Страница 53 из 5746 << < 49 50 51 52 53 54 55 56 57 > >>
Namiq |

Salam یا حسین (ə) adinda olan herfləri yazardiz zehmet olmasa cox sagolun əziyyət verfiyimə gore uzurlu sayin

Ответ / Cavab

Aleykumussalam

Basa dusmədik hərfləri ayrı ayrı şəkildə istəyirsiz?

Allah sizə yar olsun

Задан: 26 Сентябрь, 2019 , Опубликовано: 26 Сентябрь, 2019
Malik |

Salam Aleykum . Hacı sübh namazının qəzası qılınırsa zöhr namazının vaxtı,o vaxt qəza namazını həmin sübh namazının səsli kimi qılınır yoxsa sakit? Birdəki hər hansı qəza namazı 2-3 nəfərlə və artıq qına bilərmi? Birdəki hacıcan bu namazların arasında 1-2 dəqiqəlikki ayrılırsan,həmin vaxta cənamazın üstünü o möhür olan tərəfi bağlamaq mütləq lazımdır yoxsa açıq olsada olar ? Bireəki qız uşağı üçün həddi bolluq 9-11 yaşdan başlayır?

Ответ / Cavab

Aleykumussalam

Namaz özü necədirsə qəzası da eyni elədir.

Qəza namazlarini cəm şəklində qılmaq olar.

Canamazi örtmək vacib deyil.

Qiz uşaqi 9 yasinda həddi buluqa yetişir.

Allah sizə yar olsun

Задан: 26 Сентябрь, 2019 , Опубликовано: 26 Сентябрь, 2019
Sahib |

Salam.mən sual yazdım ki gəlini uşağa görə müalicəsini qaynananin imkanı yoxdursa anasın borcudurmui?siz yazdiz ki kim edərsə savab ona çatır borc ancaq insanı borc ola bilər.bu nə deməkdir

Ответ / Cavab

Aleykumussalam

Yəni kimisə bu isdə borclu saymaq olmaz. Sırf insani cəhətdən kimsə bunu ozunə borc saya bilər.

Allah sizə yar olsun

Задан: 26 Сентябрь, 2019 , Опубликовано: 26 Сентябрь, 2019
Bende |

Salam. Saç ekimi emeliyyatından sonra bir neçe gün baş sarğılı olarken destemaz evezi teyemmüm almalıyam? (Sistani ağa)

Ответ / Cavab

Aleykumussalam

Cəbirə dəstəmazı alin və əlavə ehtiyata gorə təyəmmüm də edin.

Allah sizə yar olsun

Задан: 26 Сентябрь, 2019 , Опубликовано: 26 Сентябрь, 2019
Salam |

Salam,yox men evi yuyub temizdemiwem ama yenede arada paltarlardan tuk tapiram,uwaqlar mektebden gelirler paltarlarinda tuk gorurem bilmirem it tukudu piwiy tukudu her gunde mekteb paltarin yumaq olmazki adam beziyir,ama ureyimdede qara qalir goresen it tukuydu piwiy tukuydu bele olanda neyniyim ? Saqolun

Ответ / Cavab

Aleykumusalam.

Əgər  nəcis bir şey olduğunu bilmirsizsə, pak  biləcəksiz.

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
Salam |

Salam,eger bilirsense filankes yaxwi adam deyil ama elci gelirler dil tokurler falan filan axiriki qizi alirlar,niwannan sonra toydan sonra yola getmirler qiz qayidir ya niwan qayidir,burda qismet rol oynayir yoxsa bile bile ozun ozuvu ota atirsan meselesi olur?saqolun

Ответ / Cavab

Aleykumusalam.

Axi burada hamı görür ki, insan ağılsız iş görür və nəticəsini də alır. Allah insana ağıl və düşüncə verib. Gərək insan belə şeylərdə düşünüb addım atsın.

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
/// |

Salam. Herden ele fikir gelir ki men bir neçe ilden sonra olecem ve bu fikirler meni qorxudur. Bir muselman oz olum vaxtini bile bilermi yoxsa bu fikirler hansisa qorxudan gelir? Ne ede bilerem ki bu qorxu ve bu fikirler getsin?

Ответ / Cavab

Aleykumusalam.

İnsana ölüm vaxtı gizlidir. Bilməsi ona psixi  cəhətdən  çox ağır olar.

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
Ayşən |

Salam Men istihare namazi qiliram,tam əmin olmaq ucun 7gun qilmaq olar men 5gundu qiliram.amma hele de anlaya bilmemisem,ve gorduyum yuxular ilk basqa qorxuducu ve ya pis yuxu kimi gorunur amma menasina baxdiqda çox yaxsi yuxudu xeyirlidi ona gore ikilemde qalmisam inşAllah sonunda xeyirlisi olar,amma men heqiqeten xeyirlisini bilmek ücun bu namazi qiliram yeni hemin is bas tutsun deye yox,ve calisiram duzgun anlaya bilim. Ne etməliyəm?Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Siz yuxularinizin xeyirliyə ya  ziyanlığa olduğunu ayird edin.

