Страница 577 из 5746 << < 573 574 575 576 577 578 579 580 581 > >>
....... |

Allahumme salli ela Muhammed ve ali Muhammed ve Allahumme salli ela Muhammedin ve ali Muhammed. Ne fergi var?

Ответ / Cavab

Aleykumusalam.

Birinci  deyilişdə gərək ilk Muhəmməd dedikdən sonra dayanilsin. İkincidə isə bütün cümlə birnəfəsə deyilməlidir

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
Ülkər |

Salam,bugun anam qadin hekimine gedib.Baxisdan sonra bir az qan deyir.Daxilde problem var deye.ona qusul dusur?

Ответ / Cavab

Aleykumusalam.

Əgər daxili yara qanıdırsa, buna qüsl yoxdur.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
....... |

Haci, men daha o adama yaza bilmirem cunki biz yaziwanda onun sehifesi menim ucun aciq idi, o ozu xristiandi ve men sporlawmamaq ucun onunla sagollawdim. Indi ise onun sehifesi menim ucun baglidi ve bunu demek ucun men ona dostluq atmaliyam amma men istemirem. Cox boyuk gunah etmiwem ki imam Hesenide dedim? Ne edim?

Ответ / Cavab

Aleykumusalam.

Bundan belə dəqiq bilmədiyinizi Allah və məsumların adından nəql etməyin.

Allah sizə yar olsun

Задан: 26 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
Adim |

Salam olsun size. Qeza oruclarimla bagli sual yazmiwdim dunen. 4ay qezam var idi. Dediniz ki son ramazanin qezalarini tutun sonra qalan gunleri keffare. Men kecen ramazani umimietle tutmamiwam. Onda 30 gun qeza etmeliyem. Qalan 3 ayi da keffare? 2) bir deki 750 qr teamla hesablasay men 3aya gore 67.5 kq mudde vermeliyem? Buna gucum catmaz axi uzumuze ramaza qeder? Xahiw edirem etrafli cavablandirasiniz. Allah sizin komeyin olsun.

Ответ / Cavab

Aleykumusalam.

Ramazan orucunu nədən tutmamısız? Əgər bilərəkdən və boş boşuna tutmamısızsa, o zaman bunun ağır kəffarəsi var ki, hər günün əvəzində qəzadan əlavə 60 gün oruc olma, ya qəzadan əlaə hər gün üçün60 fəqiri doyuzdurmaq lazımdır.

Əgər üzürlü səbəbdən tutulmayıbsa, o zaman dediyimiz kimidir və hər günə qeyd edilən kəffarə veriləcək. Bu təqribən hər günə bir çörək ola bilər. 90 gün üçün  cəmi 45 manat pul edəcək.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
Asim |

Salam-Aleykum, men tovrat kitabini oxuyuram, orda deyilene gore ilk sunnet Ibrahim Peygemberin dovrunde olub , hetta sehv etmiremse ilk sunneti Ibrahim Peygemberin ozu Allahdan gelen emrden sonra eletdirib. Bunun ne derece duzgun olub-olmadigini bilmek isterdim.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu Həzrət İbrahimin sunnəti olaraq gəlib.

Amma sizə məsləhət olaraq onu deyək ki, siz müsəlmansız və sizin oxumanız gərəkən kitab Qurandır. Öz mənsub olduğunuz dini məlimatlar və kitabları oxuyub öyrənəndən sonra başqa kitabları oxuyun.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
....... |

Men bir insana yazmiwam ki Peygemberimiz dedi ki Hesen ve Huseyn mendendiler mende onlardan. Sehv demiwemse ne etmeliyem?

Ответ / Cavab

Aleykumusalam.

Bunun Rəsulullah  İmam Huseyn üçün buyurub. Həmin şəxsə yenidən düzgün olanını deyin. Həqiqətən Huseyn məndəndir və mən də Huseyndənəm

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
....... |

Salam. 1.Dua edende hansi niyyetnen edirsen o yeri fikirlewmek olar? Meselen dua oxuyuram ve aglimda o iw yerimin weklini tesevvur edirem cunki bu niyyetnen oxuyuram? Yoxsa duzgun deyil? 2. Cetin ve muhum iwlerin helli ucun Ehli beytden(e) neql etdiyi hedisden sonra 12 defe Ayetul kursini oxumagin faydali oldugunu bildirilmiwdir. Bu 12 defeni bir defeye oxumaq lazimdi yoxsa gun erzinde oxumaq olar? Orda yazilmayib ona gore soruwuram.Cox sagolun.

