Страница 897 из 5746 << < 893 894 895 896 897 898 899 900 901 > >>
Salam |

Allah və qiyaməti inkar edib bəşəriyyətə mədəni, iqtisadi, tibbi, siyasi və ictimai sahələrdə böyük xidmətlər göstərmiş insanlarin aqibeti ne olacaq?sag olun

Ответ / Cavab

Aleykumussalam.

Allaha xatir olmayibsa, dərdlərinə dəyməyəcək.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Aysu |

Salam 1). eger ana exlaqsiz olarsa usagi namaz qilan olarsa,axiret gunu imanli ovlad boyutduyu ucun anaya savabi varmi? 2).ve yaxud eksine eger ana imanli, namaz qilan oruc tutan olarsa, ovlad ise terbiyesiz exlaqsiz olarsa bele ovladi oldugu ucun anaya axiret gunu ezab verilecekmi?3) bildiyime gore 3 qizi olan ananin yeri cennetdi.men rus gormusem 3 qizi var ozude icki icir bele qadin cennete gedecekmi?4). qizi olmayan analar namaz ehli olarsa cennete gire bilecekdirmi?Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

1. Haram etdiyi halda ölərsə, heç nəyin ona faydası olmaz.

2. Hər kəs öz əməlinə görə cəzalanacaq.

3.Üç imanlı qızı böyüdüb  o halda ərə verəbə aiddir.

4.Əməlləri düz olarsa, bəli.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
fidan94 |

Salam.Cavabiniza gore cox sagolun. onda men nenemgilde galdigim muddetde subh namazlarinin destemazni dediyim kimi seherler gazanda su ile ala bilerem ?

Ответ / Cavab

Aleykumussalam.

Bəli.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
vahid |

essalamu eleykum size sualim beledi qoyunun haram hisseleri hansilardi

Ответ / Cavab

Aleykumussalam.

1-Qan; 2- Toxumluq; 3- Dişi heyvanın cinsi orqanı; 4-Uşaqlıq; 5- Vəzi; 6- Ağ ət; 7- Başın beyin nahiyəsində noxud formasında olan kiçik toxum; 8- Fəqərə sütunu arasında olan haram ilik; 9- Boyunun iki tərəfində yerləşən və fəqərə sütununa qədər uzanan damar; 10- Öd kisəsi; 11- Dalaq; 12- Sidik kisəsi; 13- Göz bəbəyi;

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Bende |

Salam. Teze dunyaya gelmis ancaq olmus usaga qusl lazimdir vermek? (Sistani aga)

Ответ / Cavab

Aleykumussalam.

Dörd aylıq və ya daha böyük olan siqt (düşmüş) uşağa qüsül verilməlidir. Əgər dörd aylıqdan kiçik olsa, vacib ehtiyata əsasən, onu parçaya büküb qüsülsüz dəfn edirlər.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Salam. |

Salam Hacı. Sizce fevral ayın 11, 12-si nigaha dusmek olar ?? Cox sagolunn

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil, lakin gözləmək mümkündürsə, Fatimiyyə günlərindən sonra  bunu etsinlər.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Miri |

Salam aleykum. İslam nəzərdində qəbir(məzar) olan məsciddə namaz qılmağın hökmü nədir.?

Ответ / Cavab

Aleykumussalam.

İslamın iki böyük məscidi Məscidul həram olan Kəbə və Peyğəmbər məscidi. Hər ikisində qəbir var.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Islam313 |

Essalamu eleykum. Spirtli icki olan sufreden yemek haramdir, bes sufrede diger haram qidalar - pive, pulcuqsuz baliqlardan, qaban eti, sala ve s olarsa hemin sufreden yemek olarmi? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Haram olan süfrəədən uzaq durun

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Perviz |

salam eleykum zehmet olmasa deyerdiz men yuxumu tez.tez qariwdiriram oyananda alt paltarimda sperma olur,uzr istiyirem yuxuda bowaliram,bunun ucun ne ede bilerem men?cox sagolun allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Belə halda qüsl verəcəksiz. Olmasını istəmirsizsə, o zaman yeməklərinizdə turş şeylərdən istifadə edin və şəhvət oyadan səhnələrdən uzaq durun.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Nemis |

Salam haci esitmisemki bezi seyler varki onlari sol elle etmek lazimdi necis seyleri yumaq cunki sag elle salavat cevirirk bu duzdu?sagolun

Ответ / Cavab

Aleykumussalam.

Sol əllə edilməsi daha düzdür.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Nigar |

Salam.Xahiş edirəm mənə deyərdiz hardan öyrənə bilərəm namazı oturuğlu veziyyetde nece qılınmalıdı?Qeyd edimki hamiləyəm çox əyilib qalxmaq olmaz.

Ответ / Cavab

Aleykumussalam.

