Salam xais edirem cavab verin kapron corab kimi bildiyimiz su keçirən corab ayaqda olmaqla mesh çekmek olarmı? Mümkünse ətraflı cavab verin
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, ayaqda heç nə olmamalıdır. Əl bir başa dəriyə çəkilməlidir.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
Arzu |
Salam. Uzr isteyirem namaz qilarken ozumden maye geldiyin hiss etdim ancaq namaza davam etdim qutardiqdan sonda baxdim hecne yoxidi namazi yeniden qilmaliyan?
Ответ / Cavab
Aleykumusalam.
Heçnə gəlməyibsə, heç bir məsələsi də yoxdur.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
anar |
salam RAMAZAN ayi ne vax daxil olur
Ответ / Cavab
Aleykumusalam.
İnşaALlah ayın 27 sinə gözlənilir.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
Nur |
Salam.Burunu emeliyyat etdirmek gunahdir?Ele bil evvelden olmusam emeliyyat sonra pesman olmusam,zaten de eyilib kenarlari pia gundedir.Indi isteyirem kenarlarina estetik tikis atdirim cunki cox seliqesizdi ve kesik gorunur.Onu etdirende biraz yihdirmag isteyirem.Istemek deyendeki gunahdisa lazim deyil
Ответ / Cavab
Aleykumusalam.
Haram baxma və haram toxunma olmamaq şərtiylə edə bilərsiz.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
Lalə |
Salam.Nışanlınlımla heç bir işimiz düz getmir. Ailə qurmamağımız üçün hərşey olur. Elə bil cadu olunub. Bunun üçün nə edə bilərəm. Hansı duanı oxumaq məsləhət bilərdiz?
Ответ / Cavab
Aleykumusalam.
Cadu filan olmayıb, belə ziyanlı və lazımsız fikirləri zehninizə salmayın. Həyatda müəyyən problemlər olur. İnşaAllah onları keçmək lazımdır. Ən gözəl dua ayətəl kursidir.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
beren |
Salam Ramazanda oruc tutan şəxs yoldaşı ilə əlaqədə olarsa səhər oruc tuta bilərmi?
Ответ / Cavab
Aleykumusalam.
Orc tutan şəxs Ramazan ayının axşamları iftardan sonra halalı ilə əlaqədə ola bilər , amma sübh azanına kimi mütləq qüsl verməlidir.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
anonim |
salam Dinimizde abort gunahdirmi,
Ответ / Cavab
Aleykumusalam.
Abort dediyiniz uşaq qətlidir. Uşaq öldürmək sizcə halal ola bilər.?
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
gulnara |
Salam.Sualıma görə üzr istəyirəm.Qadınnan ağ maye gəlirsə,amma boşalma olmur, namaz qılmaq üçün qüsl almalıdı?
Ответ / Cavab
Aleykumusalam.
Əgər boşalma olmayıbsa, qüsl vacib olmaz.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
leyla |
Salam.dunen sam namazini qilanda iqameni dedim sonra niyyet dedim amma hemd sureni demek tamam yadimnan cixib rukuya getdim amma sonra tez yadima dusduki hemd sureni dememisem durdum tezden niyyet edib namaza tezden basladim.duzdur namaz?
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən hald namaza davam etmək lazım idi və namazınız düz olacaqdı.
Namazı yenidən başlamısızsa, boynunuzda bir vəzifə qalmayıb.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
Aybeniz |
Salam Aleykum. Menim size bir nece sualim var.. Men 2 il evvel Ehli Sunna Namazi Qilirdim. Sonra Dayandirdim. Qilmadim. MEN YENIDEN BAWLAMAQ ISTEYIREM ALLAHIN IZNIYLE. VE NAMAZIN SOZLERIN TAPMIRAM, INTERNET VASITESIYLE. KITABLARDA SATILMIR RASIYYADA..sual 1)men Ehli Shie Namazina Bawlasam gunah olmaz menimcun? 2 ) Eger bilmiremse qoyun eti hansi yolla kesilib. Yeyirem ve Orucumu hemin etle aciramsa bu gunahdir? Cox xaw edirem cavablandirin. Allah Razi Olsun Sizden.
Ответ / Cavab
Aleykumusalam.
1.Xeyr, günah olmaz.
2.Əgər haram olması yəqin olmayıbsa, halal bilin.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
Nini |
Agam salam menim kecen orucluqdan 7 qezam var qeza niyyeti ile baslamsam tu5maga ayrica 3 orucda niyyet etmisdimki isim alinsin tutum indi heminno ede bu orucluga kimi tutmAgim vacibdimi
Ответ / Cavab
Aleykumusalam.
