Страница 809 из 5746 << < 805 806 807 808 809 810 811 812 813 > >>
..... |

salam.bes destemaza baslamazdan evvel agiz ve burnumu yuyanda yuyub qurulayim sonra baslayim destemaza?

Ответ / Cavab

Aleykumusalam.

xeyr buna ehtiyac yoxdur

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
leyla |

salam meni hemise maraqlandiran bir sual var.1.orucluqda imsakda ne vaxta kimi yemeliyik?cunku imsak vaxti ayri verilir.o imsak vaxtina kimi yeyek yoxsa subh namazi girene kimi.2.eger subh namazi girene kimidise o imsak vaxti ayrica niye verilir?

Ответ / Cavab

Aleykumusalam.

1.Sübh namazında tam yeyib içməkdən  dayanmış, hazır halda olmalısız.

2.vaxtı ötməmək üçün.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Rena |

Salamun Aleykum.Men shiyeyem amma atam ehli sunnedi arada olurki,neyise deyir men calishiram cox zaman xoshluqla yola verim sozumu gulerek basha saliram ki,qelbi qirilmasin yalniz onun ucun dua edirem ki,ehlibeyt asiqi olmadan dunyadan getmesin men duz edirem? Atam namaz qilanda 2 yasli oglum mecburi mohuru o secdeye getdiyi vaxt qoyur cox vaxt mecbur qalir basini mohure qoyur usaq hec cur el cekmir yoxsa men bu halda gorurem amma mudaxile etmirem men onun namazina hormetsizlik etmish oluram?usagi qiraga cekmeliyem?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düz edirsiz.

Uşağa mudaxilə etməyin.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
vefa |

Salam Hicabli xanim ariq olmalidi?oz cekisine diqqet etmelidiki cox kokelmesin yoxsa enlide geyinse yene beden ezasi bilinir

Ответ / Cavab

Aleykumusalam.

Belə bir dini hökm yoxdur,.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Yegane |

Hemen o qurani bir parcaya bukub masinda qoymaq,yaxud yeni dogulan korpenin basi altina qoymaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd etdik ki, onu qoruyub saxlayın.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Ramiz |

Haci bagişlayin birde narahat edirem. 1 meselen bu gün menim xums günümdü ama maaşımı almamışam hesabimdadi o pulada düşür he ya gerey sırf elinde olani cixaldasan? 2. Birde bu il mesel üçün 100 manatin xumsun cixartdim- gelen il mende 105 manat artiq qaldisa o 100 manata düşmür 5 manatin xumsun cixaldacam eledi? O biri il 105 den artiq qalani cixartacam beledi? 3 Haci birde Ramazan ayinda günortadan sonra sefere cixdim orucum düzdü bildim- sabah üçün ne vaxta qeder qayıtmaliyam eve subh ezanina qeder ya günorta ezanina qeder gelib çatsam olar. Ayetullah Sistani Aganin Müqellidiyem.

Ответ / Cavab

Aleykumusalam.

1.Hesabınıza oturubsa sizindir, o da hesaba alınacaq. Hesabınıza o günə kimi oturmayıbsa, xumsu olmaz.

2.Elə deyil. 100 manatın 20 sini xumsa verirsiz və 80  manatı təmiz qalır. Gələn il isə 105 manatdan 80 dad zalacaq və 25 in 5 ni xumsa  verəcəksiz. yerdə qalan 20  təmiz pulun üzərinə qoyular. Ondan sonraki il üçün isə umumidən 80+20 olaraq 100 manat azaldılacaq.

3.Sabahı gün zıhr azanına kimi qayıtsaz və o zamana kimi orucu pozan bir iş görməsəz, niyyət edib oruc qala bilərsiz və həmin günün orucu düz sayılar.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
Maya |

Salam. Zehmet olmasa sualarimi cvblandiradiniz. 1.Bezen insana cox eseb gelir bu halda ne edeceyini bilmir kimise vura biler,qishqira biler.Hansi dua ,surwni ozumga lazimidi? 2.Uzr isteyirem men iki aylig hamile idim usagi itirdim.Cox calishdim ama alinmadi saxlamag usagi, bu halda usagin itirilmesi menim gunahlarimla elaqederdi, yoxsa Allah bele meselehet bilin diye olmayib. Ozume teselli ele verirem. Teshekkur qabagcadan.

