Страница 592 из 5746 << < 588 589 590 591 592 593 594 595 596 > >>
Leyla |

Salam,eger paltar asilan sim nrcis olsa ve nem paltar be asilsa o simin paltara deydiyi yer necis olur yoxsa butun

Ответ / Cavab

Aleykumusalam.

Paltarın həmin nəcis yerə toxunduğu yer  nəcis olacaq.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Salam |

1Azan və iqamə oturaq halda deyilsə bir eybi olar?2Biri var nasazlıqdandi ya nəydəndisə namazda cox zaman azda olsa murguləyir bu hal namazin batil edirmi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bunları ayaq üstə deyin.

Bir saniyə belə huş aparsa, namaz və dəstəmazı batildir.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Salam |

İnternetdə ingilis topazları var onlarla oynayıb pul udmaq caizdir

Ответ / Cavab

Aleykumusalam.

Qumar ingilisə gələndə halal olmur.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 11 Октябрь, 2017
Anar |

Salam. Əşhədu Ənnə Əmirəlmömininən Əliyyən Vəliyullah nə deməkdir? Əvvəlcədən təşəkkürlər!

Ответ / Cavab

Aleykumusalam.

Şəhadət verirəm ki, möminlərin əmiri olan Əli Allahın vəlisidir.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Celal |

Salam aleykum. Sirketinin halal olmasi melum olmayan kolbasalarin haramligi toyuqlara nisbeten daha artiqdirmi, yoxsa eyni haramliq derecesindedir? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Haram haramdır.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
.... |

Salam bizim Meherremlikden sonra toyumuz olacaq.amma kebini indi kesdirmek isteyirik.Bu ayda kebin kesdirmek olar ya beyenilmir?

Ответ / Cavab

Aleykumusalam.

Qadağan deyil, lakin əza günlərindən sonra edilsə daha yaxşıdır.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Salam |

Salam.Bir insan menden basqasinin telefonuna baxib neyse demeyimi istese men desem gunahdir?Yeni ele bir meseledir ki isteyen adamin atasidi atasinin yaxsiligi ucun isteyir

Ответ / Cavab

Aleykumusalam.

Başqasının malına icazəsiz toxunulmasın.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Fərid |

Salam əleykum Namazda axırıncı səcdəyə getməzdən əvvəl şəkk olsa ki 2-ci səcdədi yoxsa bir bu halda nə edilməlidi ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Səcdələri icra etsin, namazı bitirəndən sonra da səhf səcdəsi  edilsin.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Bende |

Dini dukanlarda satilan dubay ve ya fransiz etirlerinden alib istifade etmek olar? (Sistani Aga)

Ответ / Cavab

Aleykumusalam.

Bəli, onlardan istifadə edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Fatime |

Salam meherremlikde smişka cırtlamaq olar? Cox saq olun

Ответ / Cavab

Aleykumusalam.

Bu haram ya qadağan deyil.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Bagirova |

Salam.men namazi mohursuz qiliram. cunki evde korpe uwagim var namaz qilanda gelir mohuru goturur ve yeyir ona gore mohur qoymuram.ve oxudumki mohur vacib bir sey deyil esas alnin temiz yere deymesidi.sizce namazim duzdur.ve mohur namaza tesir edecek geder vacibdir?tewekkuler

Ответ / Cavab

Aleykumusalam.

Namazda möhrdən istifadə edin və əgər uşaq aparırsa onu əlinizdə saxlayın , səcdə edərkən yerə qoyun, qalxdıqda götürün.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Cebrayil |

Insan namaz qila qila boyuk sehv edibse bagislanmasi ucun ne etmelidir?

Ответ / Cavab

Aleykumusalam.

İnsanın səhflərinin bağışlanması çün gərək tovbə edə, yalvarıb bağışlanma istəyə.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Aslan |

insan nece yasindan namaz qilmalidir?

Ответ / Cavab

Aleykumusalam.

Oğlanlar qəməri tarixi ilə 15, qızlar isə 9 yaşları tamam olduqdan.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Salam |

Salam.Zehmet olmasa qadinlarcun namazin qilinma qaydasinin duzgun qaydasinin videosunun linkini paylaşa bilersiz?

Ответ / Cavab

Aleykumusalam.

Kişi və  qadın namazının qaydasında fərq yoxdur.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Murad |

Salam Haci. 1. gece namazini qilirdim 8 ruketi tamamlamiwdim ki gordum subh namazinin vaxtidir artiq saxladim. indi menim 8 ruketli namazim batildir? yani ki hec bir esasi yoxdur? cunki yarimciq qilimib 11 ruket yox 8 ruket qilmiwam? 2. Haci, gece namazi 8 ruketi qildiqdan sonra sefi namazina ve vitr namazina bawlayanda iqameni demeliyik? minnetdaram

Ответ / Cavab

Aleykumusalam.

1.İnşaALlah qıldığınız qəbul olar.

2.Müstəhəbb namazlarda azan iqamə yoxdur.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Anar |

Salam. Şortiklə Dəstəmaz almaq və ya Namaz qılmaq olar? Əvvəlcədən təşəkkürlər!

Ответ / Cavab

Aleykumusalam.

Dəstəmaz almaq olar, lakin namaz batil olmasa belə şortiklə namaz qılmaq bəyənilməz. Namazda yaxşı libaslar geyinilsin.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Fərid |

Salam əleykum Dəstəmaz alanda qolları yuyarkən yuxarıdan aşağı edirik səhvən bur dəfə yuxarıdan aşağı bir az olsa dəstəmaz pozulur səhvən olanda ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər azca olarsa, bir şey olmaz.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
0000 |

Salam. Cinlilerin elmi olan Fenshuyla maraqlanmaq, bu elme arxalanaraq nese etmek olarmi?

Ответ / Cavab

Aleykumusalam.

Bunun nə olduğunu, nəyə əsaslandığını bilmirik, bu səbəbdən bir söz deyə bilmərik.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Rasul |

Salam aleykum. Namazda salamlari verdikden sonra namazı bitirmek olar? ( ve yaxud 3 - defe ALLAHU EKBER deyib namazı bitirmek olar?)

Ответ / Cavab

Aleykumusalam.

Salamlar bitən kimi namaz da bitir.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Uzeyir |

Salam əleyküm.ALLAHın salamı və rəhməti hər zaman üzərinizə olsun.Bir işin alınması ucun əhd edəndə ALLAHım bu işim alınsa 3 gün oruc tutacam belə niyyət eləmək doğrudurmu? Həmin orucu ardıcıl tutmaq lazımdır?

Ответ / Cavab

Aleykumusalam.

Bəli. belə etmək doğrudur.

Necə niyyət edilərsə, elə də əməl ediləcək.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2017 , Опубликовано: 10 Октябрь, 2017
Страница 592 из 5746 << < 588 589 590 591 592 593 594 595 596 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com