Salam Eleykum 1-c sualim odur ki mama ureyinde problem olduguna gore mualice alirdi nece vaxtdi oruclugun ilk gununden tutdu hec 1 narahatciligi yox idi wukur ama bugun seher saat 7-de titretdi tezyiqini olcdumki yuksekdi yuksek tezyiqden mualice alirdi mecbur olub tezyiq dermani verdim orucu pozuldu bildiime gore zohr azanina qeder uzurlu sebebden pozularsa oruc keffare gelmir gune gun qeza hesablanir bes bu halda mamanin boynuna keffare gelir ya gune gun hesablanacaq ve inden sonraki gunleri tutmasa onda nece olacaq keffare gelecek ya qeza edib sehheti duzeldikden sonra tutmalidi?2-ci sualim odur ki kecen defe sorusdum ama basa dusmedim deqiq yeniden soruwuram onagore iqamedeki selah sozunun hansinin sonlugu t herfi ile hansinin sonlugu h herfi bitir xaiw edirem etrafli yazasiz onceden sagolun Allah razi olsun sizden
Ответ / Cavab
Aleykumussalam
1. Əgər oruc olma onun xəstəliyini şiddətləndirərsə, orucu tutmayacaq. sonra qəza edər. Əgər dərman içməklə kifayətlənmə olursa, ondan artıq orucu pozan bir şey edilməsin ki, kəffarə də gələr. Ağrı və problemləri iynə vurmaqla həll edə bilirsizsə, elə də edin, bu halda orucunuz pozulmayacaq.
2. iki cümlə deyilir. bunlar ardıcıl birləşdirilərək oxunanda birincinin sonu Səlati kimi oxunacaq və ikinci H ilə bitəcək. Hər iki cümlənin sonunda dayanılarsa, ikisinin də sonu h ilə bitəcək.
Salam Haci. Qedr gecesinde heyzli halda basa kitab qoymaq olar? 2.Demisdiz agriyan yere sag eli qoyub 7 defe Fatihe oxuyun,kecmese 70 defe. 70 defe de oxuyanda sag el agriyan yerin uzerinde olmalidir? Cox sag olun.
Ответ / Cavab
Aleykumussalam
1.Açıq halda qoymayın ki, yazısı bıədəninizə toxunmasın.
Salam.Etir ya da rexona vurulan otaqdan kecerken qoxuyla beraber agizda qeribe dad hiss olunur hemin dad orucu batil edirmi ? 2)o an tupursem bele yene de nese dad hiss olunur goren bu hal orucu pozurmu? ne qeder calissam da bu veziyyetden qacmag olmur cunki hardasa butun insanlar etirden istifade edir ve butun tund iyli etirlerde bu hal bas verir . xaiw edirem sualimi cavablandirin bu mene vacib lazimdir . evvelceden tewekkur edirem
Ответ / Cavab
Aleykumussalam
Əgər boğaza bir şey daxil olub udulmursa, oruc pozulmaz.
Salam Haci.1.Heyzli halda mucir duasi,covsen kebir duasi oxumaq, Xanim Fatimeyi Zehranin zikrini demek,Allahin adlarini zikr etmek olarmi? 2.Iftar zamani ki deyirler qebul olar,bilmek isteyirem ki, oz niyyetlerimizi,isteklerimizi iftar duasini oxuduqdan sonra demeliyik,yoxsa isteklerimizi dile getirib sonra iftar duasini oxumaliyiq? Cox sag olun.
Ответ / Cavab
Aleykumussalam
1.Yazılışa toxunmadan istədiyiniz qədər dua və zikr edə bilərsiz.
Salam aleykum . Size bir sualim olacaq eger toyuq kesilir qible ile kesilir amma unutqanliq ucbatindan busmillah yaddan cixir amma kesilen kimi toyuq olmemis deyilir bu halda o toyugu yemek olarmu ?
Haci Salam. Bir dostum var niyyet edende Ramazan ayinin filan gununun orucunu tuturam niyyeti edir her defe. Bugun amma niyyet etmeyib orucu tutmayib. Cunki sefere cixir dostu ile gorusub kinoya gedirler. Bu halda bu adama tekce qeza vacibdir yoxsa keffare de gelir?
