Страница 648 из 5746 << < 644 645 646 647 648 649 650 651 652 > >>
bende |

Salam Haci.bir sualim var biriynen kirve olursan sonra kirvenin qizi ile oglan evlene bilerler?2terefli kirve olsa bele.din buna icaze verir?ALLAH razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Kirvə deyilən anlayış dinimizdə yoxdur. Naməhrəmdirlərsə, evlənə bilərlər.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
Sevda Nurullayeva |

Salam. Mən namazda rekatlarda çaşıram tez tez.3-cümü 4-cümü qarışdırıram.Ya namazı yarım saxlayıb yenidən qılıram(namazı yarım saxlamaq düzgün deyil) ya da bir rükət artıq qılıram.O zaman da sübhə edirəm ki 4 rükət oldu ya 5 rükət.Bu vəsvəsədir bilirəm.Ama bu nu necə dəf etmək olar? Xaiş edirəm məsləhət verin.

Ответ / Cavab

Aleykumusalam.

Namaza başladıqda yanınızda 4 çöp qoyun və hər rükəti bitirdikdə, onun birini kənara qoyun.

Risalə kitablarından  namazın səhfləri və şəkkləri məsələlərini oxuyub öyrənin.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
Natiq |

Salamun aleykum.Qardas bir sualim olacaq cavab ucun onceden tesekkur edirem.islam qiz qacirmaga nece baxir?bele aile halal aile olurmu?

Ответ / Cavab

Aleykumusalam.

Çox pis və mənfi. Bu da oğurluqdur, insan oğurluğu.

Ailənin halal olması aralarında kəbinin olub olmaması ilədir.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
Natiq |

Salamun aleykum.Qardas bir sualim olacaq cavab ucun onceden tesekkur edirem.islam qiz qacirmaga nece baxir?bele aile halal aile olurmu?

Ответ / Cavab

Aleykumusalam.

Çox pis və mənfi. Bu da oğurluqdur, insan oğurluğu.

Ailənin halal olması aralarında kəbinin olub olmaması ilədir.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
Feride |

Salam.Biz ailede 2 neferik men ve qardasim.Qardasim ailelidi evladlari var men aileli deyilem.Atam qardasimin ehtiyaci oldugu halda evi ona deyil mene verib.qeyd edimki men ve qardasim namaz ehliyik amma atam cahildi.indi bu halda menim o evde yasamagim onu gelecekde satmagim halaldi ya qardasimdanda halalliq almaliyam?

Ответ / Cavab

Aleykumusalam.

İnsan varislərinin haqqı zay olmayacağı halda mulkunu istədi  kəsə hədiyyə edə bilər. Bu onun haqıdır.

Qardaşınızla isə məsələni ailə daxili səmimiyyəə əsaslanaraq həll edin.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
Salam |

http://m.deyerler.org/372641-bu-ggn-ay-tutulmasd-olacaq.html Ay tutulmasi olacaq,ayat namaz vacibdir?Xamanei aga

Ответ / Cavab

Aleykumusalam.

Bəli, ay tutulduqda ayət namazı qılınacaq.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
Asim |

Salam Aleykum, seferde olarken cammaat namazini qila bileremmi, qila bilerremse nece olacaq ?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, arxa səfdə durub qıla bilərsiz və çalışın iki rükə vacibinizi bitirəndən sonra qalxıb sübhün qəzası niyyəti ilə yenidən iki rükət qılın.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
****** |

salam.eger yalnisim varsa bagislayin ,amma sahmatin haram olmasinda ne kimi subut , delil ve ya istinad noqtesi getirilir? zehni inkisaf etdiren oyundur ve insana mentiqi potensial verir. eger yenede haramdirsa, diger olimpik oyunlarda haramdir ? onceden tesekkurler .bu barede komeyinize ehtiyacim var? yalnis toxundugum her noqteye gore uzr isteyirem

Ответ / Cavab

Aleykumusalam.

