Страница 808 из 5746 << < 804 805 806 807 808 809 810 811 812 > >>
aydin |

Salam aleykum mascida dastamazssiz girmak haramdi yoxsa makruh?

Ответ / Cavab

Aleykumusalam.

Haram deyil, məkruh olması barədə də bir rəy rastımıza çıxmayıb.

Müstəhəbb olması isə məlumdur

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2017 , Опубликовано: 26 Апрель, 2017
Salam |

Salam Aleykum. Sünniler imameti qebul etmirler ne demekdi? Axı onlardan sorusanda imamları qebul etdiklerini deyirler.sağolun

Ответ / Cavab

Aleykumusalam.

Qəbul etsəydilər bu qədər problemlər yaşanmazdı.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2017 , Опубликовано: 26 Апрель, 2017
Deniz |

Salam.Məb'əs gününüz mübarək.İslamda 4 ən fəzilətli gün hansılardır müstəhəb oruc tutmaq üçün.1.27 rəcəbdir bilirəm.O birilər hansılardır?

Ответ / Cavab

Aleykumusalam.

Fəzilətli günlər çoxdur, QƏdir xum, Şəbanın 3-4-5 i Şabanın 15 i, mera geəsi və sair.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2017 , Опубликовано: 26 Апрель, 2017
Salam aleykum |

“İslamı qəbul etdik” deyin. İman hələ sizin qəlblərinizə daxil olmamışdır”. Iman qelbe nece daxil olur,imanin en boyuk tehlukesi nedir? Allahdan başqasına ümid etməmək nece olur,mes,men hansisa derdimi kimese danisiram ki,qelbim aram olsun.Bu da Allaha guvenmemek olurmu?sag olun

Ответ / Cavab

Aleykumusalam.

İman qəlbə dxil olması, içlə üzün eyniləşməsidir. Yəni insan dillə inandıq deyirsə, bunu qəlbi də təsdiq edir.

İmanın ən böyük təhlükələrindən biri gizli şirkdir.

Hər bir şeyin onun əlində olması, hər bir qüvvətin ondan güc aldığını bilmək ondan ümidin kəsilməməsidir.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Musa |

Salam/ Səcdə səhih olan şeylər müəyyən ardıcıllıq üzrədir yoxsa fərqi yoxdur yalnız səhih olsa yetər? Məsələn həyətdə alnımı torpağa yox daşa qoysam namaz düzdür? birdə emailinizə suallar göndərmişəm xahiş edirəm onada cavab yazasız. Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Torpaq ən üstünüdr, bu olmadıqda digərlərindən hər biri olsa yetər.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Vugar |

Salam Haci. Bayraminiz mubarek olsun. Size sualim var. Cenabet quslu alandan derhal sonra destemazi batil eden emel olmasa namaz qilmagin aiz oldugunu bilirem. Bes Heyz Qusulundan sonra nece, olar? Yoxsa destemaz alinmalidir?

Ответ / Cavab

Aleykumusalam.

Heyzdən onra dəstəmaz alınsın.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Aydin |

Salam. qunutda hansi dualar oxunur. ayetelkursu oxumaq olarmi?

Ответ / Cavab

Aleykumusalam.

Axirət üçün dua edin.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Eltun |

Salam.Bugun Mebes orucu tutdum men ilk önceden herkesin Orucu qebul olsun.İftar saatı neçededi deye bilersiz?

Ответ / Cavab

Aleykumusalam.

İftar şam azanında olur.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
ila |

Salam,oglumun 10 yasi olacag bugun Oruc tutdu ama Iftara bir saat qalmis Hediyye Namazin qilib Duasin edib Orucun acdi.Indi sizdens ebirsizlikle cavab gozleyirki bu tutdugu Oruc qebuldurmu tez acmagla gunah etmediki? Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

O heç bir günah etməyib və etdiyi bu əməlin savabını dünyadan getmiş nənə babalarına hədiyyə etsin.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Salam |

Salam Aleykum . Bagislayin narahat edirem eger sefere cixiramsa evvelceden bilirdimki 15 gun qalmaliyam amma getdiyim hun tam namaz qildim seher bildimki o qederde qalmayada bilerem yeniki vaxti deqiq bilmirem onnan sonraki gunleri namazlarini tam qilmaliyam yaxudda qesr

Ответ / Cavab

Aleykumusalam.

Əgər 10 gündən az qalacaqınız məlum olarsa, namazlar qəsr olacaq.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Məhsul İC |

Salam hacı.İş yoldaşım mənə dedi ki, Allah Rəsulunun (Ə) Ad Gününü qeyd etmək şəriətdə olmayan bir bidətdir. Dəlil kimi dedi ki, heç bir mötəbər kitabda gəlməyib ki, nə Əhli Beyt (imam Əli-Həsən-Hüseyn), nə də Səhabələr bu ad günü bayramını qeyd ediblər. Nə səhih əl Buxari, nə də Nəhcül Bəlağədə belə bir şey yoxdur. Əhli Beyt və Səhabələr isə Peyğəmbərə (ə) ən çox tabe olan və onu ən sevən idilər. Canlarından artıq istədikləri Rəsulallahın (ə) ad gününü qeyd etmədilər. Biz kimik ki, belə bir bidətə girişək.

