Bir sualım daha var.La ilahe illəllah və la ne"budu illa iyyah muxlisina lehud-din və ləv kerihel musrikun. Bu zikri belə demək lazımdır ? Allah sizdən razı olsun.cavablandirdiginiz üçün çox sağolun.
Ответ / Cavab
Aleykumusalam.
Düzəlişlər etdik.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Leyla |
Salam aleykum.əhd duası ilə bağlı sual vermişdim yazdınız ki qadınlar xüsusi günlərdə istədiyi duanı oxuya bilərlər. Ama kitabda yazıb ki əhd duasını hər sübh namazından sonra 40 gün ardıcıl oxumaq lazımdır. Axi xüsusi günlərdə qadınlar namaz qilmir.onda 40 gün oxumaq ardıcıl mümkün olmur.ona görə sual vermişdim ki qadınlar oxuya bilməz bu duanı?
Ответ / Cavab
Aleykumusalam.
Sübh namazı vaxtında oxusunlar.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Vusale |
Salam. Zehmet olmasa deyerdiz. Azan ve iqame her namazin evvelinde ardicil deyilmelidi yoxsa subhde ardicil diger namazlarda tekce iqame? Nece olmalidir? Sag olun
Ответ / Cavab
Aleykumusalam.
Əlbətdə sübhdə ardıcıl olacaq, zöhrdə də ardıcıl. əsrdə isə ancaq iqamə deyilməsi kifayətdir, axşam namazlarında da belədir.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Ehli-beyt aşiqi |
Salam Aleykum Hacı axşamınız xeyirli olsun üzür isteyirem dunen heyzden paklandım indi ayaqyolunda menden tormaq rengde nöqde qederde koriçni varidi çirk geldi orucamda qüslum orucum pozuldu? mesçidede gedirem bu halda deqiq bilmirem nedi. Çox sağolun Allah sizden razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Əgər gələn qan qalığıdırsa, o zaman yenidən qüsl edilməlidir.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Bende |
Salam. 1. 1-2 yasli usaga yasin dusur?
Ответ / Cavab
Aleykumusalam.
Onun buna ehtiyacı yoxdur.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
emin |
Salam..Haci.Bu sualimada cavab yazin.Xaiw edirem caliwacam narahat emiyem day.Qardawim kafede stola pive zad aparir.Mudurde ona deyir ki,cox alver olsa sene cox pul duwur.Bu pul haramdi?.Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Bu iş haramdır.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
ayten |
salam,meshed ve ya kerbela ziyareti ucun imkan lazimdir ya imamlarin ora getmeyimizi isdemeyi?yoldawim deyir gerek agalarimiz isdesin ki biz gedey yeni pul ile olan bir ziyaretler deyil.ne derecede duzgundur onun fikirleri?
Ответ / Cavab
Aleykumusalam.
Tam olaraq onun dediyi kimi də deyil, məsələ ikitərəflidir.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
aile suali |
salam.men aileliyem yoldawim hec kimle daniwmaga qoymur meni yalniz oz anasi ile.oz aileleride eledir cunki hec bir qohumla elaqeleri yoxdur.1nefer qapimi acmir,5ayliq hamileyem halsiz cox oluram hekim deyir eseble elaqedardir,ureyim gedir her defe.anam bacilarim ucun darixiram haci men ne eleyim?her defe deyirem onun anasigilede getmeyecem ama olmur anasi menimle yaxwidi ama oglundan wikayet eleyen kimi neler deyir mene perde qalxir aradan,men ne eleyim?atam teze rehmete gedib yawiya bilmirem bele
Ответ / Cavab
Aleykumusalam.
Səbr edin, bunu dərd etməyin, inşaALlah zamanla hər şey düzələr.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Salam |
dunen paxlanin qabigin temizlemishdim,sonra ellerimi yudum,dirnaglarimi qirxdim,indi baxiram dirnagin kuncunde olan derinin ustu yasil rengle ortulub,destemazi batil edib??Artiq namazlar bitib
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, bu dəstəmaza mane deyil.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
İnsan |
Haci mualice etdirmirem isde cox ac qalanda medem dehset quruldayir ozumu sixa sixa oturram. Acanda bir seyler atiram ki medem bos qalmasin ki qurultu olmasin. Mualice etdirmisem cekilib getmiyib. Qurultu hamida cuzi olur amma mende acanda acmayandada berk tez tez quruldayir buda mene isde oturmaga mane olur.
Ответ / Cavab
Aleykumusalam.
