Страница 583 из 5746 << < 579 580 581 582 583 584 585 586 587 > >>
Fərid |

Salam əleykum Məsciddə oturub hazırda məsciddə olmayan biri üçün namaza yer saxlamaq günahdı ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, günah deyil.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Abdullah |

salam aleykum zehmet deyilse dyerdiz sheiretimizde ickili bir wexs ile oturmaq olar uz uze yada yaxin,yani icki icmek yo sadece o icib gelib yaniva? yanu bir az icki icib gelib, yada sohbet elemek ? Ayatollah sistani

Ответ / Cavab

Aleykumusalam.

Əgər onu haqqa tərəf dəvət etmək üçün olarsa,  icazəlidir.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Celal |

Salam aleykum. 1)Secdede olarken de gozleri yummaq mekruh sayilir? 2) Bir-iki damci su ayaqda mesh yerine catana yaxin hemin elden dusherse bu zaman onu qurulamaq lazimdirmi? Teqlid Sistani agaya. Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli.

2.Onu qurulayın. Sonra məsh edin

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Mirzəhüseynli kəndi |

Salam aleykum. Mən sizin dediyiniz kimi "ət Təhrim" surəsinin ilk ayələrini oxudum. Burada anlaşılmayan nə var ki? Bu ayələri İbn Kəsir, Cəlaləddin Suyuti, İbn Həcər "Fəthul Bari", Şəvkani "Fəthul Qadir" və şiə alimi Əli ibn İbrahim əl Qummi "Təfsir əl Qummi" səh.376 2 cild Nəcəf çapi təfsirini veriblər. : Peyğəmbər (Ə) Zeynəb bint Cəhşin yanında bal içirdi. Aişə və Həfsə belə qərara gəldilər ki, Allah Rəsulunu (Ə) görəndə desinlər ki, səndən məğafir iyi gəlir. Allah Rəsulu (ə) da Zeynəbin evində bal içməyəcəyini söz verdi. Burada söhbət adi qadin qısqancliğindan gedir.Məlumdur ki,Rəsulallahın zövcələri onun diqqəti uğrunda rəqabətdə idilər. Mən bilmirəm siz kimim təfsirlərini oxuyursunuz. Sadaladığım İslam ümmətinin məşhur təfsirçiləridirlər.

Ответ / Cavab

Aleykumusalam.

Adi qadın qısqancığından  söhbət getmir, Rəsulullahi incitməkdən söhbət gedir, Aləmlərə rəhmət olaraq göndərilmiş şəxsi  əsəbləşdirməkdən söhbət gedir. Ayələri ardını oxusaydız  görərdiz ki, ALlah onları tovbəyə çağırır. Tovbə isə gunah ediləndə edilir. Bunu başa düşmək belə  çətin məsələdir?

Bunu adi qadın məsələsi kimi bilsəz belə, bilməlisiz ki, sizin dediyiniz kimi bu xanımlar adi qadınlardır, onlara artıq yalançı fəzilətlər qoşmaq lazım deyil.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Sual |

Salam. Ehtirass hissi kecirdende qusl almag lazimdi ?

Ответ / Cavab

Aleykumusalam.

Ehtiras halı sonunclanarsa və məni xaric olarsa, qüsl vacib olar.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Ilkin |

Salam Eloykume , qardas men ukrainada telebeyem , bir sualim olacag , meni burda qonagliga cagiriblar , meclisde ickide var , men cox icen deyilem , arada olur , amma meherremliye gore icmirem , lakin axir vaxtlardi internetde gorurem ki , demek olar ki her kes icki meclisi qurur , Mende sizden sorucmaq istedim meclise getmek ve qedey qaldirmaq olarmi, zehmet olmasa cavablandirardiz , cox sagol ...

Ответ / Cavab

Aleykumusalam.

İçki içmək haramdır, içki məclisi qurmaq haramdır, içki məclisində iştirak etmək haramdır, içki ilə bağlı hər bir şey haramdır.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Celal |

Salam aleykum. Bir deist deyir ki Quran VI esrde yaranib, sonra ortadan qalxib IX esrde peyda olub, haradan bilirsen ki onu tapan bu kitabin sozlerini deyismeyib. Deyirik ki, Quranin ozunde ayeler var ki, subheniz olmasin ki bu kitab deyishdirilib, bu heqiqeten Allahin kelamidir, yene de deyirki belke bu sozleri de ele adi shexs yazib. 2) Ilk tamamlanmish esl Quran indi harada saxlanilir? 3)Ne zamandan beri Quran elyazmalar sheklinde artdi, yenileri derc olundu? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Bu ağlını əlindən vermiş insan bunu hardan götürüb ki, Quran haçansa qeyd olub? Əlvəlcə olmayan bir iddia edirlər, sonra bu axmaq iddiaları üzərində fəlsəfə qururlar.

İmam Əlinin, İmam Həsənin  və sair İmamların pak əlləri ilə yazdıqları Quranlar muzeylərdə mıvcuddur.

Peyğəmbər vəfatından  təqribən 15 il sonradan.

Allah bәndәsi |

Salamaleykum.Әr-arvad arasında mübahisә zamanı xanımın hirsli halda "gәl boşanaq" vә ya "belә getsә boşanacam" kimi ifadәlәr işlәtmәsi arada bağlanmış olan kәbini qüvvәdәn salırmı?

Ответ / Cavab

Aleykumusalam.

XAnımın nələrsə deməsinin kəbinə heç bir təsiri yoxdur.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
araz |

Salam eleykum eger oruc tutdugu halda qeybet edilerse oruc qebul olunur

Ответ / Cavab

Aleykumusalam.

