Страница 652 из 5746 << < 648 649 650 651 652 653 654 655 656 > >>
salam |

Salam. Ramazan ayında heyz halında olarkən orucun qəzası vacibdir. Adi vaxtlarda heyz halında namazların qəzası vacib deyil. Bəs ramazan ayında necə? heyz halındakı namazları qəza etmək lazımdır?

Ответ / Cavab

Aleykumusalam.

Namazların qəzası yoxdur, orucların qəzası var.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Salamaleykum |

ayrı ölçülər, ayrı parametrlər olsa da,insan eyni insandir,men bilmek isteyirem men kimese savab gonderende berzex cehenneminde olan adama nece tesir edir,hech olmasa bir az izah edin.

Ответ / Cavab

Aleykumusalam.

İnsan ayrı aləmdədir, ayrı həyatda yaşayır, eyni insan deyil.

Əzabda olana faydası olsa onun əzabından azaldılar. Əzab əhli olmasa ona savab verilər. Bunun nədən ibarət olması isə bu dünya ölçüləri ilə ölçülməz.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
nuray |

Salam aleykum bir neçə suallarım olacaq. Namazda 3 ya 4cü rukətdə olduğuma şəkkiç varsa nə etməliyəm?birdə namazın sözlərini dəqiq bilməyçün mənə bir link yada burdan yaza bilərsiz?xaiş etsəm. Mən zöhrün qəzasından sonra günorta şamın qəzasın qıla bilərəm?ya ardıcıl olaraq qəzaları qılmalıyam?

Ответ / Cavab

Aleykumusalam.

Bu şəkk qarşıya gəldikdə qərarı 4 rükətə qoyub namazı bitirəcəksiz və ondan sonra bir rükət ehtiyat namazı qılacaqsız.

Qəzaları da gündəlik ardıcıllıqla qılın.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Gülər |

Salam1 Belə bir sualı aydınlaşdırmaqda mənə kömək etməyinizi xahiş edirəm. Əgər bir insan nəzir qurbanı deyibsə, o adam qurban kəsilən zaman ondan özü və ya ailə üzvləri yeyə bilərmi? Öncədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, yeyə bilərlər.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
emil |

Salam. Məni ise goturubler park bulvarda . Happylands usaglarcun yer . Orda usaglara baxıram aparattdara. Orda giymetler bahadı hem de bezı aparattar istemir. Bos bosuna oyunlardı . Orda istemey olar?? Orda biraz giymetteri galdriblar və bezi apparatlar istemir . xaram pul dusur orda mene? Mən sadece bahıram usaglara.

Ответ / Cavab

Aleykumusalam.

Siz işinizi icra edin, baha olmada haramlıq yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
salam |

salam,sayitlardan oxumuwam,Imam Ali Aleyhiselamdan bele soz var-sene meyl elemeyene sende meyl eleme,namaz qilan oruc Tutanam ,istemirem kimnense kusulu qalim,ama bibilerime ne eliyirsen xeyri yoxdu,gedirem gelirem zeng edirdim,menem babam rehmete getdi dediler bize yaxin gelmiyun istemirik sizi,ozderide namaz qilana hicab baqliyana laq edirler hec vaxtda namaz oruc bilmezder nedir,indi bele adamlarnan neyniyesen,onsuzda omur boyu bizi pert tehqir edibler insanlarin yaninda,daha her weyi bura yazmaq olmurki bir Allah bilir olarida bizide,indi mende olari daniwdirmasam mene gunah olacaq?ozderi daniwdirmir axi neter eliyesen ,saqolun

Ответ / Cavab

Aleykumusalam.

Küsülü olmayın, ən azından salamlaşma, hal əhval tutma olmalıdır. Qohumlarla əlaqəni kəsmək olmaz.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Resul Eli |

Esselamun Eleykum Mescide getdikde camaat namazini qildiran sexse iqtida etmiremse,lakin ixtilaf olmasin deye arxa tereflerde camaatla bir namaz qilsam:Sesli qilinan namazi sessiz qilsam olarmi? (sesli qilsam bilinecek ki,men o adama iqtida etmirem ve ixtilaf yaranmasin deye)

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, səsli namazı səssiz qılmaq olmaz.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Salam |

Oluye ixlas suresinin savabin gonderende,orada oluye ne verirler,yeni zahiri tesevvurle de olsa bilmek isteyirem,mene maraglidir. sag olun

Ответ / Cavab

Aleykumusalam.