Sadəcə quruldama oruca mane olmaz.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Nermine |
Salam, bilmek isterdim Heyz, Cenabet ve Cume quslu bele alinir? Evvellce baw ve boyun ( bu zaman deyilir: Bismillahir Rehmanir Rehim Ilahi niyyet edirem Heyz,Bismillahir Rehmanir Rehim Ilahi niyyet edirem Cenabet,Bismillahir Rehmanir Rehim Ilahi niyyet edirem Cume quslu aliram vacib qurbeten ilallah), sonra bedenin sag terefinden tam awagiya geder su axir ( ve bu zaman deyilir: Heyz, Cenabet, Cume quslu aliram vacib qurbeten ilAllah), sonda sol ciyninden tam awagiya qeder su axir( ve bu zaman deyilir: Heyz, Cenabet, Cume quslu aliram vacib qurbeten ilAllah) ? Yoxsa cemi bir defe suyun altinda duranda demek lazimdi Bismillahir Rehmanir Rehim Ilahi niyyet edirem Heyz,Bismillahir Rehmanir Rehim Ilahi niyyet edirem Cenabet,Bismillahir Rehmanir Rehim Ilahi niyyet edirem Cume quslu aliram vacib qurbeten ilallah? ve sonra sag ve sonda sol ciynininden su axmalidi. Evvellceden tewekkurler.
Ответ / Cavab
Aleykumusalam.
Niyyətində sadəcə deyin, filan qüslü alıram qurbətən İləllah.
İlk olaraq baş boyun, sonra bədənin sağ hissəsi və daha sonra bədənin tam olaraq sol hissəsi yuyulacaq.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Bende |
Salam. Bes insanin vetenine olan sevgisi imandan ola bler hemin hedise esasen?
Ответ / Cavab
Aleykumusalam.
Vətənini İslam torpağının bir hissəsi bilib onu kafir və küfrlərdən qorumaq və bu səmtdə sevmək imandan qaynaqlanır.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Musa |
Salam/ Təhlükəli idman hərəkətləri məsələn velosipedi hümdür yerlərdə sürmək hansı ki, adi səhv onu ölümü ilə nəticələ bilər.belə işlərlə məşğul olan insanlara dinimiz necə baxır?
Ответ / Cavab
Aleykumusalam.
Dinimiz özünü təhlükəyə atanlara yaxşı nəzərlə baxmır.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
salam |
salam aleykum 1 Ramazan ayı nə vaxt girir yəni biz ayın neçəsi axşam niyyət edəcik? çox sağ olun
Ответ / Cavab
Aleykumusalam.
Ayın 27 si daxil olmalıdır. 26 sı axşam ay çıxarsa, bütün Ramazanı oruc olacağımızı niyyət edəcəyik.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Rza |
Salam Ələykum,Bir məsələni dəqiqləşdirmək istəyirəm, Biz uşaqlıqdan görmüşük ki,Salamı kiçik böyükə verər, bu dinimizdədə belədir? Mənə atam yaşında adam Salam verəndə mən utanıram. Sadəcə məndə Salam deyirəm, Va Aleykum Salam vƏ rəhmətullah ona deyə bilərəm?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, dinimizdə belə deyil və əziz Peyğəmbərimiz uşaqlı böyüklü hamıya birinci salam verərdi və bunu bizlərə də tövsiyə edib.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Gülər |
Salam Sizi imam Mehdinin (ə) mövlud günü münasibəti ilə təbrik edirik, mübarək zühura şahidlik etmənizi böyük ALLAHdan diləyirik! Xahiç edirəm deyəsiniz BU gün orucdan başqa daha nələr etməli , gündəlik vacib namazdan əlavə necə rükətli və hansı namazı qılmalıyıq? Hansı daha yaxşı iş və ya əməllər etməliyik? Öncədən təşəkkür edirəm. Allah Sizdən razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Təşəkkürlər.
Ediləcək müstəhəbb əməllər dünən axşam edilməli idi. İnşaAllah gələn il icra edərsiz.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
zehra |
Salam üzr istəyirəm sualıma görə mən də qadın xəstəliyi var həkim şam yazıb oda axşam qoyulur namaza bir manesi varmi yeni qüsl almalıyammi?
Ответ / Cavab
Aleykumusalam.
Bunun namaza heç bir maniəsi yoxdur, qüslə də səbəb olmaz.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
zehram |
Salam.Men namaz qiliram amma yoldasım qılmır və mən məcbruam icki olan sufrədə oturam oturmasam da yoldaşımdan söz eşidecem.Ve bunu ona başa salıram meni dinlemir.Araq süşəsinə əlimi vururam.Neyneyim men?
Ответ / Cavab
Aleykumusalam.
Onu moizə edin, haqqa tərəf dəvət etməkdən çəkinməyin.
Allah sizə yar olsun
Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Gunahkar bende |
Salam menim sualima niye cavab yazmadiz,2 ay keffere orucu tutmaq ucun 30 gun erzinde tutaq ki,heyz oldum,hemin heyz gunlerini 30 gun yeni 1 ay tamam olandan sonra qeza edim? ve ya ardicil tuturam heyz gunlerinde kesirem yene davam edib 1 ci 30 gun tamamlayiram .ramazan orucundaki kimi heyz gunlerinin qezasini etmirem.duz basa dusdum Xamenei aga
Ответ / Cavab
Aleykumusalam.
Heyz olduğunuz günlər ilk olaraq 30 gün ardıcıl tutacağınz oruclara fasilə vermir. Heyz bitən kimi davam edəcəksiz. Məsələn 15 gün tutub 16 cı gün heyz olursuz, heyziniz 5 gün davam edir və bitən kimi 21 dən yenidən davam edəcəksiz.