Страница 833 из 5746 << < 829 830 831 832 833 834 835 836 837 > >>
salam |

Salam aleykum.Usagi idmana gondermek olar? bes oz zeif yawidlarin incitse ne olacaq? guc her zaman xeyir getirmir.Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, göndərə bilərsiz , ehtiyat etdiyiniz məsələnin qarşısını almaq üçün düzgün tərbiyə verin.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Salam |

Ali Serieti deyib ki,ebu bekr Hz.Eli.e.den ustundur? sag olun

Ответ / Cavab

Aleykumusalam.

Belə bir şeyə rast gəlməmişik. Olsa blə Əli Şəriəti din alimi deyil ki, sözünə etibar edilə.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Salam |

Men Qurani yariya kimi oxuyub,sonra orucluq ayi gelende niyyeti hansisa olu ucun ede bilerem? sag olun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Salam |

Marketde hicaz saseska istedim,dedi ki,"serfeli"adli saseska da hicazindir,duzdur yoxsa yalan?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, sərfəli adında buraxılan da həmin şirkətin malıdır və rahatlıqla yeyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Zehra |

ASSalamun Aleykum. Men qeza orucumi tuturam ve bu gun oruclu halda hekime getdim hekim gozume dərman tokdu ve indi yadima dusduku birden belke orucum.batil olub. İndi orucum batildimi? Ve ya goze oruclu halda derman tokmek olarmi? Ya oruclu halda tabletka dermani atmaq olarmi? Cavab gozdurem Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər bu dərman boğazdan aşağı getməzsə, oruca təsir etməz.

Tabletka dərman atmaq orucu pozar.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
elya |

salam aleykum.usagin cinsiyyeti ucun istixare etmek duzgundurmu eger duzgundurse nece istixare edilir.Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, buna heç ehtiyac da yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Abdullah |

salam aleykum ezizlerim birdene sualim var size zehmet deyilse cavabladiraardiz 1)hava proqnozuna baxmaq ve tamda yox amma bir az ona uygun hereket etmek duzgundur? Ayatollah Sistani

Ответ / Cavab

Aleykumusalam.

Heç bir eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
humray |

Salam aleykum Sabahiniz xeyir bu defeki sualim belədir: biz temizlik İşleri görəndə ev temizliği edəndə ümumilikdə temizliye riayet edənde ozumuzu temiz tutanda savab qazanırıq ya yox . önceden Təşəkkür edirəm. ALLAH razı olsun sizden.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, savabdır.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
alemzer |

Salam men hiss edirem ki bize cadu olunub onu nece batil etmek olar?

Ответ / Cavab

Aleykumusalam.

Bu hissinizin heç bir əsası və dəlili yoxdur. Boş verin belə fikirləri.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
İlahə |

Salam Hacı. Mən tez-tez şükür namazı qılıram. Bu mənim içimdən gəlir. Vacib namazlarımı qılıb qurtarandan sonra istəyirən şükür namazı qılım və qılıramda. Hərdən olur 2 dəfə istəyirəm qılam. Bilirəm bunun ziyanı yoxdur, amma çoxunda yaqin bir mənası yoxdur. Lakin bu istək galir mənə ona görə də qılıram, düşünürəm qılmasam bəlkədə günah olar. Bu istəyə yaqin ki Allah salıb ürəyiməş Təşəkkür

Ответ / Cavab

Aleykumusalam.

HEç bir irad yoxdur, qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Asim |

Salam-aleykum, men hal-hazirda Doktor Seyyid Cefer Shehidinin "Islam tarixi ve tehliller" kitabini oxuyuram. Orda yazilanlar sehihdir? Evvelceden tesekkurler!

Ответ / Cavab

Aleykumusalam.

Kitabla tanış deyilik və bu səbəbdən bütün yazılanların tam olaraq düzgün olmasını təsdiq edə bilmərik.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Aydan |

Salam niye yoldasina xeyanet eden qadinlarin basi kesilir?sizce bu gunah deyilmi?

Ответ / Cavab

Aleykumusalam.

Əvvəla onu qeyd edək ki, özü muhakimə edib və şəriətə uyğun olmayan hökm icra etmək yolverilməzdir.

Amma  bu qadının etdiyi xəyanət sözüylə yüngülləşdirilməməlidir.

Cinsi ehtiraslarını sakitləşdirməyə yanında əri olmağına baxmayaraq atasının. qardaşının, ərinin və qohumluğundakı kişilərin qeyrətini bir özü kimi əxlaqsız kişi cinsində olan heyvanın ayaqları altına atmış qadına qadın demək yaraşırmı?

