Страница 584 из 5746 << < 580 581 582 583 584 585 586 587 588 > >>
Nuray |

Salam Fatihe ve Ixlas suresinin duzgun teleffuzun yaza bilersiz? Her sayt basqa forma yazir

Ответ / Cavab

Aleykumusalam.

(1) Bismilləhir-rahmənir-rahim(2) Əlhəmdu lilləhi Rabbil-aləmin(3) Ər-Rahmanir-Rahim.(4) Məliki yəvmid-din (5) İyyəkə nə`budu və iyyəkə nəstəin(6) İhdinəs siratəl-mustəqim (7) Siratəl-ləzinə ən-əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələz-zallin.

Bismilləəhi-r-rah'məənir-rahiim.1. Qul huva-llaahu əhəd, 2. Əllaahu-s-saməd, 3. Ləm yəlid va ləm yuuləd, 4. Və ləm yəku-l-ləhu kufuvən əhəd.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 19 Октябрь, 2017
Celal |

Salam Aleykum. Qurani-Kerim necenci ilde necenci iller araliginda gizli saxlanilmisdi ve onu kimler saxlayirdi? Umimiyyetle bele bir shey heqiqeten olubmu? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Quran gizli saxlanılmayıb. 3 il ərzində nazil olan ayələri ancaq bir dəstə iman gətirmişlər öz aralarında Peyğəbərdən eşidib, əzbərləyib paylaşırdılar. 3 ildən sonra isə Aşkar İslami dəvətə əmr olundu.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Anar |

Salam Islam.az Əri ölən qadına ( 4 il bundan qabaq ölüb) iddə düşürmü? Və təlaq oxutdurmalıdırmı?

Ответ / Cavab

Aleykumusalam.

Əri ölmüş qadının iddəsi 4 ay 10 gündür.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
....... |

Salam. Imamlarin ve ehli beyt uzvlerinin heyati haqda azerbaycanca oxumaq savabdi? Cox sagolun.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, onlar barədə elm əldə etmək savabdır.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
VEFA |

salam.menim qizim ingilis dili dersi kecir. rusiyadayig burda bir az.canli ailenin usaglarinin dersine komey edir gundelik gedir pulunu alir.usaglar yetimdi atalari olub analrida ere gedib usaglara nene baba emi baxir. menim qizim bu usaga ders kecmeyden otkaz geldi sebebde usaga isgence edirler doze bilmir deyirki usagi vehsicesine doyurler usag cox terbiyeli usagdi qizim deyirki dedimki olmaz bele ne olur olsun. deyir dedilerki usag doyyule doyule boyuyer.dunen qizim usagi lap pis halda gorub deyirki gedim mekteb melimesine deyim guya ozu gorub sikayet etsinler deyirem guya hokumet alib onlardan yaxsimi baxacagki.sizce nece komey ede bilerik o usaglara?

Ответ / Cavab

Aleykumusalam.

Onlara nəsihət etmək lazımdır. Onlar  insanlıq həddindən çıxıblar. Heyvan belə öz balasına nəvaziş göstərir.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Salam |

namazdan sonra tesbehle nece defe allahu ekber ve elhemdullah ve subenallah demek lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah və 33 dəfə Subhanəllah.

Allah sizə yar olsun

Задан: 19 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Mirzəhüseynli kəndi |

Salam. Siz dediniz ki Abu Hureyra yalançı olub. Başa düşdük. Yaxşı onda möminlərin ( münafiqlərin yox) anası xanım Aişə 100-lərlə hədis söyləyib. Tövhid-fiqh-ədəb və s. haqqında. Bu hədislərin hamısı sizin dediklərinizn əksini deyir. Nəzərə alsaq ki, Allah Rəsulu (ə) ilə bir yastığa baş qoyub, Peyğəmbərin 100-lərlə əməlinin şahidi olub. Zikrlərdən tutmuş təhəccüd namazına qədər şahid. Bu da yalançı olub? Lap gülməli olar ki. Allah 7 səma qatından bu xanımın pak və Allah Rəsuluna (ə) layiq olduğunu qeyd edib.

Ответ / Cavab

Aleykumusalam.

