Salam Aleykum çox üzür isteyirem teharet alandan sonra salfetkayla quruladım salfetkada azacıq qan gördüm ozümü yoxladım heçne görmedim bilmedim o qan hardandı heyz vaxtımdıda amma axşamdan beri heçne yoxdur namazları qıldım düz etmişem? Çox sağolun Allah sizden razı olsun.Amin
Ответ / Cavab
Aleykumusalam.
Düz etmisiz, əgər heyz başlasa namazlar dayandırılacaq.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
ya Allah |
Salam dukanda kordinator iwinde çaliwan birisine ele hemin dukanda iwleyen fehle mes, deseki sen muwterilere deyirsen mawin uduwlu kpon hervaxt olur burda ama hemin kpon burada hervaxt olmur bezen olur ama oranin muduru ya basqa iwcisi osozlerin eksine danissa bu iwci en cox hansina inanmalidi ??belkede birci deyen duz deyir
Ответ / Cavab
Aleykumusalam.
İşin sahibi kimdirə, onun sözlərini əsas götürün.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
vusal |
Salam Aleykum. Qebr azabindaki o agrini beden hiss edecekmi? Qebirde heweratlarin cesedi yeyendeki agrini hiss olunacagmi?
Ответ / Cavab
Aleykumusalam.
Bədən aqrı his etməz, inanın ruhu bunun aqrılarını duyacaq.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
Togrul |
Salam Hacı. Sizə bir sualım var. Türkiyə alimlərindən biri Mehmet Okuyan adlı şəxs Qur'ani-Kərim ayələri əsasında söhbətlər edir. O etibarlı şaxsdirmi? Yəni onun söhbətlərinə qulaq asmaq olar?
Ответ / Cavab
Aleykumusalam.
Azərbaycanda sizin öz ana dilinizdə danişan və sizə kifayət edə bləcək qədər olan mövzularda xətiblərimiz var və onların videoları var. Onlara baxın.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
xuraman |
Salam aleykum mənim üzərimde qul haqqi var men aile quracagim oglanin mene verdiyi pulla bu haqqi qaytara biləremmi? Özüm işləmirəm onceden teşekkür
Ответ / Cavab
Aleykumusalam.
Sizə hədiyyə edibsə, sizin mülkünüzdür, istədiyiniz yerə xərc edə bilərsiz.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
Salam |
1Qiyametin bir gunu elli min ile beraberdirse bizler o uzun bir surede ezemetli bir gunde neyleyecik nece dozecik? 2eyer biri nezr edirseki filan iwe girim filankese bu qeder pul verecem maasimda ve iwe girir nezrne emel edir.ve heminki wexs nezr verenden sonra deseki hemin nezr verdiyimi geri qaytar ve oda qaytarsa oz raziliqiynan mecburi olmadan bele duz sayilar?
Ответ / Cavab
Aleykumusalam.
1.Qiyamətin bir günü bəlkə bundan da artıqdır. Bu 50 min il o səbəbə deyilir ki, çox çox uzun olduğu bizə çatdırılsın. Dözməyə gəldikdə isə dözəcəyik. Orada bizdən asılı heçnə yoxdur. Ora Məhkəmədir.
2.Xeyr, düz deyil, nəzri geri ala bilməz.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
VEFA |
Salam. Men poyezle az.cana gelecem uc gun yol gelirem basqa basqa seherlerden kecirem.men orda cox qalmaycam en cox 3 hefte olacam.cox xais edirem aydinlig getrin men namazlarimi yolda 2 ruketmi qilacam? gedib bakida dusecem 3 gun orda qalib sonra semkire gedecem yeqinki bir 15 20 gunde orda qalarig. men bu yollar arasinda harda 4 ruket harda 2 ruket qilmaliyam namazlarimi?? Sistani aga zehmet olmasa Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Sizin yolda və Bakıda qılacağınız namazlar qəsrdir. Yəni 4 rükətliləri iki rükət şəklində qılacaqsız. Şəmkirdə 10 gündən artıq qaldığıız üçün, Ora yetişən kimi 10 gündən artıq qalacağınızı qərarlaşdıracaqsız və namazlarınız tam olacaq.