Siz ayaq üstə dura bilmirsizsə, o zaman oturaq halda namaza başlayın, ruku üçün bacardiqca əyilin. səcdəni adi qaydada edin.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
fidan94 |

Salam Aleykum. menim sualim oduki biz evi temir eletdirdiymize gore 3-4gundu nenemgilde galirig. onlarda su heyetdedi heyet cox soyugdu deye subh azaninda destemaz ala bilmirem cixmag olmur heyete ona gore gazana su yigib eve goymuwam ki seherler gazanda destemaz alim.3gundu subh namazni bele gilmiwam indi atam deyir ki su axib gedmelidi sen destemaz aldigin su tezeden gazana tokulub deyesen sehvdi. indi icimde subhe yaranib. namazlarim sefdi?? zehmet olmasa deyerdiz hemde deyin ki nece edim 2gazan goysam birine su axib gedse olar ?

Ответ / Cavab

Aleykumussalam.

Namazlarınız düzdür.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
humray |

Salam Aleykum Cumeniz mübarək. Haci size bu defeki sualim belədir men qonşunun wi fi şifresini tesadufi yığdım sifre uygun gəldi. Uzun mudderdir özlərinin xeberi olmadan istifadə edirəm. Men indi onlarin haqqını zay etmis oluram? Halalliq almalıyam ya yox? Nezere alsaqki sifreni qırmadan heckimden almadan ozum tapmisam. Onceden teşekkür ederim. ALLAH RAZI OLSUN SIZDEN

Ответ / Cavab

Aleykumussalam.

Bu haramdır, belə etmək olmaz. Halallıq alın

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Tofiq |

Salam. Təkrar soruşduğuma görə üzr istəyirəm.Başa düşmədim.sual-cavabları daima izləyirəm və bilmədiyim çox şeyi buradan öyrənmişəm. Sualım belə idi. Keçmişin qəza namazlarını qılanda ancaq rükn əməlləri yerinə yetirirəm. Müstəhəbləri (azanı,iqaməni,qunutu) eləmirəm.əvvəllər elə bu sual-cavabda oxumuşdum ki,keçmişin qəzaların qılanda müstəhəb əməlləri etməmək olar.cavablar fərqli olduğuna görə sizi bir daha narahat etdim.sağ olun.

Ответ / Cavab

Aleykumussalam.

Rukn cəmisi  5 əməldir. Onda səhf deyirsiz, sirf vacibatla edirsiz. Belədirsə, düzdür

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
isazade.solnche |

bir daha salam haci. haci yazmisiz ki sabahdan Eyyami Fatimiyye bashlayir ve 20 gun davam edir. bu gunlerde qeza orucu tutmag olar? haram sayilmaz?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
isazade.solnche |

salam aleykum haci. bir qiz var, imkanlari yaxshi idi sonra namaza bashladi butun ellerinde olanlari itirdi problemleri choxaldi anasi demek olar her il emeliyyat olunur, mashinlari filan neleri vardisa hamsini satdilar indi kasibdilar. qiz deyir ki, bu mene gore oldu, men hem namaz qilib oruc tutdum hem hicab taxdim sora hicabdan chixdim namaz qildigim halda qelbimi duzelde bilmedim ki imanli biri olum. hem gunahlar etdim hemde namaz qildim bir emelim o biriyle uygunlashmadi. Allah da qebul etmedi bunu. ona gore de bashimiza musibetler gelir. o qiza ne demek olar, nece komek etmek olar? etrafli yazardiz zehmet olmazsa eger bir komek etmek olarsa. yeni o qiz bu fikirlerinde dogrudurmuki?

Ответ / Cavab

Aleykumussalam.

Səhf düşüncədədir. Dünya olayları müəyyən və müxtəlif hallarda baş verir. Bunu məhz filan əmələ bağlamaq olmaz.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Fidan |

Salam, Eyyami Fatimiyye ne vaxt baslatir ne vaxt bitir?

Ответ / Cavab

Aleykumussalam.

Sabahdan başlayır və 20 gün çəkir.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Sual |

Salam Haci. Destemazda uzu ve ya qolu yumaqla mesgul olarken krantdan axib geden su israf sayilir? Axi kranti nece bagliya bilerik bir halda ki elimiz yad yawliga deymemelidir. Sistani aga.

Ответ / Cavab

Aleykumussalam.

Bağlaya bilərsiz, yaşlığa dəyməmək hökmü sol qolu yuyub bitirəndən sonraya aiddir.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
niko |

Salam.menim evimde bir icki var.Hediyye kimi veribler amma men icki icen deyilem.onu satmaq olar?yeni o pul haram sayilmaz?

Ответ / Cavab

Aleykumussalam.

Onu zibilliyə tullayın.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 10 Февраль, 2017
Bende |

Salam Haci.menim bele sualim var.uzr istirem.mesel ucun sevgili olan oglanla qiz.ve oglan qiza tam ciddi baxir.el ele tutmaq olmaz?umumi sevgililer bir birinen uzaq olmalidilar?

Ответ / Cavab

Aleykumussalam.

Sevgili anlayışı haram munasibətləri ortmək üçün qoşulub. Sevgi harama yol deyil.

Sevgi insanların ülvi hissidir. Bunu cinsi ehtirasla qatmaq olmaz.

Allah sizə yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 9 Февраль, 2017
Страница 897 из 5746 << < 893 894 895 896 897 898 899 900 901 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com