Страница 734 из 5746 << < 730 731 732 733 734 735 736 737 738 > >>
Zaur |

Assalam Aleykum. Oruc bayrami ayin necesi cixir? 10 dene yere baxmiwam ve heresinde bir wey yazilib.Zehmet olmasa deqiq vaxti deyerdiz. Cox sagolun Salam aleykum ...

Ответ / Cavab

Aleykumusalam.
Nəzərə gələn budur ki, ayın 26 sı bayram olacaq. Bu məsələ təzə ayın çıxması ilə bağlı bir gün dəyişə bilər.
Allah sizə yar olsun
Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Zehra |

Salam. Dekabrda Quran tapsirmisdilar mene oz ozume dedimki oxuyum Quran pulundan filan qeder bir xeste usaq elani gormsdum fb.de ojun bamk hesabina yolluyaram. Nese yoldasima verdim pulu gah yadindan cixdi gah ede bilmedi kecen aya kimi etmedi mende daha xercledim pulu. Dusunuremki goresen Allah mene qismet etmedi o emeli? Ve boynumda nese varmi?

Ответ / Cavab

Aleykumusalam.
Əgər sadəcə qəsd etmişdinizsə, keçib. Əgər nəzr etmişdinizsə, gərək icra edəsiz.
Allah sizə yar olsun
Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Nermin |

Salam Aleykum.Men ele bilirdim 40 gun sonra qusul verib namazlara baslamaliyam.Qeza elemeliyem o gunleri.10 gunen sonrada bulanliq nese olur azda olsa onun namazlara tesiri olmuyacaqki herdefe yuyunub qila bilecem.

Ответ / Cavab

Aleykumusalam.
Bəli, buraxılan günlər qəza olunmalıdır.
Gələn qan deyilsə, və ya daxili yara qanıdırsa, heç bir problemi yoxdur, namaz qabağı paklanıb namazlarınızı qılacaqsız.
Allah sizə yar olsun
Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
... |

Salam haci.Belke mene guleceksiz,ama inanin hec kime deye bilmirem.Mene dini bilen birinjn cavabi maraqidi,neinki dunyaperest insanlarin.Haci,men nisanliyam ama sevmirem.Internetde,etrafimda niwanli, subay qizlara baxiram nece sevirler,mende sevgiden cit yok.Men cunki meni Allaha yaxinlawdiran insan isteyirdim,namaz ehli olmayanla aile qurmayacagima soz vermiwdim.Veziyyet ele geturdi ki mecbur oldum razilawmaga.Inanin subayken daha imanli,daha Allaha yaxinligim vardi,neinki nisanli halda.Duzdu namaz qilmasa da aile terbiyesi,exlaqi,en esasi sebri yuksek seviyyededir.Ama onunla danishmaq mene zovq vermir,deyirem yazma mene.Sebeb demirem,sadece sixiliram,ruhi qidaya ehtiyacim var kimi hiss edirem ozumu.Her il Ramazan ayini nece cowquyla kecirerdim,bu il hech bir ibadetimden zovq almiram.Bu da ruhu qidanin az olmasindan ireli gelir.

Ответ / Cavab

Aleykumusalam.
Sizi anladıq, amma bir qədər də məsələyə başqa bir yöndən baxaq. Həmişə kişi qadınını ALlaha tərəf dartıb aparmır, bəzən bu  vəzifə qadının boynuna düşür və o kişisini Allaha tərəf dartıb aparmalıdır. Düşünürük ki, sizin də boynunuza bu vəzifə düşüb və bunun savabı da çox böyükdür. Qeyd edirsiz ki, çox əxlaqlı və səbrli insandır. Bu özü böyük nemətdir.
Allah sizə yar olsun
Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Zehra |

Salam. 1. Qeza namazlarimda subhum digerlerinden coxdu olarmi iki subh bir zohr bir esr bir sam bir xiften bele qilim? 2. Belgem gelende biraz zorluyuramsa onu cole ata bilirem bu agiz bosluguna gelmis demekdir? 3. Azandada iqamedede iki defe Muhemmeden Rasulallah var. Umimilikde 4 defe sellellahu eleyhi... Demek yaxsidir iki defe kifayetdir?

