Salam əleykum Dünən ki sualla bağlı yazıram Əlimı kolbasaya vurmuşam yağlılığı əlimə keçib həmin kolbasa nə hicazdı nədə səba başqa kolbasadı ama yəqinliyim yoxdu ki tərkibində haram qatqı var bu halda əlim nəcisli sayılır ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən vəziyyətdə həmişə ehtiyata əməl edin və əlinizi yuyun.
Salam. Quran acdirma nedir? Cunki ele birileri var ki Quran acib o sureye uygun nese deyirler. Bu gunahdir? Istixarede men bileni iki cixilmaz yol arasinda qaldigda Allahdan istenilen bir iwaretdi,
Ответ / Cavab
Aleykumusalam.
İstixarə edilirsə, bu icazəlidir, hansısa fala baxma olursa, düzgün deyil.
Salam ruzinin artmasi ucun aiz hansi dua veya sureleri meslehet bilirsiz oxumagi? Onun xususi namazi beya duasi var? Turklerden Vaqie suresin oxumusdum
Ответ / Cavab
Aleykumusalam.
Allahummə in kanə rizqi fis-səmai fəənzilhu, və in kanə fil-ərzi fəəzhirhu, və in kanə bəidən fəqərribhu və in kanə qəribən fəatinihi, və in kanə qəd atəytənihi fəbarik li fihi, və cənnibni aleyhiyəl-məasiyə vər-rədiyyə
Salam, soruwmaq isteyirdim. Eger bir insanin qulagi ve s agriyirsa hansisa sure ve ya dua var ki, oxumaq olar? Varsa nece defe lazimdi oxumaq ve sadece oxumaq yoxsa oxuyub fulemek lazimdi? Ve eger fulemek lazim olsa misal ucun qulaq agriyirsa ve mumkun deyilse fulemek xahis edirem izah ederdiniz.
Salamaleykum. Tanış qadın var, əri 5 ildir rəhmətə gedib. Ərə getmək fikri yoxdur çünki övladı artıq yetkin yaşındadır. Siğə eləmək istəyir. Onun ilə siğə olmaq olarmı, və harada ?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, qadın ərininölüm iddəsini keçiribsə, istədiyi kəslə nigaha girməyə ixtiyar sahibidir.
Salam aleykum. Haci,sizden meslehet isteyirem. Menim qardawim hara gedirse qapilar uzune baglanir . Hara iwe duzelirse 6ay iwleyir idare baglanir. Hami soz verir iwe duzelmeye 10 yerden xeber gozleyir hami razilig edir amma iwe goturen yoxdur. Yolari baglanib ele bil . Allaha aciq getmesin wubhelendiyimiz adam var hansiki nese elleri eyridi, ne meslehet gorersiz? Anam atam men namaz ehliyik bize deyirler quran achdirin. O ne demekdi? Ne meslehet gorursuz?
Ответ / Cavab
Aleykumusalam.
Bu ölkədə yaşanan bir problemdir ki, çoxları bununla üz üzədir və bunu nəyəsə yozmaq, harasa yozmaq, lazım deyil. Baxıcılara gəldikdə isə, baxıcılar biləndirlərsə, öz başlarına gələni bilsinlər.
Salam aleykum.cənabət quslunan sora dəstəmaz haramdırsa dəstəmaza gərək varsa haram sayılar alsam yenə? birdə məni və məzi bunların fərqin necə bilmək olar?
Ответ / Cavab
Aleykumusalam.
Dəstəmaz lazım deyil, əgər dəstəmaz batil edən iş olubsa, dəstəmaz alınmalıdır.