Страница 899 из 5746 << < 895 896 897 898 899 900 901 902 903 > >>
Ya Huseyn |

Salam bes 40gun gelirse qan onda ne etmelidi cunki 10gune bitmeyede bilir

Ответ / Cavab

Aleykumussalam

10 gunu nifas sayilacaq yerde qalan gunler daxili yara qani olarsa hech bir shey. Yara qani deyilse, heyz gunleri heyz,qalan gunler ise istihaze bilinecek.

Allah size yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 9 Февраль, 2017
Asim Mirzeyev |

Salam Aleykum, Islam dinini etrafdaki insanlara elmi ve mentiqi sekilde catdirmaq isteyirem, xususen de qeyri muselmanlar ve ateistlere. Hansi kitablari mutalie etmek lazimdir? Bele kitablar siyahisi varsa zehmet olmasa yazardiniz.

Ответ / Cavab

Aleykumussalam

Bunun uchun kitab mutaliesi Yox,dini tehsil almaq lazimdi.

Allah size yar olsun

Задан: 10 Февраль, 2017 , Опубликовано: 9 Февраль, 2017
Nahid |

Hacı salam Aleykum. 2-ci rükətdəki Təşəhüddən sonra əlavə hansisa dua oxumaq olarmı? eger olarsa, hansı dualar(əvvəlcədən təşəkkürlər)

Ответ / Cavab

Aleykumussalam.

İkinci ükətin təşəhüdündən sonra- Və taqabbəl şəfətəhu vər"fə" dərəcətəh- deyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 9 Февраль, 2017
Islam313 |

Essalamu eleykum. Sheir oxumaq, yazmaq, qulaq asmagin hokmu nedir? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Normal şerlərdirsə, problemi yoxdur, zorakiliq, əslaqsızlıq, bos bos   sözlər üzərində olmasın.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 9 Февраль, 2017
1116 |

Salam aleykum aga bu yaxinlarda birisi menle mubahise etdiki "ebelefez aga heyatda hansisa bir meselede sebr etmediyine gore ona imamliq catmadi eyer ona sebr etseydi oda imam olardi" men ona bunun yalniw oldugunu nece isbat edim ki, hz. Ebelfezin uca meqami var ama imam deyildi imami allah teyin edir. Sizden xaiw etsem mene cabir ibni abdullahdan neql olunan 12 imam hedisinin menbesini mene gondere bilersinizmi? Imam Baqire (e) peygemberin (s.a.s) salamini catdiran sahebenin. Xaiw edirem eyer quran, mentiq veya hedislerimizde buna deliller varsa menbesi ile mene deyin. Onuda deyim hemin bu iddiani eden sie ve namaz qilandi allah elminizi artirsin

Ответ / Cavab

Aleykumussalam.

Bəqərə 124 cü ayə buna dəlildir. Əsl məsələ odur ki, kimsə nəsə iddia edirsə, gərək dəlili o gətirə, əks tərəfdən dəlil tələb etməyə.

Ağıllı adamdırsa ona bunu deyin. Zəmanəsində İmam diri olduğu halda Həzrət Əbbas Şəhid oldu. İki imam eyni zamanda olmur.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 9 Февраль, 2017
Muslima |

Salam cox uzr isdeyirem, bir sualin cavabini bilmek isderdim islamda varmi bu haqda melumat ve ya Quranda?! Niye qadin ovlan dunyaya getirende zulum cekir? hami sevinr hami korpe qarshilayir yeni insan dogulur ancaq qadin cox ezyet cekir... Niye axi

Ответ / Cavab

Aleykumussalam.

Bu əiyyətli bir haldır, bu səbəbə də ALlah qadının günahlarını bağışlayır.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 9 Февраль, 2017
isazade.solnche |

salam aleykum haci. haci ramazan orucu 1 ay tutulmasi buyuruldugu halda, ne uchun insanlarin choxu deyir ki bacardigin qeder tut ve bele ozleri de edir yeni bacardiglari qeder tutur?

Ответ / Cavab

Aleykumussalam.

Səhf deyirlər.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 9 Февраль, 2017
Ya Huseyn |

Salam Haci wukur ayaqustesiz yene sevindim bir sualim var Qadin azad olandan namazi nece gunden sonra qila biler birde hansi qusul almalidi?

Ответ / Cavab

Aleykumussalam.

Qadın övlad dünyaya gətirməyə başladıqı andan ondan xaric olan qan nifas qanidir və bu qan 10 gün müddətində gəlir. Ondan paklanadan sonra  nifas qüslü alıb namazlarını qılacaq.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Yalcin |

Salam Heci.men gece yatanda gurana sesdi gulag asa asa yuxuya getmeyimin bir hokmu varmi?olar ya olmaz

Ответ / Cavab

Aleykumussalam.

Çox  yaxşıdır.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Hedis |

salam aleykum.Hədislərdə buyurulur ki, varlıq aləmində yaranmış ilk şey Həzrət Rəsulüllahın nuru olmuşdur. Bu nur parçalanmış, ondan digər məsumların nurları yaranmış, daha sonra bütün varlıq aləmi vücuda gəlmişdir,bizde Peygemberin nurundan emele gelmisik,das,torqaq,hava da bele yaranib? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Hər şeyin O Həzrətin nurundan yaranması barədə hədis mövcuddur.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Ehli-beyit asiqi |

Salam Hacı paltara deyil paltardan bedene paklanıb qüsul verdikden sonra heyz qanı deyse ister quru olsun ister rutubetli o zaman insana yeniden qüsl düşür? Allah sizden razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, sadəcə yuyulub paklanmalıdır.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Salam |

Saytda namaz vaxtlari duzdur? Kanal 12 ve kanal 14 baglanib,acilmayacaq? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Düz olmasaydı sayta qoymazdıq.