Əziz oxucu, Peyğəmbərlə bir yastığa baş qoymaq insana nə verir ki?. Peyğəmbərimizin ondan əvvəl belə aldığı xanımlar olub. Belə idisə onlar gərək bu xanımdan daha da artıq qiymətlənəydi. Bu xanimın o birilərdən hansı üstünlüyü olub ki? Qurana əsaslanırsızsa, Təhrim surəsinin 4-7 ayələrini oxuyun, diqqət yetirin. Onda belə düşünürük ki, vəziyyət acınacaqlı olacaq, gülməli yox.

Əbu Hureyrəyə ilk yalançı deyənlərdən biri də elə Aişə xanım özüdür.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Rafiq |

namazı birləşdirib qılmaq yaxşıdı yoxsa ayrı ayrı?

Ответ / Cavab

Aleykumusalam.

Bunun fərqi yoxdur.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
salam |

salam,bu sayti acmisiz Allah komeyuviz olsun,bir sual yazirsan uc gune gelir cvbi,bezi vaxtlarda yazirsinizki,iwi edirsiz sonra bizden soruwursuz,bes neyniyey biz avam siz oxumuw,lazim olan. axti cvb gelmir bele alinir,elede aciqnan cvb verirsiz bezen ,adam birdaha hec bir wey yazmaq istemir? saqolun

Ответ / Cavab

Aleykumusalam.

Bu saytda cavablar gündəlik verilir və hətta əksər vaxtlarda gün ərzində bir neçə dəfə.

Bəzi hallarda ölkədə olmadıqda ya yanımızda internet olmadıqda cavablar yubana bilir.

Dini mövzuda olan bütün suallar cavablandırılır, dini motivdən kənar olanlara cavab verilməyə bilər.

Biz burada sizlərə xidmət etmək üçünük.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Ayten |

Salam.1.Meherrem ayinda Sige kebini kesmek olar? Gunah olmaz ki, Sige kebini ve ya mekruh deyil? Eger mekruhdursa ve kebin kesilse bunun ucun Allah cezalandirar bendesini? 2. Evli kiwi ikinci defe daimi kebin kesdirib ikinci arvad ala biler? Yoldawindan gizli ve izni olmadan daimi kebin kesdire biler? 3. Refiqemi yoldawi ikinci defe daimi kebin kesdirib yoldawinin izni olmadan. Gizlinde. Bu daimi kebin quvvededir? Ve bir qiz ovladlari da olub. Bunlar zina etmeyibler ki? Cox saqolun suallari cavablandirirsiz.

Ответ / Cavab

Aleykumusalam.

Yaxşı olr ki, əza günlərində belə işlərdən uzaq durulsun.

Bəli, ıəriətlə bu icazəlidir və bunun üçün kişi  icazə almır, sadəcə aralarında ədalətə riayət etməsi vacibdir.

Onlar əqdlə evlənblərsə, zina etməyiblər.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
gunel |

Salam!namaz qılıb qutardıgdan sonra hansı duaları demek olar?

Ответ / Cavab

Aleykumusalam.

Gündəlik namazlardan sonra Xanım Zəhranın zikrini edin, Bir həmd, 3 ixlas surəsi oxuyun. İmam Zamanın salamatlığı üçün olan duanı oxuyun.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Sual |

Salam Haci. Yadinizdadirsa online isle bagli sual yazmisdim size qazancin halal-haramligi ile bagli. Elani qoyanda bele qoymusam: "Biz filan xidmetleri goruruk". Yeni mene daxil olan sifarisleri basqasina gordurduyum ucun Biz kelmesini istifade edirem, kompaniya, agentlik kimi. Sualim budur ki bes isleri ozum yox, basqasina gordurduyum halda "Filan iwi yerine yetirirem, filan iwi heyata kecirirem" tipli elan qoymaq caizdir? Yeni iwi basqa adamlara gordurduyum halda oz adimdan elan vere bilerem? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Elə cəm şəklində yazmanız daha məqsədə uyğundur.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Samira |

Salam imam ehsani kimi 3-4 kasib insana bazarliq edib vermek olar yeni et ,yag , duyu ve s erzaq ki evlerinde bisirsinler bu qebul olarmi . Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olar, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Aynur |