Ответ / Cavab

Aleykumusalam.
1.Gündəlik ardıcıllıqla qılın, sonda sübhləri qəza edərsiz.
2.Ağız boşluğuna gəlmə odur ki, ağız boşluğuna daxil olsun
3.Hər dəfə eşitdikdə ya dedikdə bunu təkraralamaq yaxşıdır.
Allah sizə yar olsun
Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Ilkkn |

Salam Eloykume , xais edirem cavablandirardiz, men xarici olkede bir weherdeyem(poltava) qardawim bawqa weherde (xarkovdadi) o olkeni cixanda problemleri oldu ve cixa bilmedi onu orda saxlasalar o orda tekdi , men oruclu halda onun yanina gede bilerem, menim burda ureyim rahat olmaZ eger onu orda saxlasalar , mesafe 100 kilometer 'e yaxin olar 2 saatlig yoldu, xais edirem mene bu iwim olan terefini deyerdiz men ne edim

Ответ / Cavab

Aleykumusalam.
Qeyd edilən yerə getməyiniz səfər sayılar və bu orucunuu pozacaq. Əgər zöhr azanından onra yaşadığınız yerdən çıxsaz, o zaman həmin günün orucunu sona kimi tutacaqsız. Getdiyini yerdə 10 gün ya artıq qalsaz, orada da oruc tuta biləcəksi.
Allah sizə yar olsun
Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
!!!! |

Salam eger bir insan ehtiraslanarsa amma hec bir daxil olma olmayibsa lakin oz ozune bosalma hiss ederse onun orucu batil olurmu? Qusl vacibdirmi ona?

Ответ / Cavab

Aleykumusalam.

Əgər bu yuxuda olubsa, oruca təsir etmir. Əgər insan bir şeylər barədə düşünə və bu baş verə, ya insan öz halalı ilə mazaqlaşa və bu baş verə. Bu hallarda əgər boşalma olacağını bilmirdisə, orucu düzdür. Əgər bunun sonu boşalma olacaqını bilirdisə və buna baxmayaraq davam edilibsə, oruc pozular.

Qüslə gəldikdə isə boşalma olsa qüsl vacib olacaq

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Abdullah |

salam olsun size birde zehmt deyilse deyediz 1)qedr gecesi balaca Quran olmasa bele , cerekeni bawinin ustunde qoymaq olar yada quran suresini? Ayatollah sistani

Ответ / Cavab

Aleykumusalam.

Bəli, edə bilərsiz, hətta bir kiçik surə yazılmış vərəqi də qoya bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Ceyhun |

Salam Eleykum.Men bilmek isteyirdim imsak ve iftar arasinda zaman ferqi coxdursa,misal ucun 20-21 ve daha artiq,bele oldugu halda orucu yaxin muselman olkesi vaxtile tutmaq olar?Eger olmazsa. men oldugunu bilib oruc tutmuwamsa hemin oruc batil sayilir?Xahiw edirem etrafli cavab vererdiniz ve evvelceden tewekkur edirem!

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, elə həmin öz vaxtı ilə tutulacaq. Öz yerinin vaxtıyla oruc olmamısızsa, şamdan əvvəl iftar açılıb və sübhdən sonra yemək yeyilibsə, həmin günlər qəza edilsin.

 

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Meryem |

Salam Aleykum. Men size teravih namazi ile bagli sual vermisdim xahis edirem cavablandirasiz

Ответ / Cavab

Aleykumusalam.

Bu barədə olan suallara Ramazan ayının əvvəlindən dəfələrlə cvab vermişik. Bizim  fiqhdə belə namaz yoxumuzdur.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Abdullah |

salam aleykum bagiwdiyiz narahat edirem 1)mesumlarin weklini,uzunu numayish etmek haram deyil ? arifler bu barede ne deyirler?

Ответ / Cavab

Aleykumusalam.

