Страница 524 из 5746 << < 520 521 522 523 524 525 526 527 528 > >>
Qadın |

Salam aleykum. Üzr istəyirəm, gaitin məxrəcini qabaq tərəfdən paklamaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Bunun elə bir  fərqi yoxdur. Əsas məxrəcin paklanmasıdır.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
R.. |

Salam.size yazmisdim ki, birinin pulun vermedim ve bir mudetten sonra halalliq isteyen de halalliqin verdi.cavab olaraq yazdiz bu pulun halalliqi olarag.bes ayirica haqqicin halalliq almag lazim deyilki?

Ответ / Cavab

Aleykumusalam.

Əgər onun haqqını da pozmusuzsa, onun üçün də ayrıca halallıq lazımdır.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Ali |

1.salam aleykum!men dukanimi berbere icareye vermiwem,o orada sacla yanawi uzde qirxir menim ondan aldigim icare haqqi halal sayilirmi?2.sizin cavablariniz hansi muctehidin fetvalarina esasendir?

Ответ / Cavab

Aleykumusalam.

1.Sizin icarə aldığınız sizə haram deyil.

2.Əsasən umumi rəy  bildirilir. Sual edən muctəhidinin bildirərsə. həmin muctəhidin rəyi deyilir.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
musa |

Salam / Marketdə kassir bəzən 1.57-ni 1.60 kimi deyir bu halda kassir haram iş görür? (asan olsun deyə tam rəqəm deyir)

Ответ / Cavab

Aleykumussalam

Duz etmir,deqiq qiymet demelidir.

Allah size yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Leyla |

Salam aleykum.əgər bir insan boynuna cenabet qusulunun düşdüyünə əmin deyilsə ehtiyyat üçün cenabet qusulu almalıdır ?çox sağolun. Allah razimolsun

Ответ / Cavab

Aleykumussalam

Vacib deyil,amma ala biler

Allah size yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
elya |

salam əleykum qusl alıb namazim qaldıqdan sonra axşam namazov qilanda yadıma dusduki sirqani qusullananda sonra sirqa olub qulagimda ya yox.indi mənim quslum batildimi namazlarimi qusullanib yenidenmi qilmaliyam

Ответ / Cavab

Aleykumussalam

Yadiniza dushdu, yoxsa shekk elediz? Shekk etmisizse, shekke fikir vermeyin.

Allah size yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Cəlal |

3) Mason üzvlərinin Şeytanla cismən görüşdükləri, onların tək gözlü simvolu Dəccalı təsvir etməsi xəbərlər mövcuddur. Bunlar dogru ola bilərmi? Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam

Beli onlarin sheytani ishleri ashkardadir. Quran da buyurur ki, sheytan hem insanlardan olur, hem cinnlerden.

Allah size yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Cəlal |

Salam aleykum. 1)Namazda niyyəti ürəydə demek olar? 2)Əraf surəsinin 188-ci ayəsini izah edərdiniz: ...qeybi bilsəydim, özüm üçün mütləq çoxlu tədarük görərdim və mənə heç bir ziyan-zərər dəyməzdi.

Ответ / Cavab

Aleykumussalam

Beli, olar.

Burda bildirilir ki, Allah verenden ve icazesinden kenar hech kim hech neye  malik deyil.

Allah size yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Xanim |

Salam.1Men cahil vaxti muellimime yalan danismisam ve bu yalan ozumle bagli idi.dusunuremki bundan ona ziyan gelmeyib, bu halda da haqqin tapdalamis oluram?2basima mesh cekende elimi bitov basima qoydum mene ele geldi ki basimin derisine deymedi elim, ona gorede tezeden elimi sachima cekdim.batil deyil?

Ответ / Cavab

Aleykumussalam

Ona ziyan deymeyibse haqqi boynunuzda yoxdur.

Batil deyil,lakin mesh ederken derinin dibine suyun deymesi vacib deyil. Bu o zaman vacibdir ki, tuk seyrek olsun ve deri  gorsensin.

Allah size yar olsun

 

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Aynur |

Salam.zehmet olmasa deyerdiz tovne etmek ucun ne etmeliyem? Tovbe qusulu alib, 2 ruket tovbe namazi qilmaliyam? yoxsa ancaq dille 3 defe tovbe desem besdi? Allah komeyiniz olsun!

Ответ / Cavab

Aleykumussalam

Tovbede esas odur ki, insan etdiyi emelden heqiqi peshmanchiliq hiss ede, bu hal ile Yaradanina uz tutub yalvararaq uzr isteyib baqishlanma dileye ve bir daha harama getmemek barede soz vere. Bundan evvel qusl de ede ve iki ruket namaz da qilmaq olar.

