Salam eleykim dünen şam namazı vaxtı idi yolda id6m sürücü mqşını saxlamadı boş oturmadım namaz vaxtı zikir etdim düzgün etmişem? Cox saqolun Allaha emanet
Salam eleykim 1) sehven 2 ci rükettde 2 defe ruku etdim ve namazı bitirenden sonra sehv secdesi etdim. 2) eyer möhür ve yaxud ve yaxud bir şey tapmasam barmaqlarımın üstüne secde ede bilerem? Çox saqolun Allaha emanet
Ответ / Cavab
Aleykumusalam.
1.Namaz batildir. Yenidən qılınacaq
2.Xeyr, bir adi kağız parçası, daş, və bu kimi şeylər tapıb səcdə edin.
Salam. 1. Kisi xanima telaq vererse xanimda razi olarsa bu zaman molla terefinden telaq geri oxunmalidirmi? 2. Molla bosanma zamani iki neferin telaqini nece oxunmalidir yeni nese telaq ucun dua oxunmalidir?3. Xanim erinden bosanmaq isteyirse eri raziliq vermese halbuki eri onu incidirse onda ne etmelidir?
Salam. 1.Destamaz alarken ayaga mesh edib qurtarandan sonra eger uzde hansisa hisse quruyar destamaz batil olar? Meselen uzu yuyanda hansisa bir yerde su damcilari gorsenmese sadece biraz nem olsa ve destamazi bitirende o yer mene ele gelse ki tam quruyub batildi destamaz? Xamenei aga. Mesele 224. 2. Qadinlar basha mesh cekende gerek elin nemliyini hiss etsinler? Cox sagolun.
Ответ / Cavab
Aleykumusalam.
Əgər yuyulubsa, tez qurumasında eyb yoxdur.
Yəni əlin nəmliyi ötürəcək qədərində nəm olması məlum olmalıdır.
Salam. 1.Destamaz alarken ayaga mesh edib qurtarandan sonra eger uzde hansisa hisse quruyar destamaz batil olar? Meselen uzu yuyanda hansisa bir yerde su damcilari gorsenmese sadece biraz nem olsa ve destamazi bitirende o yer mene ele gelse ki tam quruyub batildi destamaz? Xamenei aga. Mesele 224. 2. Qadinlar basha mesh cekende gerek elin nemliyini hiss etsinler? Cox sagolun.
Ответ / Cavab
Aleykumusalam.
1.Əgər yuyulubsa, tez qurumasının maniəsi yoxdur.
2.Yəni məshdə əlin nəmliyi ötürəcək qədər nəm olması məlum olmalıdır.
salam aleykum. bir nefer pullu döyüşlere pul yatırır ama her defe öz şexsiyyet vəsiqəsiilə pul qoya bilmir buna göre başqalarının vesiqesinden istifadə edir bunun evezinde 15azn verir bu pul vəsiqəni verənə haramdı? xamneyi agaya teqlid edirəm
Ответ / Cavab
Aleykumusalam.
Bəli, bu qumardır və hər bir iştirakçı və yardımçıya haramlıq yetişir.
Salam Hacı 1) qadın neçə yaşında oğlan uşağı ilə görüşə bilməz? 2)Müməyyiz uşaq neçə yaşları əhatə edə bilər? 4 yaşında uşaq müməyyiz sayılır? 3)Bacım oğlunun 4-5 yaşı var mən arvadımı görüşməyə qoymuram, Bacımın xətrinə dəyir bu halda mən nə etməliyəm?
Ответ / Cavab
Aleykumusalam.
Yaxşını pisi başa düşən uşaqdan artıq qorunmaq lazımdır. Muməyyiz də elə bu həddə olan uşağa deyilir. Bu uşaq hələ həmin həddə olmaz.
Salam men saytlarimizin birinde bele bir kelamla rastlawdim ve bilmek istiyirem ki bu ne derecede duzgun bir kelamdi: Erin daniwanda sen sus qadin! Erine itaet et bu vacibdir! Ona qulluq et! Onu sev ve ona sadiq ol ki, Allah senden razi olsun! Hec bir qadin 100 ilde ibadet etse, erini razi salmiyinca cennete daxil ola bilmez! Zehmet olmasa bu kelamlarin kime mexsus oldugu ve yaxud menbesi hardandi izahat vererdiz mene
Ответ / Cavab
Aleykumusalam.
Qadın ərinə sadiq və itaətkar olmalıdır. Bu dinin göstərişidir.
Salam. sizə bir sualım var .üzr istiyirəm sualıma görə. Mən nişanlı olanda nişanlım məni məcbur edib çox çox üzr istəyirəm arxadan bir yerdə olmuşuq bir neçə dəfə. bunun günah olduğunu bilməmişəm. günah olduğunu biləndən sonra hərəkətimə görə çox çox peşman olmuşam dəfələrlə tövbə etmişəm.nə edə bilərəm ki bu günahım bağışlansın? 2.həmin vaxt kəbinimiz olub olmadığını bilmirəm mən indi həmən adamda ərdəyəm.kəbinimiz də var. Mən yoldaşımla bir birimizə haram sayılırıq? özüm namaz qılanam nə edim ki Allah qarşısında bağışlana bilim?