Salam Aleykum.1)Men qeza orucumu tutdum,amma subh azanindan sonra,cox uzr isteyirem aciq-saciq yuxu gordum.Orucumu pozmamisam,amma subhelenirem ki,qusl gelib boynuma.Is orasindadir ki,indi gedesi yerim var deye qusl ala bilmirem,havalar da soyuqdur,men de tez soyuqlayiram.Ancaq gedib-geldikden sonra qusl ala bilerem.Menim orucum pozulub bele halda?2)5Umumiyyetle insanda subhe yaransa qeza orucunu ozu poza biler?Yoxsa onda da keffare gelir?Mene demisdiler ki,gunortaya qeder qeza orucunu pozmaq olar,keffare gelmir onda.Bu ne derecede dogrudur?

Ответ / Cavab

Aleykumusalam.

1.Əgər boynunuza qüsl gəlibsə də bu sübh azanından sonra olduğundan orucu pozmayıb, namazlar üçün isə qüsl edilməlidir.

2.Qəza orucunu zöhr azanına kimi pozmaq olar.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Zehram |

Salam. Olmek isteyirem. Ne bu qeder problemlere dozmeye gucum yox nede kobud dusuncesiz exlaqsiz erle daha yasamaqa hovselem yox mene nesiet edin ne edim nece yasayim men

Ответ / Cavab

Aleykumusalam.

Bu dünya muvəqqətidir və bu dünyada olanlar da muvəqqətidir. Əbədi olan həyata hazırsızsmı? Orada veriləcək suallara həqiqətən düz cavabınız varmı? Ölümü son bilirsiz ya başlanğıc?

Ölmək istəyirəm demək asandır, ancaq bilməliyik ki, ölüm heç nəyi həll etmir. Ölüm yeni həyatın və əbədi olan həyatın başlanğıcıdır. Bu həyata hazır olduğumuzda onu tələb edə bilərik. Səbr edin, dua edin  və biz də onun hidayət olunması üçün dua edirik.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Zehra |

Salam Aşura Zıyaretınde axırıncı cumlede yazılıbkı secdeye get bunu oxu tebıkı men onu ezberden bılmırem nece edım ?

Ответ / Cavab

Aleykumusalam.

Əgər yanınızda kimsə varsa, siz səcdəyə gedin, o asta asta oxusun, siz də təkrarlayın.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Salam |

1Hər insan olməmisdən əvvəl mutləq vəsiyyət etməlidi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu əməl təkid olunub.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Salam |

Salam.Bir qadin evvel yaxsi biri olmayib yeni sevgilisi olubsa namehrem biriyle, sonra tovbe edib basa dusubse sehvlerini bele bir qadin evlenmekcun namaz qilan dindar bir oglanla evlenmeye haqqi var?Yeni ele birini istemek uzsuzluk olmur?Cunki Quranda deyir, yaxsi kisiler yaxsi qadinlara, pis kisiler pis qadinlara

Ответ / Cavab

Aleykumusalam.

Əgər həqiqi peşmançılıqla tovbə edibsə, olar.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Salam |

Evdəkilər ilin başı xums vermirlər ama il ərzində hər maaş alandan sonra mənə 10 ya 20 man verirlərsə bu xumsu verilməmiş pul sayilir ?və ondan istifadə edə bilmərəm?

Ответ / Cavab

Aleykumusalam.

Siz həmin puldan istifadə edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
....... |

Salam haci! Ola biler ki insan oz sehvine gore vaxtindan tez ölsün? Meselen pulu var amma hekime getmek istemir ya xowlamir ona gore xesteliyi onun omrunu qisaldir ve heyatina son qoyur? Belke hekime getseydi mualice alsaydi indi yawayardi. Bele wey duzdu?

Ответ / Cavab

Aleykumusalam.

Beli, insanlar öz əlləri ilə özlərini onları gözləməyən əcələ tərəf apara bilirlər.

Allah sizə yar olsun

Задан: 18 Октябрь, 2017 , Опубликовано: 18 Октябрь, 2017
Страница 584 из 5746 << < 580 581 582 583 584 585 586 587 588 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com