Salam men bilmek isterdimki biz hansısa günahı etmekden çekinende de bize savab yazılır?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, savabdlr.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Aaaa |
https://youtu.be/AK1c_ZCUtKQ Haci bu daniwam qardaw kimdi? Haci Wahin kimi birisidir? Cox gozel daniwir Allah razi olsun ondan. Amin
Ответ / Cavab
Aleykumusalam.
Tanımırıq, bir məddah olması nəzərə gəlir.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Hövsan qəsəbəsi |
Salam aleykum hacı. Bu rubrikanı tez-tez oxuyuram. Sizin bir xanımın sualına cavab verərəkən dediyiniz sözlər məni ziddiyətə saldı. Bəlkə tələsib xəta etmisiniz. Siz dediniz ki, Allaha dua etmək, Allahdan qorxmaq, Ona yalvarmaq, ümid etmək Tövhid deyil. Sizcə onda Tövhid nədir? Çünki azacıq İslam dini haqqında anlayışı olan bilir ki, bütün sadalananlar Tövhidin tərkib hissəsidir.
Ответ / Cavab
Aleykumusalam.
Bunlar tovhid deyil yazmamışıq, bunları dildə şuar etmək tovhid deyil. Allaha cism verib tovhiddən danışmağın faydası olmadığını yazmışıq.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Cavid |
Salam aleykum men shie namazi qiliram . Heyat yoldasim namaza baslamaq isteyir ancaq sunni namazi qilmaq isteyir. Men sadece bilmek isteyirem men axiretde ne cavab verecem? Mene gunah deyilki ozum shie namazi qilim heyat yoldasim sunni namazi qilir. Xahis edirem deqiq yazardiniz zehmet olmasa . Evvelceden size tesekkur edirem.
Ответ / Cavab
Aleykumusalam.
İnsan namazı kfinə görə qılmamalıdır. Bir məktəbin haqq olduğunu yəqin etməli, və onun fiqhinə uyaraq namaz qılmaldır. Yoldaşınızın heç olmasa sünni fiqh məktəblərinin adlarıni belə bilirmi?
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Emil |
Salam alleykum.Sualım belədir:Içkili toy məclisində bir stol içkisiz düzülübsə , orda əyləşib toyda iştirak eləmək icazəlidir ya yox ? Əgər yox hansı dəlillərə əsasən göstərməyinizi xahiş edirəm . Allah Sizdən razı olsun .
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, həmin toyda iştirak qadağandır. Dəlil dedikdə nə axtarırız? Nə dəlil istəyirsiz. İçki olan məclisin haramlığı belə gizli məsələdir ki, dəlil gətirilsin?
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Xalid |
Haci mumkunse hemin saytin yukleme linkin atardizda zehmet olmasa tapa bilmedim
duzdur ki,behiştdə yemək və içmək instinktə görə deyildir,Quranda behs olunan huriler wehvet ucun deyil,bunlar namaz,oruc kimi insani Allaha yaxinlashdiracaq? sag olun
Ответ / Cavab
Aleykumusalam.
Tam olaraq belə deyil.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Elnur |
Salam bu gün deyilir İmam Mehdinin qeyb olunduğu gündür,yəni günü necə başa düşmək olar bu yaxşı mənada yozulur ya yox yəni gün necə qeyd olunmalıdır insan necə aparmalıfı özünü həmin gün onu bilmək istərdim təşəkkür edirəm,
Ответ / Cavab
Aleykumusalam.
Həzrətin kiçik qeybəti, yəni gölərdən gizlənməsi əziz atasının şəhadət gene oldu, böyük qeybəti isə onunla əmasda olan xususi naibərin sonuncusunun missiyasının Həzrət tərəfindən sona yetişdiyi gündür.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
islamic |
salam eleykum. Əlhəmdulilləh tələffüzü daha düzgündü yoxsa Əlhəmdulillah? i şəkilçisi artirilanda nəsə dəyişiklik olur? Allah koməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Hər ikisi düzdür, ikinci vriant daha düzgün ləhcədədir. İ səsi var, durdurda i səsi düşür.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Aaa |
Haci , bu iwid zibillerinin elediyi vehwilikler, baw kesmek,diri dirit insan yandirmaq ve.s, qadinlari usaqlari oldurmek, esir goturmek bunlar mene Kerbela musibetlerini xatirladir.(( Sizce men duz duwunurem? Duzu tam olduqu kimidir demirem Ehli beytimizle adi insanlar bir deyil elbetdeki amma azda olsa mene xatirladir . yezidle iwid oxwar weylerdi.
Ответ / Cavab
Aleykumusalam.
Düz düşünürsüz, eyni zehniyyətdir.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Xalid |
Haci internet ve play marketde vare amma ereb dilin bilmirem deye qorxuram ki sehv tercume olunan olar.mumkunse bir link seklinde gondere bilersiz Quran kitabin ?
Ответ / Cavab
Aleykumusalam.
