Salam Haci xais edirem mene bu isde komek edin deqiqlesdire bilmirem.1. men meherrem ayini oruc tutmaq isteyirem ozum rusiyada sankt-peterburgda yasayiram.assalt-infoda namaz vaxtlarina baxdim sankt-peterburg uzre Imsak 4:09 iftar 19:11-i gosterir amma nese duzluyune subheli qaldim.sizde baxin o yazilan vaxt duzdu? Deqiq bilmek isteyirem cox xais edirem.2ci sualim buduki meherrem ayinda qeza orucu tutmaq olar?
Ответ / Cavab
Aleykumussalam
Orada metod yerinde mezhebinizi de duz sechirsizse, orada olana,ehtiyata emel ederek riayet edin. Yeni yemeyi subhden10 deqiqe qabaq dayandirin, axshami da birq qeder yubadin.
Salam. Bugun kecmisde bas vermis bir hadise haqda esitdim. Qadin qucaginda 1 qiz usagi ile dul qalir ve hemin vaxt dul olan 2, 3 ogul atasi bir kisi ile aile qurur. Iller kecir, bu evlilikden ortaq usaqlar dunyaya gelir. Qadin 16 yasli oz qizini kisinin 1ci yoldasindan olan ogluna mecburi olaraq ere verir. Ogey baci qardas bir birleri ile aile qururlar. Hemin evlilikden de 9 usaq dunyaaya gelir. Indi hemin usaqlar ozleri nenediler. Yeni cox uzun bir muddet kecib, ve hemin valideynler coxdan dunyalarini deyisibler. Menim sorusmaq istediyim melumdurki ogey baci qardasin bir biri ile aile qurmagi hec duzgun deyildi, bes hemin evlilikden dunyaya gelen usaqlara dinde nece baxilir? Dinde bele hadiselere munasibeti nedir?
Ответ / Cavab
Aleykumussalam
Eger atalari ya analari eyni olubsa, bele evlilik haram evlilikdir.
Salam aleykum. Siz peyğəmbərlər və saleh övliyaların qəbrinin üzərində məqbərənin tikiliməsinin əleyhdarlarının yalnız sələfilər olduğunu bildirdiniz. Amma mən məzhəbləri yaxşı tanıyıram. Əhli sünnənin ən mötəbər Sihahil-Sittə (imam Buxari-Muslim) kitablarında mütəvatir, səhih hədis var ki, əhli sünnədə onun səhihliyinə şübhə yoxdur. Allah Rəsulu(ə) ölümünə 5 gün qalmış köynəyini üzünə gətirərək dedi : "Allah yəhudi və nəsranilərə lənət etsin ki, onlar peyğəmbərlər və salehlərin qəbirləri üzərində məscidlər tikdilər. Bunu sizə qadağan edirəm. Allahın ən şərli məxluqları məhz bunlardır." Bu hədis fundamental surətdə əhli sünnəni şiələrdən ayırır. Hədisdən çıxan nəticəyə görə şiələr müasir dövrdə şirki yayırlar. İstədik-istəmədik bu hədis var.
Ответ / Cavab
Aleykumusalam.
Peyğəmbərimizin qəbrinin üzərinddə olan Məscidi də şiələr tikiblər? Ya elə səhih buxarini sizdən 1000 dəfələrlə artıq bilən sünnilər? Həzrət İsmail və hacəri də dünyanın ən əzəmətli məscidi sayılan Kəbə evinin yanında da şiələr basdırıb ? Hacılara Kəbəni ziyarət edərkən həmin qəbrlərin olduğu hissəni də tavafın içinə salmağı şiələr əmr edib?