Ответ / Cavab
Aleykumussalam
Əgər həqiqətən də uzaq səfərə gedibsə, ancaq qəza edəcək, yox belə deyilsə. kəffarə də verəcək.
Salam Aleykum. 2 sualım vardır 1. Resulallah demişdir: “Dan yeri ağarana yaxın sahur edin!" Ancaq bu il resmi olaraq Qafqazİslamin teqviminde sahur vaxti 03:09 ve o erefelerdedir. Ancaq defelerle musahide etmişik, bu vaxtdan xeyli müddet sonra dan yeri ağarır. Özuzde baxsaz görersiz ki, gösteriıen vaxtdan teqriben 1 saat ve daha çox müddetde dan yeri ağarır. İndi hansi dogrudur? Saytda gosterilen resmi vaxtla Resulallahin dediyiyle zidd olur axı. 2.Ve mende mehz orucumu bele vaxti baglayiram. Resmi gösterilen vaxtda yox, dan yeri agara yaxın. Menim oruclarim keçerlidirmi?
Ответ / Cavab
Aleykumussalam
1.Dan yeri ağarması sübh azanı vaxtıdır, havanın içıqlanması deyil.
2.Sübh azanından sonra bir şey yeyirsizsə. oruclar batil olar. Siz kimi vətəndaşların işini asanlaşdırmaq üçün həm hədislərdən xəbəri olan, hən üfüqü, gün çıxma və batmanın hökmlərini bilən mütəxəssislər bu cəıdvəlləri tərtib ediblər. Sizin də vəzifəniz budur ki. həmin cədvəllərə uyasız. Allah sizə yar olsun
salam men oruc tuturam ele olduki men dunen astrxana gelmeli oldum ve oruc tutmadim bir gun (bu tutmadigim bir gun oruc qeza oldu?birde burda namazimi Baki namaz vaxtiyla qilim ya nece?? hal hazisda burda yene orucam
Ответ / Cavab
Aleykumussalam
Bəli, həmin günü qəza edəcəksiz və oruclarınızı qaldığınız yerin üfüqünə əsasən tutacaqsız.
Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.
Salam Ələykum 1)sübh namazının vaxtı günəş görünəndə (bir hissəsi) çıxana kimidir yoxsa tam çıxanda bitir? 2) Dini kəbinim olan nişanlımın şəkilinə ehtirasla baxmaq haramdır?
Ответ / Cavab
Aleykumussalam
1. Bunu siz ölçə bilməzsiz, bu səbəbdən namaz cədvəllərində həmin zaman qoyulub.
Salam aleykum bizə bir neçə sualım olacağdı 1)Nəzər üçün hansı dua oxunsa və yaxut yazılsa yaxşıdı 2)Ruzi duasını bilmirəm hansı duanı oxuyum?3.birdə əgər bir oğlanın 35 yaşı varsa amma evlənmək istəmir anasıda çox fijir edir deyir heç kimidə sevmir evlənməyəcəm bunun üçün nə etmək olar?böyüklər danışıb onunla ailəsi onunla dost kimidir heç vaxt üstünə getmirlər amma yaşıda keçir deyir heç bir problemim yoxdu amma evlənmək istımirəm məsləhət verərdiz Allah sizdən razı olsun
Ответ / Cavab
Aleykumusalam.
1.Qələm surəsinin son iki ayəsi.
2.İstək duaları kitabı var, orada hamısı yazılıb.
3.Onun bir problemi var. Onun problemini öyrənsinlə, problemim yoxdur deməinə inanmayın.
Salam tutagki 2 insan bir birin sevib evlenmek isteyir sonra aralarinda nese olur onlardan biri terk edir bele demek duzgundur qismetin olsaydi terk etsen bele o getmezdi elcekmezdi? Qismet onu geri qaytarardi? Yoxsa insanin oz secimidir? Birde bele sualim var eger kimse heyatimiza girirse bu tesadufdsn deil nese oyretmek ucun heyatimiza girir? Sonra qismet deyilse de vaxti bitende gedir?
Ответ / Cavab
Aleykumusalam.
Qismətimizi özümüz seçirik. Biz zor altında deyilik, azad seçimli həyat yaşayırıq.