Salam.men orucam.ama bir sey sorusum men imsaka hecne yemirem yeni axsam gec yeyirem deye ehtiyac olmur.mutleqdiki orucu su ile baglayasan?meselen men 5e kimi oyag idim hecne yemedim icmedim prosta bagladim orucu.gerek su icib baglamali idim?indi bu orucum sayilir?
Salam.1.nezir ile sədəqənin ferqi nedir?2.sedeqeni mescidde qoyulan qutuya ata bilerik? 3.aşurə ziyaretinin secde olan yerin secde etmeden oxumaq olar?(ela yerler olur orda elemek olmur secdeni)4.peyğember ve onun ehli beytine yasin suresin nezir elayib oxumaq olar?(yeni niyetimde olan isin alinmasi ucun).5.kerbela torpağindan olan tesbeh denelerini teze ev tikende divarin icine qoymaq olar? Evvelceden tesekkur edirem.
Ответ / Cavab
Aleykumusalam.
1.Nəzr odur ki, insan bir işin baş verməsi üçün müəyyən şeyi ya miqdar pulu kiməsə ya harasa verəcəyini nəzr edir və baş tutanda verməsi vacib olur. Sədəqə isə həmişə fəqirlərə verilən könüllü ianədir.
2.Xeyr, fəqirə verəcəksiz
3.Mumkun qədər həmin sözlər gərək səcdədə deyilsin, heç bir imkanınız yoxdursa, o zaman oturaq halda da deyin.
Salam.Bəzən beynimdə(əstəğfürüllah)ALLAHa qarşı pis kəlmələr yaranır.Heç istəmədən olur artıq o söz beynimə gələndə deyrəm ALLAH gözəldi.Bu vəziyyətdən çox sıxılıram hacı özumdə Namaz qılanam,surələr oxuyuram.Urəyimdə təkrar edirəm ALLAH gözəldi sanki sonra soyuyuram biraz.Hərgun bu hal baş verir bunun səbəbini bilirsinizsə zəhmət olmasa deyin birdəki nə edim daha bezmişəme hərgun o sözlərin urəymə gəlməsi deyrəm ALLAHAda acıq gedəcək.Mən hər zaman ALLAHı sevmişəm anlamıram bu nədir belə
Ответ / Cavab
Aleykumusalam.
Bilərəkdən ya bilməyərəkdən edilən günahlardan tovbə edin.
Salam zehmet olmasa deyin, Receb ayi Mart ayinin 29-u bashlayib bilmek isteyirem hansi tarixde bitir? Shaban ayi ne vaxt bashlayir ve ne vaxt bitecek? Onceden teshekkur edirem.
Ответ / Cavab
Aleykumusalam.
Rəcəb ayı ayın 30 u başlayıb və digər aylar kimi ya 29 ya 30 gün olacaq.
Salam Aleykum. Mən əvvəl namazlarımı vaxtinda qilirdim Seher gunorta axsam vaxti 8-9 Ay olar qiliram. AMA son 3-4 ayda vaxtinda qila bilmirem Seher qezaya buraxiram subh namazini gunorta universitetde oldugum ucun qila bilmirem ne etmeliyem ? Birde namazimi qilanda fikrim cox daginiq olur namazin axrina catanda ozume gelirem. Bele olan halda icimde hiss yaranir ki men namaz qilmaginin gozelliyini layiq bilmirem ve namaz qila-qila gunahda edirem men ne edim etrafli mene yol gorsedin Allah rizasi ucun
Ответ / Cavab
Aleykumusalam.
Bunun elə səbəbi günahlardır. Günah insanın qəlbindən ibadətin şirinliyini aparar. Tovbə edin və günahlardan pəhriz edin.
Namazda fikrin yayınmaması üçün namazın sözlərinin mənasını öyrənin ki, fikrinizi cəmləməyə yardım olsun
Salam Aleykum. Hz.Mehdi nə zaman hansı ildə gələcəy dünyanı idarə etməyə ? Birdə neçə il hakimiyyətdə olacaq ? Müxtəlif rəqəmlər var deyirlər 5,7,9,30,40 il hakimiyyətdə olacaq Hz Mehdi. Ən doğrusu neçə ildir Quran'da bu haqda nəsə dəlil var ? Türkiyədə Adnan Oktar deyibki 2023də gələcəy 2071-2081 arasında hakimiyyəti bitəcəy və dünya cəhənnəmə dönəcəy.Bunun əsası nədi dediyi illərin... Ən doğrusunu Allah bilir, Allah alimdir !
Ответ / Cavab
Aleykumusalam.
Onun gəlişini LAlahdan başqa kimsə bilmir və bilməz. Hakimiyyətinin nə qədər olması barədə qeyd edilən kimi rəqəmlər tarixdə fərqli nəql olunub, o cəhətdən dəqiq demək mümkün deyil.
Adnan oktar deyilən əxlaqsız və ruhi xəstə olan kəsin fikirləri özünə qalsın.