Orada olanlar burada təsəvvür edilə bilməz. Yəni ayrı ölçülər, ayrı parametrlərdir.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Salam |

Enbiya suresi e ile bawlayir ya i ile? umumiyyetle bele hallarda nece mueyyen edilir?sag olun

Ответ / Cavab

Aleykumusalam.

İ ilə başlayacaq. Belə hallarda  vəsl hərfindən sonra gələn hərf sukunlu olur. Ondan sonra olan üçüncü hərfin  hərəkəsinə baxacaqsız. Əgər fəthə ya kəsrə olarsa, o zaman İ ilə başlayacaq, əgər zammə olarsa, U ilə başlayacaq.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Saleh |

Salamun aleykum sizə bir sualım var idi inşallah cevablandırarsız.. Mənim bir dostumun borcu var ama onu ödemeye imkanı yoxdu digər bir dostumuz da lotereya'dan pul qazanıp onun borcun bağlamağı məsləhət görür yeni o lotereya'dan gələn pulu öz üçün istifadə etməyəcəyi barədə əhd edib belə edəcəkləri halda onlara günah yazılarmı?

Ответ / Cavab

Aleykumusalam.

Qumar oynamaq haramdır, haramla edilən yaxşılığın da bir mənası və savabı yoxdur. Günahı lotareya oynayanda edib, işin əvvəlindən gunahdan qaçmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Abbasova |

Assalamun aleykum,Cumaniz ve movludunuz mubarek,sualim Namazdan sonra ayetel kursunun 1ayesini oxumaq gebuldu???

Ответ / Cavab

Aleykumusalam.

İnşaAllah qəbul olar.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Gunahkar Bende |

Allahla Dost Olaq " Sozu hansi menadadir? Neter Dostlawmaq menasidir bu? Insan neynemelidir? Gunahlarin etdiyi pis emellerin, Allahin qarwisinda demelidir? Her gunune Wukur Etmelidir?

Ответ / Cavab

Aleykumusalam.

Həqiqi dostluq nədir ilk olaraq bunu bilək, bunu bildikdə dotluqda olan vəzifələrimizi anlayacağıq. Bax bu  vəzifələrə əməl etmək lazımdır.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Gunahkar Bende |

Salam Aleykum.. Meni Cox Narahat Edir bu hissler... Herden cetinliye duwenden Sebr Kasam Dawir,, Fikirlewiremki, Necun gelir insan buand dunyaya? Gunah qazanib cehenneme duwmekcun?? Onsuzda bu dunya bize zindandir. Bir xow gun uzu gormemiwem.Tay tuwlarima baxib hesed apariram. Deyirem goresen harda sehv edirem, harda pis emel ediremki men bunlardan mehrumam... Cox pis veziyyetdir haldir bu duwunce bilirem.. her defe sebr edirem.. Her defe bu bir cetinliydir. Bunnanda pis cetinliye duwe bilerdim diye fikirlewirem her halima wukur eden bir bendeyem.. Ancax uje sebr dozm qalmayib.. Namazlarimida gecikdirirem, Vaxtinda qalmiram.. Amma bilerekden olmur, Iwden eve gec gedirem ele gun olurki yorgunluxdan hecand el uzumude yumuram Caliwiram Qezami qilam... Mene bir meslehet verin Haci (((( Elimnnen geldiyi qederi ile, El uzadanin elin tuturam, Allahdan bunun qarwiligin isteyerek gunah edirem?( her yaxwi emelimin qarwisinda Allahdan istemek gunahdir?

Ответ / Cavab

Aleykumusalam.

Əziz oxucu, bizim problemimiz burdadır ki, bizə olunan yaxşılıqları görmürük, özümüzün etdiyimiz azca olan işlərin əvəzində özümüzü xususi imtiyaza laiq insan bilirik. Özümüzdən yuxarı baxıb həsəd aparmayaq, özümüzdən aşağı baxıb şükr edək. Bizdən çox çox ağır şəraitdə yaşayan insanlar var ətrafımızda. Həmçinin dunyani da düz tanıyaq. Dünya ləzzət və kef yeri deyil, dünya əziyyət və iztirablarla dolu imtahan yeridir. İmtahanda tələbəni rahat buraxmırlar, hey təziq altında sıxma boğmaya salaraq istedadını üzə çıxarırlar. Asanlıq və rahatlıq imtahan qurtarıb yaxşı qiymət aldıqdan sonra olur.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
IslamLover |

Salam. Yuxuda ilani oldurmey neyi bildirir?

