Страница 591 из 5746 << < 587 588 589 590 591 592 593 594 595 > >>
Salam12345678910 |

Salam! Men hicaba kecmek istiyirem, bilmek istiyirem, atamin qardashlarimin yaninda hicabsiz olar? Baldizimin oglanlarin 13-16 yashlari var onlarin yaninda olar? Birde bele sulaum var, yoldashim mene mesajla 3defe boshuyuram dedi, bu sayilir? Meni inda 7ci gun heyiziydim! Umumiyetle heyiz oldu olmadi, mesajla sayilir?

Ответ / Cavab

Aleykumusalam.

Ata, qardaş, oqul, əmi, dayı, baba, böyük dayı və böyük əmi, nəvə, qardaş oğlu və bacı oğlu məhrəmdirlər və onlardan  hicab saxlamaq lazım deyil.

Heyz halında talaq sayılmaz.

Allah sizə yar olsun

Задан: 12 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
qerenfil |

Salam aleykum,axsamınız xeyır narahatcılıq ucun bagıslayın! muzakırelere sebeb olan bır sual vermek ısteyırem:ınsan sag ıken ozune ve qohumlarına fatıhe vere bılermı ve ne qeder dogrudur?

Ответ / Cavab

Aleykumusalam.

Dirilərə bunu etməyin mənası yoxdur.

Allah sizə yar olsun

Задан: 12 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Anar |

Salam. Yaxın uzaq fərqi yoxdur xanım qohumla salamlaşıb görüşmək haramdır? Əvvəlcədən təşəkkürlər!

Ответ / Cavab

Aleykumusalam.

Sadəcə salamlaşmaq haram deyil, əl vermək, toxunmaq haramdır.

Allah sizə yar olsun

Задан: 12 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
....... |

Salam, haci! 1."Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd" və "Rabbi salli əla Muhəmmədin və əhli bəytihi". Haci bunların hər ikisi düzdü? Fərqi yoxdu necə demək? Hansı daha üstündü? 2. Əhli beyt kimlərdi? 14 məsum təkcə? Yoxsa başqa kimsədə daxildi? Təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Hər ikisi düzdür.Birinci daha artıqdır.

Əhli beyt Peyğəmbərin soyudur.

Allah sizə yar olsun

Задан: 12 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Hüseyn Abdinov |

alam.Qadin meyyit namazını qildıra bilermi? (Kişiler oldugu ortamda) Tesekkurler

Ответ / Cavab

Aleykumusalam.

Meyyit namazını kişi qılsın.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Fegan |

Salam. Zəmət olmasa sualımı ətraflı və əsaslandırılmış formada cavablandırın. Quranda qeyd olunur ki, ruzi-bərəkəti verən Allahdır. Heç kimi ac-yalavac, möhtac, ehtiyac içində qoymaz. Birinə az, birinə çox yetirər. İstədiyinin ruzisini artırar, istədiyinin azaldar amma ac qoymaz. Rəsmi statistikaya görə dünyada hər il 8 milyona yaxın insan aclıqdan, qidasızlıqdan dünyasını dəyişir. Bir günə orta hesabla 24000 insan aclıqdan ölür. Hər 6 saniyədə 1 uşaq qidasızlıqdan dünyasını dəyişir. Bəs ruzini verən Allahdırsa, o zaman bu insanlar niyə aclıqdan ölürlər? Niyə bu qədər günahsız uşaq aclıqdan-susuzluqdan tələf olur? Mənim üçün çox maraqlı məqamdır. Xahiş edirəm əsaslandırılmış şəkildə cavablandırın. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Ответ / Cavab

Aleykumusalam.

Allah ruzi verəndir, amma insan da bu ruziyə yetişmək üçün çarpışıb zəhmət çəkməlidir və həmçinin öz ruzisi olan haqqı uqrunda  mucadilə aparmalıdır. Allahdan buyruq-ağıza quyruq kimi deyimlər də boşuna deyilməyib. Bəs gərək insan ruzinin ona yetişməsinə zəhmət də çəkə. Belə olmazsa, o zaman bəziləri onun üçün ayrılmışı ondan oğrayacaq  ya gizlədib mənimsəyəcək. Məsələn dünyanın ən qiymətli daşı sayılan almaz daha çox Afrikadan çıxır. Ən çox aca və aclıqdan, xəstəlikdən ölənlər də oradandır. Niyə onlar qalxıb Allahın onlara verdiyi bu nemətə sahib çıxmaq istəmirlər, bu yolda mubarizə aparmırlar? Belə olduqda zalımlar onların payı olan bu qiymətli  cəvahiri elə onların əli ilə əldə edib, onları qul kimi işlədib, bu pulları öz vətənlərinə daşıyıb əvəzində isə onlara heç nə verməyəcəklər. Nəticə də göz önündədir. Bu sadəcə bir misal idi

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
umid |

Salam Aleykum.Həm deyilir duayla insan qismətin dəyişə bilir.Həm də belə hədis var ki tam yadımda deyil Allahın Peyğəmbəri,mələklər də dua etsə Allahın dediyi insan olur qismətmiz.Qaranlıq qalır mənə hər iki cümlə.Aydınlıq gətirərdiz

Ответ / Cavab

Aleykumusalam.