Allah size yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Sevil |

Salam.her vaxtiniz xeyir olsun.her zaman suallarimizi sebirle temkinke cavablandurdiginiza göre sizlere tewekkur edirem.Allah sizlerden razi olsun.Xahiw edirem melumatlandirardiz Qurani Kerimde heyat yoldawlari arasinda mehribanciliq yaranmasi ucun her hansi bir dua var?ve onu nece oxumaq lazindi?önceden tewekkur edirem.

Ответ / Cavab

Aleykumussalam

Bele sheyleri Quranda axtarmayin. Istek dualari adinda kitab var. Orada mesumlardan neql olunan dualar var. Ora muraciet edin.

Allah size yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Ali |

salam aleykum!momine xanim tehsil ocaglarinda oglanlara ders deye bilermi?hemcinin oglanlarin cox oldugu tehsil ocaglarinda her hansi bir iwde iwleye bilermi,nezere alin ki xanim tez tez namehremlerle rastlawmali ve daniwmali olur?

Ответ / Cavab

Aleykumusalam.

Əgər həddlər qorunacaqsa, eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
R.. |

Salam.Basa yaxsi mesh cekmedikde 2 defe cekmek icazelidi?

Ответ / Cavab

Aleykumusalam.

Bir barmaq uzunluqda məsh edilirsə. kifayətdir.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
R.. |

Salam.1)Birine yalan danisdigda hemin shexsin haqqin tapdalamish sayilirig?2)adam hirlenende and ichse bele and kecerli sayilir?3)Men birinin pulun vermemisdim ve nece vaxtdan sonra ona yazdim dedim pulu halal edirsiz ve oda yazdiki halal xosun.bilmek isterdim men ona demedim haqqinizi halal edin, dedim pulu halal edin.bu halda halalliq duzdu?

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, onu aldatmış və ona istənilən halda ziyan yetirmiş olarıqsa, haqqın pozuruq.

2.Xeyr, bu andın dəyəri yoxdur.

3.Bu pulun halallığı olaraq düzdür.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Fərid |

Salam əleykum Qadını namaz qılan yerdə namehrəmin görməyinin eybi yoxdu ki ? 2.birdə bəs naməhrəm qadını hicabsız halda namazda görərsə necə ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, eybi yoxdur.

Qadın hicabsız namaza daxil ola bilməz.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Quran |

1. Bütün islam dünyasında qareler bu cür oxuyurlar yoxsa bezi qareler ümumi qaydada oxuyurlar? 2. Bes qarelerin tertib etdiyi bu oxunuşun qaynağını yazardınızda?

Ответ / Cavab

Aleykumusalam.

Hörmətli oxucu. Biz bu günün qarelərindən danışmırıq. Qiraət qaydasını 100 illər öncə tərtib edib müsəlmanların ixtiyarında qoymuş əsas qarelərdən danışırıq.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
a a a |

Salam Aleykum Esli chelovek verit v Allaha, no ne proiznosil şaxadu şitayetsa li etot çelovek musulmaninom?

Ответ / Cavab

Aleykumusalam.

Yesli etot şaxadah prinit im duşevno, to da.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Fərid |

Salam əleykum Üzr istəyirəm.Yuxuda axıntı olduqdan sonra o alt paltarı yaxşı yuyuldu amma quruduqdan sonra baxdım ki yapışmış formada paltarda qalıb bu halda o paltar pak sayılmır ? 2.kəfənin ehsan edilməsində problem yoxdu ki ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər nəcis yuyulub gedibsə, bəli.

Xeyr, problem yoxdur.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Seqefi |

Allahin Salami olsun size , uzur isdiyirem sizden, dovletin tehlukesizdiyi movzusu barede narahat edirem yene sizi , cunki qaranlig qalan mesele oldu mene , birden mene emr gelseki silahla oldurmelisen onda Islam ne deyir ? 2) ve yaxudda bilmeyerekden zedelemek meqsediyle acilan atew olume sebeb olsa onda ?

Ответ / Cavab

Aleykumusalam.

Heç kim belə əmr vermir. Öldürmək o zaman qarşıya gəlir ki, bundan başqa yol yoxdur. Yəni ö da atəş açır və başqa yolla zərərsizləşdirmək mümkün deyil.

Bilməyərəkdən olarsa və hədd aşılmazsa, o zaman qatil sayılmaz, vəzifəsini icra etmiş sayılır.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Aaaaa |

Salam qüsullu halda Mir Mövdğm aganın ziyretgahına getmek olar? Hem dua elemek üçün hem qurban kesdirmek üçün

Ответ / Cavab

Aleykumusalam.

Olar, lakin orada olan məscidə daxil olmaq olmaz.

Allah sizə yar olsun

Задан: 2 Январь, 2018 , Опубликовано: 2 Январь, 2018
Страница 524 из 5746 << < 520 521 522 523 524 525 526 527 528 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com