Geri qayıdanda da daimi yaşayış yerinizə yetişənə kimi namazlarınız qəsr olacaq.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
Gülsəfa |
Salam.Neye gore Allahi zikr ederken ozumuz oz sesimizi esidecek sekilde olmalidir ama cox da yukseye qalxmamalidir ?
Ответ / Cavab
Aleykumusalam.
Belə bir qadağa yoxdur, amma yaxşısı budur ki, Bunu elə şəkildə edək ki, kiməsə eşitdirməyək.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
Rza |
Salam Aleykum. Məndə bilirəm yengəlik adətdəndir. Mənim sualım bu məsələyə dinimiz necə yanaşır? Məsələn Sələfilər bunu dinimizə zidd adət görür (Sələfidən eşitmişəm).Bizim məzhəb bunu haram bilirmi yoxsa necə?
Ответ / Cavab
Aleykumusalam.
Bir şeyin haram olması üçün gərək şəriət bir dəlil gətirsin. Sələfilərin adətidir ki, xoşlarına gəlməyən hər şeyə dəlil subutsuz haram damğası vursunlar. Güdməklik haramdır, bu birmənalıdır. Amma kiminsə arxayınlıq üçün güdməklik olmadan, sadəcə işin sonunu gözləyib nəticəni əldə etmək istəyi vara, buna haram demək olmaz. Kimsə də bunu etmək istəmirsə, öz işidir. Adətləri icra etmək məcburi deyil.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
Ferid |
Salam. Iyyake yoxsa iyyeke duzgun telefuzdu? Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Uzun Ə səsi ilə demək daha düzgündür.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
Adim |
Salam eleykum. Bizim rayonda azani sizin tertib elediyiniz (rayonlara gore uzerine deqiqeler elave edilmekle)cedvele gore gec verilir. Olarmi ki rayondaki azani gozlemeden sizin azan vaxti ile namazimi basliyim? Cunki burda vaxtinda verilmir. Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Bizim azan Bakı vaxtı ilədir. Aylıq cədvəlin altında isə bölgələrə uyğun olaraq dəqiqə fərqləri göstərilib. Onlara riayət edərək cədvəldə verilən vaxt qıla bilərsiz.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
Bende |
salam aleykum ,zehmet deyilse deyerdiz men zigile(borodavka) gore mualice alacam in sha Allah,azot ile yandiracaqlar ,ve yandiranda xanim elimden tutmali olacaq ne edim men?..hele pis oluram bele weyler bawiva gelende
Ответ / Cavab
Aleykumusalam.
Əlinizdən tutmaın. Əgər bundan başqa yolu yoxdursa, əlinə əlcək geyinsin.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 8 Июль, 2017
Musa |
Salam/ 1)qadınlar namazda təkbir deyərkən əllərini qaldırmamalıdır bu doğurdan belədir? 2) ümumiyyətlə kişi ilə qadının namazında fərq var?
Ответ / Cavab
Aleykumusalam.
1.Sinəsinə qədər qaldırması kifayətdir.
2.Kişi ilə qadının namaz qılma qaydası arasında ancaq bəzi müstəhəbbi fərqlər var. Namazın səslənməsində isə qadın əək elə qıla ki, naməhrəm səsini eşitməyə.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2017 , Опубликовано: 7 Июль, 2017
Salam aleykum |
Qeyri muselman heyvani qibleye,bismillahla kesse yemek olar?Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, şəriətimiz buna icazə vermir.
Allah sizə yar olsun
Задан: 7 Июль, 2017 , Опубликовано: 7 Июль, 2017
Salam aleykum |
Mene ele gelir ki,insanlari dogma,yaxin eden qohumluq,millet,eyni qani dashimaq ve s...deyil,eyni eqideni,inanci,meqsedi dashimaqdir,Nuhun.e.oglu kafir oldu ve Onun ailesinden sayilmadi,Peygemberin en qati dushmenleri ele oz milletinden,qohumlarindan olanlar idi...Inanci ferqli olanlar ata,ogul bele olsalar,mene gore bir birine ozgedir,uzaqdir.Duz fikirleshirem? sag olun.
