Страница 797 из 5746 << < 793 794 795 796 797 798 799 800 801 > >>
Zaur |

Salam men hemiwe milyoncu olmagi arzulayiram dua edirem ozume bu duzgundur sizce 20 yasim var buna nail olacagima inaniram

Ответ / Cavab

Aleykumusalam.

ALlaha düzgün bəndə olmağın arzusunda olun. Milyonlar, milyard illərdir bu dünyada onun əlindən bunun əlinə keçir, heç kimə də qalmır.

Allah sizə yar olsun

Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Əfsanə |

Salam hacı. Bugun qeza orucu tutanda, azanın vaxtında sehvlik etdim ve azandan texminen bir saat sonra su içdim sonra bildimki azan verilib artıq. Orucum pozuldu?

Ответ / Cavab

Aleykumusalam.

Orucunuz pozulub.

Allah sizə yar olsun

Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
İnsan |

Salam haci size bir sualim var xahis cavablindirasiz. Menem medem xestedi necedefe mualice etmisem getmir. Qarnim ac olanda birde gordun olmayanda berk quruldayir ac olanda tez tez berk quruldayir.isde adam icinde oturmaq bele hemin vaxti eziyyet verir mene sixiliram oturanda orucu men nece ede bilerem?

Ответ / Cavab

Aleykumusalam.

Əgər oruc tutmaq siin sağlamlığınıza ciddi ziyan vurursa və ya xəstəliyin sağalmasını yubadaraq sizi dözülməz əziyyətə salarsa, o zaman oruc tutmayacaqsız.

Allah sizə yar olsun

Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Zeynəb |

Salam aleykum hacı. Mən anama deyəndə ki gecəni yatmıyacam əsəbləşdi. Danlamaga başladı məni mənim biraz yuxu ilə baglı problemim var əsəblə əlaqədardır müalicə alıram anam deyir ki vaxtı vaxtında yatmırsan beynin pozulur uşagsan gecə yatmamag nədi. Mən tam olaraq demədim ki ibadət ücün oyaq qalıram onsuzda anam dindən anlamır. İndi sualım budur ki anam belə narazı oldugu halda mən gecə oyaq qalıb ibadət edə bilmərəm? Qədr gecələri istisna onlara razıdı.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, valideyni müstəhəbb əməllərə görə narazı salmaq olmaz.

Allah sizə yar olsun

Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Kerbela |

Salam. Kerbelada imam Huseyne qarsi vurusan muhacirler cennete daxil ola bilerler? Halbuki aldaniblar.

Ответ / Cavab

Aleykumusalam.

Kərbəlada toplaşmış düşmən qoşunundan heç kəs cənnətə dxil olmayacaq və hətta o qoşunda olmayıb, lakin onlarla həmrəy olanlar da.

Allah sizə yar olsun

Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Hedis |

Salam. 1.Veteni sevmek imandadir. Bu hedisi ehli sunnude ve ehli shiede qebul edirmi? 2. Bu yuxarida qeyd etdiyim hedisin menbesin yazardizda? Sehih ve moteber hedisdirmi? 3. Bu hedisde insanin oz vetenine olan sevgisi nezerde tutulur?

Ответ / Cavab

Aleykumusalam.

Bu hədisin mötəbər sənədlərdə olması bizə yetişməyib.

Allah sizə yar olsun

Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Toy |

Salam. 1.Yazdiniz ki, haram sayilan her iwden uzaq olmaqla. Bunu anladim.Umumiyyetle yazardinizda xanimlarin dini toylarinin kecirilmesi qaydasi nece kecirilmelidir seriete gore halal qayda da? 2. Xanim dini toyda halal hansi musiqiler olar? (Sistani Aga)

Ответ / Cavab

Aleykumusalam.

Şəriət toyun tərtibatı barədə danışmaz. Bunu insanlar öz xoşlarına əsasən quracaq. Şəriət burada ancaq insanların etdikləri içərisində harama yol verilməməsi əmrini verir.

Haram olmayan musiqilərdən istifadə icazəlidir.

Allah sizə yar olsun

Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Quran |

Salam. 1.Qurani-Kerimde Hevvanin adi kecibmi ve eger adi kecibse hansi sure ve ayededir yazardinizda? 2. Qurani-Kerimde hansi sure ve ayede Allah ilk insan olaraq Ademi yaratdigini bildirir?

Ответ / Cavab

Aleykumusalam.

Həvva nənəmizin adı Quranda zikr olunmayıb.

Quranda bir çox yerlərdə insan Adəm övladı kimi tanıtdırılır və nisa surəsinin ilk ayəsində insanların bir candan yaradıldığı qeyd edilir.

Allah sizə yar olsun

Задан: 12 Май, 2017 , Опубликовано: 12 Май, 2017
Leyla |

Salam aleykum.gecə namazı qılarkən qunutda 40 nəfərin bağışlanması üçün dua 70 dəfə istiğfar vacibdi yoxsa müstəhəbdir ? İkinci sualım əhd duası ilə bağlıdır oxumusam ki əhd duasını ardıcıl olaraq 40 gun oxumaq lazimdir.sualım isə belədir. Məlumdur ki xanımlar bəzi günlərdə namaz qilmirlar.yeni mümkün deyilde 40 gün ardıcıl oxumaq onda xanımlar oxuya bilməz bu duanı ?Allah sizdən razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Bunlar tam olaraq namaz qatişiq müstəhhəbbdir. Amam bu müstəhəbblərdən istədiyimizi almaq istəyiriksə, gərək deyilənlərə əməl edək.