Ответ / Cavab

Aleykumusalam.

1.Eybi yoxdur, fikirləşə  bilərsiz.

2.Ardıcıl oxunsa daha düzgün olar.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
Bagirova |

Salam.deyirler mekruh vaxtda namaz gilmag duzgun deyil.mekruh vaxt saar neceden neceye kimi olur.tewekkurler

Ответ / Cavab

Aleykumusalam.

Gündəlik namazlar barədə deyilirsə, onların öz məxsus vaxtı var ki, həmin vaxtlarda qılınması buyurulub ə bu  vaxtlarda başqa namzların qılınması məkruh sayılar.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
seda |

Salam Əleykum Oxuduğumuz çox mənbələrdə Hz.Əli (ə) Ümmül-Bəninlə evləndiyi Zaman Hz.Əli əleyhissalamın Hz. Fatimə Əleyhdan olan evladları az yaşlı olub. Kərbəla hadisəsinə aid olan çox məlumatlarda İmam Hüseyn(Ə)-ın 57 yaşı Hz.Əbəlfəzlin 34 yaşı qeyd olunub.Məlumatların ardıcıllığı bir-biri ilə uyğunlaşmır.Xahiş edirəm bu barədə geniş izah verərdiz.

Ответ / Cavab

Aleykumusalam.

Həzrət Əbbasın Kərbəlada 34 ya 37  yaşında olması əsas mənbələrdə öz təsdiqini tapıb. Mumkundur ki, övladların dünyaya gəlməsində muəyyən  fasilə olub. Tarixdə Ummulbənin barəsində demək olar ki, az məlumat var.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
Abbasova |

Salam aleykum. Men yeni imana gelmishem, bir ilden artiqdir ki namaz qiliram. Bir cetinlikle uzuze gelmishem. Deyirler ki mutleq her hansi bir muctehide teglid etmelisen. Lakin men bu meselede cetinlik cekirem. Mezheblerin cox olmasi ve qaydalarin ferglenmesi meni cox uzur. Men anlamiram,umumiyyetle bu mezhebler niye movcuddur? Peygemberimiz(s.e.s.) bir dene olub ve Quran da bir denedir. Islam niye mezheblere ayrilsin? Men bir muselman olaraq niye secim etmeliyem? Haradan bilim ki,secdiyim mezheb ve muctehid dogrulardandir? Heqiqet yalniz bir dene ola biler. Hetta sizin sual-cavab bolumunde calishan hacilar da eyni suala fergli cavab verirler,meselen namazin gilinma qaydalar haqqinda. Xaish edirem,mene aydinliq elde etmeye komek edin. Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Əvvəla onu qeyd edək ki, təqlid məzhəb bölümünə aid məsələ deyil Bu Quranın göstərişidir ki, bilmədiyiniz şeyləri elm əhlindən soruşun. İnsanlar hamısı din alimi ola bilməz, hərə bir peşə sahibi olub cmiəti yola verməlidirlər. Biri din alimi olar, biri həkim, biri dərzi, biribənna biri tacir və sair. İnsanlar da hər bir işi görməzdən əvvəl mutəxəssisinə muraciət edirlər. Təqlid də budur. Yəni məsələn xəstələnəndə haramızın ağrıdığını bilirik, lakin necə sağaltmğı bilmirik və bu işdə həkimə muraciət edirik və onun yazdığı acı dərmanları, yandırıcı iynələri də qəbul edirik, çnki onu işinin mutəxəssisi bilib ona etibar edirik ki, xeyrimizə çalışır. Dini ibadi işlərin icrasının necəliyi də belə məsələdir ki, insan ya bunların hamısını öz ali səviyyədə bilməli yaxud da ali səviyyədə bilənin sözünə qulaq asmalıdı.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
Veli |

Salam. Quslu alan zaman mezi gelerse quslu yeniden almaliyiq yoxsa quslu alandan sonra yalniz mezi batan yerleri yumaq kifayetdirmi?