Hər subutu muctəhid insanlara desə, buna ömr çatmaz. Həkim bizim xəstəliyimizi bilib, tibb sahəsində illərlə aldığı təhsilə əsaslanıb dərman müəyyən edir. İndi həkimdən bu dərmanı nəyə əsaslanaraq bizə yazdığını soruşmaq gülünc deyilmi.? Bizə deyər ki, ya inan, ya da get mən oxuduqlarımı oxu, onda biləcəksən.

ŞAhmatı biz zehn gücləndirici adlandırırıq. Digəri pokeri adlandıracaq, digəri də başqa oyunu. Oyunların bəziləri qumar aləti kimi yaradılıb. Həmin şahmat da ilk yaradıldıqdan son illərə qədər qumar aləti olub.

Son dövrlər onu adi oyun kimi oynamağa başlayıb, sonralar isə yarış növlərindən birinə  çevrilib.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
****** |

salam.onceki sualimda Seyyid Sistani agaya gore sahmatin haram oldugunu soylemisdiniz . men bilmer isdeyirem hansisa agaya teqlid etmek vacibdir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, hər bir işdə mutəxəssisin rəyinin vacib olduğu kimi, dində də mutəxəssisə uymaq vacibdir.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
Fərid |

Salam əleykum Şəhər polinklikasında hər hansı bir məsələ iıə bağlı testlər ediləndə deyirlər ki məsələn 5 manat verməlisən bu rüşvət sayılır ? Haramdı bunu vermək ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Dövlət rusumudursa. xeyr.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
313 |

SALAM ALEYKUM ISLAMDA CADU VARMI EGER VARSA BIZ NECE BILEK KI BIZE CADU OLUNUB CUNKI BIR QARDASH VAR DEYIR KI AILESINE UMUMEN UZUN MUDDETDIR KI UGURSUZLUQLAR UZ GETIRIB BIR NEFERE MURACIET EDIBLER DEYIB KI, AGIR CADU OLUNUB SIZE AMMA KIM TEREFINDEN OLUNDUGUNU DEQIQ DEMEYIB, BIZ HANSISA ALIME VE YA ILAHIYYATCIYA MURACIET ETSEK ONU DEQIQ DEYE BILERLERMI VE YA SIZ XAHIS EDIRIK KI DEMEYESINI ALLAH SINAQ EDIR ORASINI BILIRIK CADUNU TAPMAQ LAZIMDIR YENI BU MUMKUNDURMU COX XAHIS EDIRIK ETRAFLI CAVABLANDIRASINIZ SAG OLUN ALLAH RAZI OLSUN

Ответ / Cavab

Aleykumusalam.

Cadu deyilən şeytani əməl var, lakin bunu özünüzə elə də dərd etməyin. Allahımız hər şeydən və hər kəsdən böyük və ucadır, ona sığınanda şeytanın  hiylə və məkrləri puç olur.

Həmin qardaşa bunu kim deyibsə, onun ağlında şübhə var. Əgər belə olmuş olsa da kim onun olub olmadığını bilə bilər? Belə şeylərlə dələduzlar insanları aldadıb ciblərini soyurlar.

Bunu qətiyyələ deyirik, Allaha həqiqi ixlasla söykənsək, bizə heç kim heç nə edə bilməz. Dünyada isə hər bir kəsin uzun ya qısa müddətli problemləri olur. Dünya elə bu cürdür, bunu bu cür də tanıyaq.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
Aysu |

Salam.Menim qaynanamin ayaqlarinda problem var damarlarinda qan yaxsi islemir.Onunla bele evde 3-4 pisik saxlayirlar.Butun gunu ayaq uste olur o pisiklere gore bu dogrudurmu ve savabi nedi?Birdeki ciblerinde axirinci pul olsa bele onu pisiklere xercleyerler yemek alarlar?Onlara daha cox deyer verirler.Mende yeri gelende pisiklere yemek verirem amma dusunuremki onlar heyvandida yemek tapib yeyecekler o qeder ehtiyaci olan adamlar varki ele adam varki 1manata bele ehtiyaci var pisiklere bu qeder deyer vermek dogru deyil belke men sehv edirem?

Ответ / Cavab

Aleykumusalam.