Özgəsinin namusu ilə oynayanlara nə kişi, nə də qadın deyilməməlidir.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
salam |

salam aleykum qardaşım gecə namazı qılan şəxs Yalnız şəf və vitt namazını qılsa gecə Namazı qılmış sayılır? yəni o dryilən savabları qazanır? çox sağ olun

Ответ / Cavab

Aleykumusalam.

Tam qılanın savabı tam qılana verilər.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Sual |

Allahin Salami olsun !!! Men ayiq surucu iwleyirem , ickili bir muwterini menziline aparirdim , 7 azn pul vermeli idi mene menzile catanda , yolda nefsim buyurduki 10 azn verseydi yaxwi olardi , menzile catdirdigdan soram ama heqiqeten yadimnan cixmiwdiki cibimde xirda var , muwteri mene 10 mamat uzadanda dedim xirdam yoxdu , heqiqeten yadimnan cixmiwdi , dedi qalsun onda , uzaglawannan soram yadima duwduki cibimde xirda var idi , indi 3 manat halaldi mene ? eger halalim doulse neynemeliyem?

Ответ / Cavab

Aleykumusalam.

Əgər halal edibsə halal olar.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
Sual |

Salam.Alma(neinki alma,corekde yeyende)diwim qaniyir.bele olanda ne etmeliyem?ele halda yemek olar?

Ответ / Cavab

Aleykumusalam.

DAmağ qanaması olur və bu damaq xəstəliyidir. Onu mualicə edin və nualicə olunana qədər sulu yeməklər yeyin.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
....... |

Salam. Alt paltarina sidik qacirtma qusulu pozur?

Ответ / Cavab

Aleykumusalam.

Bunun qüslə heç bir aidı yoxdur, sadəcə yuyunub paklanmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 4 Апрель, 2017
1111 |

Salam hormetli Haci. 1.cadu eleyhine ne tedbir gormek olar? onu nece batil etmek olar? tesekkurler.

Ответ / Cavab

Aleykumusalam.

Onu nəcis olan yerə atın.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 3 Апрель, 2017
Ehli-beyt aşiqi |

Salam axşamınız xeyir Hacı size kebinle bağlı sualım var men helede talaq ala bilmemişem çünki oğlanın bizle düşmençiliyi var onsuzda veren deyil men ne edim? İstesem vermese Başqa heçcür yolu yoxdu? Çox sağolun Allah sizden razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Sizin bir adamının ondan bunu istəsin, əgər verməzsə və əsassız əziyyət vermək istəyirsə, yolları var. Amma ilk olaraq ondan istənilməli, tərslik edərsə tələb edilməli, yenə inad edərsə, onda başqa yollarla həll edilər.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 3 Апрель, 2017
Сара |

Salam Aleykum. Evvelceden tesekkur edirem. Sualima gore uzur isteyirem. Men namaz qiliram Bilmirdim, tezelikce burda oxudum ki abort oldandan sonra qusul vermek lazimdi. Hemin qusulu nece verim? Mende iki abort olub uc ayin icinde ( tessuv kiele alinib),sora xestelenib qusulumu vermisem, hem cenebat qusulu, ikinci defe de ele. Indi bilmek isteyirdim ki, menim namazlarim batil olub bu halda? Birde ki, indi heyz qusulumu verib oruc tutmaq istiyerdim, qusulu nece verim? Haci vaxtinizi aldiqina gore cox uzur. Allah sizden razi olsun. Cox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Xəstələnənə ya cənabət qüslü edənə qədər bu halda qıldıqlarınızı qəza edin. Verdiyiniz heyz və cənabət qüslü həmin qüslü də silib.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 3 Апрель, 2017
Salam aleykum |

Her gun insanlarin bir birinin bashini kesmesi,bicaqlamasini ewidirik.Artiq insanlardan qorxuram.Ne sebeb oldu ki,insanlar bu hala geldi?? Nece olur ki,20 yawli ushag bash kese bilir? men 25 yawimda toyuq bawi kese bilmirem,bunlar nece insan bashi kesir?! Valdeyn duzgun terbiye etmir,bes vicdan hara gedir? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

İnsanlar ilahi təlimə arxa çevirib şeytani təlimə uydular.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2017 , Опубликовано: 3 Апрель, 2017
Страница 833 из 5746 << < 829 830 831 832 833 834 835 836 837 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com