Страница 856 из 5746 << < 852 853 854 855 856 857 858 859 860 > >>
ismayil |

Salam hacı axşamınız xeyir. Bu şəkildəki yazılar nə deməkdi zəhmət olmasa yaza bilərsiz? sekil - http://i.hizliresim.com/4PlYLY.jpg

Ответ / Cavab

Aleykumussalam.

Bu bir tilsimdir, onu murdar yerə atın.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Allahin qulu |

Salam aleykum. Bilmek isterdimki axwam wam ve megrib namazini qilmaga imkan olmayanda gece 12 den sonra qilinsa niyyetimizde vacib deyirik yoxsa qeza namazi? Allah sizden razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Qəza deməyəcəksiz və vacib sözünü demək də şərt deyil.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Arzu |

Salam .Mama dedi saçini belə bir formada et.məndə dedim istəmirəm .Sonra təklikdə öz özüme of çekdimki o nə saçdi isdəmirəm elə.günün sonunda Mamaya dedim bağişla xətrinə dəydimsə .günah etmiş oluram

Ответ / Cavab

Aleykumussalam.

Üzr istəmisizsə, o da üzrünüzü qəbul edibsə, günah yazılmaz.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 17 Март, 2017
xXx |

Salam Aleykum.Bezi sakitlewdirici dermanlar var Meselen Karvalol ya nane covher suya damciladib icirsen.terkiblerinde etil spirti olur.yeni suya damciladib icmek olar?Xamaneyi aga.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən dərmanları içə bilərsiz.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 17 Март, 2017
Abu8888 |

Salam haci haci men 5-6 defe tovbe edirem bir mindar emele gore ama alinmir neyniyim haci en yaxsi indi men gedb Mescide gedsem tovbe elesem yalvarsam zikr ceksem ALLAH tovbemi gebul eder cunki gorxuram ziyana ugrayaram onsda ugramisam ama ALLAH bagislasin

Ответ / Cavab

Aleykumussalam.

İnşaALlah siz tovbə edin, bağışlayar.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 17 Март, 2017
Salam |

Şeytan insana elə nəfsi istəklərin vasitəsi ilə yaxınlaşır. men bunu bawa duwmedim,yeni weytan olmasa nefs pise emr etmezdi?

Ответ / Cavab

Aleykumussalam.

Yəni nəfs olmasa şeytan neylə aldadacaq?. Nəfs yoxdusa  mələk olar

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 17 Март, 2017
yemek |

Salam aleykum.Bu gun ferq etdim ki,butun gunahlarimin koku qeflet olub,qefletin sebebi ise chox yemek olub,bu gun axsam az yedim,namazda diqqetimi toplaya bilirdim,zehnim aydin idi.Niye yemek insana pis tesir edir?

Ответ / Cavab

Aleykumussalam.

Bunun bir səbəbi budur ki, qarın dolu olduqda içəridə sistem pozulur və beyin  öz keyfiyyəti ilə işləyə bilmir.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
Salam aleykum |

Namaz qilanda fikrim dagilarsa bawa qayidib,zikri yeniden deyirem,bu namaza mane olar?Xamanei aga.

Ответ / Cavab

Aleykumussalam.

Belə etməyin, fikrinizi toplayıb qaldığınız yerdən  davam edin.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
Salam aleykum |

Biri mene dedi ki,Allah weytana niye azdirmaq icazesi verdi? dedim ki,weytanin olmasi tekamul uchun zeruri idi.Insan ruhu weytanla mubarize apararaq Allaha yaxinlawir,deyir ki,mubarize uchun nefs var,bu bes etmirmi? ona nece cavab verim? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Məgər insan şeytanı görür, ya onunla döyüş meydaninda vuruşur? Şeytan insana elə nəfsi istəklərin vasitəsi ilə yaxınlaşır.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
nəndə |

Salam Hacı, bilmək istərdim hazır toyuq,kolbasa kimi məhsulların halal və ya haram olmasından əmin deyilsənsə onları yemək olar? Təşəkkür edirəm

Ответ / Cavab

Aleykumussalam.

Halal olmasına əmin olmadıqlarınızı yeməyəcəksiz.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
anonim@ |

Salamun Aleykum.1.Simat duasinda'' ulduzları xəlq edərək onlar üçün bürclər və onları çıraq, zinət və şeytanları qovmaq üçün səbəblər təyin etdin...'' bürcler ne demekdir?2.Cume gununun axirinci saatindan gun batana qeder vaxt hansi vaxtdi? Hansi saatlardadi? Allah razi olsun.Tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

1.Bürclər elə bizə məlum olan bürclərdir.

2.Günün axır saatı gün batmağa qalmış olan saatdır.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
fatime |

salam Haci,yanimiz var cavan qizdi tez aile qurdu iki ovladi oldu qaynanasi ve yoldasi pis oldular ona qarsi qiz hal hazirda pis veziyyetdedir ozune usaglarina baxa bilmir,guclu dermanlar qebul edir...sozun qisasi deyirler cin girib gay bedenine ruh girib ozun qeribe aparir ve getmedikleri yer qalmayib,amma qiz duzelmir.sizden meslehet almag istedim Haci o qiza QUran oxunulsa,nebilim dua elese nas feleq surlerin oxusa hec b yola bas vurmyiblar,duzeler belke he Haci?