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düz düşünürsüz. Məsələn Qarabaq savaşında bizimlə çiyin çiyinə vuruşub həlak olan rus və qeyri millətlərin numayəndələrinə hörmət və ehtiramımız, vətənini satan adı azəri olanlardan çoxdur.
Allah sizə yar olsun
Задан: 7 Июль, 2017 , Опубликовано: 7 Июль, 2017
Salam |
bir insanin uzerinde choxlu qul haqqi varsa ve halal etmirlerse,bele insan mutleq cehenneme gedecek?axi,Allah qul haqqin bagiwlamir. Allah dogurdan bizim hesretle qayitmagimizi gozleyir? bu nece olur,axi Onun sevgisi emosianalliqdan uzaqdir,men bildiyim bu ferqli,bashga cur sevgidir.chox sag olun
Ответ / Cavab
Aleykumusalam.
Çalışıb halallıq alsın.
Bəli, bu həqiqətdir. Bu emossianal sevgi deyil, bu onun sərhədsiz rəhmətidir.
Allah sizə yar olsun
Задан: 7 Июль, 2017 , Опубликовано: 7 Июль, 2017
Zzz |
Salam tutagki birinin yoldasi ile evde sozu olur dava ediller. Qiz anasinin evine gelir sonra qiz gedir falciya qohumuynan qaynana qaynatanin dil agzin baglatdirirki buna yalvarsinlar eve gel. Falcilar yalancidir bu nece olur ora gedib gelenden sonra qaynatasi dogurdan da zeng vurub yalvarirki qayit evine? Biliremki haramdir gunahdir en pis isdir falcilar yalancidir ancag yaxinimin basina gelen hadisedir yalancidilr ama bece edirler dil agiz bagliyillarki o saniye insanin xasiyyetin davranisin deyisiller yalvarmaga baslayib? Tutagki kimse de bize bele ede biler men hansi dua sureleri oxumaliyamki onlrin mene tesiri olmasin?
Ответ / Cavab
Aleykumusalam.
Bunu onlar etmir. Yazıq ata oğlunun ailəsi dağılmasın deyə məcbur olub yalvarır. Onu bun məcbur edən gəlin utanmalıdır. İstər oğlan itərsə qız. Əgər bunların öz ata analarına hörmətləri varsa, bir birlərinin ata analarına hörmət etməlidirlər.
İstənilən pis əməllərin şərrindən xilas olub amanda qalmaq üçün Allaha həqiqi imanla sığının.
Allah sizə yar olsun
Задан: 7 Июль, 2017 , Опубликовано: 7 Июль, 2017
Adışirin |
Salam. 22 sentyabr meherremlik ayı girir 21 sentyabır toy etmek olar. Evvelceden minnetdaram size. ALLAH YAR VE YARDIMÇINIZ OLSUN.
Ответ / Cavab
Aleykumusalam.
ÇAlışın bu qədər yaxınlaşmayın, bir qədər tez edin.
Allah sizə yar olsun
Задан: 7 Июль, 2017 , Опубликовано: 7 Июль, 2017
Gülsəfa |
Salam.1)gun axsam namazindan sonra bitirmi? 2)menim rehmete getmis babamin sekili var ramkada boyudulmus halda ancaq divarda deyil ayrica bukulu durur.Sorusmaq istediyim odur ki hemin otaqda namaz qilmaq olar?
Ответ / Cavab
Aleykumusalam.
1. Gün əsrdən sonra bitmiş sayılar.
2.Qiblə tərəfdə deyilsə, eybi yoxdur.
Allah sizə yar olsun
Задан: 7 Июль, 2017 , Опубликовано: 7 Июль, 2017
Salamci |
Salam eleykum. Kisiler dizden asagi topugdan yuxari olan birici ile namaz qila biler? Bu halda namaz batil olmaz ki? Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Namaz batil deyil, lakin namada çalışıb gözəl geyinmək lazımdır.