Həmin 3 günü Ramazandan sonra tutarsız, il olaraq qəzaları bitirin.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
Abdullah |
salam aleykum va rahmatullah birinciden suali verdim destemaz alarken evvel bilmemiwden qabag 1)uc defe yuyardim bir cox hallarda uzu,ne edim ,bilmirdim onda.. 2)birde elleri suya salib sonra yuyardim o vaxt sehf etmiwem,amma deqiq yadimda deyil neqeder namazi bele qilmiwam..ne edim? Ayatollah sistani..
Ответ / Cavab
Aleykumusalam.
1.Dəstəmaz və namaz batil deyil.
2.Suya salmışam dedikdə qolunuzu islatmaq üçün krantın altına salmısız demək istəyirsiz? belədirsə, bu da batil etməz.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
Yegane |
Salamun Aleykum.1>Bacimin toyu olacaq men o toya getmiyecem buna gore bacim menden inciyir deyir hec olmasa gelib foyede oturarsan men onuda elemek istemirem,umumiyyetle foyede oturmaq olar ki? 2>Talaq oxundugu zaman qadinin pak olmasi vacibdi?birde eger qadinin mehriyyhesi verilmirse haqqini halal elemiye biler?
Ответ / Cavab
Aleykumusalam.
1.Həmin məclisə daxil olmaq sayılmazsa, olar.
2.Bəli, qadın pak olmalıdır. Mehriyyəsi verilmirsə, zatən onun bu haqqı elə boyunlarında qalıb.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 18 Май, 2017
Dream |
Salam. Hamilelik zamani saça reng qoymaq saci kesdirmek olar?
Ответ / Cavab
Aleykumusalam.
Bunun bir dini qadağası yoxdur.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 17 Май, 2017
salam |
salam aleykum. 1 cayçıda əgər ayrı besetka deylən yerler var yəni xüsusi baglı yerdi orda çay içmək olar həmin çayçıda başqa besetkalarda içki içirlər yəni getmeyede başqa yer yoxdu bele yerdə oturub çay içmək olar. xamneyi aga təqlid
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən yerlərdə içki içilmədiyi halda otura bilərsiz.
Allah sizə yar olsun
Задан: 18 Май, 2017 , Опубликовано: 17 Май, 2017
Orxan |
Salam. Ushag nece heftelik olanda aldirmaq mumkun olar? Yeni nece heftelike kimi aldirmaga icaze verilir? Teshekkurler.
Ответ / Cavab
Aleykumusalam.
Aldırmaq dedikdə yəqin ki, ana bətnində dünyaya gəlmək istəyən körpəni öldürməyi, parçalayıb çölə atmağı deyirsiz? Bəli, bunun adı belədir, aldırmaq deyil.
Ana bətnində qərarlaşmış körpəni tələf etmək olmaz.
Allah sizə yar olsun
Задан: 17 Май, 2017 , Опубликовано: 17 Май, 2017
Salam aleykum |
cehennemde yemek ichmek ve aile heyati olacaq? sag olun.
Ответ / Cavab
Aleykumusalam.
Cəhənnəm əzab yeridir, yaşayış yeri deyil.
Allah sizə yar olsun
Задан: 17 Май, 2017 , Опубликовано: 17 Май, 2017
Salam aleykum |
Hər kəsin ruhunda qeybi xəbərləri almaq üçün kanallar mövcuddur,o kanallari nece acha bilerem? sag olun
Ответ / Cavab
Aleykumusalam.
Bunu bir radio kanal bilməyək. İnsanın ruhu buna qabiliyyətlidir, lakin hər ruha qeybi xəbər gəlməz.
Bizə lazım olan Qeybi xəbər Qurandır ki, yanımızdadır, bax onu açaq və oxuyaq.
Allah sizə yar olsun
Задан: 17 Май, 2017 , Опубликовано: 17 Май, 2017
ulviyye |
salam.xeyir haci qurrelenmirem qetiyyen,hamilemyem deye cox narahat oluram gunde 1problemim cixir feleq nas ayetul kursi oxuyuram esasen
Ответ / Cavab
Aleykumusalam.
Dünya problemlərlə dolu dünyadır və bunun problemsiz bir günü yoxdur. İnşaLAlah yaxşı olar. Siz ALlaha sığının. O ən yaxşı arxa və dayaqdır.
Allah sizə yar olsun
Задан: 17 Май, 2017 , Опубликовано: 17 Май, 2017
nara |
Yenede salam. Laka aid sualim var idi. Yani eger hec cur laki ayaqimdan sile bilmedimse,destemaz alib namaz qildimsa,bu namaz qebul olunmur?
Ответ / Cavab
Aleykumusalam.
İnşaAllah olar, amma çalışın onu silin və belə lazımsız və sizə problem yaradan şeylərdən uzaq durun.