Страница 814 из 5746 << < 810 811 812 813 814 815 816 817 818 > >>
elnare |

Salam.menim dusunceme gore qiybet eger o insanin uzune deye bilmediyin sozu arxasinca deyirsense onda olur.duzgun fikirdi?meselen biri haqqinda danisiriq o insana dememisik o sozu amma danisdigimizi bilsin isterdik.sadece olaraq utaniriq demeye ve ya nese.amma danisdigimizi esitse hec de pis olmariq isterdikki bilsin.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, Qeybətin tərifi budur- Bir kəsin haqqında özü olmayan halda elə sözlər danışılsın ki, özü orada olub eşitsəydi, narahat olacaqdı.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
isazade.solnche |

salam haci. qarshima bele bir shey chixib. bu barede ne deye bilersiz? RAMAZAN-I ŞERİFTE 4 HASLETİ ÇOK YAPIN Hadis-i Şerif ’’Ramazan’da bu 4 hasleti çok yapın, ikisiyle RABBİNİZİ razı edeceksiniz, ikisi de zaruri ihtiyacınız, ALLAH’tan mutlaka isteyeceksiniz. 1 -KELİME-İ ŞEHADET GETİRMEK -Eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden abduhu ve rasuluh.” 2- İSTİĞFAR ETMEK Estağfirullah İstiğfar çok okuyun, Çok af isteyin, Affolmamış kalmayın! 3- CENNETİ ÇOK İSTEMEK Allahumme inni es’elukel cenneh ya da Allahümme edhılnil cenneh 4 – CEHENNEMDEN ÇOK SIĞINMAK Allahumme inni euzü bike minennar Ya da Allahumme ecirni minennar” DUANIN HEPSİNİ İÇİNE ALAN ŞEKLİ: “Eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Estağfirullah. Allahumme inni es elükel cenneh, ve euzu bike min en-nar”

Ответ / Cavab

Aleykumusalam.

Ramazan ayı ərəfəsində saytımızda kifayət qədər məlumatlar, əməllər paylaşacağıq.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
bextsiz |

Salam,kederin icindeyem,bir turlu duzelmirem.12 ildi gelmeyen biri ucun voz yashi tokurem...yorulmusham,intizar. Cekmekden..sehhetimde bu sebebden pisleshir...komek edin...derdi,kederi dindirecek bir dis varsa yazib,xahish edirem...Her ne ediremse bir iki gun ve ya saat komek edir,bezmishem....

Ответ / Cavab

Aleykumusalam.

Allahla xəlvət edib onunla dərləşin. danışın, rahatlaşacaqsız.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
Salam |

Sevimli peygemberimizin movlud gunu bu il ayin necesi olacaq bizm teqvimle yeni miladi?

Ответ / Cavab

Aleykumusalam.

6 dekabra təsadüf etməlidir

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
Seriet |

Zehmet olmasa yazardinizda daimi kebin kesmek ucun hemin dua duzgun erebce teleffuz olunaraq nece defe tekrar deyilmelidir? (Sistani aga)

Ответ / Cavab

Aleykumusalam.

Bir dəfə düzgün oxunrsa, kifayət edir.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
Seriet |

1.Daimi kebinde qiz ve oglan terefden nece sahid olmalidir? 2. Sahidlerin olmasi daimi kebinde mutleqdir? 3. Bes onlarinda iwtiraki kebin kesilmesinde vacibdirmi? (Sistani)

Ответ / Cavab

Aleykumusalam.

Şahid vacib deyil, lakin olsa, bir nəfər kifayət edər.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
Ahli Sunna vel Cemaat |

Salam eleykum. Maide 44 cu ayetin tevsirini bildirerdiz. Olke weriet ustunde idare olunmur, idareciler kafir sayilur, bir halda ki erebce hemin ayede cem halda yazilib ve boyuk kufur sayilir, siz nece dusunurduz. Tewekkur.

Ответ / Cavab

Aleykumusalam.

(44) Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!