Qeybət böyük günahlardandır ki, ibadətin qəbuluna mane olar.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
gulnar |

Salam men 4 ile yaxindi namaz qiliram, evveller ozumu tenha hiss edirdim komeksiz hiss edirdim,olumden qorxurdum,indi ozumu rahat hiss edirem,, ele biliremki, etrafimda yaxsi coxlu insanlar var, hemise hara getsem menim iwim yaxsi olacaq,olumden qorxmuram men de olan bu hissler Allaha werik qowmaq sayilirmi?pis hal kimi gorune bilermi?Etrafli cavab yazardiz.Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

Əlbətdəki yox.  Bu yaxşı haldır.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Samira |

Salam . Her bir suali cavablandirdiguniz ucun size tesekkur edirem .Allah razi olsun . Menim 30 yasinda cavan dayim oglu rehmete gedib 1 aydi onun qardasinin sinif yoldasi yuxuda gorub ki , deyiler Ramil , rehmete geden oglanin adidi nazil olub . Nazil olub ne demekdi olen adam ucun nece yozmaq olar bu yuxunu .

Ответ / Cavab

Aleykumusalam.

Bu sadəcə yuxudur, onun barədə çox düşündüklərindən yəqin  belə yuxu görüblər.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Asim |

Salam-Aleykum, bilmek isterdim ki, Hz. Fatime niye mezarinin gizli tutulmasini istemisdi?

Ответ / Cavab

Aleykumusalam.

Xanımın məzarının gizli qalması İmam Əlinin məzlumiyyətini açıqlayan, bunu gizlətmyə çalışılan qaranlıqlara işıq saçan bir nurdur.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Gerib Xanim |

SalamAleykum.Xamneyi agaya teglid edirem,xahiw edirem onun defterxanasinin saytini yazardiz???TWK

Ответ / Cavab

Aleykumusalam.

Leader.ir olmalıdır.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
salam |

salam ,uzr isteyirem hamidan,adet vaxtimnan kecir,test elemiwem wubheli qalmiwam,uwaq var ya yoxdu,uziye getdim hele gostermir hecne,bu gun aqrilarim oldu,barmaqimnan yoxladim pambiqa vurdum qehveyi reng idi mazok,eyer cole gelmirse ,qusulsuz namaz qilmaq olar? yoxsa qusul verim? saqolun

Ответ / Cavab

Aleykumusalam.

Əgər xaric olmayıbsa, qüsl vacib olmaz.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Əliyar |

Salamun Aleyke, Hacıcan. Qurana əl basaraq "filan yerə mütəmadi olaraq gedəcəm" deyə and içən şəxs, andını dəfələrlə pozsa və sonda bu işi görməkdən imtina etsə - onun kəffarəsi nədir? (Seyyid Sistani ağa) Nədən dinimiz əzəməti ilə öz yerini tutanda - qul məsələsini ortadan qaldırmadı. Peyğəmbər (s.əv.v.) və İmamların (əs) dövründə belə bazarlarda qul satılırdı. Qul hədiyyə olunurdu.

Ответ / Cavab

Aleykumusalam.

Bu and şəri and sayılmaz, və kəffarəsi yoxdur. Amma hər halda gərək insan vədinə əməl etsin.

Dinimiz tam olaraq  hər yerə hakim olmadı, və hər bir məsələni bir başa qadağan etmək mümkün deyil.

Bu muəyyən zaman istəyirdi ki, o zamanda yetişməmişdi.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Züleyxa |

salam 2 sualım var; 1. Quranda bir neçə yerdə vəsl həmzəsi olmadan kəlmələr birləşir, məsələn, Sad surəsi 13 ayə niyə belədir 2. Quranda həzrət Mehdi əleyhissəlamın zuhuru haqqında hansı surədə yaılıb xahiş edirəm cabablandırasınız

Ответ / Cavab

Aleykumusalam.

1.Belə olması da mümkündür, həmişə vəsl həmzəsinin olması vacib deyil.

2.Ənbiya, 105; Qəsəs, 5; Tövbə, 33; Hədid, 17; Nur, 55; Nisa, 159

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
NER |

Salam eleykum .Men 40 yasinda namaza bawlamiwam indi 50 yasim var qilmadigim iller mene qeza sayilir ? Cunki bir dini alim oz verlisinde bununqeza sayilmadigini deyib ve onun qeza kimi qilinmagini vacib olmadigini deyib.Allah sizlerden razi olsun AMIN

Ответ / Cavab

Aleykumusalam.

Bəli, onların qəzası sizlərə vacibdir.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
....... |

Salam haci. Men salavat gondermek isteyende meselen 100 salavat, men bir nefesde salavati evvelden axira kimi demeye cetinlik cekirem. Nefes alib deyirem Allahumme salli ela Muhammedin sonra nefesim qurtarir ve tezeden nefes alib ardini deyirem ve ali Muhammed. Mene ele gelir ki salavati bolurem, amma bir nefese demek isteyende axirda nefesim catmadigina gore titreme hiss edirem. Bele iki nefese bolub demek olar? Ele bil aralarinda biraz fasile yaranir nefesi biraz derinden aldigima gore. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Nəfəsi böləcəksinizsə, Muhəmmədin yox, Muhəmməd deyib  dayanın. Allahummə salli əla Muhəmməd-- və ali Muhəmməd.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
gulmira |

Axsaminiz xeyir men ramazada tuta bilmediyim orucumu indi tutmaq isteyirem olar meherremlikde tutum

Ответ / Cavab

Aleykumusalam.

Bəli, tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Страница 583 из 5746 << < 579 580 581 582 583 584 585 586 587 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com