Salam əleykum 1.zəhmət olmasa cavab verərsiniz belə bir vəziyyət düzdü.Əgər camaat namazında namaz əsnasında imamın halı pisləşsə özündən getsə bu zaman 1-ci cərgədə birinci və ikinci dayan şəxslər gəlib imamı aparmalı və imamın düz arxasında olan şəxs imamın yerinə keçməlidi namazı qaldığı yerdən davam etməlidi bu düzdü ? 2.camaat namazına ən maksimumu hansı rükətdə və hansı yerində qoşulmaq lazımdır ki namaz düz olsun, yəni namazı təzədən qılmağa ehtiyac olmasın Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
1.İmamın arxasında olanlardan biri bir az qabağa sürüşüb imamlıq vəzifəsini üzərinə götürəcək. Kiminə namazı buramaı məsələsi yoxdur.
Allahın salamı olsun size.Bir sual meni narahat edir.Gün erzinde ayrıca oturub zikr etmeye cox da boş vaxtımız olmursa ama her gün mütleq zikr etmek isteyirikse o halda meselen evde elimizde her hansı bir ev işi ile meşguluqsa hemin vaxt da dilimizle özümüzün eşide bildiyi sesle zikr etmek olarmı?yeni bu Allah terefinden qebul edilendirmi?bir sözle zikr edende sırf zikre göre ayrıca oturmaq vacibdirmi yoxsa işle meşgulken de etmek olarmı?
Haci men Imam Huseynin kinosuna baxirdim. Orada bele bir sehne var idiki. Doyuw vaxti azan olut ve imam Huseyn ve onun terefdawlari namaza gedirler ve bundan istifade eden yezidin( Allah ona lenet elesin) adamlari onlarin uzerine ox atirlae oldurmek ucun. Heqiqede bele wey olub? Namaz vaxti yeni bele iw gorubler Imamimiza qarwi?((((
Ответ / Cavab
Aleykumusalam.
Bəli, olub. Kərbəlada İmama və əhli beytinə qarşı bütün əllərindən gələn vəhşilik və cinayətləri ediblər.
Assalamu Aleykum, Haci! Bu duani duzelish apara bilersiz? (Hizr Peygemberin duasi) “Ya m(a)n la y(a)shg(a)luhu s(a)miun (a)n s(a)min ya m(a)n ya yug(a)lituhus sailun(a) v(a) ya m(a)n la yubrimuhu ilahul mulihhin(a) (a)zqini b(a)rd(a) (a)fvik(a) v(a) m(a)gfiratik(a) v(a) h(a)lav(a)t(a) r(a)h(a)etik(a)” Coh saqolun!
Ответ / Cavab
Aleykumusalam.
Ya mən la yəşğəluhu səmun ən səm". Ya mən la yuğalituhu sualun ən sual. Və ya mən yubrimuhu ilhahul mulihhin. Əzqini bərdə əffik. və məğfirətik və hələvatə rəhmətik.
Salam Hacı. Üzr istəyirəm sizdən suala görə. AMma ki. şəhvət məni çox narahat edir. Nəfsimi boğa bilmirəm. NAmazlarda belə məni rahat buraxmır. Bİr dəfə sizə müvəqqəti izdivac barədə sual vermişdim. Siz demişdiniz ki. şərait yaransa edə bilərəm. Bəs özüm axtarsam necə? Günah deyil ki, özüm axtaram? Allah yanında istəmirəm şəhvət düşkünü olam? Bir yol göstərərdiniz zəhmət deyilsə.....
Ответ / Cavab
Aleykumusalam.
Axtara bilərsiz. Şəhvət düşkünü olmaq istəmirsizsə, olmayın. Bu barədə çox düşünməyin.
salam olsun size,Allah qorusn sizi deye bilersiz 1)men eger qrantdan israf olmasin diye bir stekana yada qaba suyu yigib destemaz ala bilerem? birinci qabdan yada stekandan suyu sag elime tokum sonra solu sagi yuyum yoxsa her ikisini birden tokub yumaliyam? Ayatollah Sistani
Salam/ Bir dostum var supermarketdə kassir işləmək istəyir.Supermarketdə halal və haram mallar hamısı kassadan keçir məsələn Araq və donuz əti kolbasa və s.bu halda kassir işləmək olar?
Ответ / Cavab
Aleykumusalam.
Haram içkilərin və yeməlilərin işinə qatışmaq haramdır.
Assalamu aleykum.1)İmam Eli (eleyhissalam) xelifelere biat edir ?edirse niye?Imam Eli(eleyhissalam) haqqsizliq qarshisinda nece susa bilir?Deyek ki sebr edir bes Peyqamberimizin sozunun hece sayilmasini nece qebul edir?2)Doqurdanda eger kimlərsə Fatimeyi Zehra(eleyhasalamin) evladini itirmesine sebeb idise ,bele bir sheyin qarshisinda nece susmaq olar?nece heyat yoldasinin en esas Peyqamber evladinin incinmesine goz yumur?Men cox boyuk bir shekke dushmusem here bir soz deyir her menbe bir shey yazir.gunah ediremse Allah meni baqisglasin meni dogru yola yoneltsin,butun emellerimin sehf olduqunu dushunurem.Ureyim bir shey deyir aqlim bir.baqishlayin sizi yorduqum ucun.ayri bilib oyreneceyim yerim yoxdu.Allahin rehmeti her iki dunyada sizinle olsun.