Ответ / Cavab

Aleykumusalam.

Sadəcə yuxudur. Yuxulara çox fikir verməyin

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 4 Август, 2017
Eli |

Salam. Menim sevgilim var. Biz el ele tuturuq,qucaqlasiriq. Din`e gore bunlar gunah sayilir.Indi telebeyik universitet qurtarandan sonra evleneceyik.Men muveqeti nigah haqinda esitmisem. Biz isteyirik evlenene kimi muveqeti nigah baglayaq.Biryerde oxumusamki bu nigahi mollasizda ikimiz oz aramizda mueyen sozleri deyerek de bu nigahi baglaya bilerik. Sevgilim bunun ucun atasinin raziligini almalidi. Indi men oyrenmek isteyiremki biz bu cur muveqeti nigahi oz aramizda mollasiz baglaya bilerik? ve aramizda cinsi elaqe olmayacaq ona gore atasinin raziligi olmadan bu nigahi baglamaq mumkundur?

Ответ / Cavab

Aleykumusalam.

Etdiyiniz əməllər haramdır. Əgər munasibətlərinizi  ciddiləşdirmək, yəni evliliyə bağlamaq fikriniz varsa, elçi göndərib nişanlannın, bundan sonra qızın atasının razılığını alın və əqdə daxil olun, başqa yol axtarmayın, haramdır.

Allah sizə yar olsun

Задан: 4 Август, 2017 , Опубликовано: 3 Август, 2017
Guli |

Здравствуйте. Мне известно о пяти обязательных намазах, но в таблицах указывается 7 времен. Помогите, пожалуйста, разобраться. Спасибо.

Ответ / Cavab

Aleykumusalam.

Odin iz ukazannıx vremyon oznaçayet vosxod solnça- konça vremeni subh. Druqoye pokazıvayet vremya polunoçi.

Allah sizə yar olsun

Задан: 3 Август, 2017 , Опубликовано: 3 Август, 2017
Salam |

baton konfet haladi?

Ответ / Cavab

Aleykumusalam.

Tərkibində haram ya nəcis sayılan qatqı yoxdursa, halaldır.

Allah sizə yar olsun

Задан: 3 Август, 2017 , Опубликовано: 3 Август, 2017
aygun |

salam.. 1.Başı acıq veya qolu qısa köynekle destemaz almaq Qadınlar üçün gühnahdırmı?2. Yesin ölüler üçündür yoxsa yaşayanlar üçün? veya Ölü birsi üçün yesin oxumağın savabı veya günahı var mı? indiden teşekkürler Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Naməhrəm görmürsə, eybi yoxdur.

Quran dirilər üçündür. Ölülərə aid olan həmin surələrin oxunmasının savabıdır.

Allah sizə yar olsun

Задан: 3 Август, 2017 , Опубликовано: 3 Август, 2017
Salam |

biri eyer Qurandan nasi nes kimi tukezzibeni tukezziban kimi oxusa yeni e leri a kimi dese duz sayilir oxudugu? e kimi oxusa daha duz olmaz?

Ответ / Cavab

Aleykumusalam.

Uzun ə səslərini a kimi oxumaq Quranın mənasına təsir etməz.

Allah sizə yar olsun

Задан: 3 Август, 2017 , Опубликовано: 3 Август, 2017
Salam |

1)Niye gore Quranin icersindekiler hamisi eyni deyil?3)mes,menim Quranimda ayein axirinda qadagan veqf isaresi var ama ayri bir Quranda ele hemin ayenin axirinda hemin qadagan isareden yoxdur bunun sebebi nedir??3)bu halda nece oxumaq lazimdir o ayeni hansina uyqun

Ответ / Cavab

Aleykumusalam.

Vəqf işarələri Quranın oxunuş qaydasına görədir. Quranın tərkibi deyil. Muxtəlif qarelər var, və bəziləri ayrı ayrı qarelərin qiraətinə əsasən yazılır. Əlinizdəki Quran nədirsə, elə də oxuyun.

Allah sizə yar olsun

Задан: 3 Август, 2017 , Опубликовано: 3 Август, 2017
Страница 652 из 5746 << < 648 649 650 651 652 653 654 655 656 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com