Ответ / Cavab
Aleykumusalam.
1.Gunahın bağışlanması həqiqi peşmançılıqla yalvarıb edilən tovbədən keçir.
2.Xeyr, sonradan da olsa aranızda kəbin oxunubsa, haram sayılmırsız.
Salam aleykum. 1)əlhəmdulillah deyilişi daha düzgündü yoxsa əlhəmdulilləh? 2)dəri azacıq qanayarsa bu qanı birbaşa su ilə deyil barmağı suya batırıb siləndə pak olur? 3)başqa ya da öz qanın dəridə yaxud paltarda olsa hər dörd halda qıldığım namaz batildir?
Ответ / Cavab
Aleykumusalam.
1.Hər ikisi düzdür, ikinci şəkildə sondakı Ə səsi uzadılan halda dedikdə ərəb ləhcəsinə daha uyğun deyilişdir.
2.Xeyr, silməklə pslmnma yoxdur. Yuyulub paklanmalıdır.
3.Baş barmağın dırnağı qədərində olduqda icazəli sayılır. Ondan artıq olarsa gərək y dəyişdirilə, ya yuyulub paklana.
Salam.verdiyiniz cvbla bagli yeniden narahat edirem.dediz yariya kimi olsa bele orqanizme ebedi haramdi.bes bunu bilmeyerekden etsede ebedi haram sayilir?2-ebedi haram deyilen wey nece ola biler axi tovbe edib Allah hec mi bagiwlamaz?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, burada bilməyərəkdən sözü keçərli deyil. Bunu uşq da bilir ki, bu haram və çirkin bir işdir.
Əbədi haram olma odur ki, bunlar heç zaman evlənə bilməzlər.
HAci memin de ele sualim budur ki, Kredit sahesinde siz demiwdiniz ki, iwlemek olar, Bes Aganin buyurdugu riba emeliyyatlarinda iwlemekharamdir hokmunu nece bawa duwum? Burda aga neyi nezerde tutur bes?>
Ответ / Cavab
Aleykumusalam.
Riba əməliyyatları kredit əməliyyatlarınin hamısı deyil. Riba, məsələn pulunu qoyub üzərinə artıq qazanc gətirməkdir.
Salam. Haci eger unitazin ustunde damcilar olarsa, bilmesem sidikdi ya su onu nece yumaq olar? Adi silsem getmez onu bilirem. Quru halda necaset oturulmur, bes quru olsada sonra ozum yuyunanda ora su deyse yene necis olacaq. Bes oturmazdan evvel onu nece yuyum ki pak olsun o yer, ki sonra ora su deyse necaset kecmesin? Nece emin olum ki o yer paklandi? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Quru etsəz, bu halda nəcasət ötürülməz. Onu suyu ora tutub yumaqla pak edə bilərsiz. Yuyunarkən həmin yer islanarsa və bədəniniz ora dəyərsə, nəcis ötürülər.
Salam Hacı, Mən sizə sual vermişdim bankda və ya kredit sahəsində işləməyin hökmü barədə. Siz buyurdunuz ki, halaldır. zəhmət deyilsə bu hökmu izah edərdiniz (Sistani Ağanin risaləsi - haram bank əməliyyatı: buç ribalı müamilələrlə əlaqəar olan əməliyyatlardır. Məsələn onların icra olunmasında nümayəndəlik, onların qeydə alınması və onlara şəhadət verilməsi, alanın xeyrinə olaraq artıq ribalı müamilələri olan şirkətlərin müamilələri ilə əlaqədar olan əməliyyatlar, yaxud şərab ticarəti ilə məşğul olanlar, onların səhmlərini satmaq, onlar üçün e tibar açmaq haram əməliyyatlardan hesab olunur)
Ответ / Cavab
Aleykumusalam.
Burada ağa Sistani bank işlərindən haram olanları qeyd edib.
2) Bəs banka Depozit yerləşdirmək necə , o da halaldır? 3) Müvəqqəti kəbinin müddəti yetişməmiş halallaşmaq olarmı? Və bu halda da kəbin mütləq geri oxunmalıdır yoxsa eləcə halallaşmaq yetər? Və bir də əgər yenidən əqdi yeniləmək istəsək yenidənmi əqd oxunmalıdır? YOxsa ehtiyyac yoxdur əgər kıbin geri oxunmayıbsa? 4) ovqat firmasının məhsullarından istifadə etmək olarmı ( üstnüdə halal yazılır) Suallarım çox olduğuna görə sizdən üzr istəyirəm. Öncədən təşəkkürlər Hacıcan. Allah ömrünüzü bərəkətli qərar versin.
Ответ / Cavab
Aleykumusalam.
2.Əgər pulun qorunması üçün ya muzaibə şərtləri ilə edilərsə, düz, əks halda ondan gələn gəlir haram olar.
3.Halallaşmaq yox, kişi qalan vaxtı qadına bağışlayı. Belə halda əqd bitmiş sayılır. Yenidən birgə olmaq istəsələr, yenidən əqd oxunmalıdır.