Xanımlar xususi günlərində istədikləri duanı oxuya bilərlər.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
Ehed |

Salam Haci menim uzumde tuk cixmir atekde xususi yaq var ki o dan istifade ede bilerem .? AYETULLAH SİSTANİ

Ответ / Cavab

Aleykumusalam.

Edə bilərsiz, qadağan deyil.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
Aygul |

Bes qesr namazinin niyyetde ne deyilir xais edirem cavablandira bilersiz?bagislayin narahat etdim

Ответ / Cavab

Aleykumusalam.

Niyyətdə hansısa ayrı söz lazım deyil. Elə sadəcə zöhr namazı qılıram deyib iki rüktdə bitirin.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
1111 |

Cox sag olun cavablara gore. Heyzli halda tesbeh gotuek olarmi? Bir daha teselkurler

Ответ / Cavab

Aleykumusalam.

Adi tesbehdirse, daşlarinin üzərində muqəddəs adlar yazılmayibsa olar.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
Allah Bendesi |

Cavaba gore chox sagholun.. 70 defe istigfar, 7 defe heza meqamul....., 300 defe el ehf qunutda deyilirda bunlar he? Onları nece deyimki sayını itirmeyim? DEMESEK OLMAZda he?

Ответ / Cavab

Aleykumusalam.

Əlinizdə təsbeh tutaraq deyin.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
1111 |

heyzli halda secde etmek olarmi,adi sevde?tesekkurler.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olar.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
1111 |

Salam hormetli Haci. Heyzli halda berat gecesini ehya saxlamaq temiz haldaki qeder savabdirmi? 2.Bu halda salavat,istigfar,Allahin adlarini zikr etmek olarmi? Tesekkurler.

Ответ / Cavab

Aleykumusalam.

Mubarək gecələrdə əhya saxlamaq üçün heyz mane deyil.

İstədiyiniz qədər zikr, dua və sələvat deyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
Rza |

Salam Ələykum, Tövriyə başqasın aldatmaq deyilmi? Xahiş izah edərdiz .Əgər biri məndən pul istəyirsə mən baxıb əlimə, Əlimdə heçnə yoxdur desəm aldatmaq olmurmu? Müsəlmana yaraşmaz bu hərəkət əlbəttə, səhv başa düşməmişəmsə

Ответ / Cavab

Aleykumusalam.

Tovriyə aldatma yox, həqiqəti gizlədib deməməkdir.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
isazade.solnche |

Salam aleykum bir daha Haci. sualima cavab verdiyiniz uchun chox sag olun. Allah razi olsun. Haci size yene 2 sualim var. 1) eger namazin ruketlerinde insan chashsa meselen, subh namazinda teshehudden sonra tesbihati erbee dese ne etmelidi? yeni ruketlerde ya az ya da chox olsa ne etmelidi? 2) Sehv secdesi ederken, alni mohure qoyanda ne demek lazimdi?

Ответ / Cavab

Aleykumusalam.

1.Səhflər  və şəkklər muxtəlif olur. Hər birinin də özünə aid hökmləri var. Dəyilən halda oturub salamlar deyilməlidir.

2.İstənilən səcdə zikri deyə bilərsiz. Bunu desəz daha yaxşıdır. Bismillahi və Bİllah. Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
Bende |

Salam. 1. Yer uzerinde ilk yaranmis insan kim olub? 2. Xanim toyu nece kecirilmelidir dini toy olaraq yazardizda? 3. Xanim dini toyunda xanimlar reqs ede bilerler bir birile? (Sistani Aga)

Ответ / Cavab

Aleykumusalam.

1.Həzrət Adəm peyğəmbər.

2.Haram sayılan hər işdən uzaq olmaqla.

3.Bu işlərdən uzaq durulmalıdır.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
... |

Salm Marketde etin ustunde "halal" yazilibsa,onu almag olar?

Ответ / Cavab

Aleykumusalam.

Ətin üzərində bunun  yazılması özü artıq şübhəlidir. Ət gərək elə halal ola.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
... |

Salamaleykum haci.Men qebiristanliqdan kecende ordakilara rehmet oxuyuram hemishe.Ama sonra da aglima gelir ki belke onlardan kimlerse sagliginda Allahi inkar edib,Islam eleyhine danisirmis.Indi sosial sebekelerde Allah,Peygemberimiz,mesumlarimiz eleyhine yazilara doze bilmirem,esebimden oxumuram reyleri de.Buna ne qeder eseblesdiyimi gorurem,1 de dusunende ki belke bunlardan kimse ele o torpagin altda yatir.Niye rehmet oxuyum ona?.Icimden gelmir bele insanlara rehmet oxumaq.

Ответ / Cavab

Aleykumusalam.

Siz umumi rəhmət oxuyun, laiq olmayana yetişməz.

Allah sizə yar olsun

Задан: 11 Май, 2017 , Опубликовано: 11 Май, 2017
Страница 797 из 5746 << < 793 794 795 796 797 798 799 800 801 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com