Allah sizə yar olsun
Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
aykaaa |

Pire ziyaretgaha getmek gunahdir?Orada insanlar gedib dasi opur dua edir yardim isteyirler.Hec kesede subut etmek olmurkiAllahdan yardimi filan vasiteci vasitesi ile isteyirem.Odeqiqe deyirler vasitecini neynirsen?Ac elivi Allaha ondan yardim iste.Hemin sexs ozune komek ede bilseydi indi sag olardi qebirde olmazdi.Deyirler12imamlardan yardim isteme ve ya peygemberden(yardim deyende bunu nezerde tuturamAllahim menim isimi filanİmam xetrine duzlet onun hormetine) deyirler sirkdi.Ondansa vasitesiz yalniz Allahdan komek iste.Onlar ozlerine komek ede bilseydi indi olmezdiler.Sag olardilar.Buda onu subut edirki onlar hec kime komek ede bilmezler.Allahdan aslidirlar.Mende deyirem niye gedibMekkede dasi opursuz?Onda bele cixirki sizde sirk qosursuz.Ondada cvb verirleri buAllahin emridir.Mekkeye getmek islamin sertlerinden biridir.Ama senin elediyin hec yerde yazilmayib ve emr olunmayib.Onlara ne cvb verim?

Ответ / Cavab

Aleykumusalam.

Bu əqidə sahibləri vəhhabi-sələfilərdir. Onlara fikir vermək lazım deyil. Özünüz onlara cavab vermisiz, amma yalan dnişiblar. Həcərul əsvədi öpmək vacib olunmayıb. Amma öpürlər.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
Seriet |

Salam. Eger bir nefer telefondan daimi kebin kesdirmek istese, bu zaman esas vacib olan neleri demelidir ki, daimi kebini kesilsin? Yeni esas neler daxildir daimi kebinin sertleri ucun kebin oxunsun? (Sistani) 2. Kebin kesdiren kes telefon vasitesile kebin kese bilermi yoxsa hokmen daimi kebin kesdirende yaninda olmalidir?

Ответ / Cavab

Aleykumusalam.

1.Əgər bunu bacaran kəsdirsə, qız və oğlan kəbinə daxil olmaq barədə müsbət rəylərini, qızın atasının buna razılığını bildirməsi kifayətdir.

2.Telefonla dediklərimiz hasil olarsa, kəsilə bilər.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 20 Апрель, 2017
Sadiq |

Salam. Kebin oxuyanin uzerine weriet baximindan hansi vezifeler dusur kebin oxumaq ucun yazardinizda?

Ответ / Cavab

Aleykumusalam.

Kəbin oxuyan azından gərək şəritin hökmlərini, kəbinin oxunuş qaydalarını , ərəbcə düzgün tələffüz və qramatik qaydaları bilə.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
Bende |

Salam. Imam Mehdi Zamanin anasinin adi ne olub?

Ответ / Cavab

Aleykumusalam.

Xanım Nərcis.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
Xanim |

Salam.cox xahis sualima ciddi yanasin.1aile dagilmaq uzredi.oglan basqasina qosulub deyilene gore duzgun yolda olmayan qadinla yasayir.qiz ise mecburi ata evine gelib.qohum qonsu and aman edir ki o qadin pis yoldadi ve oglani caduyla ele alib.mollaya baxdiriblar ki dogurdan da cadu olub.eslinde er arvad cox xosbext idiler 3gunun icinde kisi deyisilib.ne etmek olar ne meslehet gorursuz?oglanin oz qohumlari onda uz donderibler bu ise gore qiza deyirler 1seyler et.ne etsin??

Ответ / Cavab

Aleykumusalam.

