Страница 619 из 5746 << < 615 616 617 618 619 620 621 622 623 > >>
@@@ |

Salam, destemazda ayaga mesh cekende, eger subhe yarandisa ki,meshi duz cekdim onu birde cekmek olar?

Ответ / Cavab

Aleykumusalam.

Məshi etmisizsə, şübhə etməyə dəyməz, əlinizi ayağınızın üzərinə qoyub hərəkət etdirin.

Dəqiq səhf olduğunu bilsəz, bir də məsh edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Сентябрь, 2017 , Опубликовано: 7 Сентябрь, 2017
Zeyneb |

Salam..oglumun nenesigil qurban deyibler olnamiwdan qabaq. Niyyeti bele olubki qapidan giren an qurbani kesecem. Bizde uzaq olkede yawayiriq. Heleki getmeymiz belli deyil 1 ile 3 ile . Onu bizsiz kesseler qebuldurmu ? Zehmet olmasa deyerdiz

Ответ / Cavab

Aleykumusalam.

Necə deyilibsə, elə də gərək edilsin.

Allah sizə yar olsun

Задан: 7 Сентябрь, 2017 , Опубликовано: 7 Сентябрь, 2017
Aynur |

Salam. İşa və Məgrib namazini saat neçəyə kimi qilmaq olar ki qəza getməsin?

Ответ / Cavab

Aleykumusalam.

İşa və məğrib namazları gərək gecə yarıya kimi qılınsınlar. Əgər muəyyən səbəblərdən bu zamana kimi qılınmasa, gərək sübh azanına kimi əda və ya qəza demədən qılınsın.

Allah sizə yar olsun

Задан: 7 Сентябрь, 2017 , Опубликовано: 7 Сентябрь, 2017
Ilaxa |

Salam.bir nefer niwanlidi ve kebinleri var.qiz niwani sevmediyine gore qaytarir oglan ise helede uzadir meseleni ve kebinleride var.melumduki qiz bilirki kebin meselesinde uzadacaq.qizda bawqasi ile aile qurmaq isdeyir eger kebin iwi uzansa bawqa ne yolla kebin geri qaytarilmalidi? 2-eger bele oldugu halda caresizlikden aile qursa cinsi yaxinliq etse ona ebedi olaraq haram olar eri?

Ответ / Cavab

Aleykumusalam.

Qız kəbinini özü pozdura bilməz, gərək oğlandan talaq ala. O artıq ərli sayılır və başqası ilə yaxınlıq etsə ərli arvad olduğundan həmin şəxslə zina etmiş sayılacaqlar və bir birlərinə haram olacaqlar.

Allah sizə yar olsun

Задан: 7 Сентябрь, 2017 , Опубликовано: 7 Сентябрь, 2017
Ilaxa |

Olarki istediyim suala cvb veresiz?1 aydi arawdiram deqiq deyen yoxduuu.esas dediyim odurki kebinimde ne wahid oldu nede mehriyye duzdu kebin ya yox??

Ответ / Cavab

Aleykumusalam.

Qeyd etdik ki, kəbində şərt nələr sayılır. Onlar olubsa, kəbin düzdür.

Allah sizə yar olsun

Задан: 7 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
Ilaxa |

Salam.kebin haqqinda maraqlanmaq isdeyirem.kebinin duzgun kesilmesi ucun neler wertdi?meselen men niwanliyam bizim kebin kesilende valideyn raziligi olub duzdu.ama o getdi tek bawina kesdirdi kebini yeni wahid olmadi birde menden mehriyye teleb olunmadi kebine qeyd olunmayib mehriyye bu kebin quvveye minib indi?mene deyirlerki wahid ve mehriyye wertdi olar olmayibsa quvveye minmeyib kebin.

Ответ / Cavab

Aleykumusalam.

