Страница 576 из 5746 << < 572 573 574 575 576 577 578 579 580 > >>
Namiq |

Salam baci qardaslar sizden bir xahisim var mene sabah cox vacib bir mesele olacaq.Allahimdan mene komek elemek ucun dua edirem.insallah eder. Allahdan basqa ümid hec kime ve hecneye baglamiram sizden de xahis edirem ki mene coxlu dua edesiz allah hamini arzusuna catdirsin men de onlarin icinde

Ответ / Cavab

Aleykumusalam.

Sizləri dua edirik, Allah muvəffəq eləsin.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Zehraa |

Salam ramazan ayında qadının adet halı baş verdıkde oruc tutmuruq bunun qezasını tutmalıyıq ? Vacıbdır? Suala gore uzr ısteyırıy cox saq olun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, həmin günlərin namazlarının qəzası yoxdur. lakin orucunun qəzası var.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
nigar |

salam haci. bezi yerlerde namazin niyyetinde vaciben qurbeten bezilerinde vacib qurbeten yazilir. duz olani hansidi?

Ответ / Cavab

Aleykumusalam.

Vacib söznü demək şərt deyil, lakin hər halda vacib qurbətən ilƏllah desinlər.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
....... |

Salam haci! Xristian kimi olen insan amma kafir olmayan, Allaha inanan ve xristian kimi dua eden insan ebedi cehennemde qalacaq?

Ответ / Cavab

Aleykumusalam.

Onların işi Allahın rəhmətinə qalıb.

Həqiqi məsihi olan məsihin tovsiyələrinə uymalı və İslamı qəbul etməlidir.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Gunel |

Salam aleykum.Men namazda 4.reketde baslayanda casib Bismillahir Rehmanir Rehim deyecekdim Bismillehi dedim tam yadimda deyil basligini dedim sonra yadima dusduki casmisam ozumu itirmeden basladim Təsbihati Ərbəəni demeye.Sondada sehv secdesi etdim.Namazim duzgun sayilir? Birde ki, evde cuculeri oldurmek gunahdi?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən namaz düzdür.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Salam |

Namazin 2ci riketinin tesehhudunde sekk etsenki birdesen ya ikide ozaman neylemek lazimai?

Ответ / Cavab

Aleykumusalam.

Namaz batildir.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
zehra |

salam haci allah razi olsun cox sualima cavab vermisiz amma bir sualimda olacag mencun onemlidi demeli bele MENIM sinif yoldawim var daha dogrusu sinif yoldawim olub aramiz cox yaxwi olub baci kimi gormuwem uwagligimizin en gozel anlari bir olub qizlara namaz 9 yawindan sonra vacibdir hetdi buluga catan kimi qilag lazimdi men ona cox bawa saldim mesajlar atiram namaz bawda oruc tut hicab bagla cox demiwem amma etmir edece deyir etmir evveler her gun zeng eden qiz bu aralar hec yada bele salmir mesaj atiram cavab vermir belkede konturu yoxdu amma ev teliynen zeng ede biler zeng etdim dedim evde kim var dedi hec bacim ve men amma etmir zeng men ayrilmag isdeyirem dosdugu bitirmek isdeyirem cox isdeyerem hicaba namaza oruca kecsin etmir ALLAHA NE XOW GEDER ONU EDIM?

Ответ / Cavab

Aleykumusalam.

Bəlkə də onu özünüzdən uzaqlaşdırmısız. Əgər onunla yavaş yavaş davranaraq haqqa tərəf çəkə bilərsizsə, onu dünya bəlaalrı ilə baş başa buraxmayın və hidayət olunmasına çalışın.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Bende |

Salam Haci. Bir din xadiminden ewitdim ki kim ki ona baxsinlar deye geyinerse hemin geyim eyninde olanadek Allah ona nezer etmez. Sualim budu ki men herbi stilde geyinmeyi xoslayiram, cavan oglanam. Geyinmek istediyim stilde tehrikedici birsey yoxdu yeni dar ve ya aciq deyil, bawdan ayaga herbi stildi amma gozel gorunur geyindikde. Ozume xos gelir geyinende. Sualim budu ki bu sertler altinda men ele geyine bilerem ya yox?

Ответ / Cavab

Aleykumusalam.

İnsan təmiz , səliqəli  geyinməlidir və belə geyinmədə qəsdi təmizliyin və səliqənin dinimiz tərəfindən  bəyənilən olduğu olmalıdır. Camaat mənə bxsın deyə olmamalıdır.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Salam |

1Namazda ya Quran oxuyarken iki yan bayan sozde veqf edilse ne olar?2Fatihenin 7ci ayesi biraz uzundu orada hansi yerde veqf etmek olar?

Ответ / Cavab

Aleykumusalam.

İnsan özbaşına gərək ardıcıl olaraq lazımsız yerdə vəqf etməsin ki, cümlənin mənasını dəyişə bilər.

Ğəyril məğzubdan əvvəl vəqf edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Salam |

1.Salam mən sizdən bir məsləhət almaq istərdim.Mən dövlət işində işləyirəm, işlədiyim yerdə namaza icazə yoxdu. Lakin mən gizlin qılıram. Səhər tezdən evdə dəstəmazımı alıb gəlirəm, lakin günorta namazına qədər ayaqyoluna getmək istyi yaranır.Özümü saxlayıram namazı qılıb sonra gedirəm Lakin məndə şübhə yaranır, bəlkə dəstəmaz pozulub deyə.Işdə dəstəmaz almağıma imkan yoxdu.bilmək istərdim ki şübhə ilə namazı qılmağım düzgün sayılar?2. Bir də ki bilmək istərdim ki namazda 2 yoxsa 4 rükət qilmağım haqda şəkk edərsəm neynəməliyəm?