Ответ / Cavab

Aleykumussalam.

Axı aydındır ki, onun həyatı çətinlikləri onu bu psixi sarsıntılı hala salıb. Onu bundan xilas etmək istəyirlərsə, onu bir savadlı psixoloq yanına aparsınlar və onu göstərişlərinə əsasən onunla davransınlar və tibbi yardım etsinlər.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
kanan |

salam size sualim var men namaz qilanda gunahlarim yadima dusur peyğemberimize ve imamlarimiza verlilen zulumler hemcinin komeye ehtiyac olan insanlar yadima dusur namaz usde ağlamaq tutur meni bu gunahdirmi onceden cox saqolun

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən hallar üçün ağlamaq namaza təsir etməz, bəlkə daha yaxşıdır.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
xxxxxxxx |

Salam Aleykum vaxtınız xeyir. Men inşallah ki 19da Biləsuvar rayonuna gedəcəm orda bir neçə gün qalacam namazlar bütöv yoxsa şikəstə qilinmalidir? Önceden teşekkür

Ответ / Cavab

Aleykumussalam.

10 gündən az qalacaqsızsa, o zaman namazlar qəsr olacaq.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
Ramiz |

Salam men Rosiyyanin Surgut seherindeyem qible programlari heresi bir yeri gosterir ve ya 3 adding o terefe gedirsen yene istiqamet deyisir! Etibarli bir pqroqram var deyesiz ve ya nece deqiq tapaq. Onceden tesekkurler.

Ответ / Cavab

Aleykumussalam.

Qiblalokator. bundan istifadə edin.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
X & Ş |

Salam aleykum Haci sualım belke məntiqsiz olacaq ama verirəm sualımi.Demeli bir insanla rastlaşanda düşünürük ki bu insan menim qismətimdi...bunun dini əsası varmi yani bu hiss Allahdan ola bilermi? BIRDE bir insanin menim qismetim olub olmamasını bilməy üçün istixara etmək olarmi? Men birindən xoslaniram.o insanın mənim qismetim olub olmamasini bilmey istirem. Belkede sualim cahilce görünür ama men beynimdeki suallara son qoymaq istirem öncədən Təşəkkür

Ответ / Cavab

Aleykumussalam.

Belə bir iddia etmək olmaz, və bunun dini əsası yoxdur.

Bu işdə istixarənin də düz olmasına etiqadımız yoxdur.

İnsan əks tərəfdən kimisə görüb xoşlandısa, axtarış aparsın, salim insandırsa, əxlaqı, imanı yerindədirsə və özünün həyat tərzini başa düşüb anlaşıla biləcək kəsdirsə, evlənsin.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
anonim@ |

Salamun Aleykum.Eyer men artiq kimese demeyini isdeyiremse deye biler? Vedine emel etmeye biler? Cox dag olun.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

İstəyiriszsə, nədən maneə qoyursuz?.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
Nahid |

Hacı salam aleykum.Namazda her ilk secdede 2 defe Allahu ekber deyilir.unutqanlıqdan və ya bilmədən 1 dəfə deyilsə namaz batildirmi?(əvvəlcədən təşəkkürlər)

Ответ / Cavab

Aleykumussalam.

Namazda ancaq ilk təkbir vacibdir, qalanları müstəhəbbdir.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
adminka |

salam əgər ərim ölübsə qayınla evlənmək dinimizdə varmı evli yada subaysa bu ola bilərmi elənmək istəsə qayın qardaşı arvadı ilə qadın evlənməlidi yoxsa evlənməməlidi qadın istəməsə bu evlilik olmalıdı? birdə əgər qayın əl çəkməsəki mən səndən əl çəkən deyiləm qadın məcbur qalıb evlənsə dinimiz qadına nə buyurur neçə dəfə təmizlənməlidi neçə ay və bu evlilik məcburdumu mənə düzgun açıqlıq gətirin sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Qadın əri dünyadan  gedəndən 4 ay 10 gündən sonra azad sayılır və istədiyi kəslə ailə qura bilər. Əlbətdə qaynı bunların içində ən əvvəlincilərdəndir. Yəni əgər qaynı ilə ailə qurmaq istəsə lap yaxşı. Amma əgər bunu qadın istəməsə, heç kim onu buna məcbur da edə bilməz.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
aile suali |

salam.bes onda niyye Imamlarimiz peygemberin qizinin ovladlari idi?onda imamlar niye nesil davam etdiren oldular?deyendede peygemberin nesili deyirik setidlere,imamlara.

Ответ / Cavab

Aleykumussalam.

İmamların Əvvəli və İmamlar atası İmam Əlidir, bunu yaddan çıxarmısızmı?

Peyğəmbər nəslinin yayılmasına gəldikdə isə Bu Allahın istəyi ilə Peyğəmbərin xələfi olan İmam Əli ilə Peyğəmbərin əzizi qıznın vasitəsi ilə oldu.

Allah sizə yar olsun

Задан: 17 Март, 2017 , Опубликовано: 17 Март, 2017
Страница 856 из 5746 << < 852 853 854 855 856 857 858 859 860 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com