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
Salam |

Salam,rusiyada yawayiram yawadiqim evde pieiy olub evvel duzdu yudum temizdedim her yeri ama arada yuduqum paltarlardan tuk tapiram,hemde uwaqlar mektebe gedir mewqe gedir olarinda paltarlarinda tuk gelir bilmirem it tukudu piwiy tukudi ,gerey her gun paltarlari yuyam suya cekem bezimiwem day,ewitmiwem deqiq bilmesen necis sayilmaz ?saqolun

Ответ / Cavab

Aleykumussalam

Bəli, yuyub paklamisizsa pak biləcəksiniz

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
Sual |

Salam Haci. Herden seherler bulvarda oluram. Quslar gelib qonur yerə, yem axtarirlar. Onlara çörək qirintisi atmaq olar? Gunah deyil ki? Atarken mütləq quşlar olan zaman atmaliyam yoxsa gelib yeyecekler dusuncesi ile quslar olmayan yere de atmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Günahı yoxdur amma quslar olmayan vaxtlar atilarsa ayaq alti olan yerə atmayin

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
Sual |

Salam sırğa ile qusul almaq olar? Sistani ağa

Ответ / Cavab

Aleykumussalam

Suyyn dəriyə dəyməsinə mane olarsa olmaz. Mane olmursa eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
zaur |

haci bir sey yadimdan cixdi xumsun bes de biri taxminen nece faizdir ne geder edir bu? cox sag olun

Ответ / Cavab

Aleykumussalam

Besdən bir hissəsi iyirmi faizdir.

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
zaur |

salam haci meni bir sey cox maraglandirir eger men imkanima gore xums vere bilmiremse bu gunah sayilir yaxud boynumda galir? xumsu imkanima gore bir defe verib o biri defe vere bilmesem yene gunahdi?cox sag olun

Ответ / Cavab

Aleykumussalam

İmkan məsələsi deyil. Xums hər bir qazanc edən səxsə il basinda vacib olar. Əgər il basinda bir seyi olmazsa xums da vacib olmaz. Xums vacib olarsa verməmək olmaz, haramdır.

Allah sizə yar olsun

Задан: 25 Сентябрь, 2019 , Опубликовано: 25 Сентябрь, 2019
Sahib |

Salam yəni borc insani borc sayıla bilər bu cümləni izah edərdiniz, Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Sual anlaşılmadı.

Allah sizə yar olsun

Задан: 24 Сентябрь, 2019 , Опубликовано: 24 Сентябрь, 2019
Zumrud |

Salam bir nefer kiwi gohumumuz namaza bawlamag isteyir sozlerinde ve destemazda emin oldugu yerden isteyir gondere bilersinizmi

Ответ / Cavab

Aleykumusalam.

https://www.youtube.com/watch?v=rg2NIQDiCTs

https://www.youtube.com/watch?v=00v0sTiAlIs

Allah sizə yar olsun

Задан: 24 Сентябрь, 2019 , Опубликовано: 24 Сентябрь, 2019
Elik |

Bəs yerdə pul görsəm ama götürməsəm necə? boynumda qalir bu mesele ya yox? Birde atamin bacisi mene mehremdir ya yox? erli olsa bes nece?

Ответ / Cavab

Aleykumussalam

Goturməsəz boynunuza bir vəzifə gəlməz.

Bəli xala və bibi məhrəmdirlər

Allah sizə yar olsun

Задан: 24 Сентябрь, 2019 , Опубликовано: 24 Сентябрь, 2019
Sahib |

Salam.əgər ərin imkanı yoxdursa onda gəlini uşağa görə müalicəsini anası etdirmək xərcləri çəkmək borcluduemu? Xamenei ağa

Ответ / Cavab

Aleykumussalam

Hər kim bu isdə onlara yardim edərsə xeyirli iş gorub və burada borc ancaq insani borc sayila bilər.

Allah sizə yar olsun

Задан: 24 Сентябрь, 2019 , Опубликовано: 24 Сентябрь, 2019
Sual |

Salam. Mescidlerden her hansina gedib 250-300 manat versek ve desek ki bu pula Imam Huseyn ehsani edin, onlar edirler? Yeni mescidlerin bele fealiyyetleri olur mu ümumiyyətlə?

Ответ / Cavab

Aleykumussalam

Bəli onlar həmin pulu həmin yerə xərcləyəcəklər.

Allah sizə yar olsun

Задан: 24 Сентябрь, 2019 , Опубликовано: 24 Сентябрь, 2019
Salam |

Salambir soz sorushmaq isteyirem sizce qizin oglana meselen sehife vasitesile etiraf yazmasi duzgundumu? Bide bu anonim yazilir etiraf bu haqda ne deye bilersiz?

Ответ / Cavab

Aleykumussalam

Naməhrəmlərin qeyd edilən halda və şəkildə yazışmaları qadaqandir.

Allah sizə yar olsun

Задан: 24 Сентябрь, 2019 , Опубликовано: 24 Сентябрь, 2019
Namiq |

Salam Mən dedim ki istixarə edəcəm Əgər Allah desə ki buyur bu isi gor buyur demeyim duz idi burda humah qazanmafim sora nəuzubillah dedim ozumnen bu bbarede neyi nece edeceyimi danisib gotur 1oy eliyirdim isdixarede gelen aye dediz ki xeyir deyil cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Xeyr bu deməyinizdə gunah yoxdur.

Allah sizə yar olsun

Задан: 24 Сентябрь, 2019 , Опубликовано: 23 Сентябрь, 2019
Страница 53 из 5746 << < 49 50 51 52 53 54 55 56 57 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com