Əsas lazım olan qız və oğlanın buna razılığı, qız bakirədirsə, onun iczəsi və kəbinin sözlərini düzgün tələffüz etmək. Mehriyyə kəbində qadının haqqıdır. Özü bunu muəyyən etməzsə, oxuyan bunu onsuz da oxuyacaq.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
... |

Salam Xums nedir?

Ответ / Cavab

Aleykumusalam.

Xums bir dini vergidir ki, qazanc edənlərə il başında vacib olar.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
... |

Salam Keffare orucunu tutmag ucun niyyet nece edilir? Yeni ne sozler deyilir miyyet etmek ucun?

Ответ / Cavab

Aleykumusalam.

Kəffarə orucu tuturam qurbətən İləllah.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
Fərid |

Salam əleykum Ayağa məsh çəkəndə ayaq havada olanda çəkmək olar ? Birdə məsh çəkəndə ayaqğın tərpənməsinin bir problemi var dəstəmaza ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, ayaq tərpənməməlidir. Əgər əl dayanıb ayaq hərəkət etsə, məsh düz sayılmaz. Buna görə ayağınızı bir yerə dayayın.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
leyla |

Birde Haci, refiqemin anasi namaz qilmir, olar ki refiqem anasinin yerine istihare namazin qilsin, yoxsa ancaq ozu elemelidi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, mümkündür, edə bilər.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
leyla |

Salam. Qeza namazlari baresinde soruwmaq isteyirdim. Eger esr qezaya qalibsa ve megribin vaxti giribse, birinci hansi namaz qilinir esr, yoxsa megrib?

Ответ / Cavab

Aleykumusalam.

İlk olaraq əsri qəza edin ki, gündəlik ardıcıllıq pozulmasın.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
leyla |

Salam. Qeza namazlari baresinde soruwmaq isteyirdim. Eger esr qezaya qalibsa ve megribin vaxti giribse, birinci hansi namaz qilinir esr, yoxsa megrib?

Ответ / Cavab

Aleykumusalam.

İlk olaraq əsri qəza edin ki, gündəlik ardıcıllıq pozulmasın.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
Adim |

Salam aleykum. 1)sızanaq partlamasi nəticəsində azca gələn qan nəcis sayilir? 2) bu halda namaz qilmaq doğrudur? 3)bu qani su ile yumadan barmaqla siləndə hemin yer pak sayilir? Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, qan az ya çox gəlməsindən asılı olmayaraq nəcisdir.

Namazda gərək qanın buladığı yer, baş  barmağın dırnağından artıq olmasın.

Yuyulduqdan onra əlbətdə ki, pak sayılacaq.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
... |

Salam.Haci,men yoldashimla tanish olanda ilk gunden shert kesmiwdim ki icki olacaqsa indiden yox deyirem,hetta evlenenden sonra da icsen ayrilacam, o qeder nifret edirem icen adama.Mene soz vermiwdi ki icmeyecek.Nishanli qaldiq 1 il.Dediyine gore icmeyib o vaxt.Ama toyumuzdan 1 hefte sonra emimgille sufrede oturanda icdi gozumun qabaginda.Hemin gun kusdum,axwam ne qeder uzrxahliq eledi ki emin mecbur eledi icdim ve s.Bagishladim.3 hefte Sonra atamin ad gunune yigiwdiq,onda da atamla oturdu icdi.Ve artiq kusmuwem bariwmaq da istemirem,iyrenirem.Axwam ne qeder bariwmaga caliwdi,ureyim qirilib daha uzune bele baxmaq istemirem.Icdiyi bes deyil,hele ozunu haqli sayir ki men icib ozumu itirmirem,qohumlarla icirem zad.Ve men 1 kelme bele hech ne demedim,izah da vermedim.ozuycun daniwib qutardi.Ozume heyfim gelir danishmaga,sebrim yoxdu oturub izah elemeye.Meni aldatdigi ucun ozumu bagishlamiram.

Ответ / Cavab

Aleykumusalam.