Bunları  biz bilmərik.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
....... |

salam aleykum..1.subh namazi 07 57 de bitirdi.namazi qilib qutardim saata baxdimki saat 07 57 di di..namaz qezaya gedib yoxsa duzdu? 2. bir nefer gece yatarken olub bukulmus veziyyetde elede qalib.ne qeder eliyibler aca bilmeyibler bukulu veiyyetdede defn edibler..bele etmek duzdu? dediler bir yolu vardiki sumuklerini qirib duzeltmek sonra defn etmek olardi..xais edirem etrafli cavab yazin ...sagolun

Ответ / Cavab

Aleykumussalam.

Qəza olmayib.

Əgər heç cür açmaq  mümkün olmayibsa, elə dəfn olunmalıdır.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
emin |

Salam..Haci xahis edirem bagislayin1)Gun orta Namazlarinin ureyimde deye bilerem?dodaqlarim terpensin aama ses cixmasin.2)Namazda etdiyimiz sekklerin,evezinde ne etmek olar?

Ответ / Cavab

Aleykumussalam.

Pıçıltı ilə deyilməlidir.

Hər şəkkin öz hökmü var.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Ehli-beyit asiqi |

Salam Aleykum axşamınız xeyir Hacı bele bir sual meni maraqlandırır meselen heyz olarken geyinilen paltarı necisli olduguna eminlik yoxdu,ya da meselen necisdi paklandıqdan sonra geyinende sonra o necis deydiyi üçün qüsl almaq lazımdır? yoxsa necisi çixarıb pak paltar geyinmey olar?2) Men çox vesvese edirem evvel paltarımın pak olduğuna emin oluram sonra şekke düşürem daha fikirleşmeyden yaddaşımda pozulub neqeder fikir vermemeyçün çalışsamda alınmır ne edim? Önceden teşekkür edirem Allah sizi qorusun.Amin

Ответ / Cavab

Aleykumussalam.

Paltara qusl olmaz. Paltar bulaşibsa yuyulub paklanacaq, bulaşmayibsa, istifadə olunacaq

Nəcis olmasina yəqinlik olmasa pak bilin.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Fegan |

Salam. Bank kartları ilə bağlı sualımı ətraflı və əsaslı şəkildə cavablandırsanız minnətdar olaram. Bildiyiniz kimi bir çox banklar müştərilərinə taksit (hissəli ödəmə) kartları təklif edir. Ehtiyacımız olan məhsulları hər zaman nağd qiymətə almaq imkanımız olmur. Bu səbəbdən taksit kartları (ve ya kredit kartı) vasitəsilə istədiyimiz məhsulu müəyyən əlavə faiz ödəyərək hissəli şəkildə əldə edə bilirik (bir neçə aya ödəyə bilirik). Bu zaman ödədiyimiz müəyyən əlavə faiz haram sayılır mı?

Ответ / Cavab

Aleykumussalam.

Nağd olaraq ucuz, niyə olaraq baha satma kimi olursa, düzdür.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Anonymous |

Salam Həci! Məs: Bir oğlan var. Gəzə bilmir. Müalicə üçün Xəstəxanaya gedib. Masaj otağında bir qızı çılpaq görüb. Yəni Sualım beldi. Belə Şəxs üçün Göz Zinasının Kəffarəsi var? Və ya Normal İnsan üçün Göz Zinasının Kəffarəsi var?

Ответ / Cavab

Aleykumussalam.

Bilməyərəkdən olubsa, o zaman günahı yoxdur.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
gülər |

SALAM hACI! Xahiş edirəm əgər mümkünsə Yasin SURƏSİNİ OXUDUQDAN SONRA DEYİLƏN ümumi sözləri və ya necə tapşırmanı deyəsiniz Təşəkkür edirəm öncədən Çox sağ olun ALLAH RAZI OLSUN

Ответ / Cavab

Aleykumussalam.

Çərəkə adlı kitabça var, onu əldə edin orada hamısı var.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Zəhra |

Salam hacı Axirət haqqında kitab oxuyuram bir sualım var. Qəbirdə hansı ki bizlə birlikdə olan, əməllərimizin surəti olacaq varlıq hal hazırda bizimlədi? Yəni o bizi hər an görür hər an yanımızdadı bütün əməllərimizə şahiddi? Eynilə Allah gördüyü kimi?

Ответ / Cavab

Aleykumussalam.

Səhf salmısız.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Zəhra |

Salam hacı. Mümkündürmü ki, günahkar, cahil dindən xəbərsiz ömrü boyu ibadət etməyən bir valideyn saleh övladı xatirinə axirətdə bagışlana? Həmin övladın valideyninə şəfaət etməsi mümkündürmü? Daha acıq desək saleh mömin ovlad elə bir əməl edə bilərmi ki, qiyamətdə Allah ona öz günahkar valideyninə şəfaət etmək izni versin? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Bu qalıb ALlahın lütfünə.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2017 , Опубликовано: 8 Февраль, 2017
Страница 899 из 5746 << < 895 896 897 898 899 900 901 902 903 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com