Allahın dilsiz heyvanlarına rəhmli  və şəfqətli olma yaxşı haldır.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 7 Август, 2017
1111 |

Salam Haci. Destemazda qolu yuyarken eli barmaqlarin arasina da cekmek lazimdir,yoxsa elin ustune cekmek kifayetdir? 2. Haci shefa ucun,bir de niyyetkeron heyata kecmesi ucun hansi kitablar yaxsidi yeni dualar ucun? Zehmet olmasa adlarini dryerdiz. Cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

1.Barmaqların arasının da yuyulduğuna arxayın olmaq üçün barmaqların arasına da əlinizi çəkin.

2.Şəfa duaları adlı kitab var, orada bir çox dualar qeyd edilib.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 6 Август, 2017
****** |

salam.sahmat oynamaq haramdir? tebii ki pul qarsiliginda deyil maraq ve zehni inkisaf meqsedile

Ответ / Cavab

Aleykumusalam.

Seyyid Sistaninin nəzərində haramdır. Əgər ona təqlid edirsizsə, oynaya bilməzsiz.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 6 Август, 2017
lala |

Salam men qaslarima microblaiding eletdirmek isteyirem.kraskanan tuk effekti yaradilir bu prosesde.zehmet olmasa yaza bilersiz bu destemaza maniedir ya yox?

Ответ / Cavab

Aleykumusalam.

Əgər bu dərinin altına edilirsə, o zaman mane olmaz, amma dərinin üzərinə edilirsə və bu dəriyə suyun dəyməsinə mane olarsa, dəstəmaza mane sayılacaq.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 6 Август, 2017
2234 |

Salam eger qusul aldiqdan sonra meni gelerse ve namaz vaxti catarsa cenabet quslu almaq kifayet edermi ?

Ответ / Cavab

Aleykumusalam.

Mənidən sonra aldığınız qüsllə namaz qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 6 Август, 2017
Bende |

Salam Haci. Sacim standart kiwi sacidir, qabaga darayanda alnima tokulur, uz hisseme catmir hec. Amma hem saga hem sola daraya bilirem rahat wekilde. Bu halda men destemazi alanda meshi sac tuklerimin dibine etmeyim wertdir? Sistani agaya teqlid edirem.

Ответ / Cavab

Aleykumusalam.

Əgər saçınızın üzərindən saçın dibi  görsənmirsə, tükün üzünə məsh etməyiniz kifayətdir.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 6 Август, 2017
gulnar |

Salam eger subh namazi qilmaga baslayanda guncixma olmamisdi qurtaranda gordum ki, gun cixma saatini kecmisem niyyetde eda niyyeti ile qildim yeniden qeza etmeliyemmi?Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

Yenidən qılmağa ehtiyac yoxdur.

Allah sizə yar olsun

Задан: 7 Август, 2017 , Опубликовано: 6 Август, 2017
Elvin |

Salam. Esr namazin 2 ruketinde tesehhudden sonra salamlari demeye bawladim bawa duwende ise salamlari yarimciq qoymadim sona kimi deyib daha sonra 3 ruketi qilmaga bawladim namazim batil olarmi o zaman. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bu halda gərək salamları yarımçıq saxlayıb namazı davam edəydiz. Hər halda namazdan sonra artıq salam üçün səhf səcdəsi edilsin.

Allah sizə yar olsun

Задан: 6 Август, 2017 , Опубликовано: 6 Август, 2017
elya |

Salam aleykum nece gundur artiq 1aya yaxindi mənnən istihaze qqani gəlir dünən heyzimin vaxtı idi indi bilmirem mənnən gələn qan istihaze qanidi yoxsa heyz indi mən bilmək isdiyirem mən heyz qani bilib namazlarimi qilmiyacammi yoxsa istihaze qusulu alıb namazlarimi qilacammi Allah sizdən razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Heyz vaxtıdırsa və heyzin nişanələri varsa, heyz  biləcəksiz.

Allah sizə yar olsun

Задан: 6 Август, 2017 , Опубликовано: 6 Август, 2017
Страница 648 из 5746 << < 644 645 646 647 648 649 650 651 652 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com