Ответ / Cavab

Aleykumusalam.

1.Qeyd edilən hal üçün əxlaq kitablarında vəziyyəti  dəyişməsi məsləhət görülüb. Məsələn Ayaq üstədirsə, otursun, oturubsa uzansın, bağlı yerdədirsə, açıq havaya çıxsın və bu halda LAlahın adlarını tez tez zikr etsin.

2.Bunun nədən  olması bizə məlum deyil. Siz bunun olması üçün heç nə etməmisizsə və ya buna səbəb olacaq iş görməmisizsə, sizlik məsələ yoxdur.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 25 Апрель, 2017
...... |

salam.men her destemazda agzimi ve burnumu da yumaq isteyirem.bilirem vacib deyil amma etmek isteyirem.onda ne vaxt agzimu ve burnumu yumaliyam?uzu yuduqdan sonra?

Ответ / Cavab

Aleykumusalam.

Bunu dəstəmaza başlamazdan əvvəl edin.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
... |

Salam, bilmək istəyirəm ki, "Bismillahir Rahmənir Rahim" yoxsa "Bismilləhir Rəhmənir Rəhim" deyimi düzgündür, çox qəliz məsələdir, neçə ildir ki, "Bismillahir Rahmənir Rahim" deyirəm, təzəlikcə örgənmişəm ki, "Bismilləhir Rəhmənir Rəhim"imiş, internetdə də biraz araşdırdım çox yerdə "a" hərifləri ilədir, xaiş edirəm düzgün olanını ətraflı başa salın, mümkünsə saytda xəbər kimi paylaşın hər kəs bilsin, öncədən təşəkkür edirəm...

Ответ / Cavab

Aleykumusalam.

TAm düzgünü budur-BismillƏhir-rahmənir-rahim

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Marag |

Salam aleykum.Hz.Elinin.e.beş illik hakimiyyəti dövründə daxili intizamsizliq gosterir ki,xalqin ekseriyyeti edaletle idare olunmaq istemeyib,onlar ele muaviye.len.kimi hakime layiq olublar,ele indi de eledir,bir az mulayim,yumshag gorunende istifade etmek isteyirler,zalima ise hormet edirler,niye insanlarin choxu qorxu ve zulmle idare olunmaga meyillidir?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Əfsuslar olsun ki, insanlar əllərindən bütün ümidləri üzülməyincə, həqiqi bəndə olmaq və haqqa boyun əyərək ədalətin ardınca olmaq yanğlsında olmurlar. Elə İmam Zamanın gəlişinin yubanmasının bir səbəbi də budur. İnsanlar ümid etdikləri bütün  vasitələrdən istifadə edəcəklər(kommunizm, sosializm və sair və ilaxir.) Hamısından əli boşa çıxıb zülm altında inildəyərkən Allahdan xilaskar istəyəcəklər. O zaman insanlar ədaləti istəyəcək və onunla yaşayacaqlar.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Salam aleykum. |

Melekler niye insan haqda bedguman idiler,"Qan tokecek bir mexluqu xelife edirsen"sehv etmiremse bele dediler,niye yaxsi cehetleri yox mehz qan tokmeyi gorduler?o zaman Allah onlara ne cavab verdi?Heqiqeten,insanlarin choxu qan tokendir,niye beledir? sag olun

Ответ / Cavab

Aleykumusalam.

Bədgüman deyildilər. Onlar insan yarananda bu məxluqun barəsində ALlahdan soruşdular və onlara insan barədə məlumat verildi. Mələkdə nəfs olmadığından fəsad edəcək və qan tökəcək bir varlığın nədən yaradıldığını soruşdular. Alllah da onlara insanın istedadını göstərdikdən sonra onlar səhf düşüncəyə uğradıqlarını anladılar.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Musa |

Salam. 1) Əgər biri Ramazan orucunda 4 dəfə bilərəkdən oruc tutmayıbsa kəffarəsi nə qədərdir? 2)Analiz üçün istimna etməyin hökmü nədir?

Ответ / Cavab

Aleykumusalam.

1.Hər gün öçün ya bir qul azad edəcək, ya 60 fəqiri doyuzduracaq ya da ilk 30 günü ardıcıl olmaqla 60 gün oruc tutacaq.