CAdu filan sözləri kənara qoymaq lazımdır. Söhbət bir ailənin taleyindən gedirsə, hər iki tərəfin böyükləri bu işə qarışmalı, məsələni aydınlaşdırmalıdırlar. Böyüklər qatışmaalar bu məsələ elə bir sual cavabla həll olmaz.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
Ayan. |

Salam.sualdan cox uzrə isteyirem.namaz qildigimcun deqiq bilməliyəm. Ve dogru melumatcun yalniz size etibar edirem.hekime Vaginally şam istifade etmek məsləhət görüb.şamil istifadəsindən sonra her defen qüsl tökmeliyemmi?ve eger vacibdirsə bu hansi qüsldu

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bunun heç bir qüslü yoxdur, istifadə edə bilərsiz

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
Joshqun |

Salam zahamat olmasa forex-la masqul olmaq ne hokmundadir deyardiz halal ya haramdir

Ответ / Cavab

Aleykumusalam.

Ticarətdən kənar bir şeydirsə, haramdır.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
salamaleykum |

Men dini kitablar oxuyuram,mene tesir edir,amma emel ede bilmirem.Namazda gunahlarima gore chox peshman oluram.Menim gunahim qefletdir,xeyalima muxtelif fikirler gelir,onlari dushunmemeye chalishanda narahat oluram,onlar sanki zorla beynime gelir,dushunende her sheyi unuduram.Hereketlerime fikir vere bilmirem.Ola bilermi ki,burada cinin rolu olsun? sag olun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, şeytan vəsvəsələridir ki, bunlara qalib  gəlməlisiz.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
Salam |

Yunusun zikri hansi ayededir? sag olun

Ответ / Cavab

Aleykumusalam.

Ənbiya 87-88

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
anar |

salam aleykum./qardaw bu beyleqanda hz cercis deyilen oir var heqiqetende orda hemin bizim hz cercis yunanlarin agios geogios yeni muqeddes georgi kimi tanidigi wexs peygemberdir?lap eger peygemberdirse qebri beyleqandadir?ALLAH razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Bunun belə olması barədə əlimizdə tam tutarlı dəlil yoxdur, həmçinin inkar etmək üçün də dəlilimiz yoxdur, yəni  nə təsdiq, nə  təkzib edə bilmərik.

Allah sizə yar olsun

 

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
Seide |

Salam 1) men destnamaz alanda herden olur ki, bawima mesh cekmek isterken elimi yuxari qaldiranda elimden 1 damla su uzume duwdu,menim destnamazim batildirmi?ewitdiyime gore elin mesh ceken zamani suyu alinin suyuna qariwmasin 2) el arasinda deyilen soz var ki, sag elim senin basina.bunu xosbext ve ya bedbex adam dese onun tesiri varmi?Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

1.Xeyr, batil olmur.

2.Xeyr, bunun təsiri yoxdur.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
emin |

Salam..Haci.Men velazzalin sozunu z ve d-ya yaxin cox cetin deyirem.Namazlarimi da ele olur bu meseleye gore sehv qiliram.Men Namaz vereqindeki kimi velazzalin desem namazlarim duzdur?Hem de haci ozumu gunaha batiriram.Allah razi olsun!

Ответ / Cavab

Aleykumusalam.

Bu sözdəki Z səsini dilinizin yan  hissələrini dəyirman dişlərinə  vurub ayırmaqla tələffüz edin.

Allah sizə yar olsun

Задан: 20 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
Aydin |

Salamun Aleykum/1)Şəriətdə nəzrlə əhdin fərqi nədir? 2)Peyğəmbərlər məsumdurlar? 3)Əgər birindən 100 manat borc alıb sonra ona 200 dollar qaytarmaq riba sayılır? 4)Qeyri-müəyyən oruclar hansılardır?

Ответ / Cavab

Aleykumusalam.

1.Nəzr odur ki, insan bir gücü çatan işi görməyi müəyyən işin baş verməsinə xatir boynuna götürür. Əhd odur ki, insan bir işi örməyə ya tərk etməyə Allahla peyman bağlayır.

2.Bəli, hamısı  məsumdurlar.

3.Bəli, ribadır

4.VAciblər, qəzalar və müstəhəbb olmaı müəyyən olan oruclrdan başqa oruclar.

Allah sizə yar olsun

Задан: 19 Апрель, 2017 , Опубликовано: 19 Апрель, 2017
Страница 814 из 5746 << < 810 811 812 813 814 815 816 817 818 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com