Страница 607 из 5746 << < 603 604 605 606 607 608 609 610 611 > >>
Илкин |

Salam Eloykume , zehmet olmasa deyerdiz , Meherremlik ayi , ayin necesine kimi davam edecek , Meherremlikde Oruc tutmAq mecburidi ( shertdi), birde Meherremlikde uzur istiyirem ifademe gore. cinsi elaqeye girmek ve ya bosalmaq olar mi cox uzur istiyirem ifademe gore , qabaqcadan cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Muhərrəm hələ bu gün daxil olub. 59  gün də əza günləri davam edəcək. Oruc ancaq Ramazan ayında vacibdir. Olar, lakin xususi əzalı günlərində bu işin edilməməsi daha yaxşı olar.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Sevda Nurullayeva |

Salam Cox üzr istəyirən sualıma göre. İkisinə görə bir qüsul yetərli olur demişdiniz. Boynumda heyz və cənabət qüsülu varkən qüsul alırkən necə niyət etmək lazımdır?

Ответ / Cavab

Aleykumusalam.

İkisini də nəzərinizdə tutub qüsl alın.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
ehed |

Salam men bildiyime gore hansisa bir üzüyü möhur olmasa namaz qilmaq olar bu duzdur ve hansi üzükdür ?? CAVABİNİZA GORE SAQOLUN

Ответ / Cavab

Aleykumusalam.

Qaşı cəvahir  sayılmayanı.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Ruslan |

Salam Aleykum. Meherrem ayinda oz valideynlerimi qizin valideynleri ile tanishdiq etmek isteyirem, sadece gedib tanish olsunlar, bunu etmek olarmi? Evvelceden Teshekkur edirem.

Ответ / Cavab

Aleykumusalam.

Muhərrəm ayında istənilən  şadyanalıq məclislər etmək olmaz.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
azq |

salam men gurcustanda esgerlikdeyem ve burda istemedende olsa donuz eti yeyirem ya xeberim olmur yadaki bir iki defe mecbur qalib yemisem bu ne qeder gunahdir zehmet olmasa deyerdiz(vaxti vaxtinda olmasada icaze alib namazlarimi qiliram)

Ответ / Cavab

Aleykumusalam.

Bu  haram işdir, bundan uzaq durun. bu zamana etdiklərinizdən də tovbə edin.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Fatma |

Salam. 1.Hazırlığa müellim yanına gedib faydası olmadığını görüb yarıdan çıxıb gedilen müddetin ödenişini, 1ay üçün 50 manat idise 2 heftenin pulu 25 manat ödeniş etmek istedik.Müellim götürmedi.Bu halda üstümüzde haqq qalmış olur? 2.Muharrem ayında saçları kesdirmek günahdırmı?

Ответ / Cavab

Aleykumusalam.

Əgər özü qəbul etməyib bağışlayıbsa, heç bir məsələsi yoxdur.

Günah deyil.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Musa |

Salam / qayınatamın bibisi mənə məhrəmdir?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, məhrəm sayılmaz.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Lala |

Salam bizim ve qonshu kendlerin icra hakimleri elan veribler ki kim evinde imamlarcun tenziyye saxlasa (bizlerde axshamlar qadinlar yigishib mersiyye ve dua edirler) kishiler ise mescide gedirler.qadinlara evlere yigishib dua ve mersiyye demek qadagan,kim qoysa 1500 manat cerime olunacaq.Mescidlere getmeye icaze verirler kend ehalimiz coxdu hami mescide yerleshmir birdeki qocalarimiz var bu verilen elan ne derecede duzdur allah sizlerden razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Bu tam səhf və özbaşnalıqdır. dövlətin qanunlarında buna qadağa yoxdur. Konstitusiyaya əsasən insanlar istədikləri dinə inanıb inanmamaq, inandığı dinin ayinlərini sərbəst şəkildə icra etmək huququna malikdirlər. Əslində Konstitusiyanı pozan məmur  cəzalanmalıdır.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Asim |

Salam-Aleykum, gece namazinda Vitr namazi qilinarken qunutda 40 nefer mominin bagislanmasi ucun dua edilir, bilmek isterdim ki, 40 nefer vefat etmis shexs olmalidi ya yox? Ve yaxud vefat etmis 40 nefer mominin adini cekmek olarmi? (Meselen, Islam tarixini oxuduqca rastima cixan Hz.Elinin doyuslerinde shehid olmus shexsler: Emmar ibn Yasir, Xezime ibn Sabit ve s.)

Ответ / Cavab

Aleykumusalam.

Həm diri həm də ölüləri dua edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
adsiz |

Salam məhərrəm ayı nə vaxt çıxır təxmini noyabe ayının neçəsinə düşür deyə bilərsiz? :)

Ответ / Cavab

Aleykumusalam.

Muhərrəm ayı bu gün başlanıb. Əza günləri isə 59 çəkəcək.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Bəndə |

Səlamun əleykum.Əvvəla Əhli-beyt və onları sevənlərə,üzr sahibləri İmam Zaman Ağa əlehissəlam başda olmaqla siz seyidlərə Ağamız İmam Hüseyn əlehissəlamın şəhadəti munasibətiylə dərin hüzn və kədərimi bildirirəm,Allah əcr versin!Sualsa belədir,Məsciddə camahat namazı qılınanda siralar sağdan başlayıb sola tərəf düzülməlidir yoxsa soldan sağa düzülməyə başlanmalıdır?2.Camahat namazına qatılanda qatılan kəs namazına davam ücün salam deyilən kimi qalxmalıdır yoxsa salam bitəndən sonra?Camahat namzına qoşulan kəs rükətin hansi hissəsində qoşulmağından asılı olmayaraq həmən rükəti qılmış olur?Təşəkkür edirəm!