Yalan danışmağıız, yalançı hədisləri dəlil kimi gətirməyiniz az deyil, şiələri də savadsızlığınıza baxmayaraq ittiham edirsiz. Ayıbdır. Bir iki nəfərdən bir iki hədis eşidib ortaya atılmayın. Bu məsələ bu qədər də sadə məsələ deyil, belə sularda üzməyi bacarmayanlar boğulurlar.
salam aleykum zehmet deyilse deyerdiz 1)niyyetden qabaq Allahu ekber demek vacibdi,bes secdeden yada hemd sure ve ixlas oxundukdan sonra Allahu akbar demesem olar ? 2)3 cu ve 4 cu riketden sonra olar cemi 1 defe tesbihati erbeni deyim? 3)eger bir shexs 4 riketli namazi shubhe edirse bir riketi buraxib ya yox,sonra tezden qilmalidi ? eger 3 defe dalbadal eyni namazi qilarsa shubxeye gore,onda nece? Ayatollah sistani
Ответ / Cavab
Aleykumusalam.
1.Allahu Əkbər niyyətdən sonra deyilir. İlk Allahu əkbər vacibdir, qalanları isə yox.
Salam. Meherrem ayi ayin necesi girir? 2. Men nece ildiki evliyem usaq yoxdu. Cox vaxt axsam yaxinliq edib gunortaya cimirdim. Ziyan olar hamile qalmaga deye. Ama daha isteyirem subh namazina cimim. Ovladi veren Allahdi duzgun fikirlesirem ya yox?
İki rükətli namazdır, birincidə həmddən sonra ayətəl kursi, ikincidə həmddən sonra 10 dənə qədr surəsi oxunur. Namazın salamlarından sonra isə deyilir- İlahi bunun savabını filankəsin qəbrinə yetir.
salam aleykum zehmet deyilse deyerdiz, teqlid etdiyimiz muctehid rehmete gederse ona olan teqlidi davam elemek olar,yani rehmete geden muctehid teqlid elemek olar? cox sagoluh
Ответ / Cavab
Aleykumusalam.
Əgər diri müctəhid ölüdə qalmağa icazə verərsə, bəli, qala bilərsiz.
Salam. namazları heç bir işim olmadığı halda birləşdirib qılıram. namazım düzgündür? sual 2) məhərrəm ayı nə zaman girir? girən günü qonaqlıq etməy olar ya olmaz? şənlənmək yəni.Allah razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düzdür.
Ayın ya 21 i ya da 22 si daxil olacaq. Muhərrəm ayı daxil olduqda bütün şənliklərdən uzaq olun.
Salam əleykum Hacı bəlkə bilərsiniz sürücülük vəsiqəsini pulla almaq rüşvət sayılır yəni haramdı yoxsa yox onu bilmək istəyirəm 2.təşəhhüddə salavat cümləsin deyəndə əccil fərəcəhum ibarəsini artırmaq olar ? Allah köməyiniz olsun
Salam destamaz alarken nece etmeliyem? Bu ifadenin hansi menasi var, destamaz aliram vacibi qurbeten illelah? Coxlari diyirki illellah diyende eks mena verir. Duzdu? Birde niyet etdikden sora üz, qol yuyarken. Başa ve eyaga mehs cekerken salavat demek lazimdi. Allah hamiya yar olsun.
Ответ / Cavab
Aleykumusalam.
Qurbətən İləllah Allaha yaxın olma, İlləllah isə Allahdan başqası mənasındadır.
Salam dunen qusl almisam almamisdan evvel uzumu makyaj temizleyenle coxlu silmisdm sora qusl alanda da uzumu yudum coxlu sonra namaz qildm bugun seher durub baxiram ki gozumun altinda zerler var balaca. Yeniden qusl almaliyam?
Ответ / Cavab
Aleykumusalam.
Əgər suyun dəriyə dəyməsinə mane olmayıbsa, qüsl düzdür.
Salam aleykum. Rayon yollarinda bildiymiz kimi yol qiragi boyuk restoranlar fealiyyet gosterir ve onlarda namaz otaqlari olur, eyer namazin vaxti catibsa mawini saxlayib hemin yerde namaz qilmaq olar ya sahibinden icaze alinmalidi??? Onceden tewekkur edirem.
Ответ / Cavab
Aleykumusalam.
Namaz üçün yer ayrılıbsa. icazə almaq lazım deyil.
salam aleykum. insanı cadu yaxud başqa işlər vasitəsilə "cin vura" bilərmi? ümimiyətlə belə bir şey hədislərdə mövcuddurmu? 2)paranormal hasisələr ola bilərmi həyatda? Allah razı olsun