Салам ХАДЖЫ скажыте пожалуста я соблюдаю пост Раджаб иногда еду на работу 100 км сколько раз можно в месяц что бы соблюдать пост километр считается из дома или от границы городо спосибо
Ответ / Cavab
Aleykumusalam.
Vopervıx yesli u vas yest qyaza ot proşlıx Ramazanov , toqda doljnı derjaç post kak qyaza.
Yesli vı kajdıy den yezdite na rabotu solko kilometrov, toqda vaşi namazı budut şitatsya çelımi i qde namaz soverşayetsya çelım, tam i derjitsya oruc.
Po fetva Seyyid Xamenei -Yesli chelovek odin raz v desyaç dney yedit v odno mesta na rabotu, to on şitayetsya is tex kto postayanna v puteşestvuyuşim i tam yevo namazı budut obıçnımi i post doljen soblyudatsya. A po setve Seyyid Sistani on doljen minimum odin raz v tri dnya bıç v tokom polojenii.
hamimiz ALLAHİ qebul edirik VE İNANİRİQ.BES ONU NECE TESVİR ETMEK OLAR? XAHİS EDİREM SABLON SOZLER BOLMASİN.NE BİLİM KULEYİ HİSS EDİB GORE BİLERSİZ KİMİ SABLON CAVAB OLMASİN.EGER BİLİYİNİZ CATİRSA CAVAB VERİN.EVVELCEDEN TESEKKURLER
Ответ / Cavab
Aleykumusalam.
Allahı təsəvvür etmək olmaz, hətta onun necəliyi barədə belə düşünmək qadağandır. Çünki insanın shuuru bunun qarşısında çox zəif olduğundan mütləq şəkildə küfr fikirlərə qapılacaq.
Biz adicə ruh barədə belə düşünüb təsəvvür edə bilmirik və bunu anlaya bilmirik. Bu cəhətdən ALlah quranda bizlərə buyurur ki, ruh barədə sizə az bir şey bildirilib. Məsələn 5 yaşlı uşaq qalaktika sözünü eşidib, bunun varlığından xəbərdar olub soruşur ki, qalaktika nədir, mənə bunu anladın. Biz nə etsək belə ona bunu anlada bilmərik, çünki uşaqlıqla bağlı onun elmi məlumatsızlıq kimi bir məhdudiyyəti var. Bu dünyanin məhdudiyyətləri var. Bunlar bizə bəzi şeyləri dərk etməyə imkan vermir.
Salam. Kecen ramazandan qalan qeza pruclari var, amma sagliqla bagli yaranan sebelere gore bu ilin ramazan ayina kimi qeza oruclari tuta bilmeyecek olan ne etmeli?? Keffare duwur, yoxsa her buraxilan gun ucun insanalri doyurmali?
Ответ / Cavab
Aleykumusalam.
Hər günə görə qəzadan əlavə fəqirə bir mudd təam(təqribən 750 qram) verəcək.
Çox sağ olun birinci suala cavab verdiyiniz üçün... Zəhmət olmazsa deyərdiz necə fərqləndirə bilərik halal və ya haram olduğunu?Əvvəlcədən təşəkkür edirəm
Ответ / Cavab
Aleykumusalam.
Ölçü. meyar budur. İnsanı adi halından çıxarmaya. Allahın zikrikdən saxlamaya, haram məclislərə aid olmaya.
Salam müəllim. Bir neçə sualım var: Nəyə görə imam Əli xəlifə Osman ibn əl Əffanın qatillərini təhvil vermədi? Axı bu Misirli təkfirçi-xəvaric-zındıqlar gələcəkdə imamın özünə və ailəsinə qarşı zorakılıq törədərək Əli və Hüseyni öldürdülər. Bu qaniçənləri təhvil versəydi kim bilir nə Cəməl döyüşü, nə də fitnələr olardı.Bu manyakları ordusuna qatmaq axı imam Əliyə nə verdi? Nə? 2. Bəs imam Əli necə qeybi bilə bilər ki, bu boyda fitnənin qarşısını ala bilmədi. Fitnələr, xəvaric-hərurilər artaraq müsəlmanları qətlə yetirməyə başladılar.
Ответ / Cavab
Aleykumusalam.
Kimi kimə təhvil verməli idi?. Bu sualı yaradanlar İmamın muxalifləridir. Osmanın qatilləri elə onun qanını tələb edənlər idi.
Biz indi elə xəyallar edirik ki. Peyğəmbər elminin varsi olan İmam Əlidən daha uzaqgörən daha düzgün təfəkkür sahibiyik? Bu İmamın imamlığını qəbul etmək deyil. Elə bu cür düşüncələr imamı tənha qoydu və məzlumcasına şəhid edildi. İmama yol göstərmək yox. sözsüz itaət etmək biz
əmr olunub. İtaəti öyrənmədiyimizdə 11 imamımızı şəhid etdilər və 12 ci İmamımız da zuhur etmir.
İttiham olunarkən səhf edənlər ittiham olunmalıdır. Düzgün davranan ittiham olunmamalıdır.