Страница 790 из 5746 << < 786 787 788 789 790 791 792 793 794 > >>
Musa |

Salam/ 1) Qutusunda quran ayəsi olan çayı almaq olar? 2) Məsumlara təvəssül edəndə qəlbimdə çağırıb kömək istəyə bilərəmmi yoxsa səsli şəkildə etməliyəm?

Ответ / Cavab

Aleykumusalam.

1.Həmin ayəni gərək oradan kəsib götürəsiz.

2.Bəli, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Rza |

Salam Ələykum Əgər meyyitin qonşusu desəki mən haqqımı ölüyə halal etmirəm bu halda Mollanın onun dəfn işlərində iştirak etməsi caizmidir?

Ответ / Cavab

Aleykumusalam.

Bunun  dəfn işlərinə maneəsi yoxdur. Əgər həqiqətən də onun boynunda haqqı varsa, onu ödəsinlər.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Gun |

Salam.Uzr isteyirem sualima gore amma bilmirem ne edim.Menustrasiya vaxti bugun 10gun tamamlanib uje.Yene axinti var.Nece edim men?Qusl alib qilmaliyam?

Ответ / Cavab

Aleykumusalam.

10 günü heyz sayacaqsız, 10 gündən artıq olanı isə istihazə biləcəksiz və istihzənin  hökmlərinə əasən əməl edəcəksiz.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Salam Aleykum |

Salam Aleykum, uzr istrem cinsi elaqeden sоnra geri qayıdan sperma oruc tutanda ya da dəstəmazli olanda destemazi ya da orucu pozur?

Ответ / Cavab

Aleykumusalam.

Sperma geri qayıtmır. Kanalda qala bilir. Bu cəhətdən sperma xaric olandan sonra sidiyə getmək məsləhət olunub ki, kanalda qalan spermanı çölə gətirsin və sidikdən də sonra istibra edib sidik kanalını təmizləmək lazımdır.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Aaaaa |

Salam men destemez alanda iki elime su doldurub uzumu yuyuram duzdur bu??

Ответ / Cavab

Aleykumusalam.

Üzünüzə suyu iki əllə tökə bilərsiz.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
beren |

Salam turk krosnusu ile qibleni bilmek olarmi?

Ответ / Cavab

Aleykumusalam.

turksat 42 dərəcə üzü qibləyə tərəfdir.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Hpmw |

Salam aleykum.Men son zamanlar namazi yalniz vaciblerle qiliram,qezalarimi etmirem,chox yorgun ve halsiz olmusham.

Ответ / Cavab

Aleykumusalam.

Eybi yoxdur, qəzya verməyin və vatını yubatmayın.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Salam aleykum |

qeyd edildi ki,"bu sizin vəzifəniz deyil." O zaman ne etmek olar,nesihet tesir etmese onlari nece duz yola getirmek olar.Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Onları elm əhlinə tapşırın, onlar bu işlə məşğul olsunlar.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
ZohCav |

Salam! sistani.org-da yazılıb Əgər oruc tutan şəxs, gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, ehtiyat-vacibə görə orucu batil olur. Onun qəzasını tutacağı kimi, kəffarə də ona vacib olur. Əgər bu ağız tüpürcək olduğu ehtimal edilirsə? Və əgər kəffarə düşürsə, nə qədərlik?

Ответ / Cavab

Aleykumusalam.

Hökmdə mədə ya  bağırsaqdan ağıza gələn bir şey nəzərdə tutulur. Aqız suyunu udmaq orucu pozmaz.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
mehbube |

Salam.Men iki il oruc tutmuşam bu il ise hazırlıqlara göre tutmaq istemirem çox yorulacağıma göre sizce ne meslehetdi?

Ответ / Cavab

Aleykumusalam.

Orucunuzu tutun.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Turkan |

Salam eleykum dunen size sual vermisdim ki oruclu iken kimese yemek vermek gunahdirmi deye? dediz ki eger bilerekden pozursa vermek olmaz eger hemin sexs xeste oldugu ucun tutmursa yeni hemen seker xesteliyi var hem de urek xestesidi derman icmelidi bu halda nece yemek vermelidi ya yox ve hemin xeste sexsin boynundaki oruc gunlerinin keffaresi nedi (Sistani aga) onceden tesekkurler Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən şəxsə yemək vermək olar.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Gunay |

Xeyr o düzələn deyil. Dəfələrlə ağıl qoymuşam başına düzəlmib. Yalançı olur elə adamlar. Boşanmaq qəti qərarımdı. Mənə kömək edin. Necə edim hara müraciət edim məni ondan boşasın. Biz tərəfdə savadlı dindar yoxdu. Amma onuda deyimki o deyir boşamıram səni. Türmədədi hal hazırda. Mən anamın evində olduğu müddətdə nə qədər avadanlığımı satıb. Keçən ilin noyabrından ayrılmışam ondan. Mənə məsləhət verin və kömək edin bu barədə

Ответ / Cavab

Aleykumusalam.

