Страница 527 из 5746 << < 523 524 525 526 527 528 529 530 531 > >>
zaur36 |

SALAM.bizim kedde evimiz var men ilde en cox 10 gun qaliram ama adeten 5 gun qaliram ata ana evimdi yani menimde evimdi men oz evime genede qesr qiliram dunu edirem yoxsa nege?yani iwimle elaqeder bele qaliram ama imkan olsa tez tez gederem menim vezifem nedi?

Ответ / Cavab

Aleykumusalam.

Əgər artıq ora sizin yaşamaq yeriniz deyilsə və bir də oraya yaşamaq üçün getməyəcəksizsə orada 10 gündən az qaldığınız vaxt namazlarınız qəsr olacaq.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
zaur36 |

salam.muveqqeti kebini oz dilimizde ozum oxuya bileremmi erebge oxuya bilmirem.yoxsa angaq erebge oxunmalidi

Ответ / Cavab

Aleykumusalam.

Əqd ərəbcə oxunmalıdır, ərəbcə oxumağı bacaran olmadıqda  öz dininizdə də oxuya bilərsiz. Amma elə deyilməlidir ki, tam olaraq ərəbcə deyiləcək olan sözlərin mənası ortaya gəlsin.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
zaur36 |

salam.neye gore uzu lezva ile qirxmaq haramdir?men masinka ile qirxiram ama lap az qalir uzumde bele halda har olurmu?

Ответ / Cavab

Aleykumusalam.

Kişilərin üzündə ALlah tük çıxarıbsa, deməli bunun qalması üçün çıxarıb.

Tam dibindən qırxmırsa. icazəlidir.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
zaur36 |

SALAM.teyennumle namaz qilinirsa meselen sub zohur namazinada qus alabimedin onda desdamaz almaq lazimdi ya yene teyennum?

Ответ / Cavab

Aleykumusalam.

Qüsl almaq imkanı yaranmayıbsa, o zaman qüsl etmək imkanı olana qədər ibadətlər üçün dəstəmaz alacaq.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
Adhjkdgbb |

Salamun Aleykum.Sistani agaya teqlid edirem.Pul napakdirsa onunla nese almaq olarmi?Elimi paklamadan yumusdum ,silmisdim ama bezi yerlerinde su qalmisdi.Elime aldim elə kecdi.Tesekkur edirem

Ответ / Cavab

Aleykumusalam.

Bəli, almaq olar. Yumaqla əliniz paklanıb.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
[email protected] |

Salam , bilmek isteyerdim, bidene videonun altinda yaziblarki “ Bizde Allah Var, Xiristiyanlardada Tanri, Quranda hec bir yerde Tanri deye yazmiyiblar, Allah yaziblar, bunun acixlamasi ne ola biler?

Ответ / Cavab

Aleykumusalam.

Allah Yaradanın xüsusi adıdır. Tanrı kəlməsi isə türkcədir.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
Fərid |

Salam əleykum Ölən şəxsin bədəninə əl vurduqda əl nəcis sayılır ? Əl vuranda Qüsl olaraq nə qüslü deyirik Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, nəcis sayılmır, amma bədən tam soyuyubsa o zaman meyyitə toxunma qüslü vacib olar.

Qüsl edərkən meyyitə toxunma qüslü edirəm deyəcəksiz.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
zaur36 |

salam.ova gedmey olarml?meselen quw vuranda bismillah demey bes edirdi?eger demese yere duwse olu halda haramdimi?

Ответ / Cavab

Aleykumusalam.

Ova getməy olar, amma ovun qaydalarına əməl olunmalıdır və quş vurularsa, Bismillah deyilməlidir.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
Sevil |

Salam.her vaxtiniz xeyir olsun.Xahiw edirem melumat vererdiz,cüme qüsulu almaĝin hansi feziletleri var? cüme qüsulunu zöhr namazindan sonra alsaq hemen fezileti savabi qazanmaq olmaz?

Ответ / Cavab

Aleykumusalam.

Cümə qüslü müstəhəbb qüsllərdəndir.

İmam Sadiq (ə) buyurur: "Cümə qüslu insan paklığı və həftəlik günahlarının kəffarəsidir

Zöhrə qədər ala bilməsəz, əsrə qədər alın

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
zaur36 |

salam.qonaq gedende sufreye gelen etin toyuqun halal olub olmadiqin orgenmeliyemmi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, öyrənin.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
zaur36 |

salam.desdamaz alib bir nece metr oyanda ayaqa mest etmek olarmi?sual 2.men Azerbaycanda yasayiram maqazinden kalbasa toyuq mehsullarin alanda halliqin orgenmeliyemmi?yoxsa usdundeki halal sozu bes edir?

Ответ / Cavab

Aleykumusalam.

7 addımdan artıq atmayın.

Halal olmasına yəqinlik olmayanı alıb yeməyin.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
Farxad |

40 nefer mominin bagislanmasi ucun dua neter edim men 40 nefer momin tanimiram basqa yolu var

Ответ / Cavab

Aleykumusalam.