Ответ / Cavab

Aleykumusalam.

İmam təqribən ortada durur və insanlar da saq və solldanolaraq düzülürlər.

Yaxşı olar ki, salamların sonunu gözləsin.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
ehed |

Salam Ziyaretgahdan gelen uzuklerin esil uzuk olduqun nece bilmek olar ve yaxudaki ziyaretde olarken esil uzuk almaq ucun nece bilmeliyem ?

Ответ / Cavab

Aleykumusalam.

Üzüyün əsilliyi onun metalının və qaşının əsl olmasıyladır. Bunu bilmək üçün bunlardan az da olsa anlayışı olmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Elvin |

Salam. 1/ Meheremlik ayi ucun qilanan namaz ne vaxt qilinir? 2. Hansi niyyetle ilinir? 3. ikinci nov qilan namazda ikinci ruketde qunut 11 ixlas suresi deyildikden sonra getirilir?

Ответ / Cavab

Aleykumusalam.

Bu gün qıla bilərsiz və niyyətində də bu günün müstəhəbb namazını qılıram deyin.

Bəli, qunutu rukudan əvəl deyin.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
Murad |

Salam Haci. Qurani Kerimde Omer yaxwi adam kimi tesvir olunur.Allah ona aid ayede nazil edib.Vasif Memmedeliyevin tercumesinde. mende hemiwe ona lenet demiwem. Hetda Osmanda yaxwi bende kimi gosterilir Quranda . Xahiw edirem aydinliq veresiniz. minnetdaram

Ответ / Cavab

Aleykumusalam.

Quranda qeyd edilən şəxslərin adları keçmir ki, onların tərif də olunması barədə kimsə söz açsın. Lənətə gəldikdə isə bunu etmək düzgün deyil.

Allah sizə yar olsun

Задан: 22 Сентябрь, 2017 , Опубликовано: 22 Сентябрь, 2017
salam |

Salam. Isidin esl meqsedi nedir? Sie ile sununun ferqi nedir? Eger usaq boyuke cavab qaytarirsa muellimeye ve basqalarina onun bu hereketini nece tergitmek olar?

Ответ / Cavab

Aleykumusalam.

İsid dünənki Əlqaidə dir, sabah başqa adda olacaq, birigün başqa. Bu müsəlmanların içindən olan axmaqların yığınağıdır ki, düşmən əlində oyuncağa çevrilib müsəlmanların mallarını, canlarını, şəhərlərini, ölkələrini viran qoyurlar.

Bu  fərq bir iki kəlmə ilə açıqlanıb bitmir.

Ona öyüd nəsihət etməklə.

Allah sizə yar olsun

Задан: 21 Сентябрь, 2017 , Опубликовано: 21 Сентябрь, 2017
Omer |

Salam.menim atam icki icendir.o her gun ickili eve gelir ve bizi tehqir edir.biz namaz qilarken bizi aciliyir.men bilirem ki bunu seytan edir.men seytanin ondan nece uzaqlasdira bilerem .seytan bizim aileden bizim evden nece uzaq olsun hansi bir sureni ve ya hansisa bir duani oxuyum .xahis edirem yardim edin. Tewekkurler. ALLAH RAZI OLSUN

Ответ / Cavab

Aleykumusalam.

Namazlarınızın arasında elə öz dilinizlə atanızın hidayət olunub şeytandan azad olması üçün dua edin. Onun qarşısında onu daha da dinə və ibadətlərinizə qıcıqlandıran işlər görməyin. Şirin dil ilə onu haqqa tərəf dəvət edin

Allah sizə yar olsun

Задан: 21 Сентябрь, 2017 , Опубликовано: 21 Сентябрь, 2017
anonim@ |

Salamun Aleykum.1.Yazdığım yazı bir şəkilin üzərindəydi.2.İbrət güzgüsü toplayan Məlahət Əsədova bu kitab haqqında fikrinizi bilmək isdərdim.Təşəkkür edirəm cavablandırdığınıza görə.

Ответ / Cavab

Aleykumusalam.

Sualın mövzusunu anlamadıq.

Belə bir kitab tanımırıq.

Allah sizə yar olsun

Задан: 21 Сентябрь, 2017 , Опубликовано: 21 Сентябрь, 2017
Bende |

Salam Haci. Online wekilde paltar satarken olculerini, sekillerini deqiq qoyuruq ve bu halda meselen min nefere satmisiq on neferi beyenmir malimizi. Meselen olcu uygun gelmir eynine ve s. Bu halda qazancimiz haram olur? Olur da bele hallar, hamini memnun etmek olmur ki. Bu halda hokm nedir? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

İşinizi düzgün icra edin. Haqsız olaraq edilən iradların əsəri yoxdur. Haqqlı iradlar olarsa, onları yerinə qoyun.

Allah sizə yar olsun

Задан: 21 Сентябрь, 2017 , Опубликовано: 21 Сентябрь, 2017
Sabina |

Meherremlik ayinin hansi gunleri oruc tumaliyig zehmet olmasa yazardiz

Ответ / Cavab

Aleykumussalam

Ashura gununden bashqa istenilen gun tuta bilersiz.

Allah size yar olsun

Задан: 21 Сентябрь, 2017 , Опубликовано: 21 Сентябрь, 2017
Lala |

Salam. Bilmek isterdim namazda rabbena atena ve rabbenagfirli dualari deyilmelidirmi? Teshekkur edirem.

Ответ / Cavab

Aleykumussalam

Bunlari qunutda deye bilersiz.

Allah size yar olsun

Задан: 21 Сентябрь, 2017 , Опубликовано: 21 Сентябрь, 2017
Страница 607 из 5746 << < 603 604 605 606 607 608 609 610 611 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com