İnternet vasitəsiylə müctəhidlərdən birinin dəftərinə yazılı muraciət edin və onların verdiyi cavaba əsasən hərəkət edin.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Abdullah |

salam aleykum va rahmatullah,Allah razi olsun sizden birdene deyerddiz 1)eger destemazda uc defe uzumu yuyardimsa ?bilmeden... 2)birde elimi suya salib sag solu sonra yuyardim...o nece?? Ayatollah sistani

Ответ / Cavab

Aleykumusalam.

Xahiş edirik sualınızı dəqiq yazın, yarımçıq yox.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Ay Nur |

Salam.. Ramazan ayi 26si girir.men 27si bakiya getmeliyem.o zaman oruc tutmaq olar?yeni oruclu oruclu bakiya getmek olarmi? ozum Sumqayitda qaliram arada 30 km mesafe var. evvelceden tewekkur edirem.Allah her ishinizi yoluna qoydun InsAllah

Ответ / Cavab

Aleykumusalam.

Əgər Bakıda gəlib 10 gündən artıq  qalacaqsızsa o zaman zöhr azanına kimi Həmin yerə çatsa və orucu pozan bir iş görməsəz, niyyət edib oruc qala bilərsiz.

Əgər belə deyilsə, o zaman oruc qala bilmək üçün gərək yaşadığınız yerdən zöhr azanından sonra çıxın. Belə olarsa, həmin günün orucu axıra kimi saxlanacaq və düzdür.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Intizar |

Salam Hacı! Bilmək istəyirəm arada tövbə namazını müstəhab namaz kimi qılmaq olar yani həftədə bir dəfə günahlarımızı bağışlamaq üçün ya yox? Yoxsa böyük bir günah etdikdə bu namaz qılınır? Təşəkkür

Ответ / Cavab

Aleykumusalam.

Bəli, qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
...... |

Salam.mene bir sual maraqlidir.Bu dunyada ele insan varmiki hec derdi problemli olmasin?cunku bezen bezi insanlara qiraqdan baxiriqki imkanlari cox yaxsidir ve sanki hec problemleri yoxdur.bele bir sey olarmi?

Ответ / Cavab

Aleykumusalam.

İnanmırıq belə bir insan olsun, hərənin özünə görə problemləri var.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Suql |

Salam O hedis kimnendir? Yeyilecek geyilecek weylere secde etmeyin?

Ответ / Cavab

Aleykumusalam.

Hədislər əsaslı sayılmaq üçün ya Peyğəmbərə ya Əhlli beytə bağlanmalıdır.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 16 Май, 2017
Salam |

Salam. Oruc zamani cimmek olar mi? Yani su buruna agiza girse batil olmur ki oruc?

Ответ / Cavab

Aleykumusalam.

İçəri su  getməyəcəyinə əminsinizsə, olar.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 15 Май, 2017
Zeynəb |

Hacı yazdınız ki, belə məsələlərə qatışmayın. Mən sadəcə bilmək istəyirəm ki Sadiq Şirazi müctəhiddirmi ona təqlid etmək olarmı? Cünki təzəlikcə gördüm bu günə kimi eşitməmişdim adını

Ответ / Cavab

Aleykumusalam.

Tanımadığınız adama təqlid etməyin.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 15 Май, 2017
Salam |

Salam aleykum.əgər bir şəxs həzrəti peyğəmbər salavatullaha ya məsum imamların birinə söyüş söysə, eşidən hər bir şəxsə vacibdir ki, onu öldürsün." Bu duzdur?

Ответ / Cavab

Aleykumusalam.

Onun ağzını yummaq vacib olar.

Allah sizə yar olsun

Задан: 16 Май, 2017 , Опубликовано: 15 Май, 2017
Страница 790 из 5746 << < 786 787 788 789 790 791 792 793 794 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com