Dünyada olan və dünyadan köçmüş böyük din alimlərimizi, muctəhidlərimizi dua edin.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
Almaz |

Salam. Burda bir sual gordum onunla elaqeli bele bir sualim olacaq. Bizim evin polu necisdi. Valideynlerim qohum ziyaretlerine get gel edibler. Dolayisi ile hemin evlerin de polu bulanib. Indi sualim odu ki men o evlerin onsuz da bulasdigini bildiyimden ayagimi paklamadan gedirem o evlere. Hemin evdeki qohumlarimin wexsen men haqqina girmiw oluram? Axi birbasa men sebebkar deyilem onsuz da menden evvel bulasiq oldugundan, artiq yere eziyyet cekmek istemirem. Konkret olaraq he ya yox desez sevinerdim.

Ответ / Cavab

Aleykumusalam.

Get gəl etməklə onların da elərinin nəcis olması isbat olunmadığından, onlar pak sayılacaq.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2017 , Опубликовано: 30 Декабрь, 2017
Nurane |

Salam haci.1.Necaset nedir?.2.tibbi spirtden istifade etmek olarmi?yeni onu iylemek olarmi?.Bagişlayin sualima gore 3.Heyz halinda hani ibadetlerle mesgul olmaq olar?.4.qeza namazlarini qilmaq ferzdirmi?.ne qeder qeza namazimin sayini bilmirem nece qilim?

Ответ / Cavab

Aleykumusalam.

Nəcasət bizim dilimizdə murdar sayılan şeylərdir.

Tibbi spirtdən zahiri itifadə icazəlidir.

Namaz qılmaq,oruc tutmaq olmaz. Bundan kənar istədiyiniz qədər dua və zikr edilə bilər.

Bəli, qılınmalıdır.

Boynunuza namaz vacib olan günlə namaza başladığınız günün arasında qalanları  hesablayın.

Allah sizə yar olsun

Задан: 29 Декабрь, 2017 , Опубликовано: 29 Декабрь, 2017
Cəlal |

Salam aleykum. Əgər mən müsəlman ölkəsində deyil, məsələn butpərəst bir ölkədə doğulsaydım çox böyük ehtimal mösəlman dindar yox elə bütpərəst olardım. Yəni, sualım budur ki, bütpərəst cəmiyyətdə doğulan birinin günahı nədir ki bu günaha görə cəzalandırılacaq?

Ответ / Cavab

Aleykumusalam.

Bu bəhanədir.

Firon özünü Allah adlandırdı, belə bir muhittə olan onun arvadı isə elə bir məqama qalxdı ki, ALlah onu Quranda iman əhlinə misal  göstərir.

Lut isə peyğəmbər idi, qadını isə kafir oldu. Muhit hər şey demək deyil.

Allah sizə yar olsun

Задан: 29 Декабрь, 2017 , Опубликовано: 29 Декабрь, 2017
Musa |

Salam 1) Raqatka ilə quş ovlamaq halaldırmı? 2)daşla ov ovlamaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Quş bununla ölərsə haram olar. Yaralanıb  düşərsə, tez başını qibləyə tutub Allahın adını zikr edərək kəsməlidir.

Allah sizə yar olsun

Задан: 29 Декабрь, 2017 , Опубликовано: 29 Декабрь, 2017
Asim |

Salam Aleykum, bir nefer banka yuksek meblegde depozit qoyub, ondan gelen ayliq faiz gelirini diger imkansiz bir aileye verir. Bilmek isterdim ki, bunun hokmu nedir? Etmek olar ya yox ? (Sistani Aga)

Ответ / Cavab

Aleykumusalam.

Bu iş qadağandır. Bundan gələn gəlirə də yiyələnə bilməz. Bu məbləği kiməsə verməsinin icazəsinin olub olmamasını müctəhidinin dəftərinə yazmaqla dəqiqləşdirsin.

Allah sizə yar olsun

Задан: 29 Декабрь, 2017 , Опубликовано: 29 Декабрь, 2017
... |

1)bu ayin 31i ne hansisa sehadet dusmur?2hemd sozu terif sukur menasindadi?3toydan yox, icki olan meclisden yemek getirilse,ondan yemek olar?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, düşmür.

Ən üstün tərif.

İçki məclisindən gələn halal qidaları belə yeməyin.

Allah sizə yar olsun

Задан: 29 Декабрь, 2017 , Опубликовано: 29 Декабрь, 2017
Sual |

Salam.Hicabli qiz ve momin bir oglan evlenmek meqsedile haramlara qarismadan adi danisa biler?Yeni mesajlasa.Qeyd edim ki, aileler de uje bilecek bir nece gune meqsed sirf evlilikdir

Ответ / Cavab

Aleykumusalam.

Gizli olmayan yerdə, yəni ictimai yerdə siddi danışıqları icazəlidir.

Allah sizə yar olsun

Задан: 29 Декабрь, 2017 , Опубликовано: 29 Декабрь, 2017
Salam Aleykum |

Salam Haci. Műselmanlar arasinda cehenneme dűşenler ve orda ebedi qalanlar olacaq? Bu haqqda Quranda ve ya hedislerde nese yazilib?

Ответ / Cavab

Aleykumusalam.

Müsəlman şəklində ölənlər əbədi cəhənnəmdə qalmazlar.

Allah sizə yar olsun

Задан: 29 Декабрь, 2017 , Опубликовано: 29 Декабрь, 2017
Страница 527 из 5746 << < 523 524 525 526 527 528 529 530 531 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com