsa, axırıncı sait düşəcək. Bitişik deyilərsə, əvvəldə yazdığınız kimi deyiləcək.

Allah sizə yar olsun

Задан: 5 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
Gülnar |

Salam.evdə olan musiqi aləti pianinonu evdə saxlamaq haram sayılır? Bəs satmaq satsaq o pul haram sayılacaq? Kimə isə hədiyyə olaraq verək . Xamenei ağa təqlid edirəm.y

Ответ / Cavab

Aleykumussalam

Musiqi alətini saxlamaq və satmaq olmaz. Onu aradan aparmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
Vusal |

Salam aleykum. Mən bilmək istəyirəm bu il yəni 2019-cu ildə Peyğəmbərin (s.a.s) şəhadəti günü hansı gündür...mən bildiyim qədər 28 səfər yəni 28 oktyabr ayına düşür...sizcə bu düzdürmü? yəni 28 oktyabr axşam namazindan sonraya yoxsa 27 oktyabr axsham namazindan sonra?

Ответ / Cavab

Aleykumussalam

Səfərin 28 i oktyabrin 27 nə dusur. Yəni şəhadət günü bü gundur.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
.... |

Salam mənim təvəkkul prablemim var ne vaxt ki təvəkkul eliyirəm həyatdan o qədər ləzət aliram imtahanan uzuag kecirdir Allah məni ama təvəkkul eləmiyən kimi bir iztirab bir təşviş buruyur ətrafimi mən o zaman ozumu yaxsi hiss eləmirəm və bu zaman mənə ureyimdə ozumə deyərək təvəkkulumu artiracaq cumlə deyə bilərsiz ki o sozləri deməklə təvəkkulum artsin və aramliq tapim Allahın izni ilə cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Və mən yətəvəkkəl ələllah,və huvə həsbuh.

Hər kəs Allaha təvəkkül etsə O kifayət edər.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
... |

Salam.1. Məşhəd ziyarətində quşlar olur. Onun bir hikməti var?2. Bir insan saqqal saxlayır amma bığ saxlamırsa, o mütləq vəhhabi sayılır? 2. Namaz qılan haqda 2, 3 nəfər xoş olmayan söz danışsa qeybət sayılır? Elə söz ki o 2,3 nəfər hamısı bilir.

Ответ / Cavab

Aleykumussalam

Adətən bir cox ziyarətgahlarda bu var. Orada amanda olduqlarindan yəqin cəmlənirlər.

Bəli bu qeybətdir.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
Fatma |

Salam hacı.40 günündə qadın qüsl aldı namaza başlamamışdan 41 çi gün yaşa nəsə gəlsə qüsl almalıdır yoxsa yuyunub namaz qilmalidir

Ответ / Cavab

Aleykumussalam

40 gün quslu vacib deyil. Vacib olan heyz və nifas quslləridir.

Qusl etdikdən sonra gan gələrsə, qüsl tazələnməlidir.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
Gul |

Salam suni mayalanma etdirmek gunahdi? Tesekkur

Ответ / Cavab

Aleykumussalam

Haram baxma və haram toxunma olmamaq sərtiylə qadin ərinin toxuması ilə suni surətdə mayalandirila bilər.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
))) |

Salam belə gözəl sayt açdığınız üçün ilk öncə təşəkkürlər bir sualım var kömək etsəz sevinərəm:) mən namaza təzə başlamışam çox həvəslə qılıram ama 1 problem var namaz qılanda özüm istəməsəmdə fikrim çox yayınır hərşey gəlir ağlıma hətta çaşıram belə olmağın istəmirəm niyə belə olur onuda bilmirəm o qədər fikir gəlirki beynimə neynədiyimi hansı rükətdə olduğumuda çaşdırıram namazda fikrin yayılmaması üçün məsləhət verə bilərsiz nə edə bilərəmki namazı xuşu içində qılım

Ответ / Cavab

Aleykumussalam

Bəli bu seytanin isləridir ki namazdan saxlaya bilmədikdə belə əngəllər törədir. Siz bacardiqca fikrinizi cəmləyin. Buna komək üçün namazin sözlərinin mənalarını oyrənin kı nə dediyinizi biləsiz. Bu fikrinizi cəmləməyə kömək edəcək.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 4 Октябрь, 2019
Namiq |

Salam Kərbəla turbəti barədə məlumat verə bilərsiz tanis var deyir ki bəs ən fəzilətlisi İmamın (ə) dəfn olundugu yerin duz usdudu mubarək zirehin icindəkin deyir ama mən esitdim ki o türbəti hər adama vermirlər qardaşıma verəcəylər türbət erbeinə gədən tanisi var o turbət adətən hardan göturulur cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Həmin türbət Həzrətin pak qəbrinin ətrafindan goturuləndir. Zəvvarlar adətən satilan adi Kərbəla torpaqidir.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 3 Октябрь, 2019
Anonim |

Salam. Sualıma görə üzr istəyirəm. Mən günorta Namazından hardasa 1 saat sonra qan dəydiyin gördüm amma dəqiq bilmirəm Namaz vaxtı olmuşdu yoxsa yox. Təəssüfki Namazı qılmamışdım hələ. Qüsl aldıqdan qəza Namazı qılmalıyam?

Ответ / Cavab

Aleykumussalam

Əgər heyz olmamisdan əvvəl sizin namazlari qilmaq qədər vaxtiniz olubsa, paklanandan sonra qəza edəcəksiniz.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 3 Октябрь, 2019
Gunel |

Salam.Kilke baliginin konservini yemek olar??Halaldir?

Ответ / Cavab

Aleykumussalam

Bəli halaldır yeyə bilərsiniz.

Allah sizə yar olsun

Задан: 4 Октябрь, 2019 , Опубликовано: 3 Октябрь, 2019
Fərid |

Salam əleykum Ailə ilə vaxt keçirmək bir neçə saat gözləyib camaat namazı qılmaqdan üstündürmü ? Yəni bir kişi axşam evə gec gedir qalıb axşam namazını gözləyir ki camaatla qılıb getsin amma gözləməsə daha tez evinə çata bilər və qalan vaxtı ailəyə sərf edə bilər Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Camaat namazında iştirak etmək barədə buyurulan hədislərə əsasən deyə bilərik ki camaat namazında iştirak daha artıqdır.

Allah sizə yar olsun

Задан: 3 Октябрь, 2019 , Опубликовано: 3 Октябрь, 2019
Emin |

Salam Aleykum Haci.bir sualim var ,demeli men kerbala ziyaretine getmek isteyirem,meni ise ishe qebul olmaq istediyim CV cavabi gelib imtahana cagirirlar,men kerbalaya getsem imtahana gire bilmeyecem ve shansimi itireceyem.ve hal hazirda ishleyirem bashqa bir ishde.qeyd etdiyim halda men ne etmeliyem?eger kerbalaya getmesem gunah sayilarmi ?meslehetinize ehyicacim car.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, gunahı yoxdur.

Allah sizə yar olsun

Задан: 3 Октябрь, 2019 , Опубликовано: 3 Октябрь, 2019
Страница 49 из 5746 << < 45 46 47 48 49 50 51 52 53 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com