Onların üzlərini təsvir etmək olmaz. Heç kim iddia edə bilməz ki, filan şəkil filan məsumundur.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2017 , Опубликовано: 11 Июнь, 2017
Ramazan |

Telebeyem imtahanlara gedende oructutmaqla bagli yazmiwdim, axi eger bir yere davamli gedilirse bu sefer sayilmaz cunki men oxuyuram, bes men imtahana gedende tutdugum oruclar nece olur sayilmir? Onda tutmuyum tekce qezalarini tutaram? Tesekkur edirem

Ответ / Cavab

Aleykumusalam.

Hörmətli oxucu. İş ayrı şeydir, dərs oxumaq iş sayılmaz.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
emil |

salam. mən iran istehsalı olan delester alıram. təzə bildimki o bugdadan hazırlanır, yani alkoqolsuz pivədi. onu içmək olar? evvəlcədən çox sağolun, Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

O pivə deyil, pivə nəcis və haramdır, o isə sadəcə limonaddır.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
sefadeniz |

salam Deyilene gore cadu var yeni şeytan emelidir.. Herkes bir insan başqa bir insana cadu etse ona zereri toxunar deyir Mende: 'Allah istemese bir insan başqa bir insana zerer vere bilmez deyirem' Yeni qısaca Cadu eden şexs Allahdan üstün Deyil ki Allahın yarattına zerer versin' Deyirem. Men doğru fikirdeyem ya yox ??? Nolar cavab yazardız sağolun

Ответ / Cavab

Aleykumusalam.

Bir azca düzəliş edək. Hər hansı bəndə həqiqi şəkildə ALlahına sığınarsa, ona heç bir  pis qüvvələr güc gələ bilməz.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
Salam |

lenkeranda azani tez verir,men iftari sizin cedvelle aciram,ustune 3 deqiqe gelirem,amma mescide gordum ki,insanlar 7,8deqiqe daha gozleyirler,mende wubhe qaldi,siz cedvele zemanet verirsiz? sag olun

Ответ / Cavab

Aleykumusalam.

Bizim cədvələ əsasən gedirsizsə, oruclarınız düzdür. Əlbətdə bölgə üzrə əlavə dəqiqələri üzərinə qoymaqla.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
Nermin |

Salam.Men yeni Ana olmusam.Hansi qusulleri vermeliyem.40 kecib bulanliq sari gelir.Namazlarimi ne vaxtdan qilmaliyam.

Ответ / Cavab

Aleykumusalam.

Uşağın ilk hissəsi çölə gələn zaandan qadından 10 gün muddətinə nifas qanı gələr. Bundan pak olandan sonra nifas qüslü alacaq.

Bundan sonra namazlara başlayacaqsız.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
NARA |

Salam, bilmek isteyirdim eger zohr azanina qeder rayona yola duwecem onda orucum duzdu

Ответ / Cavab

Aleykumusalam.

Yaşadığınız yerdən zöhr azanından qabaq çıxsaz, orucunuz pozular.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
Melek |

Salam.Axşaminiz xeyir.Çox sağolun sualimi cavablandirdiğinizçün.Menim 1 sualimda vardı.Bu gün zöhr namazını esr namazinin vaxtina yaxin qildim,daha doğrusu esr namazi zamani.17:54*de esr namazini qilmaliydim sehv etmiremse,17:54*de men zöhr namazini qildim,lakin qeza niyyetiyle yox adice zöhr namazi qilmağı niyyetiyle qıldım .Daha sonra ise ardinca esr namazini qıldım.Sualim budurki men zöhr namazini düzgün şekilde qezasizmi qıldım.Yoxsa boynuma qezamı yazildi?!

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən namaz düzdür.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
Emin muel |

AssalamuAleykum Qardash kvas ichmek icazelidi? ola bilerki kvasin terkibinde spirt olsun? Birde insan spirtsiz ichkileri icherse olabilerki orda 1 faizspirt olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər tərkibində spirt varsa, olmaz.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
vuqar |

salam axwaminiz xeyir olsun.namaz qiliram kalpasa sasiske yemek olar usdunde 1000berekt halal yazilan

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, qeyd edilən şirkətin malının halallığı isbat olmayıb.

Allah sizə yar olsun

Задан: 10 Июнь, 2017 , Опубликовано: 10 Июнь, 2017
Страница 734 из 5746 << < 730 731 732 733 734 735 736 737 738 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com