Dəfələrlə qeyd etmişik ki. insan fəaliyyətində tam azadddır. Bizim seçim ixtiyarımız var.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Barat |

Salam. Bitsler.com kimi saytlarda oyun oynamaqla kriptovalyuta qazanmağın hökmü nədir ?

Ответ / Cavab

Aleykumusalam.

Bu sayt və fəaliyyəti barədə məlumatımız yoxdur. Qumar kimi udmaq uduzmaq məsələləri varsa, haramdır.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Cavid |

Salam men topaz oynuyuram xestesiyem artiq uduzdugumu bilsemde yene oynuyuram ya udmaliyam ya uduzmaliyam uduzsam bele rahatlawiram ne edim?Uduzmaqda olsa her gun oynayiram yoxsa pis oluram uduzandan sonra bele rahatlawiram gundelik o telabati odemek isteyirem 1 2 manat hec olmasa uduzuramki rahatlawim

Ответ / Cavab

Aleykumusalam.

Bu iş haramdır və qumardır. Bilin ki, sadəcə bunun sonu bədbəxtlik və axirətdə zəlillik və əzab dolu halla üzləşə bilərsiz. Tovbə edin  və belə şeylərdən uzaq durun.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Anar |

salam.namazda salamlari dedikden sonra 3 defe allahu ekber demek lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

Bu iş müstəhəbbdir.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Aslan |

SALAM NAMAZDA SEHV EDENDE GUNAH SAYILIR.40 GUN ICINDE

Ответ / Cavab

Aleykumusalam.

Namaz düzgün qılınmalıdır və səhf edilərsə, gərək düzəldilsin.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Ferhad |

salam.namaz qilarken goz qirpinanda gunahdi?

Ответ / Cavab

Aleykumusalam.

Göz qırpınmasının namaza heç bir təsiri yoxdur.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Uzeyir |

salam.men butun namazi sesli qiliram bu duzgundurmu?

Ответ / Cavab

Aleykumusalam.

Bu səhfdir və bilərəkdən belə etmək namazı batil edər.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
..... |

Ne ucun muselman qebrinin acilmasi haramdir?

Ответ / Cavab

Aleykumusalam.

Müsəlmanın cəsədinin belə dinimizdə ehtirmı var  və bunu heç kəs pozmamalıdır.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Salam Aleykum |

Men iki gundur yuxuda Namaza gecikdiyimi gorurem bunun yozmasi nedir cavaba gore Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Namazlaınızı vaxtında  və diqqətlə qılın.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Anar |

Salam. Hansı namazları səsli qılmaq lazımdır? Əvvəlcədən təşəkkürlər!

Ответ / Cavab

Aleykumusalam.

Sübh , məğrib və işa namazlarının ilk iki rükətinin qiraətləri səsli deyilməlidir.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Celal |

Salam aleykum. Haci, onda spirtli ichki qebul edenle mensheyi melum olmayan toyuqdan yeyen shexs eyni gunaha batirmi, bu gunahlar biri digerinden chox azca da olsa yungul deyilmi? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Biri haram yeyir, biri haram içir. Gunahların yükünün az ya çoxluğu o tərəfə aid olan məsələdir, onu bilmək kifayətdir ki, Allaha hər növ üsyan ağır günahdır.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Bende |

Terkibinde spirt olan etirlerden istifade etmek olar? (Sistani Aga)

Ответ / Cavab

Aleykumusalam.

Bəli, istifadə edə  bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Uzeyir |

Salam əleyküm.ALLAHın salamı və rəhməti hər zaman üzərinizə olsun.Biz icarəyə market işlədirik.Dəfələrlə olub ki oğurluq halları baş verib.Onların etdiyi bu hərəkətin kamera görüntülərini kiməsə göstərmək kiməsə bu haqqda danişmaq günah sayılır ? Bu kiminsə eybini açmaq hesab olunur ya yox ?

Ответ / Cavab

Aleykumusalam.

Günah deyil. Onlar cəzalanmalıdır.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
ovlad haqqinda sual |

salam,menim oglum 1ayliqdir,cox uzr isdeyirem hamile olanda her ay yoxlaniwda olmuwam hekimim bakida taninmiw hekimdir cox savadlidir,dopler(uwagin beynin boyreyin burun sumuyune qeder olcur)baha oldugu ucun camat 1-2 defe girir men bogazimdan kesib 5defe doplerde olmuwam,haci 2li 3lu test var genetik test(genleri,daun xesdeliyin gosderir 99.9%) hec bir denede olsun hamilelikde uwaga aid prablemim olmayib vaxtinda dunyaya gelib,ideal hamilelik kecirtmiwem,hekime getdik yoxlaniwa uwaga daun,beyninde kista,ureyinde dewik dedi.bawqa 3hekime getdik daunun 1elametin dedi var goz formasina gore.indi bu nedir?qismet?bela?ya ne?3ayin gozlemeliyik onda deqiq bilinecey.adi Hesendir.imama xatir dua edin xesde olmasin ovladim

Ответ / Cavab

Aleykumusalam.

Onun mənası o deyil ki, bu mutləq belədir. İnşaALlah ehtimallar səhf olar və uşaq sağlam böyüyər. biz də buna umidvarıq və dua edirik.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Страница 591 из 5746 << < 587 588 589 590 591 592 593 594 595 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com