Əgər bununla onu tərbiyə edə bilirizsə, o zaman bu yoldan itifadə edib onu bu çirkin işdən saxlayın.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
Asim |

Salam Aleykum, Nuh suresi 28 aye- Nuh Peygemberi Allaha dua edir. Bilmek isterdim ki, hemin vaxt Nuh Peygemberin ata-anasi sag idi yoxsa yox?

Ответ / Cavab

Aleykumusalam.

Mumkundur ki, o zaman diri olmuş olsunlar.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
hmm |

Salam hacı.Hezreti Fatimeyi-Zehranln ögey bacılarının adı haqda hec yerde melumat tapa bilmirem.zehmet olmasa adlarını yazardızda.hec olmasa bir neçesinin adını 2.onlarda ehlibeyt sayılırlar? 3.böyuk qızımın adl Fatimedir ikincisine de ehli beyt adlarindan qoymaq isteyirem.çox xahiç edirem kömek edesiz.

Ответ / Cavab

Aleykumusalam.

Zeynəb, Ruqəyyə və Umm Gulsum. Onlar Peyğəmbərə nisbət verilir və bu səbəbə əhlibeytdən sayılırlar.

Bu adlardan qoya bilərsiz.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
Gul |

Salam1birini telesdirmek haqqin tapdalamaq sayilr?mes,harasa gedmekcin telesdirmek kimi? 2heyet murdar olsa ve heyete bir nece deqiqe yagis yagsa pak olar? 3haqqini pozdugun birinden halalliq alanda neycin halalliq almagi demeden men senin ne haqqini pozmusamsa halal et bu sekilde demek olar?

Ответ / Cavab

Aleykumusalam.

1.Onun üçün çətinlik və əziyyət olarsa, bəli.

2.Nəcis aradan gedəndən sonra ora yağış yağıb axıb getsə, pak olar.

3.Nə üçün olduğunu bildirin.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
rufa |

Salam. insan öldükdən sonra o biri dünyada ilk olaraq hansı suallar verilir? və bu suallara biz hansı cavabları verməliyik ?

Ответ / Cavab

Aleykumusalam.

İlk olaraq qəbr orğu ualında insandan onun Rəbbi, dini, kitabı, qibləsi, Peyğəmbəri və rəhbəri barəsində soruşulacaq.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
EHLI BEYT |

salam aleykum. Kelmeyi-sehadetde Eliyyen Veliyullah deyilir yoxsa yox? Zehmet olmasa kelmeyi-sehadetin duzgun deyilisini yazardiniz? Allah razi olsun,tesekkurler.

Ответ / Cavab

Aleykumusalam.

Əliyyən Vəliyyullah kəlməsinin şəhadətə əlavə olunması məzhəbin göstəricisidir.

Əşhədu ən la (əlla) İlahə İlləllah, Əşhədu ənnə Muhəmmədən rəsulullah . Əşhədu ənnə Əliyyən Vəliyyullah.

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
Gülər |

Salam Hacı. Zəhmət olmasa belə bir suala aydınlıq verməyinizi xahiş edirəm. Hədiyyə namazı mütləq cümə axşamı qılınmalıdırmı? Bu namazı yalnız öz övladları rəhmətə getmiş valideyinləri üçün qılmalıdılarmı? Əgər rəhmətə getmiş qaynana və qaynatanın övladları namaz qılmırlarsa onlar üçün də hədiyyə namazı qılmaq olarmı? Bir də rəhmətə getmiş və övladı olmayan bir qohum xanım üçün mən hədiyyə namazı qıla bilərəmmi? Öncədən təşəkkür edirəm. Allah sizdən razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Hədiyyə namazı mutəhəbb niyyətlə qılınan namazdır ki, bunu istənilən vaxt, istənilən kəs, istənilən adam üçün qıla bilər

Allah sizə yar olsun

Задан: 6 Сентябрь, 2017 , Опубликовано: 6 Сентябрь, 2017
Страница 619 из 5746 << < 615 616 617 618 619 620 621 622 623 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com