Ответ / Cavab

Aleykumusalam.

Bu qüslə mane olmaz.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 25 Октябрь, 2017
... |

Salam.Duani edəndə qəlbdə etmək lazmdı yoxsa dildə ama pıçıltıynan?

Ответ / Cavab

Aleykumusalam.

Qəlbə hansı daha isti gəlirsə, elə də etsin.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
??? |

Salam.1İnsan gunahlarından ötrü tövbe ederse ve yenidən həmin gunahi işləyərsə boynuna kəffarə gəlir?2orucu tutmayanda kəffarə gəlir və 750qr təam verməlisən onun yerinə həmin miqdarda ehtiyyacli olana pul vermək olar?

Ответ / Cavab

Aleykumusalam.

1.Yenidən tovbə etsin

2.Bəli, verə bilərsiz, lakin buna əmin olmalısız ki, pulu qidaya xərcləyəcək.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
??? |

Salam.1)Birvar qeti olarag deyesen Ilahi sene soz verirem bu isi etmeyecem.Birde var agiz ucu deyesen Ilahi filan isi etmeyecem Buda o zaman ehd sayilir?2)Ehdi bilmeden pozanda boyuna keffaresi gelir?sag olun

Ответ / Cavab

Aleykumusalam.

İnsan öz etdiyini və qəlbindekini hamıdan artıq bilir.

Əhd pozularsa kəffarə gələr.

Allah sizə yar olsun

Задан: 25 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
??? |

Salam.Ilahi filan isi etmeyecem.Bele demek ehd sayilir ?ama soz vermirsen sadece yazdigim kimi demek ehd ya soz vermek sayilmir Allaha?

Ответ / Cavab

Aleykumusalam.

Etməyəcəyəm demək elə söz vermək deyilmi?

Allah sizə yar olsun

Задан: 24 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
Samir |

Qadinlar qalarini almalidirlar? Eger men baqa olkede dogulaydim yene namaz qilardim? Muhemmed Peygembere aid tovretde incilde hansi deliller var?

Ответ / Cavab

Aleykumusalam.

Sualı düzgün yazın, anlaşılmadı

Allah sizə yar olsun

Задан: 24 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
....... |

Haci bir insandan iwle bagli komek istemek, yani o insan mene soz verib ki caliwacaq komek etsin men iwe duzelim indi men deyirem sen soz vermisen komek ele, o da deyir eleyerem, bele halda bu Allaha serik qowmaq sayilmir? Yani insandan komek gozlemek. Amma men her gun Allaha dua edirem ve deyirem ki tekce Allah istese bu insan ya bawqa birisi mene komek ede biler, Allah istemese hec kes komek ede bilmez.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr,  bu Allaha şərik qoşmaq deyil.

Allah sizə yar olsun

Задан: 24 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
....... |

Haci yadivizdadi salavat haqda deyirdim ki bir nefese deye bilmirem, olar ki tez deyim ki bir nefese olsun? Yani 100 defe tez tez deyim. Sadece yavas yavas deyende mene ele gelirki ureyimden kecirdirem amma tez deyende ele bil ureyimden kecirtmirem. Nece etsem daha yaxwi olar? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Əgər düzgün tələffüz edə bilirsizsə , bəli tez deyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 24 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
....... |

Salam haci! 1.Hacetin qebulu ucun Lə həulə və lə quvvətə illə billəhil Əliyyil Əzim zikri təsirlidir? 2. Ugursuzluqla rastlawanda hansi duani oxumaq lazimdi ferec tapmaq ucun umudu itirmemek ucun? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

1.Bu da təsirli ola bilər.

2.Ayətəl kursini oxuyun.

Allah sizə yar olsun

Задан: 24 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
azad |

salam aleykum Mehemmed Peygember (s.e.s) nece qizi olub?

Ответ / Cavab

Aleykumusalam.

Həzrətin bir qızı olub, o da Xanım Zəhra, digər tarixdə adı keçənlər Həzrətin qızlıqlarıdır.

Allah sizə yar olsun

Задан: 24 Октябрь, 2017 , Опубликовано: 24 Октябрь, 2017
Страница 577 из 5746 << < 573 574 575 576 577 578 579 580 581 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com