Ответ / Cavab

Aleykumusalam.

Əgər dətəmazın batil olması yəqin olmasa, dəstəmaz qalmış sayılır.

4 rükətli namazda 2 ya 4 cü rükətdə olmaq barədə ikinci səcdədən sonra şəkk yaranarsa, gərək qərarını 4 ə qoyub namazın salamın verəcək və namazı pozan bir iş görmədən qalxıb iki rükət ehtiyat namazı qılacaq.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Fərid |

Salam əleykum Bur şey yayılıb ki yazıb göndərirlər ki Xanım Zəhraya 1 milyon salavat gpndərmək istəyirik 10 salavat hədiyyə elə və bunu 10 nəfərə göndər . Bunun barəsində nə etsək yaxşıdı Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Belə şeylərin heç bir əsası yoxdur və səhf bir işdir. İnsanların boynuna heç kimin özbaşına vəzifə qoymaq haqı yoxdur. Belə şeylərlə əhlbeytə xidmət edilmir , bəlkə əksinə ikrah yaradar.

Hər kəs neçə salavat zikr etmək istəyirsə, özü etsin.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Asim |

Salam-Aleykum, cox sagolun cavablandirginiza gore, men Qurani-Keriminin tercumesini bir nece defe oxumusam, hal-hazirda da davam edirem, Tovrati oxumaqda meqsedim Quranla olan ortaq cehetlerini oyrenmekdir. Orda Adem Peygemberin, Nuh Peygemberin nesil seceresi gosterilib, umumilikde orda yazilanlarin sehih olub olmadigini nece mueyyenlesdirmek olar? Cunki bezi seyler var ki, Qurani-Kerimde yoxdu. Demek istiyirem ki, hansisa Islama aid kitab var yuxarida gosterdiyim baresinde

Ответ / Cavab

Aleykumusalam.

Orada olanların səhih olmasını heç o kitablara əqidəsi olanlar belə tədiq edə bilməzlər. Muqaisə etmək isə iz bir fayda verməyəcək. Peyğəmbərlərin şəcərəsini  bilmək istəyirsizsə-Peyğəmbərlər tarixi kitabı var, onu oxuyun.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Vefa |

Salam.menim anam dunyasini deyisib.biz her gun qardas baci qebir uste gedirik.biraz aglayib yasin suresini oxuyub gelirik bilenler deyir olmaz anam ucun eziyyetdidogrudurmu?? Ve biz anamin sorgusu asan olmasi ucun ne ede bilerik? Anam cahil biriydi bir Allahin peygemberin imamlarin varligindan basqa bildiyi bir sey yox idi.

Ответ / Cavab

Aleykumusalam.

Səhfdir, əgər bu sizə psixi təsir və ağrılıq gətirmirsə, ana qəbrini ziyarət etmək savabdır.

Onun üçün dua edin, əgər namaz kimi vaciblərdən boynunda qalıbsa, onları onun yerinə qəza edin.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Isayev |

Salam hacı. Tibbi Spirti yaralara, kəsiklərə vurmaq haram hesab olunur ?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, haram deyil, istifadə oluna bilər.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
....... |

Haceti olan insan gunde bir nece defe dua zikr edirse her defe hacetini istemelidi, eyni weyi demelidir yoxsa sadece ureyinde o niyyetnen dua etse kifayetdir? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Ürəyində də edə bilər, dillə də deyə bilər.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
....... |

Salam haci! 1.Yunusiyye zikrini iki nefese bolmek olar bele "Lə iləhə illə əntə--subhənəkə inni kintu minəz zalimin"? Ve tesbihati erbee bele "Subhanəllahi vəlhəmdulilləhi--və lə iləhə illəllahu vəllahu əkbər"? 2. Yunusiyyə zikrində əntə düzdü yoxsa ənt? Cox sagolun.

Ответ / Cavab

Aleykumusalam.

Olar, amma dayansaz ərək əntə kəlməsi ənt kimi oxuna.

Təsbihatda da Əlhəmdu Lillah deyilib dayanilacaq.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
nigar |

salam haci. menim dunen qardashimla aramda narazilig oldu. xetrime deydi. mende isha namazini qilanda 2ci rukete chatanda ozumu saxliya bilmedim namazi agliyarag qildim. indi namazim batil sayilir?

Ответ / Cavab

Aleykumusalam.

Əgər dünyaya görə səslə ağlayaraq qılınıbsa, namaz batildir.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
... |

Salam.Bilmek isteyirem bir insandan halalliq alanda kimliyini bildirmemek nece icazeli olur?fikrimce insan bilmelidi kime halalliq verdiyin

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düzgünü budur ki, insan kimin  və nədən halllıq istədiyini bilsin.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 26 Октябрь, 2017
Salam |

Salam.Qusl aldiqdan sonra gordum gozumde kirpriklerimin dibinde tujum tam getmiyib.Biraz qara qalib.Quslum sayilir,yoxsa tezeden almaliyam?

Ответ / Cavab

Aleykumusalam.

Əgər suyun dəriyə toxunmsına mane olubsa, qüsl düz sayılmaz.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
Elnur |

Salam,imamın qırxı ayın neçəsinə düşür deyə bilərsiiz ALLAHU ANBAR ə

Ответ / Cavab

Aleykumusalam.

Ayın 9 u və 10 u ərbəindir. Yəni İmamın 40  mərasimi

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
Страница 576 из 5746 << < 572 573 574 575 576 577 578 579 580 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com