Страница 855 из 5746 << < 851 852 853 854 855 856 857 858 859 > >>
Abdullah |

Salam aleykum va rahmatullah,birdene sualmi cavab vererdiz cox xaiw edirem bizim eqidede Omere ,Osmana ,Ebu bekre nece munasibet besleyirler onlar munafiq sayilirlar?yoxsa nece? Ayatollah sistani

Ответ / Cavab

Aleykumussalam.

Bu şəxslər kifayət qədər ciddi xətalar törədiblər ki, qiyamətdə bunun mütləq hesabı çəkiləcək.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Zeynəb |

Salam aleykum hacı sualım belədir ki dini kinoların fonunda gedən musiqilər ki var məsələn muxtarnamədə Hz Yusif filmində Mələkut filmi yəqin ki eşitmidiz diz də bunlarda olan musiqilər haram sayılmır?

Ответ / Cavab

Aleykumussalam.

Haram deyil.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Bende |

Salam. Eger bir nefer evden asili veziyyetdedirse xums vermesi vacibdirmi?

Ответ / Cavab

Aleykumussalam.

Qazanc etmirsə, xeyr, ona vacib deyil

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Bende |

Salam. Bes hemin teyin etdiyi gun artiq qalmasa nece olacaq hemin gunun xumsu?

Ответ / Cavab

Aleykumussalam.

Əgər əlində heç nə olmazsa, deməli xums  vacib olmayib.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
anar |

salam aleykum.bir mahni var instrumentaldir adi ise filan yerden olan qadin menasini verir.amma mutrib ritmi yoxdur sade instrumental hemin mahniya qulaq asa bilerem Xameni aga ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Olmaz.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
lale |

Salam.Bu gece movlud gecesidirse ne etmek lazimdir bu gecede?

Ответ / Cavab

Aleykumussalam.

Şənlənmək və dualar etmək.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Bende |

Salam. 1.Bir nefer ayliq maasi stabil deyilse olar ki her ay maasindan orta hesabla mueyyen qismin cixsin ve ilin sonunda da onu artiq qalan kimi xums versin? 2. Xüms verilende nece hesablanir ve hokmen pul verilmelidir? Zekat nece hesablanir ve zekata hansi mallar daxildir?

Ответ / Cavab

Aleykumussalam.

1.Buna ehtiyac yoxdur. Özünə il başı bir gün təyin edəcək , həmin günü əlində artıq qalanın xumsunu verəcək.

2.Artıq qalanın beşdə biri veriləcək.

Zəkat əsasən mal qara və əkinçilik məhsulları, qızıl və  gümüşə düşəcək.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Sahib |

Salam Keffare orucu 3 gun dalbadal tutulmalidi,yoxsa ara huraxmagla olar? Mumkunse niyyeti nece tutmag lazim oldugunu deyin ve mumkunse duzgun destemaz ve duzgun namaz gilmagin linkini vererdiz

Ответ / Cavab

Aleykumussalam.

Andı pozmaq orucudursa, gərək ardıcıl tutulsun.

Niyyətində kəffarə orucu deyəcəksiz.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
efsane |

Salam Haci qardaw bayraminiz mubarek olsun Allah sizi ve sevdiklerinizi xowbext etsin ne arzu niyyetijiz varsa hamisina xeyrilikle catdirsin inwALLAH AMIN HAci qardaw yuxumda goruremki ziyarete nezir verirem bu ne anlama gelir?

Ответ / Cavab

Aleykumussalam.

Bu sadəcə yuxudur və yuxuda görməklə boynunuza bir şey gəlməz.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
emin |

Salam..Haci.Bagislayin narahat edirem.Amma ureyim narahatdir.Zohr Namazinda velazzalin sozunu duzgun deye bilmek ucun 4 defe dedim.Bu Namazi pozur?2.Men harama baxmamaga tovbe etmisdim.Bu gun bir herbci geyiminde qadin gordum.Ona pis niyyetle yox,qolundaki birde wlyapasindaki nisana baxirdim.Bu tovbeni pozur?Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Hörmətli emin bala, bu sual dəfələrlə müxtəlif şəkillərdə siz tərəfdən verilib. Sadəcə internetdə Quran qarelərinin bunu  necə dediyinə qulaq asıb düzgün tələffüzü öyrənin.

Naməhrəmə baxmaq haramdır, bir də baxmayın.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
ano |

Salam Aleykum. Paltari paklamaq ucun kur su ve az su ile nece yumaq lazimdir ? Mekarim Shirazi agaya teqlid edirem. Allah elminizi artirsin ki, bizde faydalanaq.

Ответ / Cavab

Aleykumussalam.