Ответ / Cavab

Aleykumusalam.

Ona deyin ki, hər şey Peyğəmbərin zamanı ilə ölçülməz. Əgər onların bu əqidələrini düz saysaq, gərək o gündən bu yana elmi tərəqinin bizə verdiklərindən istifadə etməyək. Heç bir səhabə, Peyğəmbər maçın sürməyib, təyyarəyə minməyib, Həccə maşın təyyarə ilə  getməyib, Minada kondisionerdən istifadə etməyib və sair.

Ağıllı adam bunu rahat anlayır ki, Quran diliylə desək Aləmlərə Rəhmət olan kəs dünyaya gəlir. Bundan böyük bayram olar? İslamın Kitabını, şəriətini, əxılaqını, bayramlarını bizə gətirən gəlir, bu gəliş bayram deyilsə, heç bir bayramdan danışılmamalıdır.

Onu da qeyd edək ki, bu vəhhabi, sələfilərin əqidəsidir. Əhli sünnənin yox.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Telman |

Salamun əleykum!Xaricdə yaşayan adam ramazan ayında vətəninə getmək istəyir,əgər zöhr azanından sonra səfərə çıxsa və növbəti gün zöhr azanına qədər vətənində yaşadığı məkana çatarsa orucu nə hökmdədir,tutmalıdlrmı.Qeyd edim ki,vətəndə 10 gündən artıq qalacaq.Təqlid Sistani ağa.Haqqınızı halal edin.Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Əgər həmin şəxs növbəti günü vətəninə çatana kimi orucu pozan bir iş görməyibsə, niyyət edib həmin gün oruc ola bilər və bu oruc da düz sayılacaq.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Əhməd M. |

Saıam! Azan bitməmiş namaz qılmaq olarmı?

Ответ / Cavab

Aleykumusalam.

Əər azan dəqiq vaxtında verilibsə, bəli.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Nur |

Salam Aleykum bayramınız mübarək olsun.Suallarımı cavablandırdığınız üçün ALLAH razı olsun sizdən.Yenə suallarım olacaqdı Məbəs bayramının gününün əməlləri ilə .1-cu sualım.on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən birini oxunulur. Burda nas ve ya fələq surələrindən birini oxuya bilərəmmi?.2-ci sualım.her iki rükətdən bir salam deyirəm və qalxan zaman yenə həmd sürəsi ilə başlayım düzdümü?Öncədən ALLAH razi olsun sizdən.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olar.

Yenə niyyət edib  yeni iki rükətlini qılırsız.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
goher |

Salam xaiw edirem bugun ne bayramida mene izah edesiz

Ответ / Cavab

Aleykumusalam.

Bu gün  məbəs bayranmıdır. İslamın yer üzərində zahir olduğu, Rəsulullahın Peyğəmbərliyinin elan olunduğu və Quranın ilk 5 ayəsinin yerə endiyi gündür.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Telman |

Salamun əleykum!İnşaAllah Moskvadan Bakıya səfərə hazırlaşıram.Şam və işa namazlarının vaxtı uçuşdan biraz əvvəl daxil olur,ona görə bu namazları Moskva aeroportunun sahibinin icazəsi olmadan,həmin aeroportun ərazisində qılmaq olarmı?Yəqin təxmin edirsiniz ki,bu kimi adamları tapmaq və bu kimi məsələləri onlara başa salmaq çətin məsələdir.Bakiya da çatanda namazlar qəza olacaq.Təqlid Sistani ağa.Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Namazlrınızı heç kəsə mane olmayacaq yerdə qılın.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Intizar |

Salam Hacı. Ana sehifesinde yazdığınız 12 rüketli namaz bugün saat necaya kimi qılına biler? Men inde isdayam gordüm oxudum. Tesekkür

Ответ / Cavab

Aleykumusalam.

Bu gün axşam namazına kimi qıla bilərsiz

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
roma |

salam bir insan iyirmi ildi oruc tutmur yeni deyib tutaram Allahin komekliyle ve ozude bilib vacibdi sadece tenbellik edib indi bir gune gore 60 gun keffare yeni mentiqle 30 gune gore bir aya gore 60 ay 20 ile gorede 1200 ay bu adam oruc tutmalidi yeni yuz il?

Ответ / Cavab

Aleykumusalam.

Bir günə bir gün qəza etsin.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Gülnarə |

Sabahınız xeyir olsun.Mən sübh namazına qədər qida qəbul eləməmişəm,hal-hazırda da eləməmişəm mən oruc tuta bilərəm bu gün?Yuxudan oyana bilmədim sübh namazınnan əvvəl.tşk

Ответ / Cavab

Aleykumusalam.

Zöhr azanına qadər orucu pozan bir iş görməmisinizsə, niyyət edib oruc qala bilərsiz.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Aytekin |

Salam aleykum.oruc tutan ellerine ve üzüne nemlendirici krem vira biler,yoxsa orucu pozular?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr bu orucu pozmaz.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Страница 808 из 5746 << < 804 805 806 807 808 809 810 811 812 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com