Qurn ceferiler com yazın. Emblemi isə ortaı yaşıl.kənarları ağdır.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Rayyy |
salam evde tesbeh ve mohurum var Mescide Veqf ede bilerem? ve ya ehsan
Ответ / Cavab
Aleykumusalam.
Bəli, edə bilərsiz.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Bende |
men sadece bilmek isteyirem ki izahini bu meselenin. Madie suresi 5ci ayede ehli kitabin yedikleri bize halaldir buyurulub. Nece olur ki onlarin kesdiyi eti yemek olmaz? Allahdan bawqasinin adina kesilmir wertini de nezere alsaq.
Ответ / Cavab
Aleykumusalam.
Onların islami təzkiyəyə ehtiyacı olmayan yeməliləri bizə halaldır, məsələn çörək, kartof qızarması və air. Amma ət kimi təzkiyəsi vacib olan şeylər olmaz.
Allah sizə yar olsun
Задан: 5 Июль, 2017 , Опубликовано: 5 Июль, 2017
Salam |
Men oz halima chox uzulurem,tez tez ozumu nesihet edirem,olumu xatirlayiram,Quran oxuyuram,amma faydasi yoxdur,ancaq yemek,icmek,dunya fikrindeyem,bashga gunahlar var ki,yazmaq istemirem,qeza namazlarimi qilmaga bashladim amma istiler dushenden qilmiram,bilmirem ozumle ne edim,heqiqeten men nefsimle nece bash edeceyimi bilmirem.
Ответ / Cavab
Aleykumusalam.
Tənbəllik edirsiz. Özünüzlə vuruşmursuz, sadəcə öz özünüzlə deyinmək yetərli deyil. Qarşınıza bir məqsəd qoyub ona tərəf gedin. Sadəcə gündəlik namazlari belə qilmaqi belə özünüzə zor edə bilmirsiz. İbadətlərinizi mutləq şəkildə icra edin.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 4 Июль, 2017
Salam |
qebir ezabi cisme verilirse,o zaman qebirde ruh yeniden cisme qayidir?chunki,ruh olmasa cism ezabi hiss etmez.chox sag olun
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, yanında olur.
Əzabı cism hiss etmir, ruh hiss edəcək.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 4 Июль, 2017
Xalid |
Salam haci mene qurani kerimin elektron versiyasi lazimdir onu hardan tapa bilerem ve yaxud linkini vere bilersiz?
Ответ / Cavab
Aleykumusalam.
Pleymarketdə də var, internet portalarda da.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 4 Июль, 2017
Samirə Göyçay |
Salam hacı. Siz bir nəfərin sualına cavab verərkən dediniz ki, şiələri qınayanlar özləri şirkin içindədirlər. Mənim iş yoldaşım sələfidir və onların şirkini sübut etməyi söylədi. Nədə sələfilər şirk edir? Dedi ki, yalnız Allaha ibadət edirik, yalnız Allaha dua edirik, Ondan qorxuruq, Ona yalvarırıq, Ona ümid edirik, Ona təvəkkül edirik. Əqidə məsələsində şirklərini sübut edə bilərsiniz?
Ответ / Cavab
Aleykumusalam.
Ona deyin ki, bunu demək tovhid deyil. Onlar hədislərində aşkar şəkildə Allaha surət. saç üzün necəliyi kimi məsələlərə etiqad edirlər. Bütpərəstliyə batıb Allaha heykəl, şəkil, cism verirlər, tovhiddən danışırlr. Onlar dildə zahirdə bunun iddiasındadırlar. Əsli , daxili əqidələri çox çirkindir.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 4 Июль, 2017
1111 |
Salam hormetli Haci.1.Sac kraskasi dirmaga deyerse ve uzun muddet getmezse qusle mane deyil ki? 2.Imtahana geden zaman hansu duani oxumaq komek olar? Teshekkurler.
Ответ / Cavab
Aleykumusalam.
1.Bu dəstəmaza və qüslə mane deyil.
2.İmtahan duaarı var, internetdə də çoxdur. əvvəlki sualların cavab larında da yazmışdıq. Hər hansı birini oxusaz xeyri olar.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 4 Июль, 2017
Aaaa |
https://youtu.be/wiIAxCmLCsA Bu videoya baxin zehmet olmasa. Olsun men yerini duz bilmemiwem
Ответ / Cavab
Aleykumusalam.
Bu suriyada əməvi məscidinnin bir hissəsində olan yerdir ki, İmamın mubarək başı o daşın üzərinə qoyulmuşdu.
Deyirlər aşura günü həmin daş qızarır . Bunun şahidi olmamışıq.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 4 Июль, 2017
Aaaa |
Haci videoda baxdim, Imam Huseynin heremini gosterirdiler ve orada daw var idi hansiki Imamim bawini kesib ora qoymuwdular ve o dawdan qan axir , az az sizir qan ve tokulur. Nece esr kecmeyine baxmayaraq helede deyirler daw qan aglayir. Bu heqieten mocuzedimi? Ya insanlara bawa salmaq ucun o gecenin musibetinu deye bele edirler?