Salam. Burada bir xanım Allah Rəsulunun (ə)hədislərinin yox, ancaq imalardan gələn sözləri işlətməyinizdən sual verdi. Mənə də maraqlıdır. Allah Rəsulunun (ə) nəvələri Həsən-Hüseyn Peyğəmbərimiz (ə) dünyasını dəyişərkən 8-9 yaşlarında olublar. Yəni Bədr döyüşündən tutmuş Xəndək döyüşünə qədər heç bir cihadda iştirak etməyiblər. Amma onun yanında olan səhabələr Əbu Bəkr, Ömər, Osman, Əli, İbn Məsud, Əbu Səid əl Xudri, Zeyd ibn Sabit vəs. Peyğəmbərdən (ə) yüzlərlə hədis eşitmiş, onun əməllərinin canlı şahidləri olmüşlar. Bəs necə olur ki, canlı şahidlərin sözlərini qəbul etməyək? Ədalətsizlik deyilmi? Bu mənim şəxsi baxışlarımdır.
Ответ / Cavab
Aleykumusalam.
Canlı şahid və ədalət axtarırsizə, elə ilk gündən Rəsulullahın yanında olan, neçə illər Rəsulullahla yan yana tək namaz qılan olan, Rəsulullahın bütün döyüşlərinin əvəzsiz qəhramanı, elm şəhərinin qapısına muraciət etməliyik. O da İmam Əli ibn Əbu Talibdir. Onun da elmi Həsən Hueynə ötürülüb və onlara sevgi və itaəti Quran və Rəsulullah özü büyürüb. Adları çəkilənlərə tabe olun, onlara qulaq asın məzmunda isə bir dənə saf hədis yoxdur.
Yaş məsələsi isə heç bir önəm daşımır. Bunu dəlil gətirsək, Quran məntiqinin xilafına danışmış olarıq. Quranda Həzrət İsa bələkdə olaraq danışır və özünün risalətini elan edir. Allahın iradəsi olan yerdə olmazlar olur. Əgər hansısa sənədli hədisdə , hansısa səhabənin. Həsən və Huseyndən artıq olması. fəzilətinin çox olması ya elminin artıq olması varsa, o zaman belə düşünmək olar. Amma həqiqət isə bunun tam əksidir.
Salam hacı. Bəzən avtobuslarda sürücülər maşında belə bir hədis asırlar: İmam Hüseynə ağlayan gözlər qiyamət günündə ağlamaz". Bu hədis var? Daha çox batilə bənzəyir. Təsəvvür edin ki, Allahın ömür boyu hədlərini pozan, zinakar, namaz qılmayan, oruc tutmayan, zikr etməyən bir şəxs bir yas məclisinə düşür və orada imam Hüseyn qissəsindən elə təsirlənir ki, ağlayır. Məclisi tərk edən kimi isə yenə öz cahil, küfr həyatına qayıdır. İndi bu insan Allahın rəhminə qovuşa bilər? Heç bir əməl etmədən?
Ответ / Cavab
Aleykumusalam.
İmam Huseynə ağlamaq elə ucuz məsələ deyil ki, hər cahil bunu etsin. Buna saf qəlb lazımdır,
Salam..Haci.Cox-cox xahiw edirem.Qaydasinda yeni tamamile su ile yuyub,salfetle qurulaamaq isteyirem.Desmal kimi salfeti sixib, o cur qurulamaq olar?Uzr isteyirem bu suala gore.
salam 1)Peyğəmbərlərin, imamların və şəhidlərin eşitməyin öxumuşam amma bilmək istərdim adi ölmüş insan adamı eşidir qəbrinin yanında nəsə danışanda?birdə xahiş edirəm sizin elektron poçtunuza sual göndərmişəm onada baxasız.