Kür su ilə yuyulduqda nəcisin eyni aradan gedndən sonra bir dəfə, az su ilə iki dəfə yuyulmaqla pak olar.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
leyla |

Salam. Bilmek isteyirdim, hansi namaz daha duzgun sayilir suni ya wue, bele bolunmekden hec xowum gelmir ve ona gore deqiq bilmek isteyirdim Peygemberimiz (SallALLAHU aleyhe ve sellam) nece qilib, belkem bu haqqda duzgun hedisler var

Ответ / Cavab

Aleykumussalam.

Hər iki tərəf namazını Peyğəmbər qıldığı kimi qıldığını iddia edir.

Əhli sünnə namazı Peyğəmbər səhabələrindən götürüb düz olduğunu iddia edir.

Şiələr ilk gündən, yəni hələ namaz ümumi olaraq vacib elan olunmadığı gündən və başqalarından illər öncə əvvəldən Peyğəmbərlə birgə namz qılmış İmam Əlidən Peyğəmbərin necə namaz qıldığını öyrənib, namazlarının Peyğəmbər namazı olduğunu iidia edir.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Leyla |

Salam.size bir nece sualim var.instaqramda gordum yazilib novruz bayraminda oruc tutmaq savabdi.bu duzdurmu.birdeki martin 21i sayilir novruz bayrami yoxa 20si?orucluqdan qabaq tutulan oruc olur o hansi ayda olur.qabaqcadan tewekkur edirem

Ответ / Cavab

Aleykumussalam.

Həmin günü oruc ola bilərsiz.

Bayram 21 dir.

Rəcəb və Şaban ayları. Martın 29 u rəcəbin biri olmalıdır.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Fidan |

Salam Haci, niye coxu 18i deyir xanimin movludun?

Ответ / Cavab

Aleykumussalam.

18 i mövlud gecəsidir.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
leyla |

Salam. Novruz bayramini qeyd etmek ne derecede digrudu?

Ответ / Cavab

Aleykumussalam.

Bu bizim milli bayramımızdır və qeyd olunmasında heç bir eyb yoxdur.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
salam |

3ayliq hamileyem Allahima min sukur. Qanamayla hekime getdim ve ciftin qopmasi oldugunu soyledi. Yataq rejiminde olmaliyam. Ama namazlarimi saxlamiram. Oturub qiliram. Allah xatirine menim ve balam ucun dua edin. Meleyime sagsalamat qovuwum. Balam ucun dua edin.

Ответ / Cavab

Aleykumussalam.

Sizi dua edirik, ALlah xeyirlisin nəsib etsin.

Əgər oturaq qılmaq da ziyan edərsə, ayaqlarının altı qibləyə olmaq şərtiylə, yarı uzanmış halda qılın.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
313 |

Саламун алейкум ХАДЖЫ когда месяц РАДЖАБ наступить пожалуста напишите спосибо

Ответ / Cavab

Aleykumussalam.

Po kalendaryu doljno  nastupiç 29 vo.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
bəndə |

Salam aleykum, 1.ölən insanı qəbrə qoyanda daban hissə qibləyə tərəf olmalıdı yoxsa ön hissəsi? 2.toyuğu kəsəndə başı qibləyə tərəf olmalıdı yoxsa boğazının ön hissəsi Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Sinəsi qibləyə tərəf qoyulur.

Onun da sinəsi qibləyə olacaq.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Zeyneb |

Salam.bagisliyin shehadet kelmesinde eshedu en la ilahe illellah yazilib.ama bir coxu ise deyende eshedu el la ilahe illellah deyir bunun ferqi varmi ? Cox sagolun cavablandirdiginiz ucun

Ответ / Cavab

Aleykumussalam.

Yazılışda belədir, deyilişdə isə ikinci şəkildəki kimi. Məsələn ruslarda çeqo yazılır, çevo deyilir.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Bende |

Salam. 1 Zekat nedir? Nece verilmelidir? Kimlere vacib sayilir? 2. Xums nedir? Nece verilmelidir? Kimlere vacib sayilir? 3. Bir nefer iwleyirse ancaq iwinde ayliq geliri stabil deyil. Bu nece xumsunu hesablayib vermelidir?

Ответ / Cavab

Aleykumussalam.

Zəkat bir növ dini bir vergidir . insanın zəkata düşən malı vara və həmin o mal zəkat qədərinə yetişdikdə, müəyyən olunmuş miqdarı zəkata verilir.

Xums əsasən pul və pul heabı sayılan şeylərə vacib olur və hər bir qazanc edənə il başında bir dəfə əlində il başına artıq qalmış pulun xumsunu vermək vacib olur.

Xums ilin sonunda artıq qalana düşər.

Allah sizə yar olsun

Задан: 18 Март, 2017 , Опубликовано: 18 Март, 2017
Страница 855 из 5746 << < 851 852 853 854 855 856 857 858 859 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com