2.Xanımınız varsa, onun yardımı ilə edilsin, bu haram ayılmaz.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
..... |

salam.qirilmis mohuru ne edek?atmaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Ondan istifadə edə bilərsiz. İsəmirsizsə və lazımsız hala düşübsə, torpaqda basdırın qatışsın getsin.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Ehli-beyt aşiqi |

Salam Hacı axşamınız xeyirli olsun.bağışlayın narahat edirem bu gecenin namazların qıldım amma o süreleri ve duanı axrıncı namazda yani 6-ci 2 rüketlini bitirdikden sonra dedim sehf başadüşmüşem? Önceden teşekkür edirem Bayramınızıda tebrik edirem Allah size bereketli Ömür versin İnşaAllah.Amin

Ответ / Cavab

Aleykumusalam.

Bütün namazları qılandan sonra deyilməli idi. Düz etmisiz.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Yegane |

Salamun Aleykum.1)Agizdan sogan,sarmisaq iyi gelerek namaz qilmaq olar? 2)Men bele esitmisemki eger sende quran varsa o quran oxunmalidi bos yere skafta qalmamalidi eger beledirse bizde cox qedimi bir quran var 200 yaxin yasi olar cox kicikdi ovucun ortasi boyda onu ancaq mikraskopla oxumaq olar,hemde vereqleride ovulur acmaq olmur o qurani bukub saxlamaq olar?

Ответ / Cavab

Aleykumusalam.

1.Yaxşı olar ki, namazdan əvvəl ağız yuyulsun və  bu şeyləri məscidə gedərkən yeyilməsin.

2.Onu qoruyub saxlayın.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Salam aleykum. |

Zil-qə`də ayının biri hansi aydir? sag olun

Ответ / Cavab

Aleykumusalam.

İyunun 27 sidir

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Salam aleykum. |

bir kitabda bunu oxudum,“Əllahu əkbər”deyən şəxs üçün Allahdan böyük varlıq olmamalıdır." Bu soz meni dushundurdu,heqiqeten qelben inanmadigdan sonra gunde 50 defe "Allah boyukdur"demeyin ne faydasi var? dediklerine inanmayan adamin her gun ezberlediyi sozleri demesi Allahi qezeblendirmezmi? Sag olun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, qəzəbləndirməz, amma bu sğzü yalandan deyənə heç nə düşməz.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
ila |

.Salam,zehmet olmasa mene deyinde men sabah Mebes gunudu Oruc tutacam Allahin izniyle,Peygemberimize iki ruket hediyye Namazin ne vaxt qilim?Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Bu gecə də qıla bilərsiz, sabah da qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Ramiz |

Salam Haci. 1. Haci günorta namazindan sonra sefere çixsam orucum düzdür? 2. Ve ya günorta namazindan qabag cixib günorta ezanina qeder qayıtsam orucum duzdur? 3 . Destamazdan sonra bir yerin kesilirse qan cixirsa destamaz pozulurmu? 4. Eqiqe Qurban kesende xususi duasi varmi yoxsa tek niyetinde tutursan..5. Men birde Ayetullah asistanı Aganin müqellidiyem onun reyine uygun cavablasaz sevinerem ve xumsumu nece catdirim heç bir elaqem yoxdu Azerbaycandaki nümayedeleriyle ya adres yada nomre bilirsizse deyin cünki soruşmag isteyirem ki icazesin verse ehtiyaci olanlara catdiraq. Cemien ve Rehmetullahu veberekat.

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, düzdür.

2.Bəli, elə də olar.

3.Xeyr, bu dəstəmazı pozmaz.

4.Niyyət kifayət edir, kiçik duası da var, dua kitablarında qeyd edilib.

5.Siz nömrənizi qeyd edin, yəqin görüb sizə zəng edər.

Allah sizə yar olsun

Задан: 24 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Fərid |

Salam əleykum Mənim ramazan ayında bir neçə gün oruc pozduğuma görə kəffarəm var. 1 günün kəffarəsi nədir deyərsiniz zəhmət olmasa Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bir günün kəffarəsi ya 60 fəqiri doyuzdurmaq, ya bir qul azad etmək ya da ilk bir ayı ardıcıl olmaqla, 60 gün oruc tutmaqdır.

Allah sizə yar olsun

Задан: 24 Апрель, 2017 , Опубликовано: 24 Апрель, 2017
Страница 809 из 5746 << < 805 806 807 808 809 810 811 812 813 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com