Ответ / Cavab
Aleykumusalam.
Beyət olmayıb. Həzrətin etdiklərini sadəcə nəə oxumaqla anlamaq olmaz. İnsanları elə bu çətin məsələləri düşünməyə qoymadan sadəcə çaşdırıcı suallar verməklə azdırırlar. Filan şey necə ola bilər, filan məsələ necə baş verə bilər və sair. Tarixi insanların hamısı dəqiq mutaliə edə bilmədiyindən istifadə edilir.
Peyğəmbərin vəfatı öncəsi gəlişimləri bilmək lazımdır. Üsamənin qoşununun hazırlanması, kimlərin həmin qoşuna daxil edilməsi və kimlərin həmin qoşundan qaçıb gecə ikən mədinəyə qayıtmaları. Peyğəmbərimizin bundan xəbər tutaraq Üsamənin qoşunundan qaçmağı küfr ilə bərabər etməsi. Buna fikir verməyib yenə qaçmaların olması və bu qaçanların kimlər olması. Peyğəmbər dünyadan gedən kimi onun kəfən və dəfn işləri buraxılaraq ənsar, muhacirlərin özlərindən xəlifə seçkilərinə qapanmaları, hamının İmama arxa çevirmələri, Həzrətə arxa durmağa 10 nəfərin belə tapılmaması, Düşmənlərin bu hadisələrdən istifadə etmək istəyi, Qarşıdurma yaradaraq sonra hucum edib İslamın kökünü kəsmək kimi hazırlanmış tədbirlərin işə düşmə təhlükəsi və bunlardan artıq hadiələrin üzbəüzündə olan Əhli beyt haqqın qalnmasına fədakarlıq edirlər.
Bunları nəzərə almadan elə sadəcə imam filana necə dözdü deməklə adam çaşar. Aya bu və digər bəlalar İslamı sarıyacaqsa haqq əhli özünü qorumalıdır, ya haqqı?.
İmam Əli barədə belə şübhələri atan, Kərbəla üçün də deyirlər ki, İmam Niyə xanım Zeynəbin əsir düşüb təhqir və əziyytələrə düçar olmasına razı oldu və sair.
Salam aleykum,esgerlikde bezi yerlerde namaz qilmaga icaze vermiller,bele olan halda namazdari nece qilmaliyig?uzana uzana namaz qilmag olar bele halda? ve yaxud ayag uste? ruku ve secdeleride tesevvurumuze getiririk? ya nece? eger bele veziyetde namaz qilmag olarsa onlarin qezasini sonradan yerine yetirmek lazimdir ya yox?
Ответ / Cavab
Aleykumusalam.
Ayaq üstə üzü qibləyə tərəf durub işarə ilə qıla bilərsiz.
Ruku və səcdələri işarə ilə edəcəksiz. məsələn ruku üçün gözlərinizi yumacaqsız, səcdə üçün başınızı əyəsəksiz, ya əksinə.
salam.namaz qilarken qabagimizda adam,guzgu kimi weyler olarsa tesbehi xetkew kimi qoyduqda o kesir?ehli sunne ve ehli wie ikisininde fikri maraqlidir 2.selli di yoxsa salli? 3.resuluh yoxsa rasuluh?
Ответ / Cavab
Aleykumusalam.
1.Bəli, bunu misali bir sərhədd qəbul edirsiz. amma güzgü olmasın.
Salam,1-ci sualım - Bilmək istəyirdim bu dua düzgün yazılıb və bilmək istəyirdim bu duanı oxuyub füləmək lazımdı ağrıyan yerə?. Əvvəlcədən təşəkkürlər. XƏSTƏLİYİN ARADAN QALDIRILMASI ÜÇÜN DUA. Bismillahir-rəhmanir-rəhim. Ya mən ismihi dəva. Və zikruhu şifa. Ya mən yəç'əluş-şəfaə fima yəşau minəl əşya. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəc'əl şifai min hazəd-dai fismikə haza ya Əllahu,ya Əllahu,ya Əllahu,ya Əllahu,ya Əllahu,ya Əllahu,ya Əllahu,ya Əllahu,ya Əllahu,ya Əllah.Ya Rəbbi,ya Rəbbi,ya Rəbbi,ya Rəbbi,ya Rəbbi,ya Rəbbi,ya Rəbbi,ya Rəbbi,ya Rəbbi,ya Rəbb.Ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin,ya Ərhəmər-Rahimin. 2ci sualım isə hansı sürə və ya duaları insanın qulağı və ya xəstələnən zaman oxumaq olar? Təşəkkü
Ответ / Cavab
Aleykumusalam.
1.İstədiyiniz kimi edə bilərsiz.
2.Şəfa duaları kitabını əldə edin, orada hamısı yazılıb.
Ayri ayri qiliram namazlari. Wam 3 ruketdi xiften 4 . Sadece namazin adimi soruwurdum sizdenki men iwa ve megrib yox, wam ve xiften deyirem. Icazelidi?
Ответ / Cavab
Aleykumusalam.
Adlarında probıem yoxdur. Şam da deyə bilərsiz, məqrib də. İşa da deyə bilərsiz. xiftən də.